May 28, 2008 14:54
Prezident İlham Əliyevin fərdi təqaüdü: alanlardan biri də mənəm!!!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam və fərmana uyğun olaraq bu günlərdə müxtəlif nəsil - gənc və yaşlı - yaradıcı şəxslərə dövlət başçısının fərdi təqaüdü kəsilib.

Cavanlara 200 manat, yaşlılara isə 300 manat həcmində bir il ərzində hər ay ödənilməsi nəzərdə tutulan təqaüd yazarlar, musiqiçilər, bəstəkarlar, rəssamlar və başqa yaradıcı adamların sosial durumunun yaxşılaşdırılmasına, eləcə də yeni əsərlərin yaradılmasını stimullaşdırmaq məqsədiylə ayrılıb.
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq olaraq mən də - Aydın Xan (Əbilov) da Prezident təqaüdçüləri sırasındayam və bu mükafatı dövlətimizin simvollarından sayılan Prezidentlə bərabər millətimin adından aldığımı sayıram.
Bütün yaradıcılıq imkanlarımı, fəaliyyətimi çağdaş milli estetik-mədəni sərvətlərimizin inkişafına, kulturoloji-bədii düşüncəmizin zənginləşməsinə yönəltməyə çalışacağam...
E-gündəlik, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 73
