Reklam verin!

Dekabr 30, 2007 22:06

"Dünya ədəbiyyatı kitabxanası": kulturoloji proses davam edir...

artyazar

 Bu gün mətbuatda Azərbaycan Prezidentinin yeni kitabların nəşriylə bağlı sərəncamını oxuyanda bir neçə ay bundan əvvəl müxtəlif saytlarda açdığım polemikaları xatırladım: onun məntiqli sonluqla nəticələr verdiyinə sevindim...

Bir çox gənc yazarlar elə düşünürlər ki, onlardan başqa bu ölkədə dünya ədəbiyyatı ilə maraqlananlar yoxdur. Aşağıdakı materiallar bir daha sübut edir ki, intellektuallar istəsələr, bu çağımızda istənilən problemləri asanca həll etmək mümkün olar...

Var olun, İlham Heydər oğlu: biz Sizinlə XXI əsri ram edəcəyimizə inanırıq - sözsüz, intellektlə, mədəniyyətlə, ədəbiyyatla, bilgiylə!!!

DÜNYA ƏDƏBİYYATININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCAN DİLİNDƏ NƏŞRİ NƏZƏRDƏ TUTULAN ƏSƏRLƏRİNİN SİYAHISININ TƏSDİQ

Davamı...
Art-informasiyalar, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 174

Dekabr 30, 2007 0:15

Azərbaycanın mədəniyyət yazarları arasında üçüncü: pis deyil!!!

artyazar

2007-ci ilin ikinci yarısından AR Mədəniyyət və Turizm Nazirliyinin rəsmi mətbu orqanı - "Mədəniyyət" qəzetinin elan etdiyi musabiqəyə qoşulanda, özümdən çox razı və məmnun idim:

e-mən

Davamı...
Art-informasiyalar, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 123

Dekabr 29, 2007 12:48

Yazçılar azad edildi: yaşasın ədalət!!!

artyazar
ƏFV OLUNAN JURNALİSTLƏR

«Media forum» saytı bu gün prezident İlham Əliyevin imzaladığı fərmanla əfv olunan jurnalistlər haqda qısa arayışı təqdim edir.

 
«Sənət qəzeti»nin baş redaktoru Samir Sədaqətoğlu və həmin qəzetdə çap edilmiş «Avropa və biz» yazısının müəllifi Rafiq Tağı 2006-cı il noyabrın 10-da həbs olunublar. Mayın 4-də Sabail Rayon Məhkəməsi S.Sədaqətoğlunu 4 il, R.Tağını isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Onlar Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə təqsirli biliniblər (milli, irqi və dini ədavətin qızışdırılması). Sonrakı məhkəmə instansiyaları qərarı qüvvədə saxlayıb. Hazırda S.Sədaqətoğlu 5 saylı, R.Tağı 16 saylı kolondadır.
Davamı...
Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 79

Dekabr 26, 2007 20:59

“Ələkeçməzlər” : kriminal zamanın ədəbi nəbzi

artyazar

Yusiv Ehmedovla

Son illər işıq üzü görən kitabların sayı və imzaların rəngarəngliyinə vərdiş etdiyimdən, Azərbycan ədəbiyyatının üzdə olan nümayəndələrinin hamısının yaradıcılığını yaxından izləməyə nə vaxtım, nə həvəsim, nə də mənəvi ehtiyacım var:

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(2) | Baxış sayı: 121

Dekabr 25, 2007 10:06

Azərbaycan ədəbiyyatı tarixində yenilik...

artyazar

Dekabrın 21-də Bakı Caz Mərkəzində Günel Anarqızının “Altıncı” əsərinin əsasında hazırlanmış və MP3 formatında buraxılmış audio-kitabın təqdimat mərasimi keçirilib. Yazının ardını oxumamışdan əvvəl bu keçidi adlayın... 

http://artyazar.azeriblog.com/2007/11/04/intellektual-ocaghin-numayendesi-kulturoloji-terrorun-subyekti 

 Deməli, Günel xanım yenə ədəbi münaqişə istəyir... Əvvəldən onu deyim ki, çağdaş ədəbiyyatımızda yeni innovativ gedişlərinə görə Günel xanım heç birimizdən geri qalmır, əksinə, çoxlarımızı üstələyir: təkcə fərdi saytı, ya da bloqu çatışmır.

Davamı...
Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 128

Dekabr 22, 2007 23:20

I Kitab, I Bölüm, II hissə. Və İnfo-yağışı: KİV MM barədə nə yazır?

artyazar

Mübarizli həyatın uşaqlıq payı

... O, dünyaya borclu olduğunu sanırdı, fəqət, deyəsən, insanların simasında bu dünya ona çoxlu verəcəyi olacaq...

Davamı...
Seçilmişlər..., E-roman: "Qlobal xoşbəxtlik..." | Şərhlər(0) | Baxış sayı: 120

Dekabr 21, 2007 23:57

Yeni "Yazar" qəzeti: təzə qan, yoxsa Başqan?! II (davamı)

artyazar
  

Yazar ədəbiyyat qəzeti

...Deyəsən bu uzunçuluq olan-qalan beş-on internet oxucusunu da əlimdən qapacaq... Fəqət bu yazıəvvəli ilə (http://artyazar.azeriblog.com/2007/12/19/teze-yazar-qezeti-yeni-qan-yoxsa-bashqan) mütləq tanış olun, yoxsa kor maygülü kimi bu materiallın içində ilişib batarsınız...

"Yazar" qəzetinin ilk sayının rənginin və ənginin  (24 səhifəlık uzunçuluğu, eləcə də  əsasən palaz-palaz bir səhifəlik materiallara yazıda çənə döymək - əng vurmaq də deyə bilərik) qırmızı olması onu göstərir ki, qəzet üstündə söz təri tökənlər əsasən solçu yazarlardır:

Davamı...
Art-informasiyalar, Kulturoloji muqavimət, Ədəbi-mədəni nəşrlər | Şərhlər(1) | Baxış sayı: 140

Dekabr 21, 2007 12:37

"Qlobal xoşbəxtlik: sevinclər, kədərlər..." (I kitab. I bölüm)

artyazar

   

Bu e-kitabı yazmaqda məni həvəsləndirmiş Azərbaycanıma, zamana, Mübariz Mənsimova, dostlarıma, yahoo-qruplarda düşüncələrimi bölüşdüyüm virtual oxucularıma və Özümə minnətdarlıq dolu sevgiylə ittihaf edirəm...

E-kitabdakı fakt, hadisələr və real həyat cizgilərinə görə müəllif olaraq cavabdeh olsam da, mənbəsi göstərilən məlumat, bilgi və həqiqi infolara ilkin qaynaqların sahibləri məsul sayılır...

Bircə xahişim var: müəyyən mütaliə vərdişi, oxu mədəniyyəti və ədəbiyyat hazırlığı olmayanlar bu e-kitaba baş qoşmasalar, minnətdar olaram...

Davamı...
E-roman: "Qlobal xoşbəxtlik..." | Şərhlər(7) | Baxış sayı: 153

Dekabr 20, 2007 18:45

"Mütərcim" və "Azərbaycan": mənim də yazım var...

artyazar

"Azərbaycan" dərgisinin payız sayında mənim elmi rəhbərim, filologiya elmləri doktoru, professor Şamil Salmanovun həyat və fəaliyyətindən bəhs edən “Modern şair, tənqidçi, ədəbiyyatşünas Şamil Salmanov” kulturoloji yazım ədəbi-mədəni ictimaiyyətimizin polemikasına buraxılır...

Aydın Xan

“Mütərcim” N-1-2

Ədəbi, elmi, tərcümə jurnalı kimi mütəmadi işıq üzü görən “Mütərcim”in builki ilk qoşa sayı rus ədəbiyyatının klassiki fyodor Mixayloviç Dostoyevskinin məşhur “Karamazov qardaşları” romanının ana dilimizə bədii çevirməsiylə açılır (tərcümə edəni: Telman Vəlixanlı, “Mütərcim” dərgisinin baş redaktoru).
Dünyaşöhrətli Azərbaycan yazıçısı Çingiz Abdullayevin

Davamı...
Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 155

Dekabr 19, 2007 13:52

Təzə "Yazar" qəzeti: yeni qan, yoxsa Başqan?!

artyazar

Yazar ədəbiyyat qəzeti

Dünən - dekabrın 18-i - metronun 20 Yanvar stansiyasının ətrafındakı milli-mini bazarcıqda cibimi 2 manat sıxıb iş otağım üçün Yolka ağacı aldım: sonra da utanmaz-utanmaz marşurut taksisində sərnişinlərin (sürücülərdə artıq vərdişdir belə söhbətləri qulaqardına vurmaq) baş-beynini apardım ki, bəs Bakını yenə bazarxanaya çevirmişikş. Bir mənim abrımı ətəyimə qoyan olmadı ki, balam, sənin kimi "alıçı" olmasa, məmurlarla satıçılar birləşib nə qələt törədərək bazarxana açmağa həvəs göstərərlər...

Əlqərəz, (Günel Mövlüdün sözü olmasın, sino gedirəm də bu ifadədən ötrü) balaca küknar ağaçını bəzəyib az qala ətrafında firlanacaqdım ki, əsl Koroğlu vücudlu Yafəs Məftün - yanılmıramsa indi ləqəbi-məşhuru Türksəs olmalıdır!  -  və çoxdan kənddə itib-batmış Kənan Hacı əllərində“Yazar” qəzeti özlərini basdılar iş otağıma...

Davamı...
Art-informasiyalar, Ədəbi-mədəni nəşrlər | Şərhlər(1) | Baxış sayı: 122

Dekabr 17, 2007 23:20

"Türkün qara günü: Xocalı soyqırımı” kitabını və Bakı üçün e-ağı

artyazar

Yazın əvvəlini xatırladan bu gün - yəni dekabrın 17-də əvvəlcədən dəvət olunduğum tədbirə tələsirdim: Bakının mikrorayon ərazisindən paytaxtın mərkəzinə gedən yolu 65 saylı marşurutla qısaltdığım anlar mənim başşəhərim üçün içimdə ağı dediyim yüzilliklərə bərabər idi...

Hər yerdə tarix dağıdılır, hər tərəfdə yeni tikinti adlı əjdaha Azərbaycan adlı anamızın Bakı kimi zülfü Xəzər dənizindən suda islanmış gözəli göz görə-görə udurdu. XX, XIX, XVIII, XVII, XVI ... əsrin Bakısı, dağıdılır, xarabalıqlarından XXI yüzilliyin Qloballaşan Avropatəhər urbanizasiya məntəqəsinin konturları cızılırdı. Hətta gözəlim İçərişəhərə də qara əllər uzanmışdı: sizləri bilmirəm, ey şəhəryıxanlar, amma mənim ruhumun bir ucu İçərişəhərin o qara daşlarının üstündə sərilibən can verir - qatil əllərinizi ondan çəkin...

"...Azərbaycan Atatürk Mərkəzində Milli Qeyri-Hökümət Təşkilatları Forumunun

Davamı...
Art-informasiyalar, Kulturoloji muqavimət, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 94

Dekabr 17, 2007 22:32

2007 - "Gənclər İli" oldu, olmadı? - "Alma" qəzetinin sorğusuna cavab

artyazar

Bir sualın fərqli cavabları...
   Bu ilin əvvəlində ölkə başçısı 2007-ci ilin "Gənclər İli" elan olunması ilə bağlı sərəncam verdi. Bəs sərəncam necə icra edildi? 2007-ci ili dövlətin gənclər siyasəti baxımından əvvəlki illərlə müqayisədə müsbətə doğru fərqləndirən nəsə baş verdimi? Bu sualların cavabını ölkənin ictimai-siyasi, mədəni həyatında fəal olan gənclər təşkilatlarının rəhbərlərindən öyrənməyə çalışdıq.

Aydın Xan: "Bir çox işlər görülsə də, həll olunmamış çoxlu problemlər qalır..."

bizler  

Davamı...
Musahibələrim. Kulturoloq rəylərim | Şərhlər(1) | Baxış sayı: 123

Dekabr 16, 2007 16:00

YYSQ-nin 2007-ci il üçün ictimai e-hesabatı

artyazar

Yeni Yazarlar və Sənətçilər Qurumu

Association of  New Writers and Artists

          Организация Новых Писательей и

Деятельей Исскуства

 

 2007-ci il üçün İllik Hesabatı

Davamı...
Art-informasiyalar, Kulturoloji muqavimət, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 114

Dekabr 14, 2007 14:08

Mübariz Mənsimov 60 milyonluq bina aldı... Bizə nə?!

artyazar

Bu, olduqca aktual problemdir: niyə bu gün, sözün həqiqi mənasında, Azərbaycanda çağdaş Zeynalabdin Tağıyevlər yoxdur?
Bu sualı dönə-dönə ictimai düşüncədə polemikalara çevirsək də, sanki sözü divara, ya da küləyə deyirsən - cavabsız, reaksiyasız...
Aşağıdakı informasiyanı oxuyandan sonra, deyəsən, yenə də müzakirələr qızışacaq.

 Mübariz Mənsimov 60 milyonluq bina aldı...

Davamı...
E-gündəlik, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 166

Dekabr 13, 2007 11:20

Canlı ədəbiyyat: onların sayı get-gedə azalır

artyazar

Xalq yazıçısı HÜSEYN ABBASZADƏ dünyasını dəyişib. Dünən (12.12.2007) yayılan bu xəbər ölkəmizin ədəbi-mədəni ictimaiyyətini, eləcə də sıravi ədəbiyyatsevərləri kədərləndiri... 

 

Davamı...
Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 93

Dekabr 11, 2007 22:20

Tədbirlər, məclislər: həyatın əriyən anları...

artyazar

Demək olar ki, hər gün müxtəlif tədbirlərdə iştirakşısı olmağa məhkumam...

Bilmirəm, bəlkə də ömrümün ən gözəl anlarını əridirəm, püç edirəm bu tədbirlərdə, məclislərdə, fəqət, əsas odur ki, insanlara lazımi yardımımı edərək onların sevincinə şərik oluram...

Burada son günlər iştirak etdiyim bəzi tədbirlər barədə məlumatları, şəkilləri yerləşdirirəm: çağdaş tariximizin bir parçası kimi...

Bu gün (11.12.2007). Beynəlxalq Mətbuat Mərkəzində yazışı-publisist, Milli Məclisin üzvü, xanım dostum Elmira Axundova «Heydər Əliyev: şəxsiyyət və zaman» adlı kitabının təqdimat mərasimini aparmaq mənə həvalə olunmuşdu...

Презентация книги депутата Элмиры Ахундовой о Гейдаре Алиеве

Davamı...
E-gündəlik, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 107

Dekabr 10, 2007 18:51

Bizim mədəniyyətə ictimai münasibətimiz niyə kəskindir?

artyazar

Yeni e-art-aksiya: Bakı - simamızdır: hərdən üzümüzü yuyaq 

(Aydin Xanın tənqidi obyektivi tuşlandı simamıza)

sheherimizin simasi

Davamı...
E-gündəlik, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 104

Dekabr 9, 2007 13:47

Günümüzün qəmli, həm də siyasi şərqisi

artyazar

Ölüm - qadın, Olumsa - Həyatsa kişi

(günümüzün qəm, həm də siyasi şərqisi)

Bu gün yenə
Ölüm gəldi yanıma

foto-qurashdirma 

(Deyəsən, virtual yazarın İlham Pərisi başqa planetlərdən uçub gəlir...

Şəkilləri e-sintezləşdirdi: Artyazar-notbuk)

Davamı...
E-gündəlik, Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 115

Dekabr 8, 2007 23:09

İntiharın acığına yazılmiş şərqi…

artyazar

Hər bir insanın həyatında elə anlar olur ki, o zaman adam bu dünyaya tüpürmək və çıxıb həyatdan boşluqda ərimək istəyir.

Real-mənim olan A.X. deyir ki, həyatının bir neçə anında özünə görə deyil, kimlərəsə yazıqlığı gəldiyi üçün həyatdan qaçmaq istəyib.

Olub ki, A.X. hansısa əsərinin qəhrəmanı kimi özünə qəsd edib - sözsüz ki, virtual, yaxud o zaman dəbdə olan ifadə ilə yazsaq, xəyalında...

P.S. Bu mövzunu intihara çağırış kimi qəbul edənlər mütləq dəniz sahilinə gedib gəzsinlər, ətrafdakı insanların simasındakı gözəllıkləri seyr etsinlər, yaxud da sevişməyə girişsinlər...

Hər günüm bir intihar tarixçəsi...

Davamı...
Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 108

Dekabr 7, 2007 19:12

Elmi sessiya: Professor Mirzağa Quluzadə

artyazar

Ötən həftənin cümə günü Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda filologiya elmləri doktoru, professor Mirzağa Quluzadənin anadan olmasının 100 illiyinə həsr edilən elmi sessiya keçirildi.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev uzun müddət bu mötəbər elm ocağına rəhbərlik etmiş professor Mirzağa Quluzadənin həyat və elmi yaradıcılığı, eləcə də təşkilatçılıq bacarığı barədə məlumat verdi, mərhum alimlə bağlı xoş xatirələrini yada saldı: “Mirzağa müəllim yalnız bir alim, institut direktoru kimi tanınmırdı, eyni zamanda böyük qardaş, ağsaqqal kimi elmi əməkdaşlara həmişə dayaq durur, onların problemlərinin həllində imkanlarını əsirgəmirdi...”
Bəkir Nəbiyev çıxışının sonunda xüsusi vurğuladı ki, 1979-cu ildə dünyasını dəyişmiş Mirzağa Quluzadənin tədqiqat obyektləri sayılan böyük sənətkarlar Nəsimi, Füzuli Azərbaycan ədəbiyyatında həmişəyaşar klassikləri olduğuna

Davamı...
Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 98

Dekabr 7, 2007 18:45

“Dünya ədəbiyyatı” yeni sayı

artyazar

Azərbaycan Yazıçılar Birliyinin rüblük xarici ədəbiyyat və sənət dərgisi kimi nəşr olunan “Dünya ədəbiyyatı”nın növbəti sayı oxucuların müzakirəsinə buraxılıb.
“Dünya ədəbiyyatını”nın ilk səhifələri müqəddəs “Qurani-Kərim”in ərəbcədən poetik-filoloji tərcüməsinin ardı ilə açılır (ərəbcədən çevirəni: Əmirşah Əmirəhmədov — Hacılı). Yeni sayın sonrakı səhifələri “Qırğız ədəbiyyatı” tematik buraxılışına həsr olunub. Burada Azərbaycan oxucusu çağdaş Qırğızıstan ədəbiyyatının istedadlı nümayəndələrinin əsərləri ilə tanışlıq imkanını əldə edirlər.
Dalmira Tilepbergenovanın “Tənha şam ağacı” (çevirəni: Turac) kinossenarisi və şeirləri (tərcüməsi: Səlim Babullaoğlu), Bubu Tokayevanın “Yarıda kəsilən dialoq”, “Romantikin gedişi”, “Gəlinlik satan qız” (çevirənlər: Günel, S.Babullaoğlu), Əlişir Mamasaliyevin “Otaq bitkisi” (çevirəni: füzuli Sabiroğlu), Yırqalbek Kasabolotovun “Diaqnoz” (çevirəni: Elçin Hüseynbəyli),

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(2) | Baxış sayı: 130

Dekabr 7, 2007 14:09

Azərbaycanda yaşayan azsayli xalqların ədəbiyyat antologiyası

artyazar

Azərbaycanda yaşayan azsaylı xalqların şifahi və yazılı ədəbiyyat nümunələrindən ibarət antologiya nəşr olunur

[ 06 Dekabr 2007 12:09  ]
 

http://apa.az/news.php?id=80680

Azərbaycanda yaşayan azsaylı xalqların şifahi və yazılı ədəbiyyat nümunələrindən ibarət antologiya hazırlanır. Bu barədə APA İA-nə layihənin əlaqələndiricisi, Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) məlumat verib. Onun sözlərinə görə, antologiya “Bir xalçanın rəngləri” adlanacaq.

Davamı...
Art-informasiyalar | Şərhlər(1) | Baxış sayı: 109

Dekabr 5, 2007 22:53

Sevgi - Tanrının baxışları...

artyazar

Payızın göz yaşlarında yuyulmuş şeir...

 

Dəli qız,

sevibən, şeir yazmağın nə?

men

Davamı...
E-gündəlik, Dünyanın poetik dərki, Şəkillər - həyatın donmuş anları | Şərhlər(4) | Baxış sayı: 154

Dekabr 5, 2007 19:39

“Elektron kitabxana: ilk milli elektron axtarış sistemi” fəaliyyətə başlayıb

artyazar
[ 05 Dekabr 2007 18:54 ] http://apa.az/news.php?id=80647

Yeni Yazarlar və Sənətçilər Qurumunun layihəsi əsasında “Elektron kitabxana: ilk milli elektron axtarış sistemi” fəaliyyətə başlayıb. Bu barədə APA-ya qurumun rəhbəri Aydın Xan məlumat verib. Onun sözlərinə görə, 500-ə yaxın səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə etmək imkanı qazanır.

www.xariciedebiyyat.azeriblog.com ünvanına daxil olmaqla Azərbaycan, türk, rus və ingilis dillərində olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda həmçinin dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümələri də yer alıb. Saytın pulsuz olduğunu deyən A. Xan bu elektron kitabxana və axtarış sisteminin “Virtual Azərbaycan” layihəsinin bir hissəsi olduğunu bildirib. /APA/  1 000 000-a yaxın e-mətnlə tanışlıq imkanı verən sayt.


Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 322

Dekabr 4, 2007 21:41

Bu dəfə ANS TV-də: tənqid olmadı, yalnız sizlərə sevgimizi izhar etdik...

artyazar

 Məzələndiyimiz həftənin dördüncü günü, dekabrın 6-da, saat 18 20-də mütlər teleefiriniziı  ANS TV tərəf çevirin, dostlar.

"Qoy oturmuşuq" tele-verilişin qonaqları yeni nəsil yazarlar, yəni biz bakılılar - paytaxt ədəbi bomondunun nümayəndəsi sayılan mən yazıçı-kulturoloq Aydın Xan (Əbilov), şair Qəşəm Nəcəfzadə, sumqayıt ədəbi qüvvələrin seçilmişlərindən nasir-dramaturq Əyyub Qiyas və şair Sabir Yusifoğlu verilişin aparıcısı - tanınmış aktyor, öz qızı da şairə olan Şamil bəyin qonaqları olduq...

Budəfəki teleçıxışımızda tənqid etmədik - heç kimi və heç nəyi. Sadəcə insana, fərdə, sənətə, ədəbiyyata-şeirə, ümumən isə millətimizə sonsuz sevgimizi izhar etdik...

Davamı...
Art-informasiyalar | Şərhlər(1) | Baxış sayı: 149

Dekabr 4, 2007 13:25

Rəbiqə Nazimqızı: “Ülgüc üstündə” - 4. Art-yazar üçün

artyazar

Art-yazar üçün

Dostum, demək lazımdımı
niyə ağlayıram,
niyə məhz sənin yanında aglayıram.

Re

(Poeziya məclisinde Rə dostum öz şerini oxuyurdu və qəfildən misraların biri onun düçüncəsində ilişib qaldı. O anı fotolaşdırmışam: Aydın Xan)

Davamı...
Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 139

Dekabr 4, 2007 12:25

Yalnız bir kateqoriyaya qayğı göstərmək nə qədər düzgündür?..

artyazar

 Aydın Xan Əbilov: "Yalnız bir kateqoriyaya qayğı göstərməklə cəmiyyətin inkişafına nail olmaq mümkün deyil"
 

P.S. Bu material 2007-ci ilin əvvələrində hazırlanmışdı: artıq ilin axırına yaxın, çox sular axdı, və bizim qaldırdığımız bir sıra problemlərin həlliylə bağlı ölkə rəhbərliyi tərəfindən qayğılı münasibət bildirildi.

Azərbaycan Respublikasının prezidenti, biz gənclərin böyük hamisi və dostu cənab İlham Əliyevin xüsusi sərəncamıyla yaradıcı gənclərinə birillik Prezident təqaüdü ayrılması, yaradıcı yeni nesil nümayəndələrinin I Ümumrespublika toplantısı və başqa hadisələr bizi ruhlandırır və inanmaq istərdik ki, bu qəbil gələcəyəhesablanmış layihələr dövlətin məqsədli, sistemli-konsepsiyalı Proqramına çevriləcəkdir...

Davamı...
Musahibələrim. Kulturoloq rəylərim, Art-informasiyalar, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 93

Dekabr 2, 2007 22:50

Siz şerə, mənsə ölümə gedirdim, dostlar... (Şəkillərlə yeniləşdirildi)

artyazar

 P.S. Noyabrın 30-da (http://artyazar.azeriblog.com/2007/12/01/azerbaycan-turkiye-sheir-ve-edebiyyat-meclisi-yarandi) keçirtdiyimiz poeziya axşamında bir kimsə məndən şeir payı istəmədi deyə - bəlkə evsahibliyim mane olurdu - hamının acığına kompyuterimin yaddaşına, www.artyazar.tk saytıma yüklədim bu e-düşüncələrimi.

Srağagün, yəni dünənin dünəndaşında

Rə (Rəbiqə Nazimqızı) yaman kədərliydi

bizler Davamı...
E-gündəlik, Dünyanın poetik dərki | Şərhlər(2) | Baxış sayı: 135

Dekabr 2, 2007 21:52

"Alma" qəzetinin sorğusu: atalar "düzdürmü"?

artyazar

http://almaqezeti.com/?mod=view&id=2198

O nə təhər igidlikdir ki, doqquzu qaçmaqdır?

Məşhur atalar sözü məşhurların tənqid hədəfində

Azərbaycanın məşhur atalar sözlərinin insanlarımızın həyatında necə rol oynadığını öyrənməyə davam edirik. Bu dəfə "igidlik ondur, doqquzu qaçmaq" atalar sözünü seçmişik. Doğrudanmı, igidlik ondur, doqquzu qaçmaq? Tanınmışlar dar ayaqda bu məsələ tez-tezmi müraciət edir?

Aydın Xan: "Bu absurd cəmiyyətdən qaçmaq doğrudan da igidlikdir"

Davamı...
Bölməsiz | Şərhlər(1) | Baxış sayı: 94
Yazılar cəmi: 31    Sonrakı səhifə »
© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com