Reklam verin!

Oktyabr 30, 2007 22:54

İlahi sevginin Mövlanə rəngi (II)

artyazar

(Eşqi-Rumi)

Davamı Gəlişdədir

Gələnin kim olduğunu hələ dərk etməmiş Ustad onun baxışlarındakı nuru Tanrının bir zərrəsi, yerişindəki hərəkəti Varlığın əksi, addımların yaxınlaşdırdığı məsafəni dünyanın kiçik forması, gəlişinin apardığı vaxtı isə zamanın an içərisinə sığışdırılmış bütövlüyünü duydu...

Sema 2

"Səma"nın qırmızı çalarını tutan: Aydın Xan

Davamı...
İ-real hekayələr | Şərhlər(0) | Baxış sayı: 108

Oktyabr 27, 2007 10:08

İlahi sevginin Mövlanə rəngi

artyazar

(Sevgiyi-Rumi)

Başlanğıc axtarışdadır

 Ustadın tez-tez etdiyi şəhərdənkənarı gəzintilərinə müridləri, elə ailədaşları da artıq adətkar olmuşlar:

sema reqsi

(Aydın Xanın gözüylə "Səma rəqsi")

Davamı...
İ-real hekayələr | Şərhlər(2) | Baxış sayı: 123

Oktyabr 24, 2007 21:01

«MÖVLAN CƏLALƏDDİN RUMİ» MÜSABİQƏSİNİN QALİBLƏRİ

artyazar

«MÖVLANA CƏLALƏDDİN RUMİ» MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILIB
 

Dünən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və Türkiyənin Konya Boyükşəhər bələdiyyəsinin birgə təşkil etdiyi «Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri» çərcivəsində Azərbaycan Yazıçılar Birliyinin təşkil etdiyi müsabiqənin nəticələrinə həsr olunmuş mərasim keçirilib.

Davamı...
Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 120

Oktyabr 23, 2007 19:13

"Əli və Nino": ədəbiyyat, yoxsa kultur-siyasət? III (ardı)

artyazar

 Maraqlıdır, 2007-ci ilin ilığ bir payızında - oktyabrın 16-da Nuridə xanım Atəşi Bakı ictimai-mədəni, ədəbi-filoloji mühitinin aktivlərini - bəli, bəli, fəallarını deyil, məhz aktivlərini -  dağıdılmaqda kosmik sürətlə irəliyə can atan -

esed bey

Davamı...
Kulturologiya: yeni dünyagörüş, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 129

Oktyabr 19, 2007 20:41

Şerin şəkili - dənizin poeziyası

artyazar

deniz poeziyasi

Bakıda  3 gün + 1 gün bayram

adı Ramazan

anlayanı üçün hər anı şənlik

Bayramın şənbəyə düşən yanı

canısağ hökumət tərəfindən

basıldı bazar ertəsinə

Davamı...
Dünyanın poetik dərki | Şərhlər(1) | Baxış sayı: 121

Oktyabr 18, 2007 20:52

"Əli və Nino": ədəbiyyat, yoxsa kultur-siyasət? II (davamı)

artyazar

Beləliklə, bu romanın müəllifi kimdir sualı və ardınca da kulturoloji problemin ətrafında illər uzunu gedən mübahisələr, mübarizələr və savaşlara münasibət bildirmədən bir sıra məqamlarla bağlı fikirlərimi bölüşmək istəyirəm.

İlkcə onu nəzərinizə şatdırmağı təkrar saymıram: fikir çoxluğu, düşüncə paylaşması həqiqətin obyektiv yönünü təyin etməkdən ötrü ən əsas faktorlardan, cəhətlərdəndir.

Davamı...
Kulturologiya: yeni dünyagörüş, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 257
"əli  nino" 

Oktyabr 17, 2007 20:43

"Əli və Nino": ədəbiyyat, yoxsa kultur-siyasət?

artyazar

Artıq qlobal kulturoloji hadisəyə çevrilmiş bu ədəbi-ictimai problemlə əlaqədar o qədər mübahisə, şifahi polemika, bir sözlə, düşüncə dartışması aparmışam ki, artıq deyəsi sözüm, anladası mənam qalmadığını zənn edirdim...

Eli ve NinoFoto-info: Aydın Xan

Davamı...
Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 181

Oktyabr 15, 2007 21:27

Bu gün ölümlə öpüşdşüm...

artyazar

Bu gün səni öpmək keçdi könlümdən... 

...Qəfildən qarşımda peyda olan

Ölümlə bu gün öpüşdüm...

Zalım nə canıyananmış

dünyanın ən gözəlı də

onun kölgəsinə çatmaz.

olumun shekliÖlümün şəklini çəkdi: Aydın Xan

Davamı...
Dünyanın poetik dərki | Şərhlər(1) | Baxış sayı: 113

Oktyabr 15, 2007 12:15

Superlinklər: Dünya Universitetləri, kitabxanaları, dövlət qurumlarımız, KİV

artyazar

Bəzən bizə lazım olan kitabları, yaxud hər hansı informasiyanı əldə etmək üçün virtual ünvanları axtarıb tapa bilmirik... Burada Dünyanın aparıcı intellektual-elmi kitab saxlanğıclarının, həmçinin nüfuzlu ali təhsil ocaqlarının kitabxanalarının, eləcə də Azərbaycan Respublikasının dövlət orqanlarının, KİV-lərin virtual ünvanlarını sıralayaraq cəmləməyə çalışdıq...

Milli kitabxanalar

American Library of Congress - US http://www.loc.gov/index.html 
National Library of Australia – AU
http://www.nla.gov.au 
National Library of Canada - CA
http://www.collectionscanada.ca 
National Library of France - FR
http://www.bnf.fr 
National Library of Germany - DE
http://www.ddb.de  

Davamı...
Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 278

Oktyabr 14, 2007 21:41

Ədəbi-sənət cərəyanları: qısa bilgilər

artyazar

Ədəbi-bədii söz sənəti tarixində estetik-kulturoloji "qəlib"ləri elmi dildə ədəbi cərəyanlar adlandırırlar.

Əsasən eyniməsləkdaşların qəbul etdiyi estetik, bəzən isə ideoloji-kulturoloji dəyərlərin cəmi əgər sonralar ədəbiyyat tarixində iz buraxırsa - necə deyərlər, ədəbi-bədii dəbə çevrilərək, söz sənətində fərqlı mərhələyə çevrilirsə, yeni əksetdirmə formaları, təsvir variantları, üslubi-stilistik yeniliklər meydana çıxarırsa, deməli, qrupun prinsipləri ədəbi cərəyana, məktəbə çevrilir...

Aşağıda dünya ədəbiyyatı tarixində dəyişiklərə səbəb olan, nəinki ədəbi-bədii, eləcə də fəlsəfi-filoloji, kulturoloji-ictimai düşüncədə iz buraxmış seçimli ədəbi-estetik cərəyanlar barədə müxtəsər məlumatları sizin də ixtiyarınıza buraxırıq (məlumatlar müxtəlıf məxrəclərdən, o cümlədən lit.az saytından götürülüb)... Aydın Xan (Əbilov), yazıçı-kulturoloq

Davamı...
Art-informasiyalar | Şərhlər(1) | Baxış sayı: 190

Oktyabr 13, 2007 21:29

“Literaturnı Azərbaycan” N 8

artyazar

Rus dilində nəşr olunan dərginin səkkizinci sayı mərhum xalq şairi Qabilin rübailəri ilə açılır (Enara Hacıyevanın çevirməsində). “Literaturnı Azərbaycan”ın bu sayında başqa maraqlı poetik nümunələr də oxucuların ixtiyarına buraxılır. Yeni sayın “Poeziya” bölümündə Oqtay Rza, Qəşəm Nəcəfzadə (Mansur Vəkilovun poetik tərcüməsində), Vladimir Zarubin, fərhad Hacıqasımov və Səkinə Əliyeva kimi müxtəlif ədəbi nəslin nümayəndəsi hesab edilən şairlərin yeni şeirləri verilib.
Dərginin avqust sayının “Nəsr” bölümü də oxunaqlı əsərlərlə zəngindir: Sara Oğuzun “Tale təkəri” (tərcüməsi Mirzə Hüseynzadənindir) povesti, Vasili Silçenkonun “Ayrılma” bölgəsi” fantastik əsəri, həmçinin Mark Verxovskinin “Mənim sevgim mütaliədəndir” və “İlk skripka” novellası nəsr həvəskarlarına ünvanlanıb.

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(0) | Baxış sayı: 113

Oktyabr 13, 2007 18:04

Virtual e-yazışmalar: olduğu kimi...

artyazar

Məncə, bu yazışmalar milli AzərNet tarixinin müəyyən səhifələrini təşkil edir deyə, onların cəmləşdirərək bir materila kimi hazırlamağın yeri var...

Müxtəlif İnternet saytlarında, e-forumlarda, virtual polemikalarda düşüncələrimdən axıb gələn bu fikirlər, mübahisəcələrdə maraqlı məsələlər, problemlərə toxunmuşuq ki, ən yeni ictimai-kulturoloji, humanitar-mədəni, ədəbi-fəlsəfi düşüncəmizin zənginləşməsinə, inkişafına təkan verə bilər...

Nə edək ki, biz Azərbaycan adlı xırda bir intellektual məkanın sakinləriyik və fikirlərimizin səviyyəsinin zəifliyi, irəli sürdüyümüz təkliflərin bəsitliyi və qaldırdığımız problemlərimizin lokallığı - şəxsi qənaətimdir - məhz bunula izah olunmalıdır...

Beləcə, sizin ixtiyarınıza buraxırıq bu e-polemikacıqları...  

Davamı...
E-gündəlik, Kulturologiya: yeni dünyagörüş | Şərhlər(0) | Baxış sayı: 176

Oktyabr 12, 2007 23:59

Səlım Babullaoğluyla poeziya qonaqlığı

artyazar

Bəli, boynuma alıram: məni - dilimə gətirdiyim sözlərdən tutaraq - qeyri-operativlikdə günahlandıran e-dostum Rəbiqənin (yazılarımda adını sadəcə Rə çağırıram) şərhi-basqısı olmasaydı, bu qeydlərin İnternetə gəlişi, kim bilir, haçana qalardı...

selim

(Şəkillər Aydın Xanındır)

Davamı...
E-gündəlik | Şərhlər(2) | Baxış sayı: 142

Oktyabr 12, 2007 12:05

2007-ci ilin ədəbi Nobelçisi: Doris Lessinq - qadın, yoxsa kişi?

artyazar

Дорис Лессинг. Фото с сайта festivalroma.org
2007-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına ingilis yazıçısı Doris Lessinq layiq görülüb. «Media forum» saytı RİA Novosti agentliyinə istinadla xəbər verir ki, qərarı bu gün İsveç akademiyasının daimi katibi Horas Enqdal açıqlayıb.

87 yaşlı Lessinq müxtəlif mədəniyyətlər və incəsənətlər arasındakı münasibətlərlə bağlı işinə görə mükafatlandırılıb. Lessinqin uşaqlığı vaxtilə ingilis əsarətində olan Cənubi Rodeziyada (indiki Zimbabve) keçib. Onun bir neçə kitabı məhz həmin dövrlə bağlıdır. Yazıçının «Qızıl gündəlik» romanı feminist ədəbiyyatının klassik əsəri hesab olunur.

Davamı...
Rusca - на русский языке, Kulturologiya: yeni dünyagörüş | Şərhlər(0) | Baxış sayı: 126

Oktyabr 8, 2007 21:01

Yazarlar Rafiq Tağı ilə əlaqədar prezidentə müraciət ediblər

artyazar

Bir qrup yazıçı Rafiq Tağının həbsdən azad olunması xahişi ilə prezidentə müraciət edibBir qrup yazıçı Rafiq Tağının həbsdən azad olunması xahişi ilə prezidentə müraciət edib 
Bir qrup yazıçı hazırda həbsdə olan yazıçı-publisist Rafiq Tağının azad olunması xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Dövlət başçısına ünvanlanmış müraciətdə yazıçı-publisist Rafiq Tağının Cinayət Məcəlləsinin 283-cü (milli, irqi və dini düşmənçiliyi qızışdırmaq) maddəsi ilə artıq bir il həbsdə olduğu, onun öz hərəkətlərindən peşmanlığı və “Sənət” qəzetində Məhəmməd peyğəmbər haqqında qeyri-etik ifadələrə yol verdiyinə görə soydaşlarından dönə-dönə üzr istədiyi bildirilib:

Davamı...
Kulturoloji muqavimət | Şərhlər(8) | Baxış sayı: 99

Oktyabr 8, 2007 18:45

Dalğa GH "xanım"laşdı, növbə hansı QHT-dir, bəlkə "İrəli" GH-dir!?

artyazar

Bu gün iki tədbirə hazırlaşmışdım: biri Çe Gevaranın Azərbaycanda - daha dəqiq ifadə etsəm Bakıda Fan klubunun ictimai təqdimatı, ikincisi isə "Dalga" Gənclər Hərəkatının II Qurultayı...

dalqa 

 (Foto-info Aydın Xanındır)

Davamı...
E-gündəlik, Şəkillər - həyatın donmuş anları | Şərhlər(0) | Baxış sayı: 177
dalğa gh, gənclik, qht 

Oktyabr 6, 2007 20:17

AYB-nin Natəvan klubundan mənə qalanlar

artyazar

Dünən şair Kəramətin 50 illik yubileyi və "Xaoson harmoniyası" adlı kitabının işıq üzü görməsi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda məclisə xeyli nasir, şair, tənqidçi, eləcə də qələm adından xaltura edən əhli-yazar toplaşmışdı...

ayb 2

Davamı...
E-gündəlik, Foto-şok: real fakt | Şərhlər(1) | Baxış sayı: 120

Oktyabr 5, 2007 10:58

"Ulduz" dərgisinin 9-cü sayı

artyazar

Gəncliyin ədəbi-bədii nəşri sayılan “Ulduz”un sentyabr sayı rəssam Elnur Rəsulovun “Savaş”, “Haylaçı Sənəm” və “Köhnə məhəllə” adlı rəsm əsərlərinin təqdimatıyla açılır.

Şair Dəyanət Osmanlının “İlk və son arasında” poetik nümunələri ilə açılan dərginin yeni sayı poeziyasevərlərin diqqətinə oxunaqlı şeirlər çatdırır.
Bu sayın “Poeziya” bölümündə Qulu Ağsəs, Səlim Babullaoğlu, Ənvər Əhməd, Vahid Aslan, Əbülfət Mədətoğlu, Narıngül, Məmməd Dəmirçioğlu, Xasay Mehdizadə, İskəndər Etibar kimi müxtəlif ədəbi nəslə aid edilən şairlərin yeni şeirləri verilib.

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(3) | Baxış sayı: 152

Oktyabr 3, 2007 20:18

İntellektual şeır: "Bu millətdən çıxıram"

artyazar

Bu millətdən çıxıram...

Yordun məni də, millətim,

Şah İsmayıl Xətaitək

- Məzhəbindən çıxdı o da! -

kitabxana

E-aksiya: Bakimizin qədim binalarını e-qoruyaq davam edir... 

Fotokompozisiya Aydın Xanındır:

"Heykəllər də hərdən həbs olunur!!!"

Davamı...
Dünyanın poetik dərki | Şərhlər(6) | Baxış sayı: 152

Oktyabr 2, 2007 11:49

Milli sivilizasiyanın poetik tərənnümçüsü

artyazar

Rüstəm Behrudi - 50

   
    


 

Rüstəm Behrudı - “Yaddaşlara yazın”, “Salam, dar ağacı” (bir neçə nəşr), “Boz qurd”, “Şaman duası”, “İblis mələkdən gözəldir”, “Tənhalıqda ölüm qorxusu yoxdu”, “Yer üzü görüş yeridir”, “Bitəcək nə varsa, bitməlidir”, “Din verdim din üstünə”, “Göz yaşlarından baxan Allah”, “Seçilmiş əsərlər” və başqa poetik, eləcə də nəsr və publisistik kitablarını maraqla oxuduğumuz, əlli yaşını bu günlərdə qeyd etdiyimiz tanınmış şair indiki günlərdə də dövri mətbuatda oxunaqlı yazılarla müntəzəm çıxış edir, ədəbi prosesimizdə fəallığıyla, prinsipial mövqeyi ilə fərqlənir.

Davamı...
Çağdaş ədəbi tənqid | Şərhlər(0) | Baxış sayı: 150

Oktyabr 1, 2007 22:22

Rusların və türkiyəlilərin 100 məşhur kitabı

artyazar

Burada ədəbiyyat  tarixində iz buraxmış kitabların (rusların və qardaş türkiyəlilərin seçimidir) siyahısı ilə tanış ola biləcəksiniz.

Xatırladaq ki, siyahı nisbidir və orada bir çox dəyərli kitabların adı yoxdur...

Dünyanın 100 məşhur kitabı

Священные книги:

1. “Коран“
2. “Библия“

Davamı...
Art-informasiyalar | Şərhlər(2) | Baxış sayı: 183
Yazılar cəmi: 21   
© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com