İyun 5, 2008 13:44
"PEN-GUAM" - Beynəlxalq Yazarlar Qurumu yaradıldı
2008-ci il mayın 4-də Azərbaycanın paytaxtı Bakıda GUAM ölkələrinin yazarlarının toplantısında Beynəlxalq "PEN-GUAM" kulubunu təsis olundu.

Təsisçilərdən biri olaraq keçirilən tədbir barədə geniş məlumatları təqdim edirik
GUAM ölkələri yazıçılarının I Bakı görüşünün iştirakçıları iyunun 4-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi.
Yazıçılar ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər. Görkəmli siyasi xadim Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin
rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə xüsusi maraq göstərən qonaqlara məlumat verildi ki, ümummilli liderimiz yazıçı və şairlərə, mədəniyyət xadimlərinə də hər zaman böyük rəğbət və qayğı ilə yanaşmışdır.
Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.
Heydər Əliyev Fondu ilə tanışlıq qonaqlarda zəngin təəssürat yaratdı.
Fonda Azərbaycan yazıçılarının Ukrayna dilində çapdan çıxmış kitabları, xalq nağılları və Ukrayna rəssamının əsəri hədiyyə olundu.
GUAM ÖLKƏLƏRİ ŞAİRLƏRİNİN İŞTİRAKI İLƏ ƏDƏBİ GECƏ KEÇİRİLMİŞDİR
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi ilə Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun birgə layihəsinə əsasən GUAM ölkələri gənc yazıçılarının Bakıya bir həftəlik səfəri çərçivəsində iyunun 3-də Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında ədəbi gecə keçirilmişdir.
Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlamış ölkələrimiz arasında ədəbi əlaqələrin gücləndirilməsində, gənc yazarların bir-birini daha yaxından tanımasında, qarşılıqlı fikir mübadiləsi aparılmasında belə tədbirlərin əhəmiyyətindən danışmışdır. O, ötən əsrlərdə hər iki ölkənin yazıçıları arasında mövcud olmuş dostluq ənənələrinin bu gün daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Layihənin əlaqələndiricisi şair-tərcüməçi Səlim Babullaoğlu ədəbi gecənin iştirakçılarını bir-birinə təqdim etmişdir.
Xatırlatmışdır ki, layihə çərçivəsində ilk dəfə GUAM ölkələri yazıçılarının əsərlərindən ibarət antologiya Bakıda nəşr olunmuşdur.
Ədəbi gecədə tədbir iştirakçıları öz əsərlərindən nümunələr oxumuşlar.
KulTaz: GUAM ölkələri ədəbi əlaqələri bundan sonra daha da genişləndirmək niyyətindədirlər. Bu məqsədlə quruma üzv ölkələrin yazıçılarının ölkəmizə səfəri başlayıb. Bir neçə gün davam edəcək səfər çərçivəsində qonaqlar azərbaycanlı həmkarları ilə birgə əməkdaşlığa dair müzakirələr aparacaqlar. Görüşlər zamanı «Pin-GUAM» adlı yeni koordinasiya qurumunun yaradılması təklifi irəli sürüləcək.GUAM ölkələrinin yazarlarının ölkəmizə səfəri Fəxri Xiyabanda, mərhum prezident Heydər Əliyevin məzarını ziyarətlə başlayıb. Qonaqlar görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər.
Daha sonra Şəhidlər Xiyabanına gedərək, vətənimizin azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə ehtiramlarını bildiriblər.
Qonaqlar Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla da görüşüblər. Bir neçə yazıçı Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.
Ukrayna -Azərbaycan Beynəlxalq Xeyriyyə Fondunun dəstəyilə reallaşan layihə çərçivəsində Bakıda ilk dəfə olaraq GUAM ölkələrinin yazarlarının əsərlərindən ibarət antalogiya da nəşr olunub. GUAM ölkələri yazıçıları zəngin şərq ənənələrini özündə birləşdirən Azərbaycan ədəbiyyatına xüsusi maraq göstərirlər. İyunun 5-dək davam edəcək səfər zamanı Mirzə Fətəli Axundov adına Milli Kitabxanada GUAM ölkələri yazıçılarının iştirakı ilə poeziya günləri keçiriləcək. Bundan sonra, GUAM yazarlarının görüşü 2 ildən bir quruma üzv ökələrin paytaxtlarında təşkil olunacaq.
E-gündəlik, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 63
