Reklam verin!

İyun 9, 2008 22:08

KULTUROLOQLARIN I BEYNƏLXALQ BAKI FORUMU

artyazar

Yorğun və sərin yayın ilk həftəsində - iyunun 6-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təkşilatçılığı ilə Muzey Mərkəzində kulturoloqların I Beynəlxalq Bakı forumu keçirildi. Fərdi dəvət almasam da, maraq məni bürüdü və böyük şövqlə Muzey Mərkəzinin üstü təmirli, astarı - içi sovetdənqalma möhtəşəm binasına doğru addımladım: maraqlı şəkillər çəkmək üçün ya para ödəməlisən - özü də hansı qəzetdən olursan ol - ya da redaksiyadan xüsusi xahişnamə gətirməlisən. Söz yox, mən baş redaktorum Ayaz Vəfalıdan möhürlü kağız almaqdansa - axı çağalığımdan yediyim "Malış"ı burnumdan gətirməyəcəyinə inana bilməzdim -  başqa planetə uçmağı üstün saydığımdan, eləcə də para ödəməkdənsə - onları reklam etməyim azdır, hələ bir pulumdan da keçməliyəm - bu foto-istəyimdən ləzzətlə imtina etdim: itirən ki, mən deyildim, sizlər oldunuz, ey əhli-şəbəkə...
Nəsə, nazirimiz Əbülfəs Qarayev qonaqları salamlayaraq bildirmişdir - bu, Azərtac İA-nin üslubudur, eləcə də saxlayıram - ki, bu beynəlxalq tədbir Azərbaycanda mədəniyyətin təbliği, təşviqi, qorunması və elmi tədqiqatların inkişafını təmin etmək

məqsədilə keçirilir. Forumda Fransanın, Almaniyanın, Rusiyanın, Qazaxıstanın və Gürcüstanın tanınmış alimləri ilə yanaşı, yerli alimlərin də məruzələrinin dinləniləcəyini diqqətə çatdıran nazir vurğulamışdır ki, Forumun əsas istiqamətverici mövzusu: “Mədəniyyət siyasətinin sosial əhəmiyyəti”dir.
Ə.Qarayev mövzu çərçivəsində mədəniyyətin sosial təzahür formalarının, siyasi potensiallarının, cəmiyyətin mütərəqqi qüvvələrinin səfərbər olunmasında mədəniyyətin rolu və s. məsələlərin geniş müzakirə olunacağına əminliyini bildirmiş və Forumun işinə uğurlar arzulamışdır.
Tədbirdə Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu üzrə Akademiyanın professoru, fəlsəfə elmləri doktoru Olqa Astafyeva “Mədəniyyət siyasəti: subyektlərin məsuliyyəti və hüquqları” kimi çox maraqlı və bizim də məmurların öyrəniləsi məruzəsi dinlənildi, eyni zamanda “Simurq” Azərbaycan mədəniyyət assosiasiyasının prezidenti, tarix elmləri doktoru, professor Fuad Məmmədov “Dövlət quruculuğunda və idarəetməsində kulturologiyanın strateji əhəmiyyəti”, Bundesver Akademiyasının nəzdində elmi forumun həqiqi üzvü, professor Rau İoqann “Siyasi mədəniyyətin fəlsəfi əsasları”, Tbilisi Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Nino Çikovani “Mədəniyyət siyasəti və mədəni tədqiqatlar”, Əl-Fərabi adına Almatı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Tursun Gabitov “Mədəniyyətlərarası dialoq kontekstində qazaxların milli ideyası”, Fransadakı Aix De Maurivelle Universitetinin professoru Yana Prosperini “Mədəniyyət və gözəllik problemi”, Azərbaycan Futurologiya Cəmiyyətinin prezidenti Reyhan Hüseynova “Mədəniyyətlərarası dialoqdan effektiv əməkdaşlığa və bərabərhüquqlu inteqrasiyaya doğru” mövzularında çıxışları oldu.
Məruzə və çıxışlarda kulturologiyanın müxtəlif istiqamətlərindən, onun bir elm kimi cəmiyyətin inkişafındakı rolundan ətraflı söz açılmışdır.

 P. S. Boynuma alım ki, mən nazirin çıxışından və birinci məruzədən sonra bayıra - azadlıqa can atdım: çınki 10 ildir ki, bizimkilərə çatdırmaq istədiklərimin təkrarını dinləmək əzabından qurtulmaq istəyirdim...

Şəkil Azərtac İA-dır...


E-gündəlik, Kulturologiya: yeni dünyagörüş, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 193

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com