Reklam verin!

ATV-də növbəti səs-küylü günüm: Manıslaşmaq - Azərbaycansayağı yaşamaq...

Yazar: artyazar @ May 4, 2008 21:10

Sabahkı - mayın 5-dən sonrakı ATV-nin "El içində" verilişinin 12 may (təkrarı 13 may, yəni mənim ad günümün dünəni saat 16 00-da) axşam saat 11 00-dan o yana göstəriləcək buraxılışına baxmayın: telemaariflənmə əvəzinə, siz də mənim kimi depresiyaya batacaqsız - əlbəttə, söhbət intellektuallardan gedir, yaxud gəlirsə...

Aydin Xan ve Elchin Elibeyli


Dost-tanışlarımın böyük əksəriyyətinin iradlarına rəğmən, mən  "tele-maarifçiliyin ən çevik növü - şoularda iştirak edib intellektual qalmaqallar yaratmaqdır!!!" fərdi şüarımla hamının acığına teleyürüşlərimi - milli beyinlərə - uğurlu-uğursuz davam edirəm: harada qırıldı, qoy bitsin...

Bu həvəslə də həftənin üçüncü günü ATV-nin "El içində" verilişinin növbəti çəkilişlərinə gecikdim: mövzu - bizim millət üçün yad olan bir sahə - qanun, daha dəqiq ifadə etsəm, müəlliflik və əlaqəli hüquqlar problemi idi.

Həmişəki kimi dostum teleşünas-kulturoloq Elçin Əlibəyli, eləcə də tamaşaçıların gözünü və beynini yormuş mənlə yanaşı, tanınmışlardan deputat xanım Aynur Quliyeva, sənətçi  Briliyant (görən adını səhvsiz yazdım?) Dadaşova, bəstəçi Aygün Səmədzadə - düzünü boynuma alsam, mən onu yeni nəslin nümayəndəsi sayırdım -  adını indi heç cür xatırlaya bilmədiyim hüquqşünas - ki, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin məsul əməkdaşı kimi danışırdı - guya çağdaş dünyanın ən azı qlobal probleminə aid fikirlərimizi bölüşməli idim...

İstədiyimiz oldumu, deyib xəbərçilik etməyəcəyəm, təkcə onu bildirmək istəyirəm: bütün verilişi - məndən çıxmayan iş - ağzıma Koka-Kola almalı oldum.
Səbəbini sormayın: ucundan-qulağından onu bildirim ki, məlum böhrandan sonra milli-mental (motal da oxuya bilərsiz) şou-biznesimizə növbəti hücumlara girişən Brilyant xanım heç cür sivil yolla müəllif haqlarının yığılıb sahiblərinə çatdırılmasını qəbul etmək - yaxud da anlamaq iqtidarında olmadı...

Ən qəribəsi isə aparıcı Elçin Əlibəylinin mövqeyi idi: düzü, ondan heç gözləmədiyim fikir sərgilədi və mən bu ölkə ilə millətin haçansa düzələcəyinə olan iynə gözü boydakı inamın da buxarlandığını, bir sözlə içimin - düşüncələrimin əzildiyini açıq-aydın duydum...

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha