Reklam verin!

Noyabr 30, 2007 14:43

Aydın Xan (Əbilov). "Kulturoloji - Alternativ Düşüncələr" (kitabın tam mətni)

artyazar

"Kulturoloji - alternativ düşüncələr" adlı ilk kitabım Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunub. Aşağıdakı keçidlər vasitəsiylə ("QuarkXPress 5.0" proqramının köməkliyi ilə) kitabımın e-variantı ilə tanış ola bilərsiniz:

Yükləmə Keçidi: http://www.boxca.com/10RYTW6Z694E/Aydin Xanin kitabi neshriyyat varianti.qxd/

kitabkitabim

Davamı...
Kulturologiya: yeni dünyagörüş, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 122

Noyabr 27, 2007 20:35

Yaradıcı gənclərin I Respublika toplantısı: nəsə dəyişəcək? (Yeniləşdirildi)

artyazar

resmi

Yaradıcı gənclyin nümayəndələri AR Gənclər və İdman naziri Azad Rəhimovla birgə çəkdikləri şəkil tarix üçün yadigar saxlanılır. Soldan: YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), nasir Pərviz Yusif, gənclərin naziri, cənab Azad Rəhimov,  "Dünya ədəbiyyatı" tərcümə dərgisinin baş redaktoru Səlim Babullaoğlu, gənc şairlər Səxavət Sahil, Rəbiqə Nazimqızı və Əli Əlioğlu...  

Davamı...
E-gündəlik | Şərhlər(1) | Baxış sayı: 136

Noyabr 27, 2007 1:12

Ruhu Qarabağa tərəf bükülmüş Ağa Laçınlı. (Yeniləşdirildi)

artyazar

 

Köhnə kişilərdən biri də getdi: başı aşağı, ruhu Qarabağa, Laçına doğru bükülü, səssiz, sevgisiz, kədərlə, qəmlə...

Davamı...
E-gündəlik, Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 102

Noyabr 25, 2007 16:37

Çağdaş missiyam: həqiqəti söyləməli və ölməli (yeniləşdirildi)

artyazar

Telekanallarımız: dünyanın bu tərəfində ulduz manıslar, o tərəfində star mollalar...

 

Davamı...
E-gündəlik, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 120

Noyabr 23, 2007 20:51

AYB-də Qəşəm Nəcəfzadənin ədəbi-poetik edamı (Yeniləşdirildi)

artyazar

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 50 ilik həyatının Allah bilir nə qədər hissəsini ədəbiyyat adlı sirli dünyanın isitməsinə yönəltmiş Qəşəm Nəcəfzadənin 3 kitabını -"Axşam hekayələri" (ingiliscə), "Çevrilmə" (rusca), "Qadın ölümü" (qəşəmcə, bağışlayın, azəricə) - və www.qeşhemnecefzadə.net 

qeshemqeshem

Mobil telefonla (1,3 MP) çəkilmiş fotodan nə keyfiyyət gözləyəsən: Aydın Xan

Davamı...
Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 124

Noyabr 23, 2007 18:33

Bildiriş: İTV-nin "Gecənin aydınlığı" verilişində Atalar-oğullar problemi

artyazar

Sabah - noyabrın 23-də saat 11 50- də, ya da 00 10-da İctimai TV-nin intellektual tele-deyirmi-masasında - "Gecənin aydınlığı" verilişində yenə mühafizəkarlarla mən liberal baş-başa gələcəyəm. Mövzü - əbədi-həyati, kulturoloji-fəlsəfi problem kimi bəşəriyyətin tarixində ən uzun mübahisələrə səbəb olan atalar və oğullardır.

Alim Cahangir Məmmədli, fəlsəfəçi-dramaturq Firuz Mustafa, yazıçı-tərcüməçi, publisist Yaşar, BMT-nin ölkəmizdəki Nümayəndəliyinin əməkdaşı Gülşən Paşayeva və yazıçı-kulturoloq olaraq mən...

Atalar və oğullar probleminə mənim fəlsəfi-realist baxışlarım belə düzənləndi:

Davamı...
Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 132

Noyabr 20, 2007 21:58

Kəskin yazılmış e-ədəbi-tənqidi fikirlər

artyazar

Lütfən, bu virtual-kulturoloji yazıyla tanış olmamışdan öncə aşağıdakı link vasitəsiylə gənc şairə dostum Rəbiqənin şeirləri ilə yaxından tanış olun... Əks təqdirdə, yazıdan bir şey anlaya bilməzsiniz...

Davamı...
Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 172

Noyabr 20, 2007 13:38

Biganəlik, yaxud öz tarixinə necə tüpürməli?!

artyazar

Abidələr - zamanı içində donduran mənəvi-mədəni dəyərlərdir.

Nəyə görəsə, bizdə istər tarixi, istərsə də yeni abidələrə, tikililərə insani, sivil, mədəni münasibət deyil, bir vəhşi münasibət sezilməkdədir...

26-lar

E-etiraz aksiyamız davam edir: Bakımızı qoruyaq!

Şəkilləri Aydın Xan məmurların gözünə soxur!!! 

Davamı...
Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(1) | Baxış sayı: 105

Noyabr 19, 2007 11:18

Sumqayıtlı "Moskoviç": uşaqlığımın ilişdiyi zaman pası...

artyazar

Dünən Sumqayıta getmişdim.

Orada cib telefonu vasitəsilə çəkdiyim bu iki şəkil yəqin çoxlarının uşaqlıq xatirələrinin beşiyidir...

mashin

Davamı...
Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 117

Noyabr 17, 2007 16:28

Ölümə vurulmuşdum...

artyazar

Ölümə vurulmuşdum

içindən keçə-keçə

gözəlliyini içimə yükləmək

baxışlarımda gizlətmək

sözlərimdə yaşatmaq

ürəyimdə fırlatmaq

fikriylə ağuşuna yıxılıram

Davamı...
Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 103

Noyabr 16, 2007 11:12

Gənclik dərgisinin yeni sayı: “Ulduz” N- 10

artyazar


Gənclərin ədəbi nəşri özünün payız — yeni sayını “Ulduz”un qonağı” yazısıyla açır: “Türkiyədə milyonlardan biriyəm” — deyən görkəmli şairimiz Məmməd İsmayıl “Gənclik” jurnalı üçün darıxıb” başlıqlı bu müsahibədə qürbətdə yaşayan sənətkarın ədəbi-ictimai baxışları açıqlanır.


“Ulduz”un oktyabr sayında “Çölçülər” adlı ədəbi qrupda birləşən cavan imza sahiblərinin bədii-poetik nümunələri oxucuların müzakirəsinə buraxılır: quşdilixanəmirkülsoyuğunun “Kosmosa — Göyə qayıdan kitablar” yazısı, Şair Abduləzizli, Xəyalə Dalğın, Vüsal Hicran, Mehriban Vəfa, Bəxtiyar Elcan, Namiq Hacıheydərli, Cəlil Cavanşir, Oktay Hacımusalı, Habil Yaşar, İradə Aytel kimi gənc şairlərin şeirlərindəki sənət axtarışları izlənilir.

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(0) | Baxış sayı: 109

Noyabr 15, 2007 16:05

Qalmaqallı detektiv romanının təqdimatı TV-lər tərəfindən baykot edildi

artyazar

Beynəlxalq Mətbuat Mərkəzində

“Ələkeçməzlər” kitabının təqdimatı

Noyabrın 14-də   Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə tanınmış yazıçı-publisist Yusif Əhmədovun “Ələkeçməzlər” detektiv kitabının ictimai təqdimat mərasimi keçirildi.


Davamı...
Art-informasiyalar, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 99

Noyabr 14, 2007 22:18

Sarı ədəbiyyat: intellektual-kulturoloji aşınma

artyazar

Aydın Xan

http://kultaz.com/2007/11/13/sari-%c9%99d%c9%99biyyat-intellektual-kulturoloji-asinma/#more-928 

Aydın Xan (Əbilov),
yazıçı-kulturoloq,
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri

Ədəbiyyat da yaşadığımız bu dünya kimidir: zaman-zaman onun bir çox rəngləri, çalarları üzə çıxır, yaxud bizlər ona çoxsaylı adlar qoymuşuq. Adi, sadə, xalq, şifahi, yazılı, saray, küçə, toy, elitar, intellektual, modern, postmodern, klassik, sovet, milli, çağdaş, rəsmi, dövlət, yeni və ən yeni ədəbiyyat ifadələri ilə yanaşı, göy, yaşıl, qırmızı, boz, hətta qara ədəbiyyat anlayışlarının birini də biz əlavə etmək istəyirik - sarı ədəbiyyat!..

Davamı...
Kulturologiya: yeni dünyagörüş | Şərhlər(0) | Baxış sayı: 101

Noyabr 13, 2007 15:18

Asif ata anıldı: Təqdimat

artyazar

Noyabrın 6-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Asif Atanın yaratdığı Mütləqə İnam Ocağının təşkilatçılığıyla çağdaş ictimai-mədəni düşüncəmizin tanınmış nümayəndəsi, fərqli fikir adamı Asif Atanın (Əfəndiyev) “Bədiiyyat”, “Uluyurd Aqibəti — bütöv Azərbaycan”, “İnamın gəlişi” eləcə də onun davamçısı sayılan Safruh Atalının “Başlanğıc”, “İnama səcdə” kitablarının təqdimat mərasimi keçirildi.
Asif Ata fikirlərinin davamçıları, ədəbi-mədəni ictimaiyyətin və KİV nümayəndələrinin iştirak etdiyi tədbiri ocağın nümayəndəsi Soylu Atalı açdı və bildirdi ki, oxuculara təqdim olunan kitablar tanınmış fikir adamını bir yazar kimi deyil, fərqli dünyabaxış sahibi kimi öyrənmək, təbliğ etmək məqsədi ilə nəşrlər hazırlanıb.

Davamı...
Art-informasiyalar | Şərhlər(1) | Baxış sayı: 116

Noyabr 13, 2007 15:14

Sənət toplusu: “Qobustan” N 3

artyazar

 Sənət toplusu kimi oxuculara çağdaş dünya və Azərbaycan milli mədəniyyətindəki zəngin proseslərdən xəbər verən “Qobustan” dərgisinin rüblük yeni sayı nəşrin baş redaktoru Ələkbər Salahzadənin “Ön söz”ü ilə açılır: “Əlbəttə, sənət həmişə inkişafda olmalıdır, üstündə dövrünün möhürü olan yeni-yeni nümunələr yaranmalıdır. Təəssüf ki, belə nümunələr bu gün çox azdır...”
“Ustadlar” bölümünün budəfəki poetik qonağı xalq ədəbiyyatımızın klassik nümayəndələrindən sayılan Xəstə Qasımdır: şairin gəraylıları və qoşmaları milli şerimizin yüksək səviyyəsindən xəbər verir. YUNESKO tərəfindən 800 illiyi dünyanın hər yerində qeyd edilən Mövlanə Cəlaləddin Ruminin poetik-fəlsəfi əsərlərindən nümunələr və “Mövlanə Cəlaləddin Rumi — 800” yazısı, “Cahanda parlayan işıq” (Sevinc Tofiqqızı) məqaləsi də “Ustadlar” bölümündə oxuculara təqdim olunur.

Davamı...
Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 107

Noyabr 11, 2007 21:51

Tanrı pıçıltıları: Son nəfəsim - söz...

artyazar

Sinəmi deşərək bayıra atılan

Son nəfəsim - söz...

Onu öldürməyin, dostlar.

Əkin məzarımın ayağında

Ki, görüm gündüz-gecə...

Fikir etməyin, mən ölsəm də,

Davamı...
Dünyanın poetik dərki | Şərhlər(1) | Baxış sayı: 111

Noyabr 10, 2007 20:24

Hacı Məmmədovdan bəhs edən kitabın təqdimatına dəvət

artyazar

Yeni Yazarlar və Sənətçilər Qurumu
Association of  New Writers and Artists
Организация Новых Писательей и Деятельей Исскуства

D ə v ə t n a m ə - A ç i q l a m a

YYSQ-nin təşkilatçılığı ilə 14 noyabr 2007-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzinin böyuk konfrans zalında tanınmış yazıçı-publisist Yusif Əhmədovun “Ələkeçməzlər” detektiv kitabının ictimai təqdimat mərasimi keçirilir.

Polemik diskussiya şəklində keçiriləcək tədbirə ədəbi-mədəni ictimaiyyətin və KİV-in nümayəndələri, jurnalist qurumlarının əməkdaşları, ədəbiyyat mütəxəssisləri, oxucular dəvətlidirlər.

Davamı...
Art-informasiyalar, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 109

Noyabr 10, 2007 20:09

ART-SOS: Növbəti yazar həbs edilir - Azərbaycanı dünyanın gözündən salmaqdan ötrü

artyazar

ŞAİR RASƏT PİRİSOYUYA QARŞI İDDİAYA BAXILIR
 

Bakıda məskunlaşmış şuşalı məcburi köçkün, Qarabağ müharibəsi veteranı Fyodor Məhərrəmovun şair Rasət Qasımova (Pirisoyu) qarşı qaldırdığı iddiayla bağlı dünənə təyin olunmuş hazırlıq iclası başqa vaxta keçirilib. Məlumatı «Media forum» saytına iddiaçı F.Məhərrəmov verib.

İddiaçı bildirib ki, R.Qasımov prosesə hazırlaşmaq üçün Binəqədi Rayon Məhkəməsinin hakimi Svetlana İsmayılovadan vaxt istəyib. Hakim xahişi qəbul edərək hazırlıq iclasının vaxtını noyabrın 19-na dəyişib.

Davamı...
Art-informasiyalar, Kulturoloji muqavimət | Şərhlər(2) | Baxış sayı: 109

Noyabr 8, 2007 17:56

Anons: Az.TV-nin "Tərəfmüqabili" tele-polemikasında art-qalmaqal

artyazar

Bu günlərdə Azərbaycan Televiziyasının kulturoloji-intellektual verilişlərindən sayılan "Tərəfmüqabili"nin növbəti qonaqları biz olduq: "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, şair-tərcüməçi Səlim Babullaoğlu, "Mütərcim" dərgisinin baş redaktoru, filologiya elmləri doktoru Telman Vəlixanlı, Bakı Slavyan Universitetinin tərcümə laborotoriyasının məsul əməkdaşı, şair Ehtiram və mənim fikirlərim Rəqsanəkimilər tərəfindən zövqləri basqilanan Azərbaycan  teletamaşaçılardan ötrü nə qədər maraqlı görsənəcək, deyə bilmərəm, fəqət cox ağrılı məsələləri çözməyə səy göstərdik...

TV

Davamı...
Art-informasiyalar, Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 105

Noyabr 6, 2007 20:47

Gənc (oxu: qoca) yaradıcıların AYB sergüzəştləri... (Bəlkə də I)

artyazar

Foto-məsnəvi 

Yazının öncəki P.S.-si 

Eh, Rə, sən olmasaydın və məni zəlzələ etməsəydin, bəlkə bu material da içimdə bic ölərdi...

www.Azyazar.com adlı mənim bu saytımın bir qardaşı var ki, başında şair qaqam Əli Əlioğlu yarpaq kimi əsir - o günləri, bəlkə də dünən, yəni 2007-ği il noyabrın 5-də AYB-nin Natəvan klubunda Poeziya gecəsi keçirmək əzmi ilə gənc yazarları, daha dəqiq ifadə etsəm, biz qələm dostlarını bir araya gətirmək istədi.

Fotosalnaməçi: Aydın Xan

zal

Davamı...
E-gündəlik, Art-informasiyalar, Foto-şok: real fakt | Şərhlər(2) | Baxış sayı: 170

Noyabr 4, 2007 10:43

İntellektual ocağın nümayəndəsi: kulturoloji terrorun subyekti!

artyazar

 Günel Anarqızı – peşəkar ədəbiyyata qədəm qoyan kimi çoxları ağız büzdü: Anarın qızıdır deyə, çap edirlər, ədəbi gündəmə gətirirlər, adını yeni nəsil yazarlar siyahısında hallandırırlar... Bu kimi ittihamları daldan-küncdən sağa-sola səpələyənlərin məntiqini anlamaq mümkün deyil: deməli, çəkməki oğlu onun sənətinin mahir davamçısı ola bilər, yaxud, dərziçi qızı ata-anasının peşəsində gücünü-bacarığını göstərə bilər, fəqət Azərbaycan yeni – XX əsr Azərbaycan ictimai-mədəni, kulturoloji-estetik düşüncəsinin formalaşmasında xüsusi rolu olan milli intellektal-yaradıcı nəslin növbəti nümayəndəsi, yəni – mən hələ tarixi uzaqlara getmirəm –  ustad sənətkarlar Rəsul Rza, Nigar xanım Rəfibəyli, Anar və Zemfira xanım Səfərova (ictimaiyyətimizə bəlli seçimli simaların imzasını xatırlatdım) ocağının davamçısı sayılan nasir-publisist Günel Anarqızıdan yaxşı yazıçı çıxmaz...

Davamı...
Çağdaş ədəbi tənqid, Kulturoloji muqavimət | Şərhlər(2) | Baxış sayı: 170
günel anarqızı yazar ədəbiyyat 
Yazılar cəmi: 21   
© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com