Reklam verin!

İyun 10, 2008 22:03

Xəzər Universitəsi: Virtual kulturoloji aləm barədə real mühazirə...

artyazar

Bu gün - iyunun 10-da Xəzər Universitəsinin böyük zalında Elm və sənət məclisinin 20 buraxılışı keçirildi: Mədəniyyətdə - İnternetdə musiqi və şəbəkdə ədəbiyyat mövzusunda iki mühazirə-təqdimat nəzərdə tutulmuşdu...

 

Birincini professor, kulturoloq Taryel Məmmədov, ikincini isə mən - yazar-kulturoloq Aydın Xan (Əbilov) etməliydik ki,..

Və çalışdıq da...

Tədbiri rektor, şair-alim, intellektual Hamlet İsaxanlı açdı, maraqlı mülahizələrlə çıxış etdi...


Tariximizin musiqi formatını elektronlaşdırmaqda olan Taryel Müəllimin əla təqdimat-açıqlamasından sonra (əsl intellektual-kulturoloji şok effekti verdi: hər halda, məndə elə təəssürat oyatdı...) toyda 8 saat, yasda 7 gün, restoranda 6 saat zaman zorlamaqla məşğul olan millətimin bir tək, iki cüt bu dəyərli məclis iştirakçısının - alim və bir neçə tələbə (50-yə yaxın, onun da yarısı məclisin sonunda harasa "buxarlandı") qarşısında istədim ki, elmi məruzə-tamaşa ilə orijinallıq edim.


Fəqət, elə orada da vurğuladığım kimi, mən Virtual aləmin qurdu, real dünyanın isə utancaq quzusuyam...

Özümü lap Mirzə Fətəli sandım: İstanbulda - Osmanlı sultanlığının ahnsısa elmi məclisində Şərq dünyasının latın əlifbasına keçidi - oxu: mənim halımda İnternetləşməni - "PR"laşdıran Axunzadəni nəzərdə tuturam...

Dinin yarısı sayılan insafa görə boynuma almaq istəyirəm: tədbirdəkilər mənim liberal kulturoloji baxışlarımı anlamaq iqtidarında olmasalar da - yaxud mən fikirlərimi aydın çatdırmaq istedadında deyiləmsə - hər halda, çox sağ olsunlar, məni baxış hücumu ilə basdalamadılar, əksinə, heç gözləmədiyim tərzdə diqqətlə dinlədilər, sonda iki nəfər təqdimatımın slaydını flaş-karta köçürməyimi istədiləır...     

Təqdimatın slaydını buradan yükləyin...

Faylın Adı: Internetde_edebiyyat.ppt

Ölçüsü: 287.0 Kb

Yükləmə Keçidi:

http://www.boxca.com/l8qsfmc1wh7l/Internetde_edebiyyat.ppt.html

Nədənsə, bütün məclis boyunca beynimdə heç də xoçlamadığım Mirzə Ələkbər Sabirin -boynuma alım ki, bu şairdən əzbər bildiyim yeganə beytdir -  qoşa misrası soxulcan kimi sürünürdü: "Əcnəbilər göydə balonlarla uçur, biz hələ avtomobil minməyiriz..."

P.S. İstedadına güvəndiyim yazar Əli Əkbərin içindəki məmurlaşma sunamisində bir yaradıcı fərdiyyətçiliyin tamam batdığını anlamaq mənə Sizif əzabını verdi...

 


E-gündəlik, Şəkillər - həyatın donmuş anları, Kulturologiya: yeni dünyagörüş | Şərhlər(1) | Baxış sayı: 83
1

smile Bütün diskusiyalar və polemikalar elmə və təcrübəyə söykənir bu saytla bağlı olanlar! Eşq olsun!!!

İyun 21, 2008 13:03

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com