Neoklassisizm. Ədəbiyyatda neoklassisizm məhdud bir dövrü (1890-1900-cü illərin ortası) əhatə edən cərəyan kimi götürülür. Neoklassisizm antik obraz və motivlərdən, süjet və konfliktlərdən istifadəyə əsaslanan ideya-üslub prinsipidir. Ötən əsrin 30-cu illərində ABŞ ədəbiyyatındakı "yeni humanizm" də neoklassisizmin bir növü idi.
Romantizm (fr.romantisme) XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Avropa və Amerika mədəniyyətində ideya-bədii cərəyan. Romantizm ədəbi-estetik anlayış kimi Almaniyada "Yena məktəbi" nümayəndələrinin ( Şlegel qardaşları, F.Novalis, L.Tik, V.Vakkenroder) fəaliyyəti (1798-1802) sayəsində yayılmağa başlamışdır.
Romantizmin estetik əsasını "bədii ideallaşdırma" prinsipi, müstəsna şəraitdə müstəsna xarakterlərin yaradılması, həyatın olduğu kimi kimi deyil, "olmalı olduğu kimi" təsviri təşkil edir.
Puşkin, M.Y.Lermontov, A.Hofman, C.Q,Bayron, P.B.Şelli, C.Kits, V.Hüqo,F.R.Şatobrian, A.Vinyi, C.Leopardi, A.Mandzoni, Ş.Petöfi, K.Maxi, M.Eminesku, T.Şevçenko, Azərbaycan ədəbiyyatında isə H.Cavid, M.Hadi, A.Səhhət və b. romantizmin ən görkəmli nümayəndələri hesab olunurlar.
Salam sizə uğurlar və demək istəyirəm ki siz mənim saytımı yerləşdirə bilərsiz təşəkkürlər !!!
bir də ki mən sizi yeni açılmış catımıza dəvət edirəm buyurun ziyaret edin
chat1.azeriblog.com
Oktyabr 14, 2007 22:09