Reklam verin!

Tarixçiləri, etnoqrafları bilgi savaşına dəvət edirəm...

Yazar: artyazar @ Yanvar 27, 2008 15:55

Aydın Xan, yazıçı-kulturoloq. "Bizim bir Vətənimiz var - Azərbaycan, ideologiyamız da birdir: AZƏRBAYCANÇILIQ..."
www.xariciedebiyyat.azeriblog.com saytinda Virtual Azərbaycan e-kitabxanasında yerləşdirilən bir materiala ön söz əvəzi etirazım...

Gözəl Bakım

"Gözəlim - Bakım". Foto: Aydın Xan


(http://xariciedebiyyat.azeriblog.com/2008/01/27/elshan-mustafaev-kto-takie-taty-azerbaidzhantsy-ili-persyhttp://xariciedebiyyat.azeriblog.com/2008/01/27/emustafaev-kto-takie-taty-azerbaidzhantsy-ili-persy-ardi-aydin-xandan-sherh-yazi) -

 Bu materialı məqsədli şəkildə e-kitabxanamızda yerləşdirdik. Qəribədir, ölkəmizdə yaşayan milli azlıqların, yaxud da özlərinin təbirincə yazsaq, azsaylı millətlərin, etnik qrup və azsaylı xalqların - tarix elmimiz hələ də bu anlayışların dəqiq mənasını verə bilmir- nümayəndələri "Azərbaycanda yüz minlərlə etnikdaşım yaşayır..." cümləsini şüara çevirməyə başlayıb. Belə çıxır ki, 60 etnik qrupun məskünlaşdığı Azərbaycanda türklərin sayı "milli azlıq" qədərdir, əziz VƏTƏNdaşlarımız. Belə bir məntiqli sual ortaya çıxır ki, əgər siz deyəndirsə, onda nə üçün lokal mənada respublikamızda, qlobal fikirləşəndə isə, 50 milyonluq dünya azərilərinin ümumünsiyyət vasitəsi olan dil, mədəniyyət xəzinəsi, ədəbiyyat sərvətləri, milli-mənəvi sivilizasiya faktorları və digər kulturoloji dəyərlər bir ölkə, millət, coğrafi məkan, dövlət, xalq kimi Azərbaycanımızın əsasında türk bünövrəsinin möhkəmliliyini sübutlayır.
Azərbaycanın multimədəniyyət məkanı olduğunu və superetnos - Azərbaycanlılar, yaxud dəqiq ifadə etsək, azərilər kimi dünyada tanındığını, beynəlxalq elmi-kulturoloji ictimaiyyət, siyasətçilər və intellektuallar tərəfindən qəbul edildiyini sizə, sevimli soydaşlarımız, xatırlatmaqla bir daha söyləmək istəyirik: pantürkizm kimi panetnikçilik də ictimai-humanitar düşüncənin yarımçıq istiqamətləri tək XX əsrdə qaldı, eyni zərərlə millətimizin inkişafı üçün təhlükəli tendensiya sayılır.
Bizim bir Vətənimiz var - Azərbaycan, ideologiyamız da birdir: AZƏRBAYCANÇILIQ...   
Əsrlərin sınağından çıxmış bu sadə fəlsəfəni unutsaq, heç Azərbaycançılıq da karımıza gəlməz: bütün insanlar Adəm və Həvadan (materialistlər üçün meymundan, təkamül nəticəsində ilkin bioloji varlıqdan) törənmişdir - yaranmışdır...

P.S. Fəqət, əgər ictimai düşüncədə polemika açan yazı varsa, mütləq ona cəmiyyətin cavab reaksiyası olmalıdır. Odur ki, sizləri də bu hümanitar-kulturoloji bilgisal dartışmaya dəvət edirəm...

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha