Yazar:
artyazar @ Oktyabr 17, 2007 20:43
Artıq qlobal kulturoloji hadisəyə çevrilmiş bu ədəbi-ictimai problemlə əlaqədar o qədər mübahisə, şifahi polemika, bir sözlə, düşüncə dartışması aparmışam ki, artıq deyəsi sözüm, anladası mənam qalmadığını zənn edirdim...
Foto-info: Aydın Xan
Fəqət, dünən yarımiştirakçısı olduğum kitab tanıtımı mərasimindəki söhbətlərim, fikirlərim və özüm üçün aydınlaşdırdığım yeni həqiqətlər bir daha məni vadar etdi ki, məsələyə növbəti kərə, özü də yazılı e-münasibətimi yükləyim buraya.
Məntiqi ardıcıllığı gözləməkdən ötrü - vaxtınızı çox öldürməmək şərtilə - qısaca məsələdən hali olmayanlara bildirirəm ki, ötən əsrin ikinci onilliyinin sonundaortabab sevgi romanlarına bənzər "Əli və Nino" əsəri naməlum yazar tərəfindən yazılıb (romanın e-variantı ilə buradan tanış ola bilərsiniz: http://www.kitabxana.org/site/?name=view&page=1&id=519), daha sonra isə kitab şəklində nəşr olunaraq Avropa və Yaxın Şərq ölkələri, ABŞ-da dəfələrlə, özü də böyük tirajla nəşr olunub (bu barədə mübahisəli materialla burada tanış olun: http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1487, http://ahiska.iatp.az/ahiska/m004.htm və http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1538 . Qeyd: bu yazı tenqid şöbəsi adından verilsə də, mənə heç bir aidiyyəti yoxdur və oradakı mövqeyi bölüşmürəm).

