Sentyabr 30, 2007 16:37
Qüttenberq layihəsi: sonu olacaqmı?!
Məşhur naşirin adıyla bağlı kulturoloji Qüttenberq layihəsi - Azərbaycan ədəbiyyatının - yazılı xəzinəsinin elektron daşıyıcılara köçürmək və İnternet - Ümumdünya Elektron İnformasiya Şəbəkəsində yerləşdirmək məqsədi ilə həyata keçirilən proqram yarımçıq qaldı.
http://gutenberg.aznet.org saytına daxil olmaqla biz aşağıdakı gəlişigözəl vədlərlə rastlaşsaq da, yenə pullar yeyildi, görüləsi işlər isə yarımçıq saxlanıldı...
Əslində isə, pərdəarxası söhbətlərdən məlum olur ki, səbəb tamam başqaydı...
Araşdırıcılar "60-cilar ədəbi nəsli"ndən sonra ədəbiyyatımıza gələnlərin yaradıcılıq nümunələrinin bu layihədə əks olunması üstündə böyük mübahisələrə girişdilər. Bu mənasız mübarizə, sözsü ki, layihənin fəlsəfəsinə və texnologiyasına tamam zidd idi...
Layihədə olan "azərbaycanlı barmaq"larının verdiyi vədlər isə çox təmtəraqlı səslənirdi...
Davamı...Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 130
Sentyabr 30, 2007 14:58
Siyasi sülalələrə müasir demokratiyada yer varmı?
Bu həftənin əvvəllərində Raul Qandi hakim Konqres partiyasının baş katiblərindən biri təyin edildi. O Qandi nəslinin Hindistanda əsas siyasi simaya çevrilmiş dördüncü üzvüdür. Onun ulu babası Cəvahərləl Neru Hindistanın ilk baş naziri olmuşdu. BBC təhlilçisi Nik Mayls müasir demokratiyada belə siyasi dinastiyalara yer olub-olmadığını sual edir:
Bir milyard əhaliyə malik Hindistan dünyanın sayca ən iri demokratiyası sayılır. Lakin Hindistan Respublikasını Neru-Qandi ailəsinin adı ilə sinonim təşkil etdiyi də şübhəsizdir.
Davamı...Seçilmişlər... | Şərhlər(1) | Baxış sayı: 124
Sentyabr 28, 2007 20:20
www.azyazar.com portalının AYB-də təqdimatı
Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc şair Əli Əlioğlunun yaratdığı www.azyazar.com portalının media mənsublarına və ədəbi ictimaiyyətə təqdimat mərasimi keçirildi...
(Fotoşəkil Aydın Xanındır)
Keçirildi deyəndə ki, AYB-də işləyənlər, Əlinin tələbə dostları, qohumları və bir cüt, iki tək jurnalisti əhatələyən məclisdə mənə qədər şair dostum "Dünya ədəbiyyatı" tərcümə dərgisinin baş redaktoru Səlim Babullaoğlu, Əli Əlioğlu danışmış, qisaca məlumat vermiş, KİV nümayəndələrinə Mətbuata ünvanlanmış yazılı açiqlama paylamışlar: hə, bir də özünü hələ də gənc hesab edən sənət həmkarim Qəşəm Nəcəfzadə təbrikini ünvanladı və İnternetdəki ədəbi saytlarda onu tənqid edərək qıcıqlandıran "Seyidsaşa" ləqəbli - nikli imza sahibinin dalınca o ki var döşədi...
Davamı...
E-gündəlik, Art-informasiyalar | Şərhlər(1) | Baxış sayı: 195
Sentyabr 28, 2007 13:29
E-aksiya: Çarmıxa çəkilmiş İçərişəhər
e-aksiyamız davam edir: Bakının qədim tarixi abidələrini qoruyaq...
(Fotoşəkil Aydın Xanındır)
Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(1) | Baxış sayı: 114
Sentyabr 27, 2007 21:15
Dünya ədəbiyyatı kitabxanası: kimləri tərcümə etməli?!
http://kultaz.com/2007/09/25/dunya-%c9%99d%c9%99biyyati-kitabxanasi-kiml%c9%99ri-t%c9%99rcum%c9%99-etm%c9%99li/
Aydın Xan (Əbilov),
yazıçı-kulturoloq
Ölkəmiz növbəti dəfə kulturoloji-intellektual yaradıcılığa xüsusi önəm verdiyini nümayiş etdirdi: cənab İlham Əliyevin imzaladığı xüsusi sənəd – “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin sərəncamı (24 avqust 2007-ci il) – ilə bir daha göstərir ki, dövlət müstəqilliyimizin indiki yeni mərhələsində bütün sahələrdə olduğu kimi, yaradiciliq sahələrində də – mədəniyyət və ədəbiyyatda da yüksəlişə aparan proseslər get-gedə güclənir.
Davamı...Kulturoloji muqavimət | Şərhlər(2) | Baxış sayı: 216
Sentyabr 25, 2007 22:15
Baş redaktor əfv olunmaq istəyir
Samir Sədaqətoğlu prezidentə müraciət edib
"Sənət" qəzetində İslam dininə zidd məqalə dərc olunduğu üçün həbs edilən sözügedən qəzetin baş redaktoru Samir Sədaqətoğlu əfv olunması ilə bağlı yenidən prezident İlham Əliyevə müraciət edib. Bu barədə məlumatı "OLAYLAR"a jurnalistin qardaşı Sabir Hüseynov məlumat verib. Onun sözlərinə görə, baş redaktor müraciətində ailə vəziyyətilə əlaqədar prezidentdən əfv edilməsini xahiş edib. Müraciət artıq Prezident Aparatına da göndərilib. Samir Sədaqətoğlunun saxlanma şəraitinə və səhhətinə gəlincə, Sabir Hüseynov qeyd edib ki, jurnalistin bu məsələlərlə bağlı heç bir narahatçılığı yoxdur.
Art-informasiyalar | Şərhlər(2) | Baxış sayı: 262
Sentyabr 25, 2007 21:55
Mələklə Şeytanın sevişdiyi yer
Mələklə Şeytanın sevişdiyi yer
Bilirsən, ora harardır?
Heç Tanrı da girəmməz ora...
İnsan qəlbidir, gülüm,
gizli bir məkan -
sirli bir diyar,
Ürəkdir, mənim...
Mələklə Şeytan hərdən
uşub qonar o gizli qəsrə.

Şəkil - e-aksiya: "Bakının qədim tarixi abidələrini e-qoruyaq"
(Foto-şəkil Aydın Xanındır)
Davamı...Dünyanın poetik dərki | Şərhlər(1) | Baxış sayı: 104
Sentyabr 24, 2007 20:15
Elton Conlu Azərbaycan
23 sentyabrda çağdaş dunya musiqisinin böyük nümayəndasi Elton Conun Bakıda unikal konserti baş tutdu.
Biz ailəliklə ustad sənətkarın məharətlə musiqi möcüzəsi yaratdıği gecənin sirrindən zövq alırdıq: nə sənətkarın şəxsi həyatındakı fərqlilik, nə T.Bəhramov aına Stadionun yaratdığı akustika problemləri, nə də Rəqsanə, nə bilim N.Qafarzadənin musiqisindən uyan - zövqlər məsələsində heç vaxt mübahisə etmirəm - qaqaşların şit zarafatları, hətta iki-üç mahnıdan sonra başını yelləyərək məclisi tərk edən millilərimin etikadan kənar davranışı və əttökən söhbətlərinə fikir vermədik, əsl nəğmə ziyafətinin iştirakçıları kimi ciddi musiqini dinlədik, əl çaldıq, hətta bəzi məşhur hitləri zümzümə etdik...

E-gündəlik | Şərhlər(1) | Baxış sayı: 123
Sentyabr 24, 2007 11:36
Интервью с руководителем компаний "Palmali" Мубаризом Мансимовым
- Мубариз муаллим, расскажите про свое детство. Насколько мы знаем, оно было трудным.- Я бы не сказал, что мое детство было трудным. Это было обычное, советское детство, в большой семье, состоящей из отца, матери, шести сестер и двух братьев. Естественно, что в больших семьях как-то легче и быстрее усваиваются правила поведения в обществе, умение прислушиваться к чужому мнению, воспитывается чувство взаимоподдержки. Все это, наряду с прекрасным воспитанием, безусловно сказалось на формировании моего характера. И, говоря откровенно, я бы не желал себе никакого иного детства, чем то, которое у меня было. - Расскажите, пожалуйста, про свои первые бизнес-шаги. Как родилась компания Palmali? |
Seçilmişlər... | Şərhlər(1) | Baxış sayı: 527
Sentyabr 22, 2007 18:48
Qəzəlxan Əliağa Vahidin daşlaşmış ruhu
Bakıda gözəl və bənzərsız abidələrdən biri də Qəzəlxan Əliağa Vahidə qoyulub...
Heyif, Əliağa Vahid siyasi rejimi daha kəskinliklə ifşa etmədi, əksinə, meyxanələrdə istedadını göyə sovurdu, yoxsa ondan yaxşı dissident sənətkar düzəldərdik...

Şəkillər - həyatın donmuş anları | Şərhlər(0) | Baxış sayı: 108
Sentyabr 22, 2007 18:38
e-roman: İI Hissə. II Bölüm
Kəsəsi, federallar Conun nəşələnmə, mavi seviş, hələ üstəlık də yeniyetməni yoldan çıxarılmasıyla bağlı delil-filmleri nümayiş edəndən, yazığ oğlanın beynini psixoloji basqılarla bağlayandan sonra ona şirnikləndirici təkliflərini edəndə, bizim e-qəhrəmanımız vürsəti fötə mermək istəmədi və beləcə, bizim qəribə məmləkətimizə gəlməklə çox böyük geoseksual və sözsüz ki, həm də geosiyasi oyunların əsas iştirakçısına çevrildi.
Əcəb də etdi: yoxsa, bu e-roman da yazılmaz, maraqlı qlobal məzələnmələrdən heç kimin xəbəri olmazdı...

Aydın Xandan növbəti e-roman | Şərhlər(1) | Baxış sayı: 167
Sentyabr 22, 2007 16:49
Birgə Virtual Azərbaycan yaradaq
Dəyərli, e-soydaşlarımız...Məncə, AZNET-də - Virtual Azerbaycanımızda ciddi, intellektual - bilgisal və kulturoloji polemikalara başlamağın vaxtıdır... Vaxtilə İnternetdə və müxtəlıf Yahoo-qruplarda ciddi müzakirələrə səbəb olmuş bir yazımı burada təkrar yerləşdirməklə Sizləri də bu vacib milli polümikaya dəvət edirəm... Məncə, bir çox sahələrdə olduğu kimi, bu məsələdə də çox geridə qalırıq...Hətta elə ölkələr var ki, Virtual aləmdə özlərinin ölkələrini, səfirliklərini yaradır, həyatımızın e-variantına üstünlük verirler... Biz isə hələ "avtomobil minməyiriz..." http://az.wikipedia.org/wiki Davamı...
Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 112
Sentyabr 22, 2007 11:30
Последняя картина ван Гога уйдет с молотка
|
Картина Винсента ван Гога "Пшеничные поля", законченная за 19 дней до его смерти, в ноябре 2007 года будет выставлена на аукционе Sotheby's, пишет в субботу газета The Independent.
Davamı...Rusca - на русский языке | Şərhlər(0) | Baxış sayı: 59
Sentyabr 21, 2007 14:42
e-roman. I Bolüm
I Hissə
I Bölüm
Sözsüz, e-roman izləyicisi - oxucu olaraq sizləri aldatmaq, qəsdən özümü çağdaş Şimali Amerika həyatının bilicisi kimi göstərmək fikrində deyiləm: onu da bildirim ki, ABŞ barəsində mən də hamı kimi oxuduqum kitab, qəzet-jurnal, baxdığım kino-tele filmlərdən, izlədiyim tele-radio və İnternet məlumatlardan, uzaq başı canlı həyatda rastlaşdığım sadə amerikalılardan, eləcə də oraya səfər etmiş azəri dostlarımdan öyrəndiklərimdir...
Fəqət qəhrəmanım Con(atan) S. özünü ən ali varlıq sayan bütün ikiayağlı canlılar kimi duyğulu insandır və hamımızın içindəki hisslər, yaşantılar, seviş və sevgi duyğuları ona da yad deyil.
Davamı...
Aydın Xandan növbəti e-roman | Şərhlər(0) | Baxış sayı: 114
Sentyabr 21, 2007 11:29
Aksiya: Bakının son gözəl eyvanları
Bəzən hər gün yanından soyuqqanlıqla keçdiyimiz gözəl tarixi binaların gözoxşayan quruluşu, xüsüsən də eyvanları unikal mədəniyyət kodları kimi bir sıra milli və zəmanə kodlarını özündə gizlədir...
Əfsuslr olsun: Böyük kişilər tərəfindən tikilərək gələcək nəsillərə ərməğan edilmiş bu qədim tarixi tikililər namərdlər tərəfindən dağıdılır, get-gedə daşlaşdırılaraq kulturoloji informasiya şəklində bizə ötürülən nəsillərin ruhları Bakıda və bizim qəlbimizdə silinir...
Əziz dostlar, əlimizdən nə gəlirsə müqavimət göstərməliyik ki, Bakımızı - Azərbaycanımızı əlimizdən, tarixdən silmək istəyənlətin arzusu ürəyində qalsın. Odur ki, təklif edirəm ki, Bakının ən kiçik daşına qədər fotoya, videoya alıb tarixə həkk edək.
Mən hələ bəzi qədim binaların evro-təmirin problemindən yazmaq istəmirəm...
Beləcə ilk əvvəl özümün cəkdiyim şəkilləri sizlərə və tarixə ötürürəm...

Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 101
Sentyabr 20, 2007 10:59
Amerikalının Lerikdə geoseksual gəzişmələri
Amerikalının Lerikdə geoseksual gəzişmələri
(e(e-ni i oxumanız gərəkdir...)-roman)
Əgər siz ABŞ-a gedə bilmirsizsə,
onda kədərlənməyə dəyməz:
onsuz da bu gün-sabah Amerika
yaninizda olacaq - az qalıb, lap az!!!
"13-lər Kitabi"mdan
Müəllif bildirməyə ərinmir ki, bu e-romanda - hər gün ardı yazılan şəbəkə həyatında baş verən olaylar, surətlərin adları və xasiyyətləri, başlarına gələnlər sizə, eləcə də müxtəlif ölkələrin dövlət, yaxud qeyri-hökumət qurumlarina tanış gəlirsə, ola bilsin, üst-üstə düşürsə, məsuliyyəti o, yox, əks tərəf daşıyır. Buna görə də heç bir qüvvə, təşkilat müəllifi məsuliyyətə, yaxud əməkdaşlığa cəlb etməyə ürək etməsi indidən məsləhət görülmür: yoxsa, elə mərrəkə qopacaq ki, atdığınız addıma peşiman olacaqsınız və sözsüz, bu e-əsərin yeni bölümünün lağlağasına çevrilmək istəmirsinizsə, dinc durmanız gərəkdir...
I hissə
Birinci bölüm

Aydın Xandan növbəti e-roman | Şərhlər(2) | Baxış sayı: 164
Sentyabr 19, 2007 21:03
İçəri Şəhərin dağıdılmasına qarşı ən orijinal etiraz!!!
Məncə, İçəri Şəhərin dağıdılmasına qarşı ən orijinal etiraz oğlanlarımkı oldu: onu da mən özüm zəmanəmizin alnına həkk etdim!!!

Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 115
Sentyabr 19, 2007 20:38
Государственную концепцию по культуре
http://www.day.az/news/showbiz/54567.html
Председатель Oрганизации Mолодых Писателей и Деятелей Искусства Айдын Хан Абилов: «Необходимо создать государственную концепцию по культуре»
Об этом сегодня заявил председатель организации молодых писателей и деятелей искусства Айдын Xан Абилов.
По его словам, это серьезно отразится на ситуации отечественной культуры страны.
«Безусловно, Азербайджан - страна, которая переживает переходный период, и у нас должна быть независимая политика по культуре, своя концепция, которая не должна рассматриваться как государственное вторжение в сферу этой области.
Davamı...
Musahibələrim. Kulturoloq rəylərim | Şərhlər(0) | Baxış sayı: 73
Sentyabr 19, 2007 20:27
Solçu şeir: "Kədərimi sənə ərməğan edirəm"
"Kədərimi sənə ərməğan edirəm"
Bu gün ağır dəqiqələrimi
sənə tapşırmaq istədim...
Altımda inildəyirdin -
bilmirəm nədən:
sevgidən, yoxsa sevişdən?
İçimdəki hərarətdən üşüməyə başladın
mənsə sənə dərd yükləmək istəyirdim...
Fərqindəydim ki, sevgi yükümü
incə çiyinlərində daşıyammazsan...

Dünyanın poetik dərki | Şərhlər(2) | Baxış sayı: 129
Sentyabr 19, 2007 10:46
Azərbaycanda ABŞ Hərbi Bazası?!
|
США хотят включить Габалинскую РЛС в свою систему ПРО
По итогам посещения американскими кспертами Габалинской радиолокационной станции в Азербайджане глава агентства по противоракетной обороне США генерал-лейтенант Генри Оберинг заявил, что построенная в советское время РЛС не сможет заменить радар противоракетной обороны, строительство которого запланировано в Чехии.
Davamı...Rusca - на русский языке | Şərhlər(0) | Baxış sayı: 90
Sentyabr 18, 2007 11:25
Kulturoloji Böhran...
КУЛТУРОЛОЖИ БЮЩРАН ГАЧГЫН ВЯ МЯЪБУРИ КЮЧКЦН КИТАБ ОЪАГЛАРЫМЫЗЮтян ясрин 80-ъи илляринин сонунда Ермянистан - Азярбайъан арасында мцнагишя баш веряндя, 200 мин азярбайъанлы ясрляр бойу йашадыглары доьма йцрд-йуваларындан - инди Гярби Азярбайъан адландырдыьымыз, яслиндя ися Вятянимизин мяркязи сайылан Иряван-Зянэязур торпагларындан говулдулар, Гузей Азярбайъан Республикасына сыьынмаьа мяъбур едилдиляр. Беля миллятлярарасы глобал мцнагишялярля цзляшмиш бцтцн халглар кими, гачгын азярбайъанлылар да республикамызын пайтахтынын - Бакы шящяринин ян елитар мящялляляриндя йашайан ермяниляри Ермянистана йола салмаьа мяъбур идиляр…
Гачгынларын яксяриййяти евлярини Бакыда йашайан ермянилярин мянзилляри иля дяйишди (нотаруслар тяряфиндян тясдиглянян сянядляр инди дя дурур), башгалары кючян ермянилярин евлярини цъцз гиймятя сатын алдылар. Башы бялалар чякмиш бир чохлары ися, садяъя, бошалан евляри яля кечиртдиляр. Амма азярбайъанлы гачгынларын сайы, кючян ермянилярдян чох иди дейя, арада башга вятяндашларын - артыг урбанизасийа адлы просеся отурушмуш инсанларын мянзилляри дя зябт едилирди.
Davamı...Kulturoloji muqavimət | Şərhlər(1) | Baxış sayı: 81
Sentyabr 18, 2007 11:13
Yazı öldü... yaşasın Mətn!!!
Сон эцнляр дост сайдыьым вя ядяби алямдя айаг тутмаларына аз да олса кюмяйим дяймиш йазарлардан Защир Язямят, Шяриф Аьайар, Самир Сядагятоьлу, щямчинин Расим Гараъа кими имза сащибляри мяни иттищам едирляр ки, йазы йазмырам, интеллектуал сявиййям онларынкындан ашаьыдыр, бюйцк ядябиййата щеч бир аидиййатым йохдур вя с.
Олсун, яэяр гуру сюзля бцтцн проблемляри щялл етмяк мцмкцн олсайды, Илйас Ярняфяс юлкямизин баш назири оларды...
Тябиятян хырдачы дейилям. Амма щярдян беляляриня интеллектуал ъаваблар фикирляшяндя, чох мараглы мцлащизяляр ялдя едирям. Ашаьыда онлардан бири иля сизи дя таныш едяъям. Мягсядим ядяби просесдяки деди-годулары културоложи полемика сявиййясиня галдырмагдыр.
Davamı...Kulturoloji muqavimət | Şərhlər(1) | Baxış sayı: 101
Sentyabr 18, 2007 10:08
Çingiz Əlioğlu: poetik dünyanın əbədi sakini
Şair dostum, gözəl insan, gənclərin sevimlisi, Azərbaycan modern şerində öz stili və nəfəsi olan sənətkar, mütərcim, AYB poeziya seksiyasının müdiri, ən nəhayət AR Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu...
Onun yaradıcılığını və həyatını, bir sözlə zəmanəmizin bütün mürəkkəbliyində şəxsiyyətini saf saxlaması mənə imkan verir ki, ustad barədə düşüncələrimi beləcə fəlsəfiləşdirim: poetik dünyanın əbədi sakini...

Şəkillər - həyatın donmuş anları | Şərhlər(0) | Baxış sayı: 144
Sentyabr 17, 2007 20:07
"Alma" qəzetinin 1 yaşı: dəyərlər dəyişəcəkmi!?
Dünən - sentyabrın 16-da "Alma" qəzetinin redaksiya həyətində bu neo-gəncliyimizin etiraz tribunasının yaranmasının bir illik yubileyi ilə əlaqədar maraqlı məclisin iştirakçısı oldum.
Görüşdən əvvəl də, toplantıdan sonra da ağlımda fırlanan fikir topunu sizlərə atırma: tuta bilən anlayacaq, intellekt tenbelleri isə elə bu yazının bu hissəsindən özünə əziyyət vermədən atdansın başqa saytlara...
"Alma"ya qulluq edən "Dalğa" Gənclər Hərəkatının fərqlidüşüncəli üzvləri cəmiyyətimizin əsasən orta və aşağı təbəqəlarinin etirazçı zəmanə övladlarıdır. Bunun əksinə olaraq ictimai sektorda "Dalğa" GH-nı və onun üzvlərini özünə rəqib bilən - hansısa mənada əcəb də edən - "İrəli" Gənclər Hərəkatına qoşulanlar isə əsasən cəmiyyətimizin orta varlı və yuxarı elitasının bəzi nümayəndələrinin - hansı ki, düşünürlər: Azərbaycanda yerin alti da bizim, üstü də... - gül balalarıdır...
Davamı...E-gündəlik | Şərhlər(2) | Baxış sayı: 146
Sentyabr 17, 2007 19:05
TƏBRİZDƏ SƏTTARXANIN EVİNİ DAĞIDIRLAR
Səttarxanın Təbrizə dağıdılmış evi |
Təbriz əhalisi şəhərin Əmirxızi məhəlləsində yerləşən Səttarxanın yaşadığı tarixi binanın uçurulmasına kəskin etirazlarını bildirirlər. Təbrizi İran parlamentdə təmsil edən Əkbər Ələmi və Məmmədrza Mir Tacəddini sentyabrın 16-da etdikləri çıxışlarında bu barədə məlumat veriblər.
«Azadlıq» radiosu xəbər verir ki, İran parlamentinin azərbaycanlı millət vəkilləri bu məsələdə tarixi abidələri qorumaqla məşğul olan «Mədəni İrs» («Miras-e Fərhəngi») təşkilatını günahlandırırlar.
Davamı...Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 93
Sentyabr 17, 2007 12:28
"Ulduz" N-8 ; “İrs — Naslediye” N-3; “Literaturnı Azərbaycan” N-7
“Ulduz” N-8
Yayın son ayında oxucularının görüşünə yeni və maraqlı sayı ilə gəlmiş “Ulduz” dərgisinin ilk materialı “Yardımlı dağlarının Bakıya məktubuyam...” adlanır. Gənclər dərgisinin budəfəki qonağı xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdır (söhbətləşənlər: E.Hüseynbəyli, Q.Ağsəs və f.Mehdiyeva).
Dərgi avqust sayında da oxunaqlı poetik nümunələrlə poeziyasevərlərin diqqətini cəlb edir: şairlərdən Xatirə Rəhimbəyli, İlham İnam, Tamilla Şəfəq, Dəmir Gədəbəyli, Hafiz Əli, fəzail İsmayıl, Nəcibə Bağırzadə, Nəcməddin Mürvət, faiq Hüseynbəyli, Gülşən Sultanova öz yeni şeirləri ilə oxucuların qarşısında ədəbi hesabatla çıxış edirlər.
“Poeziya” bölümünü dünya ədəbiyyatından edilmiş bədii çevirmələr davam etdirir. Gənc mütərcim Xaqani Əliyevin ingiliscədən çevirməsində Lənqston Nyüz, Marc Qindal, Antoni Uest, Eyncil Toy, Sandra Qolson kimi şairlərin şeirləri və istedadlı şair-tərcüməçi Səlim Babullaoğlunun poetik tərcüməsində çağdaş gürcü poetik düşüncəsinin tanınmış nümayəndəsi Besik Xaranaulinin poetik nümunələri maraqla oxunur.
Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(0) | Baxış sayı: 137
Sentyabr 17, 2007 12:23
Yeni kulturoloji jurnal: “Pəncərə - mədəniyyətə baxış”
Dərgi təqdimatı: “Pəncərə - mədəniyyətə baxış”
Sentyabrın 10-da Azərbaycan Dövlət filarmoniyasında “Pəncərə — mədəniyyətə baxış” dərgisinin təqdimat mərasimi keçirildi.
Ölkə ədəbi-mədəni ictimaiyyətinin, tanınmış ictimai-siyasi xadimlərin, ədəbiyyat və incəsənət ustalarının, KİV nümayəndələrinin iştirak etdiyi - sözsüz ki, mənim də qatıldığım - məclisi Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açdı, tədbirə toplaşanları salamladı. Nazir bildirdi ki, bu il yayın ortalarından ilk sayı işıq üzü görmüş “Pəncərə —mədəniyyətə baxış” dərgisi Respublika Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilib: “Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği üçün belə bir ciddi və intellektual nəşrə böyük ehtiyac vardı. Artıq dörd sayı ilə mədəni ictimaiyyətimiz arasında ciddi nüfuz qazanmış bu jurnalın gələcəkdə ingilis, rus, fransız və dünyanın başqa aparıcı dillərində buraxmaqla, biz qarşımıza qoyduğumuz məqsədə yüksək səviyyədə çatmaq imkanını əldə edə bilərik”.
Davamı...
Art-informasiyalar | Şərhlər(1) | Baxış sayı: 121
Sentyabr 15, 2007 20:42
Kulturoloji turizm
Bu günlərdə Avropadan mənə Almaniya Federativ Respublikasının dövlət qurumu tərəfindən dünyanın aparıcı dillərində nəşr olunan «Almaniya» dərgisinin yeni sayını göndərmişdilər. Mədəniyyət və turizm məsələlərinə həsr olunmuş dərginin bu maraqlı yeni sayının əsas intonasiyası belə idi: qiymətlərin bahalığına, mənzərəli təbiətinin yoxluğuna baxmayaraq, Almaniya özünün minlərlə muzeyiylə, hər il müntəzəm keçirilən musiqi, mətbəx, poeziya, folklor, kitab, kino festivallarıyla, beynəlxalq idman yarışlarıyla, sərgiləriylə və b. kulturoloji hadisələriylə dünya turistlərinin sevimli səyahət - görüş yerinə çevrilir.
Davamı...Kulturologiya: yeni dünyagörüş | Şərhlər(0) | Baxış sayı: 130
Sentyabr 15, 2007 19:26
Avropa Birliyindən gələn var: deputatlar, yoxsa??!
Dünən içi mən qarışıq bir qrup gənclər QHT-sinin - ictimai qurumların sədrlərinin "Həyat - Naxçıvan" otelinin Bakı zalında Avropa Birliyinin deputatlarıyla görüşümüz oldu...
Görüş deyəndə ki, srağa günə planlaşdırılmış görüş təxirə salınmış, əvəzinə sentyabrın 14-də keçirilən görüşə həm avro-deputatlar, həm də bizim QHT-çilər barmaqarası baxırdı...
Mənim diqqət etdiyim məsələlər bunlar idi:

E-gündəlik | Şərhlər(1) | Baxış sayı: 132
Sentyabr 15, 2007 18:06
Dram-konfilikt
|
Вацлав Гавел урегулировал скандал вокруг постановки своей пьесы
Вацлав Гавел урегулировал скандал вокруг постановки своей новой пьесы "Отступающие". Премьера пройдет в пражском Театре на Виноградах, пришет в субботу газета Pravo.
Davamı...Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 71



