Söyləyirdilər, fəqət inanmaq istəmirdim, yaxud Günel Mövludun PR-ı...

Söz yox, zəhləmgetmişin incə yekəsi kimi hamını sancmaqla məşhurlaşmaq iddiasında bulunan, bir sözlə, yubkalı - ən yaxşı halda - Hacızamin, ya da şortikli - kəndarası - Seymurbaycan kimi ad çıxaran Günel Mövlud Məhsəti Gəncəvi və Natəvan xanımdan sonra qalmaqallı gender-şüəra titulunu almaqdan ötrü zaman-zaman mən yazığı qıdıqlamaqda, bizləməkdə, tikanlamaqdadır.
Əslində, mənim də ağlım yoxdur ki, oturuban ona cavabsayaq bir sicilləmə yazmaq azarına düşdüm: lap dərinə enəndə, ANS TV-nin "Qaynar qazan" verilişinin - yəqin bu gün də vurubən dəm başında yaddaşsızlıq sindromunu əkən G.M.-ya əlavə anlam: 2 fevral (2008-ci il) - Gənclər Günü münasibətiylə birbaşa yayımladığı buraxılışını dostum Sevda xanımın dəvət-çağırışını rədd etmədən qəbulladım: iştirakımla proqramın konsepsiyasını, fəlsəfəsini, olsun ki, tamaşaçılarını da 175 dərəcə dəyişə bildim...
Yeri gəlmişkən, sevimli G nöqtə M təkrar cıqıllı bir qaraltı, o verilişə baxıb mənə zəng açaraq beynimi eşələyənlərin erkək qisminə ilk məntiqli sualım bu oldu ki, qağa, mən heç, deyək, teleulduz şakərinə tutulmuşam, bəs sizlərə nə düşüb, kişisizsə, qadın verilişinə niyə tamaşa edirsiz?
Cavabları bu olur ki, telepultu oynadan zaman (güya, televizorun pultu bunlardan ötrü qlobal e-təsbeh-məsbeh-zaddır!!!) təsadüfən -elm də solaxay sübut edib, özünüzü aldatmayın, təsadüflər zərüriyyətlərdən doğur - səni gördük, marağımı boğa bilməyərək gözlərimizi "Qaynar qazan"a zillədik...
Deməli, aqşinpərəst, polyaksevər, postmodenistpərvər, freyddiddialı, nitşeəddalı, ramizrövşənnifrətli, aydınxanqürrəli, cəllilməmmədquluzadəstilli, nə bilim, hacızaminməktəbli yazar arXaDaşım, axı sevgi olan yerdə, mənə olan qısqanclığını necə anladım bu kütləyə...
Qəribədir, bu millətin istər yaşlı, istər cavan, istərsə də ağzında süd qoxusu gələn gəncləri, o cümlədən G.M. (Əgər Məhsəti Gəncəvi sözlərini insal şəklində yazsaq belə alınar: M.G.) oxucu qismində yalnız özünün dost-tanışlarını, qələm adamlarını, uzaqbaçı ailə üzvlərini və kitablarını sırıdıqları kəsləri görürlər. Mənsə, əksinə, dünyanın çevik kitab-düşüncə texnologiyalarından çıxış edərək səhər-axşam Türkiyə, Latın Amerikası, İran, Rusiya teleserialları ilə zövqlərinin qurdunu çərlədən, Aygün Kazımovanın neçə santimetr sinəsini daraltdığını, canım sizə yazsın, bu superulduzbayanın Namiklə mazaqlaşmağının biznes jestindən başqa başaldatma olmadığını ciddi ictimai polemika probleminə cevirərək efir texnologiyasını həyat reallıqlarından ayırd edə bilməyən Azərbaycan insanını əsl ədəbiyyat oxucusuna çevirməyi qarşıma məqsəd qoymuşam və məhz buna görə də, ay dayaz yazar lağ-lağıları, BÜTÜN MÜMKÜN SİVİL VASİTƏLƏRDƏN İSTİFADƏ EDİRƏM ki, soydaşlarıma ciddi, yeni - real və virtual oxu mədəniyyətini aşılayım...
Əgər özünü bir saylı intellektual genderbaşı sayan G.M. ("General Motors" Şirkəti görən məni brend hüquqlarını pozduğuna görə məhkəməyə çəkməz?) və onun kimi darintellektli dostlarım bu acı, sadə, e-həqiqəti anlamırlarsa, vay bu toplumun halına...
Yoruldum, fəqət ardı kiminsə başında bu yaxınlarda çatlayacaq
P.S. Boynuma alım ki, yuxarıdakı şəklimə vurulubən, bu yazını qələmə aldım...P.P.S. Elnur Astanbəyli özü AR Gənclər vəTurizm Nazirliyinin illik pul mükafatını alanda dövləti tərifləyirdi (eyni vaxtda həmmükafatçı kimi şanlı Az TV-dən təriflər yağdırmışdıq), amma 2-3 dəfə hökumətdən mənzil alan bir çox xalq yazarları kimi indi yazarlarla dövlətin arasını vurmaqla hansı məqsəd güdür, yaxud Günel Mövlud kimi ara qarıçdırmaq tapşırığını kimlərdən, haradan aldığı sirrdir mənim üçün: bəlkə siz biləsiniz?
Bura mütləq baxın: http://almaqezeti.com/?mod=view&id=2463



Ela yazidir, xosuma geldi... Amma qorxuram Zamin Haci xeber tuta ve seni sanca, hele Seymur Baycani demirem...
Fevral 11, 2008 13:42