Dekabr 11, 2007 22:20
Tədbirlər, məclislər: həyatın əriyən anları...
Demək olar ki, hər gün müxtəlif tədbirlərdə iştirakşısı olmağa məhkumam...
Bilmirəm, bəlkə də ömrümün ən gözəl anlarını əridirəm, püç edirəm bu tədbirlərdə, məclislərdə, fəqət, əsas odur ki, insanlara lazımi yardımımı edərək onların sevincinə şərik oluram...
Burada son günlər iştirak etdiyim bəzi tədbirlər barədə məlumatları, şəkilləri yerləşdirirəm: çağdaş tariximizin bir parçası kimi...
Bu gün (11.12.2007). Beynəlxalq Mətbuat Mərkəzində yazışı-publisist, Milli Məclisin üzvü, xanım dostum Elmira Axundova «Heydər Əliyev: şəxsiyyət və zaman» adlı kitabının təqdimat mərasimini aparmaq mənə həvalə olunmuşdu...
Elmira Axundova iki cildi hazır nəşr olunmuş bu olduqğa maraqlı sənədli romanı altı cilddə tamamlamağı planlaşdırır. «Heydər Əliyev: şəxsiyyət və zaman» kitabı Heydər Əliyevin həyat və fəaliyyət yoluna yeni bir baxışı əks etdir. Hələ sağlığında ikən Heydər Əliyevə onun haqqında sənədli roman yazmaq istədiyini bildirən Elmira Axundova əsərin xeyir-duasını da elə Ümummilli liderdən aldığını dedi.
İndi şəxsi arxivində Heydər Əliyevlə bağlı 150-dən çox video materialın, heç vaxt eşidilməyən məlumatların olduğunu qeyd edən Elmira Axundova hazırda sənədli romanın 3-cü və 4-cü cildləri üzərində işləyir. Bu nəşrlərdə isə Heydər Əliyevin Moskvadakı fəaliyyəti və qayıdış dövrləri əks olunacaq. Ümumilikdə isə yazıçı bu sənədli romanı 6 cilddə tamamlamağı planlaşdırır.
Əlavə info
Азербайджан, Баку (« Тренд », С.Ильхамгызы) Депутат, писатель-публицист Эльмира Ахундова во вторник провела презентацию многотомного романа-исследования «Гейдар Алиев: личность и время», посвященная жизни и деятельности Гейдара Алиева. На презентации были представлены два тома книги.
Первый том охватывает 1923-1969, второй – 1969-1982 годы.
Автор на протяжении пяти лет ведет исследовательские работы, и за этот период она собрала исторические материалы, материалы о детстве, юношестве Гейдара Алиева, факты, охватывающие периоды его руководства страной. Также в книге отражены беседы Гейдара Алиева с его родственниками, близкими, известными политическими деятелями, записанные на ленту.
Ахундова также опубликовала интервью с референтами Гейдара Алиева, его водителями, личной охраной, личными врачами, бывшими секретарями ЦККП Азербайджана и СССР, членами политбюро, министрами, писателями, композиторами, журналистами. Ее собеседниками стали более 100 человек.
Предполагается, что этот проект, который станет энциклопедией жизни и деятельности Гейдара Алиева, будет состоять из шести томов.
E-mənbə: http://news.trend.az/index.shtml?show=news&newsid=1092650&lang=RU
***

***
Şənbə günü - dekabrın 8-də isə Rəşid Behbudov adına Mahnı Teatrında İraq Türkman-Kərkük, eləcə də Azərbaycan mahnılarından ibarət musiqili-mədəni tədbirə xanımım, Ayxan və Nihad adlı oğlanlarımla birgə təşrif aparmışdıq. Şair dostum Əli Əlioğlu da öz xanım rəfiqəsiylə konsertdaşlıq edirdi bizə.
Köhnə türkman şair dostum Şəmsəddin Küzəçini görmək mənə çoxx xoş oldu...
Eyni zamanda onu da vurğulayım ki, Türkiyə millətçi tələbə-gənclərin təsiri altında Azərbaycanda formalaşmağa başlayan "Bozqordçü" tələbələrin çoxluğuna yaman məəttəl qaldım...

Ardını sabahdan istəyin
E-gündəlik, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 107
