May 28, 2008 1:03
Xəzər Universitəsindəki tələbələrimin Yekun-final imtahanının açıq-yazılı sualları

2008-ci ilin yеkun imtahanı (Final)
ХƏZƏR UNİVЕRSİTƏSİ
HUMANİTAR ЕLMLƏR FAKÜLTƏSİ
AZƏRBAYCAN FİLОLОGİYASI DЕPARTAMЕNTİ
Fənn: AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİ (I)
Müəllim: Aydın XAN (Əbilov), yazıçı-kulturoloq
Xüsusi qeydlər:
1) Maksimum 40 bal. Hər açıq (yazılı) suala yaradıcı cavabı 5 balla, hər test (şifahi) sualın düzgün cavabı isə 1 balla qiymətləndirilir.
1) Departament və müəllim bu imtahan suallarında redaktə xarakterli dəyişikliklər hüququnu özündə saxlayır...
2) Açıq sualların cavablarına yaradıcı münasibət, fərdi və fərqli baxış, şəxsi mülahizələr xüsusi dəyərləndiriləcək...
(İşçi variant)
I Variant
Açıq suallar
1) Cəlil Məmmədquluzadənin yaratmış olduğu ədəbi-estetik məktəbin mədəniyyət və ədəbiyyat tariximizdə izləri?
2) Səməd Vurğun yaradıcılığında şair obrazları sənətkarın hansı əsərlərində daha qabarıq verilib?
3) M.F.Axundov mədəniyyət və ədəbiyyat tariximizdə hansı yenilikləriylə, eləcə də islahatıyla qalıb?
4) Mirzə Ələkbər Sabirin satira yaradıcılığının əsas tənqid hədəfləri hansı ictimai-sosial qruplar idi?
5) Əgər xaricdə keçirilən konfransda “XX əsr Azərbaycan bədii nəsrin ən görkəmli nümayəndələri kimlərdir və onların əsas əsərləri hansılardı?” – sorğusuna şəxsən sənin cavabın necə olar...
6) Məmməd Səid Ordubadi, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov, İlyas Əfəndiyev, İsa Hüseynov (Muğanna), Əkrəm Əylisli, Anar, Elçin və Mövlud Süleymanlının əsas nəsr əsərləri hansılardı?
II Variant
Açıq suallar
1) M.F.Axundov ilə A.Bakıxanovun çar Rusiyasında dövlət məmuru vəzifəsində çalışmaları onların yaradıcılığında hansı izləri buraxıb?
2) Rəsul Rza ədəbi məktəb deyildikdə hansı ədəbiyyat hadisəsi yada düşür?
3) Avropatipli Azərbaycan dramaturgiyasının yaranması və ardıcıllıqla onun əsas nümayəndələrini təsvir edin...
4) Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasında Güney (Cənubi) Azərbaycanın etnoqrafiyası, dili, adət-ənənələri necə obrazlaşdırılıb?
5) Azərbaycan ədəbiyyatında II Dünya müharibəsi mövzüsünda yazılmış dəyərli nəsr və poeziya nümunələri hansılardır, onların müəllifləri kimlərdir?
6) Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Nəriman Həsənzadə, Ramiz Rövşən və Zəlimxan Yaqubun şeirlərində əsas mövzular barədə fikirləriniz...
III variant
Açıq suallar
1) Güney (Cənubi) Azərbaycan mövzüsünda yazılmış şeirlərin müəllifi kimi hansı şairlərin yaradıcılığını üstün hesab etmək olar?
2) XX əsr Azərbaycan dramaturgiyasını inkişaf etdirən sənətkarların yaradıcılığının əsas cəhətlərini sadalayın?
3) Avropatipli Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslıq əsərlərinin yaranmasını təsvir edin: onun əsas nümayəndələri kimlərdir ...
4) Hüseyn Cavidin “Şeyx Sənan” faciəsini mədəniyyətlərarası dialoqa xidmət edən səhnə əsəri kimi təhlil edin?
5) Azərbaycan ədəbiyyatında sovet və inqilab mövzüsünda yazılmış nəsr, eləcə də poeziya nümunələri hansılardır və onların müəllifləri kimlərdir?
6) Hüseyn Cavid, Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Məhəmmədhüseyn Şəhriyar, Rəsul Rza: bu şairlərdən kim, yaxud kimlər sənin sevimli sənətkarındır?
IV Variant
Açıq suallar
1) XX əsrdən üzü bu yana Azərbaycanda hansı ədəbi-bədii dərgilər, qəzetlər işıq üzü görüb?
2) Cəlil Məmmədquluzadənin dram əsərlərində hansı milli və bəşəri problemlər qoyulub?
3) Çağdaş ədəbiyyatımızda əsas mövzular və problemlər barədə məlumat ver: nəyə görə onları aktual hesab etdiyini göstər...
4) Ədəbiyyatçı, ictimai xadim və dövlət adsamı kimi Nəriman Nərimanovun həyat və yaradıcılığı barədə sənin düşüncələrin...
5) Azərbaycan ədəbiyyatında dövlət müstəqilliyi barədə yazılmış hansı nəsr, eləcə də poeziya nümunələrini tanıyırsan: onların müəllifləri kimlərdir?
6) Siyasi represiya qurbanı olmuş Mikayıl Müşfiq poeziyasının özəllikləri və onun Süleyman Rüstəm yaradıcılığına olan ədəbi müxalifətçiliyini necə izah edərdin?
V Variant
Açıq suallar
1) Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabiri birləşdirən yaradıcılıq, üslub və həyat bağları hansılardı?
2) Süleyman Rəhimovun ən sanballı əsəri hansıdır, əsas mövzusu barədə mülahizələrin: o əsərin Azərbaycan ədəbiyyatı tarixində yeniliyi və əhəmiyyəti...
3) XX əsr Azərbaycan ədəbiyyatındakı aparıcı ədəbi-estetik cərəyanlar hansılardır, onların əsas nümayəndələri kimlərdir...
4) Ə.Haqverdiyev, N.Vəzirov, H.Cavid, C.Cabbarli, N.Nərimanovun həyat və yaradıcılığı barədə öz düşüncələrini verin?
5) Əgər səni uzaq bir adaya göndərsəydilər hansı Azərbaycan yazıçısının kitablarını özünlə aparıb orada oxuyardın və nə üçün məhz bu sənətkarı seçərdin?
6) Humanitar kulturologiya ilə ədəbi tənqid və ədəbiyyatşünaslıq elminin qarışılıqlı əlaqələrini göstərin...
E-gündəlik, Kulturologiya: yeni dünyagörüş | Şərhlər(5) | Baxış sayı: 142
Kecen defeki suallar ela idi, muellim umid edirem ki, bu defe de imtahani kece bilecem.Size cox tessekkur edirem.
May 30, 2008 14:07
Suallari verdiyinize gore qrupumuz adindan size tesekkerumuzu bildiririk.Amma Aydinxan muellim etiraf etmek lazimdir ki bu defeki suallar heqiqeten merekkebdir.Amma Umidvaram ki bu defe de imtahanlari yaxsi vereceyik.
İyun 5, 2008 21:37
Muallim salam bu ne is idi bizim basimiza geldi hec olmasa novbeti imyahan suallarini siz hazirlayacaqsiniz?
İyun 8, 2008 11:34
salam Aydinxan muellim imtahana gore uzulmeye deymez siz elinizden geleni etdiniz amma xeber var ki,siz bizim universitetden erize yazib cixmisizniz xahis edirem bunu etmeyin cunki bizim sizin kimi muellime cox ehtiyacimiz var her ne olursa-olsun Universitete qayitmanizi xahis edirem.Her seye gore de Cox minnetdarim
İyun 9, 2008 11:46

suallara gore cox sagolun minnetdarim muellim
May 29, 2008 9:19