Reklam verin!

May 28, 2008 20:42

VIII Bakı Kitab Bayramının iştirakçısısan? Özünü - şəklini burada ara...

artyazar

Kitab bayraminda

VIII BAKI KİTAB BAYRAMI KEÇİRİLMİŞDİR

AzərTAc xəbər verir ki, mayın 26-da Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə ənənəvi VIII Bakı Kitab Bayramı keçirilmişdir.
Qurumun sədri, kulturoloq Aydın Xan (Əbilov), xalq şairi Sabir Rüstəmxanlı, Milli Kitabxananın direktoru Kərim Tahirov, Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Dərviş, “Azərbaycan interneşl” jurnalının baş redaktoru Betti Bleyer və başqaları Azərbaycan Xalq Cümhuriyyətinin 90 və görkəmli yazıçımız Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileylərinə həsr olunmuş kitab bayramı münasibətilə iştirakçıları təbrik etmiş, naşirlərlə müəlliflər, yazıçılarla oxucular arasında birbaşa əlaqələrin yaradılmasında, fikir mübadiləsi aparılmasında tədbirin xüsusi əhəmiyyətini vurğulamışlar. Həm də bildirilmişdir ki, bayram çərçivəsində keçirilən müsabiqələr kitab nəşrinin keyfiyyətinə, müəlliflərin məsuliyyətinin artırılmasında da mühüm rol oynayır.
Tədbirdə vurğulanmışdır ki, VIII Bakı Kitab Bayramı – Milli Kulturoloji Mükafat Komissiyası müsabiqəyə təqdim olunmuş 300-dən artıq ədəbi-mədəni və kitab-nəşr layihələri arasından 33 nominasiya üzrə qalibləri müəyyən etmişdir.
AzərTAc-ın əməkdaşı Zərəngiz Dəmirçi Qayalı “2007-ci ilin qadın şairi”, Flora Xəlilzadə “2007-ci ilin publisistik-sənədli kitabı”, yazıçı-tərcüməçi Kamran Nəzirli “2007-ci ilin bədii nəsr kitabı”, yazıçı-publisist Aqil Abbas “2007-ci ilin bədii romanı” nominasiyaları üzrə qalib hesab edilmişlər.
Tədbirdə müxtəlif nəşriyyatlar çap nümunələrini təqdim etmiş, yeni kitabların sərgisi açılmış, müəlliflərlə naşirlərin, yazıçılarla oxucuların dialoqu təşkil olunmuşdur.

Milli Kitabxana belə möhtəşəmliyi çoxdan görməmişdi...

Oxumağa meyl həmişə gənclərin həvəsi olub!!!

Dünya standartlarına cavab verən nəşriyyat: "Təhsil" Nəşriyyat-Poliqrafiya Mərkəzinin stendlərinə maraq çox idi...

Hamı vurğulayır ki, budəfəki Kitab Bayramının səviyyəsi çox yüksək idi...

Elektron Kitabxanalarımızın sayı günü-gündən artır:

Heydər Əliyev e-kitabxansının rəhbəri Fuad Babayev

Azərbaycanın bütün TV-ləri bayramı işıqlandırdı: sağ olsunlar


E-gündəlik, Şəkillər - həyatın donmuş anları, Kulturologiya: yeni dünyagörüş, Art-informasiyalar, İctimai fəallıq | Şərhlər(2) | Baxış sayı: 94
1
ergun yazıb:

salam Aydinxan muellim,bugune gore bagisliyin hirsime sahib ola bilmedim.Sizden bir xahis edim eyer mene hormetiniz varsa bir damci bele mene sifir yazin menim balimi Zaura yazin men onsuzda o imtahandan kececem amma bugun ona qarsi hereketim ozumede lezzet elemedi yaqinki sizdesehvimi duzeltmekde mene komek edeceksiniz.Men orda sadece boyukluk gostermedim ona qarsi ve pesman oldum..coxsag olun sizden xahis edirem bunu edin

May 31, 2008 19:59

2
Bəyim yazıb:

Sərgidə nümayiş etdirilən kitabların siyahısını verməyi unutmusunuz. Kitablar haqqinda heç olmasa qısa məlumat vermək lazım idi.Burada biz ancaq Aydın Xanı görürük- Özünüreklam.

İyun 27, 2008 22:37

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com