Oğlum Şəpi və onun yarısı qədər sevdiyim bu günlərdə imtahanlarının nəticələri ləğv edilmiş tələbələrimə yazılmayan qəlbcə
Oğul balam, noğul ruhum
mən daha səni
tumarlayıb sevəmmərəm
bu gün birinin vicdanının
altından keçməli oldum...
Sənə nə nağıl, nə də
aramsız sual yağışının
cavablarını qaytarammaram
elə bu əzik gündəcə
dilimin gözünü yalan dağladı...
Heç sənə "Almalı"da yoqurtda
alammaram, balası - ürək bəlası
paramı İnternet yedi, ədəbiyyat uddu
Sənə heç ikicə saat da
bu zaman qatilimə çevrilmiş
gündə - iyunun 10-da
atalıq edə bilmərəm
nə oynaya, nə gülə, nə də
yanaqlarının almasından
sevgi dişləmi götürəmmərəm...
Hər səhər sən barmağını
mənə tuşlayıb
özünü türk seriallarındakı
polis, ya da manyak kimi
atanı güllələyə bilməzsən
zira səndən öncə
bu günün dünən adlı
arxasından mənə mərmi atılmış...
Təkərqulunun nağılını necə goplayım
insanlar təkər kimi fırlandığı bu gündə
həyatın - nağılın dəhşət filminə
sevginin ölümə büküldüyü
zaman kəsiyində
mənim sözüm qıfıllandı...
Dostların qobustan qayasına
tanışların amerikan gülüşünə
duyğuların seviş hərisliyinə
zamanın paraya
günlərin qana
çevrildiyi vaxtda
bağışla, ruhum mənim,
mən sənə
ata ola bilmərəm...
Axı özüm də yoxam indi
sənin üçün necə varollam!?



Aydin XAN muallim hec ureyinizi sixmayin yaxsi olar. ALLAH SEBR VERSIN!!!!!!!!
İyun 13, 2008 8:24