Reklam verin!

Solçu şeir: "Kədərimi sənə ərməğan edirəm"

Yazar: artyazar @ Sentyabr 19, 2007 20:27

 "Kədərimi sənə ərməğan edirəm" 

Bu gün ağır dəqiqələrimi

sənə tapşırmaq istədim...

Altımda inildəyirdin -

bilmirəm nədən:

sevgidən, yoxsa sevişdən?

İçimdəki hərarətdən üşüməyə başladın

mənsə sənə dərd yükləmək istəyirdim...

Fərqindəydim ki, sevgi yükümü

incə çiyinlərində daşıyammazsan...

Goy qurshaqi


...Sən mənə elə baxırdın,

sanki sonuncu öpüşümdən

sevişimdən, sevgimdən -

gül çələngi hörüb

özümə qaytaracaqdın...

...İlahi, əgər bilsəydin,

Ölümün ağüşünə atılacağam...

Azadlıq prospektində

Hansısa məmurun gül balası

atasının xalqdan qopartdığı

rüşvətdən alinan

yüz iyirmi avroluq "Porşe"nin

təkərlərinin altına salacaq...

Getmə, bir an dayan...

Sabahkı kədərdən sənə

Bir parça ərməğan etmək istəyirəm...

Bugünkü sevişimizə qat ki,

Nəşəmiz bir az da qüksəlsin...

1
Anonim yazıb:

berbad yaziliraniz devam edir, siz bununla ne elde edirsiz?

Sentyabr 20, 2007 13:49

2

bunun harasi solcu sheirdir?

Sentyabr 20, 2007 16:42

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha