Reklam verin!

Aprel 21, 2008 11:28

YENİ YAZARLAR VƏ SƏNƏTÇİLƏR QURUMU: DÜNƏN, BU GÜN VƏ SABAH

artyazar

Həmsöhbətim Qurumun sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovdur
Mənbə: "Pillərlər" qəzeti, 18 aprel, 2008
Həmsöhbət: Şöhlət ABBAS, qəzetin baş redaktoru, şair-publisist

YYSQ-ciler

 Aydın Xan (Aydın Əhməd oğlu Əbilov) 14 may 1971-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində müəllim ailəsində anadan olub. 12 saylı Bakı şəhər texniki-peşə məktəbini fərqlənmə diplomu ilə bitirib. 1989 – 1991-ci illərdə hərbi xidmətdə olub. 1992-ci ildə Bakı Dövlət Universiteti filologiya fakültəsinin hazırlığına daxil olub, sonra əyani şöbədə oxuyub. Fakültə həmkarlar təşkilatının sədri, BDU Həmkarlar İttifaqı idarə heyətinin üzvü, Tələbə Elmi Şurasının sədri, həmçinin “İntibah” Gənclər Təşkilatının təsisçisi olub. Tələbə ikən Gənclər “Pen-klubu”nu yaradıb və onun sədri seçilib.
1997-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin əyani aspiranturasına qəbul olunub, elə oradaca yarımştat kiçik elmi işçi kimi çalışıb. Eyni zamanda “Ədəbiyyat qəzeti” redaksiyasında xüsusi müxbir kimi mşə götürülüb və hazırda burada ədəbi tənqid-publisistika şöbəsinin müdiridir.
1998-ci ildə yaradılmış və sonradan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən döblət qeydiyyatına alinmış Yeni Yazarlar və Sənətçilər Qurumunun təsisçisi və rəhbəri olub, hazırda təşkilatın sədridir.
1999-cu ildə Birləşmiş Millətlər Təşkilatıyla Azərbaycanda üçüncü sektorun inkişafı ilə bağlı layihənin eksperti kimi çalışıb, Milli QHT Forumunun yaradıcılarından və təsisçilərindəndir, hazırda sıralarında 400-dən çox təşkilatı birləşdirən bu qurumun idarə heyətinin katibidir.
Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqının həmtəsisçisi və sədr müavini olub. Müxtəlif vaxtlarda “Avanqard”, “Şəhriyar”, “Etimad”, “Gəncliyin səsi” qəzetlərinin, “Yeni dalğa”, “Sara Xatun” dərgilərinin redaktor, təsisçi və baş redaktoru, “Xəzərçi”  internet buraxılışının rəhbəri vəzifələrini yerinə yetirib, bəzilərinin indi də rəhbəridir. 1996-cı ildən dövri mətbuatda ədəbi-bədii, elmi-kütləvi, analitik-kulturoloji, tərcümə və publisistik yazılarıyla çıxış edir.
Yazıçı-kulturoloq, tənqidçi-publisist, tərcüməçi və ədəbiyyatşünas kimi onun Azərbaycan Respublikasının və xarici ölkələrin aparıcı dövri mətbuat orqanlarının, elmi jurnallarının səhifələrində 1000-dən artıq elmi-kütləvi, ədəbi-bədii, tənqidi-publisistik, analitik-kulturoloji və tərcümə yazıları işıq üzü görüb. Azərbaycan telekanallarının çoxsaylı proqramlarında yazıçı-kulturoloq və ekspert kimi iştirak edir.
“Virtualizm: yeni kulturoloji cərəyan”, “Virtual Azərbaycana doğru”, “Texnomodernizm: yeni alternativ ədəbiyyat axtarışında”, “Azərbaycanda yaradıcı qurumlar: yeni cəmiyyət quruculuğu”, “Mədəniyyət: millətlərarası dialoq forması” bə b. elmi-kütləvi yazıları, həmçinin müxtəlif yazılı və elektron kütləvi informasiya vasitələrindəki, internetdəki ekspert çıxışları, müsahibələri ictimai düşüncədə ciddi polemikalara səbəb olmuş, diskussiya mövzusuna çevrilmişdir. AYB-nin hesabına “Yeni ədəbi nəsil: axtarışlar, problemlər” və “Ədəbi həyat: qurultaydan qurultaya” adlı iki kitabı, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xəttilə “Kulturoloji – alternativ düşüncələr” adlı monoqrafik-analitik əsərlərdən ibarət sanballı kitabı nəşr olunub. 
Hazirda “Heydər Əliyev: Ruhu – Milli Varlığımız, Məzarı – And Yerimiz” adlı kitabı nəşrə hazırlanır. Daha üç kitabı nəşrini gözləyir.
“Ədəbi-bədii publisistika: poetikası və tipoqrafiyası” mövzusunda dissertasiya yazıb. Əsərləri rus, türk, fars, ingilis, fransız, alman, gürcü və başqa dillərə tərcümə edilərək xaricdə nəşr olunub.
www.artyazar.azeriblog.com , www.virtualroman.azeriblog.com , www.xariciedebiyyat.azeriblog.com  kimi azərbaycandilli internet resurslarının – maraqlı saytların yaradıcısı, redaktoru və yazarıdır.
Hazırda Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Azərbaycan Yazıçılar Birliyinin İctimai Qurumlarla Əlaqə və Analitik İnformasiya Mərkəzinin sədri, AYB Gənclər Şurasının sədr müavini, AR Gənclər Təşkilatları Milli Şurasının Məclis üzvü, Milli QHT Forumu İdarə Heyətinin katibi, MDB-yə daxil olan ölkələrin hər il keçirilən Beynəlxalq Kitab Sənəti Müsabiqəsinin Azərbaycan Respublikası üzrə Milli Müsabiqə Komissiyasının məsul katibi vəzifələrini yerinə yetirir. Eyni zamanda bir çox ictimai təşkilatların idarə heyətlərinin üzvü kimi ölkəmizin üşüncü sektorunun inkişafında xüsusi xidmətləri ilə fərqlənir.
Bir çox xarici ölkələrdə (Rusiya Federasiyası, Gürcüstan, Ukrayna, Moldova və b.), həmçinin Azərbaycanda keçirilən çoxsaylı mötəbər beynəlxalq və elmi konfransların iştirakçısı, eləcə də məruzəçisi olub.
Azərbaycanın, Rusiyanın, Türkiyənin, İranın, İraqın müxtəlif diplomları və mükafatlarına, habelə müxtəlif vaxtlarda “İlin gənc yazarı”, “İlin jurnalisti”, “İlin ictimai fəalı”, “İlin tənqidçisi” kimi fğxri adlara, mükafatlara layiq görülüb.
AR Gənclər və İdman Nazirliyinin, AR Müəllif Hüquqları Agehtliyinin, Azərbaycan Yazıçılar Birliyinin, AR Gənclər Təşkilatları Milli Şurasının, Milli QHT Forumunun və başqa qurumların Fəxri fərmanları ilə təltif edilib.
2000-ci ildə AR Milli Məclisinə keçirilən seçkilərdə fəal iştirak edib. Ölkə daxilində və xaricdə keçirilən müxtəlif seşkilərdə müstəqil müşahidəçi və xarici beynəlxalq təşkilatların eksperti kimi iştirak edib.
2003-cü ildə “Prezident seçkiləri – 2003” Gənclərin Seçki Qrupunun təsisçilərindən və rəhbərlərindən olub. İlk əvvəl ümummilli öndər Heydər Əliyevin, daha sonra AR prezidenti İlham Əliyevin namizədliyini fəal dəstəkləyənlərdən biri kimi müxtəlif mətbuat orqanlarında, ölkə və xarici elektron KİV-lərində mövqeyini ifadə edən analitik materiallar və müsahibələr, ekspert rəyləri ilə çıxış etmiş, “Gəncliyin səsi” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərmişdir. “Heydər Əliyev və Azərbaycan gəncliyi” kitabını araya-ərsəyə gətirənlərdən biri olaraq orada “Azərbaycan mədəniyyətinin Heydər Əliyev mərhələsi” adlı geniş məqaləylə çıxış edib.
2006-cı ildə 74 saylı Lənkəran kənd seçki dairəsindən AR Milli Məclisinə seçkilərdə namizəd kimi fəal iştirak etmişdir. Televiziyadakı çıxışlarında, seçicilərlə çoxsaylı görüşlərində cənab Prezident İlham Əliyevin qızğın tərəfdarı kimi çıxışlar etmişdir. Özünün yaratdığı “Müstəqil gənclər” Seçki Bloku, həmçinin “İctimai liderlər” Seçki Bloku”, “Yeni Parlament” Seçki Bloku, AR Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu kimi neçə-neçə ictimai-siyasi təşkilatlar onun AR Milli Məclisinə namizədliyini dəstəkləmişlər.
Ailəlidir, iki oğul atasıdır.

Haşiyə. Qurumun koordinatları belədir:

Hüqüqi ünvan: Bakı şəhəri Xaqani 25,  Azərbaycan Yazıçılar Birliyi, 4 mərtəbə
Yazışma ünvanı: 331-ci otaq, Mətbuat pr., 529-cu məhəllə, Bakı, Az 1073, Azərbaycan R.
Tel.: (+99412) 418 93 58; 438 03 17; (0-50) 213 40 43; 
e-mail: artyazar@yahoo.com,

Saytlar:  www.yysq.azeriblog.com; www.xariciedebiyyat.azeriblog.com ; www.artyazar.azeriblog.com
 
– Zəhmət olmasa, əvvəlcə qurumunuz haqqında bir qədər məlumat verəsiniz...

– Azərbaycan, dövlət müstəqilliqini ikinci dəfə qazanandan sonra cəmiyyətimizdə çox maraqlı proseslər baş verdi. Proseslərdən biri də belə idi ki, insanların öz maraqlarına uyğun olaraq hər hansı bir qurumda birləşmələri və cəmiyyətin bir çox problemlərinin həlli ilə bağlı müəyyən layihələri həyata keçirmələri üçün bir lobbiləşmə getdi. Və bu prosesdə biz də, yəni yeni nəsil yazarları da geridə qalmadıq. Mən hələ 1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olan zaman orada ədəbiyyat və mədəniyyətlə bağlı bir qurum yaratmışdım. Bu, “Gənclər Pen-klubu” adlanırdı və özünün tədbirləri ilə artıq ədəbi-mədəni ictimaiyyət arasında tanınmağa başlamışdı.
1998-ci ildə bir qrup məsləkdaşımızla birlikdə Yeni Yazarlar və Sənətçilər Qurumunun təsis konfransını keçirdik və Ədliyyə Nazirliyi tərəfindən 1999-cu ilin əvvəllərində dövlət qeydiyyatına götürülmüş bir təşkilat olaraq fəal qeyri-hökumət təşkilatları sektorunda fəaliyyət göstərməyə başladı. Təşkilatımız özündə yeni nəsil yazarları və yaradıcı sənətin bir çox sahələrindəistedadını nümayiş etdirən şəxsləri birləşdirir. Indiyə qədər keçirdiyimiz tədbirlər də sübut edir ki, bu təşkilatın yaranmasında, doğrudan da tarixi bir zərurət var idi.
Artıq bizim bir çox layihələr nəinki Bakıda, Azərbaycanda, dünyanın bir sıra ölkələrində tanınır və partnyor təşkilatlar tərəfindən çox ciddi qəbul edilir. Məsələn, onlardan bir neçəsinin adını sadalamaq istəyirəm. Hər il keçirdiyimiz Bakı Kkitab Bayramları. Bu ilin mayayında artıq VII Bakı Kitab Bayramı gerçəkləşdiriləcək.
Ilin kitab müsabiqəsi. YUNESKO-nun xəttilə dünyanın hər yerində aprelin 23-ü və 26-da keçirilən Beynəlxalq Kitab və Müəllif Hüquqları günü, Ümumdünya Əqli Mülkiyyət Günü kimi tədbirləri Azərbaycanda ilk dəfə biz keçirmişik.
Ana dili ilə bağlı, ədəbiyyat və mədəniyyətlə bağlı indiyə qədər 200-ə yaxın irili-xırdalı layihələr və proqramlar, o cümlədən tədbirlər həyata keçirmişik.
ən böyük layihələrimizdən biri də “Virtual Azərbaycan” layihəsidir. Bu layihə özü-özlüyündə həm çağdaş dövrümüz, zəmanəmiz üçün maraqlı olan bir ideologiyanı, yəni dünya azərbaycanlılarını (fərqinə varmadan ki hansı ölkədə yaşayır) birləşdirmək, yeni texnologiyaların imkanlarından yararlanmaqla internetdə, virtual aləmdə bir Azərbaycan məkanını, kulturoloji, milli, ideoloji və informativ bir məkanını yaratmaq. Və bunun da böyük bir hissəsi olaraq Azərbaycanda ilk dəfə olaraq virtual hiper elektron kitabxana yaratmışıq. Yeri gəlmişkən, oxucular üçün də maraqlı olar, bu kitabxana
www.xariciedebiyyat.azeriblog.com  saytında fəaliyyət göstərir və özündə milyonlarla kitabın elektron variantını saxlayır. Istənilən bir şəxs internetə girib, rahatca bu elektron kitabxanadan yararlana bilər. Həmin elektron kitabxanada dünyanın bütün kitabxanalarının elektron variantları, saytları, mətbuat orqanları, Azərbaycan yazıçılarının, dünya yazıçılarının türk, rus, ingilis və digər dillərdə on minlərlə, hətta milyondan çox kitabı əldə etmək imkanı var.

 - KİV-dən də məlumatlıyıq ki, son vaxtlar YYSQ-nin fəaliyyəti daha da genişlənir...

- Qurumun fəaliyyəti son illər daha da intensivləşib ki, bu da zamanın tələblərindən irəli gələn fəallıqdır. Qurumumuzun nəzdində bir neçə qruplar yaradılıb. Bunlardan biri də gənclər “Pen-klubu”dur. Biz təkrarən bu klubun işini canlandırmışıq və artıq bu ildən silsilə tədbirlər keçirməyə başlamışıq.
Bizimlə birlikdə türkiyəli tələbələrin buradakı “Öyrənci” (yəni "Tələbə") qəzeti" redaksiyası Bakıda şeir və ədəbiyyat gecəsi düzənlədi və burada bizim fikrimiz Azərbaycan və Türkiyə ədəbi-mədəni əlaqələrini möhkəmləndirmək və intellektual beyin mərkəzini yaratmaqdır.      
Gənclər “Pen-klubu” artıq çox neçə tədbirini keçirib. Məsələn, xalq şairi Sabir Rüstəmxanlı ilə gənc yazıçıların görüşü, tanınmış şair Rüstəm Behrudi ilə gənc yazıçıların görüşü, Milli Məclisin deputatı və Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə gənc yazıçıların görüşü və s.
Eyni zamanda yeni nəsil yazarları olaraq biz internetin və virtual aləmin dünya beynəlxalq ictimai-kulturoloji düşüncəsindəki yerini, əhəmiyyətini nəzərə alıb, bir çox layihələr gerçəkləşdiririk. Bu layihələr “Azərbaycandilli və türkdilli internet resurslarının inkişafı”, “Azərbaycan yazıçılarının və yeni nəsil yazarlarının ayrıca fərdi saytlarının hazırlanması”, “Ədəbiyyat portallarının hazırlanması”, “Mədəniyyət və ədəbiyyat informasiyalarının birbaşa dünyaya təqdimatı”, “Ən yeni nəsil yazarlarının bloklarının hazırlanması və geniş oxucu auditoriyasına çatdırılması” layihələri ilə çoxlu işlər görmüşük və bu işlərin də artıq real nəticələrini görürük.

- İnternetdə maraqlı Virtaul Kitabxana yaratdığınız barədə oxucular həvəslə danışırlar...

- Bildiyimiz kimi, bütün dünyada 50 milyona yaxın Azərbaycan türkü var və bu soydaşlarımız Azərbaycanla bağlı istənilən informasiyanı birbaşa internet vasitəsilə ala bilirlər. O cümlədən də elitar, intellektual, estetik informasiya sayılan ədəbiyyat, ədəbiyyat mətnləri, çağdaş bədii söz sənətimiz, çağdaş ədəbi proses və mədəniyyət olayları ilə maraqlanan, tanış olmaq istəyənlərin sayı həddindən artıq çoxdur. Bu gün hər bir xalq qloballaşan dünyada öz mədəniyyəti, ədəbiyyatı, intellekti, kulturoloji-humanitar düşüncəsi ilə tanınır. Və dünyada yaşayan insanlar özlərilə bağlı informasiyaları xarisdə yaşayan insanlara çatdırmaq üçün bizim resurslarımızdan istifadə edirlər. Hadisə kimi mən onu qeyd edim ki, bizim yaratdığımız www.artyazar.azeriblog.com portalı artıq bu informasiya çatışmazlığını aradan qaldırmaqla bağlı böyük işlər görmüşdür. 2 aydan artıq qısa bir müddətdən bəri fəaliyyət göstərməsinə baxmayaraq, 200 minə yaxşn insan bizim bu internet portalından və onun ayrı-ayrı saytlarından istifadə etmişdir.

– Gəlin bir qədər də qurumun əhatə dairəsindən danışaq...

– Bizim Yeni Yazarlar və Sənətçilər Qurumunu sabiq SSRİ-dən qalma yaradıcılıq təşkilatlarından fərqləndirən bir cəhət var ki, bu, Avropa tipli bir təşkilatdır və burada üzvlük heç də köhnə təşkilatlarda olduğu kimi kütləvi xarakter daşımır. Sadəcə insanların sosial, estetik və digər baxışlarına hörmətlə yanaşaraq, biz heç bir  yazarın yaradıcılığına müdaxilə etmədən, onların ümumi maraqlarını birləşdirmək üçün belə bir təşkilat yaratmışıq və klub tipli bir təşkilatdır. Təşkilata indiyədək çoxlu yeni nəslin nümayəndələri gəlib. Burada parlayan və özünün yaradıcılığını nümayiş etdirən insanlarımız da, yaradıcı gənclərimiz də çoxdur. Eyni zamanda bizimlə indiyə qədər də əlaqələri olan və xarcə gedib yaşayanlarımız da çoxdur. Ümumən götürəndə isə indiyə qədər təşkilatın 500-ə yaxın üzvü olub. Əlbəttə, bunların hamısı peşəkar yazıçı olmayıb, amma böyük bir əksəriyyəti həm də sonradan Yazıçılar Birliyinə üzv oldu, indi hal-hazırda müxtəlif qəzetlərdə çalışırlar və ədəbiyyatın, mədəniyyətin bir çox sahələrində öz yaradıcılıqlarını hümayiş etdirirlər. Təşkilatın üzvlərindən misal göstərə bilərəm Həyat Şəmi, Faiq Balabəyli, Rövşən Naziroğlu, Şərif Ağayar, Sabutay, Ramin Deko, Rəbiqə Nazimqızı, Əli Əlioğlu, Səxavət Sail və bizim təşkilatn məclis sədri olan, “Dünya” jurnalının baş redaktoru Səlim Babullaoğlu və başqalarını.

- Bəs xarici əlaqələriniz necə, yarada bilmisinizmi?

- Təşkilatın Güney Azərbaycanı, Gürcüstan, Türkiyə, Rusiya və Avropanın bir çox ölkələri ilə sıx əlaqələri var, həmin ölkələrdə nümayəndələrimiz var. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə, Milli QHT Forumu, Gənclər Təşkilatlarının Milli Şurası və digər təşkilatlarla sıx əlaqələrimiz var. Hazırda Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müəllif Hüquqları Agentliyi, “Xəzər” Universiteti, “Təhsil” nəşriyyatı və digər qurumlarla da biz tərəfdaşlıq edirik. Yəni bu baxımdan Yeni Yazarlar və Sənətçilər Qurumu artıq Azərbaycan ictimai-mədəni düşüncəsində öz yerini tutmuş bir təşkilat kimi tanınır.

- Ədəbiyyatda nəsildəyişikliyi get-gedə surətlənir... 

- Düzü, biz bu təşkilatı 10 il bundan qabaq yaradanda fikirləşmirdik ki, tezliklə biz də yaşlaşa bilərik və artıq indi biz gənc deyilik, orta nəslin nümayəndələri sayılırıq, asmma sevindirici haldır ki, sıralarımızda ən yeni nəslin nümayəndələri, məsələn, Əli Əlioğlu, Məhbubə Məmməd, Zərdüşt və digər istedadlı cavanlar var ki, bunlar da ədəbiyyatımızın sonbeşikləri sayılırlar. Və bizim fəaliyyətimiz nəticəsində onların bəzilərinin əməkləri artıq qiymətləndirilib. Məsələn, Əli Əlioğlu “İlin ən yaxşı şairi” seçilib və respublika Gənclər və İdman Nazirliyi tərəfindən diplom və pul mükafatına layiq görülüb.

– Hər bir təşkilatın, qurumun işinin uğurlu olması, təbii ki, birinci növbədə onun maliyyə imkanlarından asılıdır. Bu baxımdan quruma kimlər kömək göstərirlər?

 – Sözsüz ki, bizim bir çox layihələrimiz Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maddi dəstəyilə gerçəkləşdirilir: xüsusən də kitab bayramı ilə bağlı layihələr Gənclər və İdman Nazirliyinin maddi, eyni zamanda  Mədəniyyət və Turizm Nazirliyinin texniki, Azərbaycan Yazıçılar Birliyinin mənəvi dəstəyilə gerçəkləşdirilir. Bu, dövlətin birbaşa bizə yardımı şəklində nəzərdə tutulur. Amma bizim tədbirlərimiz çoxiaxəlidir və sayı həddindən artıq çoxdur. Biz ölkə daxilində qanunun icazə verdiyi müxtəlif formatlarda maliyyə imkanlarını arayırıq. Məsələn, bizim bir kitab layihəmiz var: “Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyası”. Bu layihənin bir hissəsini Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu tərəfindən maliyyələşdirib. Və yaxud, indi bilirsiniz ki, cənab prezidentin QHT-lərlə bağlı fərmanı var, o fərmana uyğun olaraq artıq bu ilin ikinci yarısından QHT-lərin layihələri dövlət büdcəsindən maliyyələşdiriləcək. Eyni zamanda Azərbaycanda yaşayan və ədəbiyyatla məşğul olan bir çox insanlar, o cümlədən bizim təşkilatın üzvləri xeyriyyəçilik yolu ilə bizim qurumun layihələrinə kömək edirlər. Eyni zamanda Rusiyada yaşayan iş adamı, qardaşım Rizvan Əbilovun bizim təşkilata etdiyi xüsusi yardımı mən qeyd etmək istəyirəm. O, ədəbiyyat və mədəniyyətə böyük bir sevgi ilə yanaşan insandır və indiyə qədər bizə icazə vermir ki, onun adını hallandraq, amma artıq vaxtıdır ki, bizə yaxşılıq edəni bildirək. Bizim layihələrin təxminən 80 faizi məhz onun maliyyə köməkliyi ilə gerçəkləşdirilir.

– Müsahibəyə görə təşəkkür edir, Sizə uğurlar arzlayırıq!

– Təşəkkür edirəm!


Musahibələrim. Kulturoloq rəylərim, Kulturoloji muqavimət, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 70

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com