Reklam verin!

Noyabr 20, 2007 13:38

Biganəlik, yaxud öz tarixinə necə tüpürməli?!

artyazar

Abidələr - zamanı içində donduran mənəvi-mədəni dəyərlərdir.

Nəyə görəsə, bizdə istər tarixi, istərsə də yeni abidələrə, tikililərə insani, sivil, mədəni münasibət deyil, bir vəhşi münasibət sezilməkdədir...

26-lar

E-etiraz aksiyamız davam edir: Bakımızı qoruyaq!

Şəkilləri Aydın Xan məmurların gözünə soxur!!! 

Ötən əsrin 80-ci illərinin inqilabi oyunlar zamanı ilk dəfə rəqib insanlar, deyək ki, kommunistlər deyil, məhz ayrı-ayrı dəyərli sənət əsərləri kimi hazırlanmasına milyonlar xərclənmiş monumental V.Leninin, K.Marksın, XI Qızıl Ordu abidələrinə, heykəllərinə hücumlar təçkil olundu...

Ki hansısa məmur qiymətli metalı İrana satıb varlansın...

Halbuki,  həmin abidələri Kommunizmin - bolşevizmin fəsadları kompleksinə və ya tariximizin müəyyən mərhələsinin əyani nümunəsinə çevirmək mümkün idi...

Buyurun, həmin vəhşi münasibət yenə də davam edir, Bakının göbəyində, kor olmuş məmurların pəncərələrinin altında - Sahil bağında...

Keşmiş 26 Bakı Kommisarı kompleksinin bugünkü aqibətini nəzərinizə çatdırmaqla tarixə tüpürənlərə ismarıcımı çatdırmaq istəyirəm:

Abidələr əbədiləşmiş ruhlardır, tarixi içlərinə doldurmuş bu ruhlar isə özlərinə qarşı pis münasibəti heç vaxt unutmurlar...


Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(1) | Baxış sayı: 105
1
shahin yazıb:

Teessuf ki Aydin muellim bunun esas sebebkari "yuxarilar"dir.

Fevral 11, 2008 16:32

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com