May 21, 2008 20:20
Cavanşir Yusifli "day-day", Lit.az "bacı", Nəsimi "əmi", "NETTY" xala və...
Mən ateist olsam da, bu yerdə mütləq Ulu Yaradana (misal üçün, təbiətə, intellektə, nə bilim, bilgili insanların tapındığı hər nəsnə kimi oxumaq da olar) and içməliyəm ki, özünü superdindar sayan azəri oxucusu səmimiyyətimə inansın. İlkcə onu deyim ki, işlərim kəlləmdən aşdığından hərgünkü e-qeydlərimi edə bilmir, virtual əməklə məşğul olammıram. Sağ olsun Cavanşir Yusifli: məni həvəsləndirdi, heç olmasa, bu qısa mülahizələrimi guppuldatdım bura...
Başınıza daş salmayacaqam, bu linkdəki materialla tanış olandan sonra bəzi mətləbləri izah etmək istərdim:
Bilirəm, Cavanşir bəyin müdafiəçiləri üstümə qalxacaq ki, Aydın Xan yenə "ağsaqqala" sataşır: bir qəlbim şahiddir, mənim heç kimlə, o sıradan Cavanşir Yusifli ilə kompleksli münaqişəm yoxdur, əksinə, bəyin tənqidçi qardaşı Vaqif Yusiflinin 60 illik yubileyi ilə əlaqədar "Ədəbiyyat qəzeti"ndə iri materialla çıxış etmişəm...
- Kultaz.com və Lit.az saytının Nəsimi müsabiqəsinin qalibi Cavidandır, çünki cənab ekspert Cavanşir Yusifli ona böyük sicilləmə həsr edib (bayaqkı keçiddəki yazıya bax): insafən, müxtəlif İnternet saytlarında alabəzək niklərlə uğurlu əsərlər yazan Cavidan xanım cənubludur, həmçinin sayın Zahir Əzəmət (Kultaz.com), Cavid Cəfərzadə (Lit.az), Cavanşir Yusifli və başqaları...
- Yuxarıdakı yazıda Cavanşir bəyin geninə-boluna təriflədiyi Cavidan xanımın "...kəpənək" şeri, zənnim məni aldatmırsa, Mirzə Babayevin dalınca indiyə qədər də ruhunu boylandırdığı məşhur kəpənəyin kserkopiyasıdır...
- Nə var ki, AR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin aparatına bizim tərəfimizdən ünvanlanmış layihə məktubumuzdan yararlanaraq bic Lit-az saytı yaratmaq və sonra da dövlətin parasına onu portala çevirmək, daha ardınca da mənə də gündə yüz dəfə təklif olunan hansısa 100 dollarlıq əcnəbi ödülünü almaq (görən, ingilisdillilər azəricə oxuyurlar ki, Lit.az-a sevgilərini belə tezliklə izhar ediblər...) və sonra da əvvəllər səhifəsində şəkillərini verdiyin yeni nəsil yazarları arxadaca virtual nizə soxmağa. Sayın Lit.az-çılara xatırladaq ki, şəkillərini reklam etdikləri yaşlılar, o cümlədən bəzi ortasinlilər İnternetə hələ ki, cin qiyafəsində baxırlar. Əgər bu cür siyasət yurutsələr yaxın bir neçə ayda olan-qalan beş-on virtualçikləri də itirə bilərlər...
- Bəs Netti bacının bura nə dəxli var - deyə soruşanlara tez-bazar cavab ismarlayıram: "NETTY" "milli şəbəkə mükafatı" da nazirliklərə dəxli olan bir nəsnədir, hamımızın, o cümlədən mənim də başımı növbəti dəfə tovlayıb özünü reklam etdi, parasını qazandı, lazım olanlara ödül ötürdü ki, onların da siyahısını veririk:
“Dövlət saytı” nominasiyası üzrə- www.taxes.gov.az -Vergilər Nazirliyinin saytı
“Korporativ sayt” nominasiyası üzrə - www.bankrespublika.az- “Bank Respublika”nın saytı
“Elm, təhsil saytı” nominasiyası üzrə- www.katarakte.net- Katarakta əleyhinə mübarizə saytı
“Mədəniyyət və incəsənət” nominasiyası üzrə - www.lit.az- Lit.az-Azərbaycanın Ədəbiyyat portalı
“İnformasiya və xəbərlər” nominasiyası üzrə - www.novosti.az-
“Xəbərlər-Azərbaycan” informasiya agentliyinin saytı
“Servis sayt” nominasiyası üzrə - www.jobsearch.az- İş axtarışı portalı
“Əyləncə saytı” nominasiyası üzrə - www.open.az- Əyləncəli musiqi saytı
“İdman saytı ” nominasiyası üzrə - www.agf.az- Azərbaycan Gimnastika federasiyasının saytı
“Azərbaycan” nominasiyası üzrə- www.museum.musigi-dunya.az - Üzeyir Hacıbəyovun Virtual Muzeyi
“Şəxsi sayt” nominasiyası üzrə -www.adaletshukurov.az- Müğənni Ədalət Şükürovun saytı
“Cəmiyyət” nominasiyası üzrə- www.4uth.az- Cənubi Qafqaz gənclərinin reproduktiv sağlamlığı saytı qalib gəldilər.
Təsəvvür edin ki, nə kultura.az, nə kultaz.com nə daha başqa maraqlı saytlar yox, məhz Lit.az və manıs Ədalət Şükürovun İnternet bazarı xod gedib...
Əgəb zəmanədə üzürük...
Lit.az isə yenə də rəsmi resursları işə salaraq bolluca özünə səs verdirib: əlbət, bu da bir bacarıqdır.
Nə isə, bu qeydlərin heç yeri yoxdur, amma Cavanşir Yusiflinin növbəti sifarişli yazısını oxuyanda ilkcə düşündüyüm bu oldu ki, yəqin Qəşəm, Səlim və mənim kimi Prezident təqaüdünə düşməyib, ondandır hirsini bizim üstümüzə tökür. Mən hələ onu anlaya bilmirəm ki, yazıq AYO-çulara niyə sinirlənibən, Elnuru, Rasimi, Nərmin xanımı qaralayıb.
Yəqin hipertekstoloji "PR"ın bir formasıdır, nə qədər çox e-dəbli imzalara sataşsam, bir o qədər adım hallanar, gündəmdə olaram...
Birincisini elə mənim özüm basıb-bağladım, qaldı daha başqa incə məqamlar, həvəsim korlaşmasa, gələn yazılarımda...
P.S. Sevindirici haldır ki, Cavanşir bəy bütün incikliklərə baxmayaraq mənim saytımı yad edən gündəlik 520 nəfərin arasında tez-tez görsənir: yoxsa hardan xəbər tutardı ki, 26 mayda M.F. Axundov adına Milli Kitabxanada keçiriləcək növbəti - VIII Bakı Kitab Bayramına ciddi hazırlaşırıq...
E-gündəlik, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 103
