May 4, 2008 23:12
ART-SOS: növbəti yazara qarşı kampaniya...
Bu e-naməni tanınmış yazar-publisist Rasət bəy mənim e-poçtuma yollayıb. Bu problemlə əlaqədar şəxsən özüm bir neçə dəfə materiallarla çıxış etmişəm. Deyəsən ölkəmizdə basqılanmağa jurnalist qalmayıb deyə, indi də cəmiyyətimiz keçid alıb yazarlara. Görəsən növbə mənə havaxt çatacaq...
Yazıçı Rasət Pirisoyunun bəyanatı
"Dünən, 30 aprel, 2008-ci il tarixdə, Binəqədi rayon məhkəməsində Şuşadan məcburi köçkün Fyodor Məhərrəmovun «Sənət qəzetin»də çap olunmuş «Petka» poemamla əlaqədar mənə qarşı qaldırdığı şərəf və ləyaqətin təhqirinə dair iddia ərizəsi məhkəmə araşdırmalarından sonra rədd edildi.
Fyodor Məhərrəmov məhkəmədə hədə ilə danışdı...
Bu hədənin əsassız olmadığı, arxasında konkret «plan» dayandığı məhkəmdən bir neçə saat sonra üzə çıxdı; belə ki, vaxtı ilə yaşadığım mənzili zəbt etmiş ailənin qadın üzvü (mən etika xətirinə həmin qadının adını açıqlamaq istəmirəm) qapıma gələrək məndən mənzili boşaltmağı tələb etdi.
Mən mat- məəttəl qaldım.
Halbuki 1993-cü ildə məhkəmə icraçılarının köməyi ilə zəbt olunmuş mənzilimi azad edərkən, mən həmin ailəyə qarşı insaflı hərəkət etmişdim, yaşamaq üçün normal mənzil tapmışdım, imkanım daxilində maliyyə yardımı göstərmişdim, çox güman ki, ehtiyacı olmadığından həmin ailə mənim tapdığım mənzildən imtina etmişdi.
Ailə Füzuli rayonundan idi və Füzuli rayonu işğal olunmamışdan xeyli əvvəl mənzili ələ keçirmişdi.
Qadın açıq - aşkar məni münaqişəyə çəkirdi.
Mənim evə girib qapını bağlamaqdan savayı əlacım qalmadı.
Amma bu da bəs etmədi.
Mən polis çağırmalı oldum.
Aradan on beş il keçəndən sonra vaxtı ilə mənzilimi zəbt etmiş ailənin qadın üzvünün qapımın qarşısında peyda olaması, münaqişə yaratmağa cəhd göstərməsi, bir daha sübut edir ki, poema ilə əlaqədar Fyodor Məhərrəmovun qaldırdığı məhkəmə iddiası ancaq bəhanədir, əslində bu, illərdən bəri mənə qarşı davam edən təzyiq kompaniyasının tərkib hissəsidir, (bu müddət ərzində mən dəfələrlə daşa basılmışam, gecələr evimin qapısını döyüb qaçıblar, mənim üçün lift problemi yaradılıb, problem hələ də öz həllini tapmayıb, koridorda olan elektirik şitində mənzilimə gələn xəttdə müxtəlif əməliyyatlar həyata keçirilib, tanımadığım adamlar dəfələrlə qarşımı kəsib, evimə hücum təşkil olunub və s.), öz mənzilimə sahib çıxdığım üçün məndən qisas almaq məqsədi dayşıyır və təəssüf ki, bu kompaniyada təkcə Fyodor Məhərrəmov, onun yaşadığım binada məskunlaşmış bir qrup həmyerlisi deyil, həm də biabırçı tayfa prinsipləri ilə yaşayan icra, hüquq - mühafizə, habelə mətbu orqan nümyəndələri də yaxından iştirak edir.
Əgər belə olmasaydı Fyodor Məhərrəmovun və onun bir qrup həmyerlisinin bu qəribə hərəkətlərinə laqeyd yanaşmaq da olardı.
Mən dərin narahatlıq içərisində bildiriəm ki, bütün dəlillərə, sübutlara, izahlara baxmayaraq, illərdən bəri davam edən bu kompaniya heç kəsə yaxşı heç nə vəd etmir, ona görə də mən bir daha hüquq - mühafizə orqanlarından, əlaqədar təşkilatlardan, xüsusi ilə də DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏN israrla, təkidlə ailə üzvlərimin təhlükəsizliyini təmin etmək, bu biabırçılığa son qoymaq üçün müvafiq tədbirlər görməyi xahiş edirəm.
Əlaqə telefonu: 050 580 57 90..."
P.S. Hamımız Rasətik!!!
İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 42
