Reklam verin!

Kəskin yazılmış e-ədəbi-tənqidi fikirlər

Yazar: artyazar @ Noyabr 20, 2007 21:58

Lütfən, bu virtual-kulturoloji yazıyla tanış olmamışdan öncə aşağıdakı link vasitəsiylə gənc şairə dostum Rəbiqənin şeirləri ilə yaxından tanış olun... Əks təqdirdə, yazıdan bir şey anlaya bilməzsiniz...


http://kultaz.com/2007/11/16/r%c9%99biq%c9%99-payizda-s%c9%99n-seirl%c9%99r-silsil%c9%99si/#comment-1191

Rə, neçə dəfə sənə demishəm ki, Seyidşa kimi e-bedbextlerin fitfasına uyma. Yetər bu kampaniyaçı təriflemeleri özünçün düzenledin...
Sən təzə başlayan şairciyəzsən, əgər indidən tərif yorğanına burunmək həsrəti ilə yazıb-yaradacaqsansa, onda vay  halına: Aqşin, Zahir, Seymur kimi məhv olub gedərsən...
Xalq şairi olmağa nə tez tələsirsən...

Keçək əsas mətləbə: ədəbi-tənqidi fikirlərə - əgər Zahirin pozmasa, dinlə...

...amma dünən Allah üzümə baxdı -
ürəyimin divarları  yumulub açılınca
saydım - kirpiklərini...

Sənin işin-gücün qurtarıb, o kişinin tükləri ilə nə işin? Ondansa, bir damcı xoşbəxtlik diləyəydin Yaradandan, nə bilim, Qarabağın azadlığını arzulayaydın, "Leksus" cipi istəyədin (düzdü, Allah əmi onda sene deyerdi ki, quzum, bir lotereya bileti de herden al...)...

 ...sənin kimi olmaq,..

Bağışla, amma xəstə Freyd sağ olsaydı, daş atıb başını tutardı: bu qiz dəliləşib, kişi olmaq istəyir, yox əgər sən etiraz səsini çıxarıb bildirsəydin ki, qadın olmaq fikri ile yazmışam onu, bir az da pis, səni "rəngli" çıxarardı...
Görəsən, poetik - "mən"i - şəxsi cinsə ayırmaq olarmı?

...hər səni görəndə
bu hiss hər səni görəndə yaşanardı...

Şərhsiz: düzdür, bütöv mətnin kontekstindən ayırmışam, amma düşünürəm ki, poetik pəltəklikdir...

...bir də dilimdən düşməyən adına...

Artur Rembonun oğlan sevgilisinə yazdığı sevgi lirikası qədər duyğusallığına görə yabançı və şitdir bu sətir...

...Bircə vaxtım gedir...

Bəs həyat, bəs dünyanı dəyişən doğma və yad adamlar, bəs duyğular, hisslər, sevgi, sevişlər, bəs şeir, İnternetə sərf etdiyin enerjin?

...əllərimə yazığın gəlsin...

Aha, bu şeirdə və misrada Qəşəm Nəcəfzadənin inhisarında olan poetik meh sezilir axı...


...Mən xırdaca kəpənəyəm,
həndəvərində uçuram...

Ramiz Rövşənin və Vaqif Bayatlı Odərin kəpənəkpoeziyanamələrini deyəsən yenicə gözdən keçirmisən, hə, Rə!..

...səni bu qədər yaxşı sandım yetər...

İlahi, Pərvərdigara, Tanrım, Yaradanım, Xudam, Rəbbim, Allahım, XXI əsrdə - İnternetin, Virtuallaşmanın içində eşələndiyimiz bir vaxtda Azəri şairinin yazdığı misralara görə suçumuzu yüngülləşdir...

...yaşayır içində sənə lazım olmayan sevgim...

Rə, görəsən sən haçan sevgi, ağlaşma, saçyondu misralarını qattalayıb "Alma"nın həyətindəki üzüm tənəkəsinin dibinə soxarsan və əsl intellektual kimi solçu çeirlər yazmağa başlayacaqsan? Bəlkə işlədiyin "Y A" qəzetindən istefa verəndən sonra, hə???

...gedək qayıtmayaq...

Məncə, indiyə qədər yazdığın yazılara xitabən deyilmişdir bu misra: Allah ağzından eşitsin...

...uşaq deyilik ki
bilmirikmi təbəssümlər, eyhamlar hara aparır...

Rə, sənin yazdığın hansısa informatik məqalənin cümlələri yanlış olaraq bu şerinə düşüb?

...bir azca zaman ver, qoy fikirləşim...

Zamanı dünyanı dəyişməkdən, ən pis halda insan həyatını xilas etməkdən ötrü diləyərlər, hansısa şit sevgi əzizləməsini müvəqqəti yarına demək üçün yox...

...Necə olsa yaşayaram -
bir körpə uşağa gərəyəm…
Necə olsa, yadından çıxacaq…
narahat olma,
indi sənsiz
səndən əvvəl necəydimsə, eləyəm...

Səni həyatın amansızlığına atmış birisinə sevgi yalvarışların hətta şerini dş zəbt edib, Rə! Heç olmasa bu problemində bir az feminist, bir qədər liberal, bi tikə qlobbalçı olginən... 


...bu gun bir az əsəbiyəm
həm də bir az qərəzli...


Xumar Qədimovanın oxuduğu şərqinin havasıdır, yəqin qalıb başında, Şəpi (kiçik oğlumun ailədaxili nikidir) canı!!!
Baxmayaraq ki, sonrakı sətirinə görə -

...uzun sözün qısası,
bugün düz işləmir tərəzim...

- bəyəndim poetik fikrini...

...Şərabı keçmişin süfrəsinə dağıtdım,
Beynimdə dolaşan tüstülü fikirləri
külqabıya boşaltdım,
arxasınca bir az azadlığımdam atdım,
bir də çılğınlığımdan…
Bilirsən niyə?
Bunları sənə görə etdiyimi bilib
gülümsəyəsən de...

Rə, ruslar demişkən, "Eto uje slishkom / Bu, həddini aşmaq deməkdir..."

Fəqət, bütün bu tikan-qeydlərə baxmayaraq, sonda onu da bildirim ki, cinsinə görə ictimai şübhələrin hələ də durulmadığı Məhsəti Gəncəvi kimi sənin Azərbaycan poeziyasının - sözsüz, sənət baxımından - XXI əsr mərhələsində qalmaq şansların hələ də buxarlanmayıb...

P.S. Rə, bilirəm ki, bu yazıdan sonra əsl azəri kimi məndən inciyəcəksən, odur, sonuncu kərə ürəyimi boşaldıram...

 P.P.S. Sən lap gec başa düşəcəksən ki, xətrini hamıdan çox və maraqsız-filansız istəyən Aydın Xandır bu dünyada: O dünyada isə - ya qismət...

Sayğılarla, Aydın Xan

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha