May 24, 2008 21:13
VIII Bakı Kitab Bayramı davam edir...
Azərbaycanda İllik Milli Kulturoloji Layihənin yekunları
Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığıyla, Azərbaycan Respublikası Gənclər və Turizm Nazirliyinin maliyyə dəstəyi, eləcə də AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM-nin təşkilati-texniki yardımıyla bu ilin mart-iyun aylarını əhatə edən VIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Layihə həyata keçirilir. Kulturoloji layihə çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat və kitab hadisələrini əhatə edən Milli Kulturoloji Müsabiqə, görüşlər, müzakirələr və b. tədbirlər təşkil olunub. Mayın 26-da M.F.Axundov adına Milli Kitabxanada VIII Bakı Kitab Bayramı Milli Kulturoloji Layihənin əsas mərasimi – sərgi, ədəbi-mədəni ictimaiyyətin görüşü və mükafatlandırma mərasimi keçirilir. Builki VIII Bakı Kitab Bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 90, eləcə də xalq yazıçısı Mir Cəlalın (Paşayevin) 80 illiyinə həsr olunub.
Ədəbi-mədəni içtimaiyyətin – yazarların, naçirlərin, oxucuların iştirakçısı olduğu sərgi
VIII Bakı Kitab Bayramı – Milli Kulturoloji Mükafat Komissiyası üzvlərinin son toplantısında müsabiqəyə təqdim olunmuş çoxsaylı (300-dən artıq) ədəbi-mədəni və kitab-nəşr layihələrinin sırasında 31 iş uğurlu sayılmış, qaliblərin mükafatlandırılması qərara alınmışdır. Bu barədə mərasimdə geniş açıqlanma veriləcəkdir...
Art-informasiyalar, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 69
