Reklam verin!

May 8, 2008 10:13

Mədəniyyətin hamisi Prezidentimizdir, bəs məmurlarla iş adamları niyə görsənmirlər?!

artyazar

 

Dünən Azərbaycan Respublikasının Prezidenti, mədəniyyət və ədəbiyyatımızın böyük hamisi İlham Əliyev iki maraqlı sərəncama imza atıb (mətnləri o biri səhifədə):. Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin, eləcə də incəsənət xadimlərinə prezident mükafatlarının verilməsi barədəki bu rəsmi sənədin çağdaş milli estetik dəyərlərimizi inkişaf etdirən sənət adamlarına necə güclü dəstək olmasını izah etməyə məncə, lüzum yoxdur.


Məndə olan məlumatlara görə artıq 10 ildən çoxdur ki, bu cür dövlət yardımları və mükafatları sənətçilərə ayrılır, amma nədənsə, yaşlı nəsil nümayəndələrini çıxmaq şərtilə, cavan yazarlar uzun müddət bu himayədən kənar qalıblar. Mərhum Heydər Əliyev vaxtında iki dəfə 10 nəfər yazara təqaüd ayrılsa da, sonralar sanki hansısa gözəgörünməz qüvvələr dövlət başçısı ilə qələm adamlarımız arasında dəmir pərdənin çəkilməsinə müvəffəq oldu. Halbuki hamıya gün kimi aydındır: yazarlar yazmasalar - necə ki, milli səhnəmizin çağdaş durumu bunu sübut edir, bir-iki nümunəni çıxmaq şərtilə, mənasıq, XIX əsr qoxusu gələn əsərlər teatrlardan seyrçiləri didərgin salıb - sənətimiz də ölüb gedər.

Söz yox ki, biz cavan yazarlar da mələksimalı deyilik, fəqət birdən-birə Nizamilik, Şekspirlik də etmək mümkün deyil, gərək cəmiyyət yazar əhlinə əlahidə diqqət ayırsın: axı biz hələ də mədəniyyətimizin keçid dövrünü yaşayırıq.

Bizim fərdi xahişimiz də daxil olmaqla, cənab Prezidentimizə olan saysız xahişlərdən sonra, ötən il ölkə başçısı müxtəlif nəsil yazarlara Prezident təqaüdlərinin ayrılması barədə fərman imzaladı: sənədə görə yaşlılara 300, cavanlara 200 manat vəsait ayrılmalıydı. Sirr deyil ki, aktyor və müğənnilərə rəğmən, yazar tayfasının heç bir yerdən gəliri yoxdur. Çoxlarımız o  1 illik təqaüdü artıq borc kitablarında ərtimişlər. İndi qiymətlər ceyran belində göyə qaldığı bir zamanda 200 manatla nə edəcəyimizi düşünərkən, məmurlarımız hələ də vaxtı uzadır, yazarlara aid sərəncamın imzalamasını ilin ikinci yarısına saxlayırlar...

Həmişəki kimi, cənab Prezident hamımıza dayaq olmaq üçün addımlar atır, amma məmurlar dəmir pərdəni heç çür yırtmaq istəmirlər.

Onlar düşünürlər ki, İlham Əliyevi dəstəkləyən biz yazarlar, bəziləri kimi, ya pula, ya vəzifəyə, ya da hansısa başqa şirnikləndirici vədlərə uyuruq.

Zira, o şəxslər heç vaxt anlamayacaqlar ki, BİZLƏR İLHAM ƏLİYEVİN TİMSALINDA AZƏRBAYCANIN GƏLƏCƏK İNKİŞAFINI GÖRÜRÜK...

Bu gün də olmasa, sabah biz yazarlar bu dövlətə, millətə, Prezidentimizə, bir sözlə, GƏLƏCƏYİMİZƏ lazımıq...

P.S. Düzgün məntiq sahibi o kəs olar ki, bu mülahizələri oxuyub bizdən soruşsa:

Mədəniyyətin hamisi Prezidentimizdir, bəs məmurlarla iş adamları niyə görsənmirlər?!


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında mədəniyyət və incəsənət sahələrində böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Axundov Ramiz Həbib oğlu
Baliyev Yuri Nikolayeviç
Dadaşov Rafael Məlik oğlu


Əhədzadə Elxan Yəhya oğlu
Əliyeva Mədinə Vaqif qızı
Kərim Məcnun Təbriz oğlu
Məmmədov Ramiz Heydər oğlu
Məmmədzadə Siyavuş İmran oğlu
Perlova İrina Aleksandrovna

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2008-ci il.


İNCƏSƏNƏT XADİMLƏRİNƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MÜKAFATLARININ VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:

Abdullayev Əvəz Baxşəli oğlu
Abdullayeva Tamella İslam qızı
Abutalıbov Şirzad Əsəd oğlu
Adıgözəlov Telman Abbasqulu oğlu
Adıgözəlov Yalçın Vasif oğlu
Adıgözəlzadə Murad Zöhrab oğlu
Ağaverdiyeva Məsməxanım Aslan qızı
Axundov Ramazan Əsgər oğlu
Allahverdiyeva Naibə Siyavuş qızı
Atakişiyeva Mətanət Ağazair qızı
Babayeva Şahzadə Eynulla qızı
Bayramov Rafael Əli oğlu
Bayramova Aygün Əliqulu qızı
Bayramova Cəmilə Əsədulla qızı
Bəykişiyev Nazim Zöhrab oğlu
Cəbrayılov Elşən Şahin oğlu
Cəfərov Cavanşir Xəlil oğlu
Cəfərov Samir Qədir oğlu
Cəfərova Bəsti Əli qızı
Dadaşov Fəxrəddin Əlisahib oğlu
Enami Oliya Həsən Əliabbas oğlu
Əhmədov Cəfər Namiq Kamal oğlu
Əhmədov Çingiz Əli-Əşrəf oğlu
Əhmədov Hüseyn Həsən oğlu
Əhmədov İlham Namik Kamal oğlu
Əliyev Təvəkkül Əjdər oğlu
Əliyev Zamiq Balarza oğlu
Əlizadə Əkbər Müzəffər oğlu
Əlizadə Rəhman Balarza oğlu
Əmirbəyova Rita Cəmil qızı
Əsədova Məleykə Əlifağa qızı
Əsgər Məmmədoğlu
Əsgərov Əli Rəhim oğlu
Əsgərov Əsgər Əkbər oğlu
Əsgərov İlham Təvəkkül oğlu
Əyyubova Mələkxanım Yadigar qızı
Göyçayev Teymur Ənvər oğlu
Hacıəlibəyov Nazim Ənvər oğlu
Hacıyeva Fidan Hacıağa qızı
Hacıyeva Sevil İnşalla qızı
Haqverdiyev Bəhruz Əyyub oğlu
Haşımova Şahnaz Həsən qızı
Həkimova Svetlana Cəlal qızı
Həmidov Elçin Qəzənfər oğlu
Həsənov Vaqif İbrahim oğlu
Hüseynquliyeva Nazlı Hüseynqulu qızı
Hüseynov Şövqi Ərəstun oğlu
Hüseynova Kamilla Fikrət qızı
Xanızadə Bəxtiyar Oqtay oğlu
Xanlarova Mehriban Aslan qızı
Xəlilova Sevil Rza qızı
İbrahimov Mənsum İsrafil oğlu
İmanova Gülbacı Ələkbər qızı
İsgəndərova Sənubər Sabir qızı
İsmayılov Əli Məşdi oğlu
İsmayılova Elmira Məhərrəm qızı
İsmayılova Gülnaz Əmir qızı
İsmayılova Zemfira Rüstəm qızı
Kərimov Loğman Seyfulla oğlu
Kərimova Qərinə Rəhim qızı
Qarayev Yasin Mikayıl oğlu
Qasımov Faiq Məsim oğlu
Qasımov Məmmədsəfa Məmmədəli oğlu
Qasımov Yusif Əli oğlu
Qəribova Nargilə Dursun qızı
Quliyev Qabil Əzulla oğlu
Quliyev Nurəddin Əzulla oğlu
Quliyeva Səidə Əbülfəz qızı
Quliyeva Şəlalə Şahvələd qızı
Qurbanova Pərvanə Yaqub qızı
Lobaçov Yuri Nikolayeviç
Məhərrəmov Firudin Əliməmməd oğlu
Məhərrəmov Məbud Əliəsgər oğlu
Məmmədov Ayşad Kamal oğlu
Məmmədov Sabir Novruz oğlu
Məmmədrzayev Pərviz Müzəffər oğlu
Mirqasımova Ayan Oqtay qızı
Mirzəhəsənov Hüseyn Səfa Qvaməddin oğlu
Mirzəyev Gülağası Ağahüseyn oğlu
Mövlamova Fərqanə Alim qızı
Muradova Təranə Hüseyn qızı
Müslümov Möhlət Xanəli oğlu
Mütəllimova Firəngiz Bəhər qızı
Nəbiyev Hikmət Məmməd oğlu
Nərimanova Zemfira Əli qızı
Nəsirova Hicran Fətəli qızı
Novruzov Ramiz Qəvvam oğlu
Osmanov Bəhram Məcid oğlu
Paşayev Ağaverdi Ağa Əli oğlu
Poladov Əkrəm Nicat oğlu
Salahov Əbülfət Yusif oğlu
Salmanova Gülnar Əlifağa qızı
Səfərova Afaq Bəşir qızı
Səfərova Xatirə Abdulla qızı
Şəfiyeva Gülçöhrə Məmməd qızı
Tağızadə İranə Tofiq qızı
Teymurova Nəzakət Xosrov qızı
Yaqubova Ella İsmayıl qızı
Yusupova Şükufə Mühəddin qızı
Zəki Mehriban Mürvət qızı

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 10 may tarixli 2159 nömrəli Sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2008-ci il.


İctimai fəallıq, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 57

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com