İyun 17, 2008 23:13
QHT-LƏRƏ DÖVLƏT DƏSTƏYİ ŞURASI LAYİHƏ MÜSABİQƏSİ (Elan, ərizə forması)
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASI QHT-LƏRƏ İLK MALİYYƏ YARDIMI MÜSABİQƏSİNİ ELAN ETMİŞDİR
İyunun 12-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev mətbuat konfransı keçirmişdir.
Azay Quliyev şuranın fəaliyyəti, görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, qurumun fəaliyyətinin tənzimlənməsi üçün zəruri olan sənədlər və hüquqi-normativ aktlar hazırlanaraq təsdiqlənmişdir. Yaradılmış hüquqi
baza QHT-lərə maliyyə yardımı ayrılması prosesinə başlanmasına imkan yaratmışdır.
Şura sədri QHT-lərə maliyyə yardımının Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasındakı prioritet istiqamətlər üzrə göstəriləcəyini vurğulamışdır. O bildirmişdir ki, şura müsabiqəyə təqdim edilmiş QHT layihələrinin maliyyələşdirilməsində heç bir ayrı-seçkiliyə yol vermədən, layihələrin peşəkarlıq xüsusiyyətlərinə, ictimai əhəmiyyətinə və icra olunmasında gözlənilən zəruri keyfiyyət amillərinə diqqət yetirəcəkdir.
A.Quliyev onu da bildirmişdir ki, QHT-lərə dövlət dəstəyi məqsədi ilə 2008-ci ilin dövlət büdcəsindən 1,5 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu vəsaitin az bir qismi şuranın katibliyinin xərclərinin ödənilməsinə, qalan hissəsi isə qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Sonra şura sədri jurnalistləri maraqlandıran suallara aydınlıq gətirmişdir.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASI 2008-ci il üçün
ELAN EDİR
İstiqamətlər | Ümumi fond | |
1. | İnsan hüquq və azadlıqlarının müdafiəsi, demokratik proseslərin inkişafı və vətəndaşların seçki fəallığının artırılması, söz, fikir və ifadə azadlığının genişlənməsi | 90.000 AZN |
2. | QHT-lərin institusional inkişafı və onlarda peşəkarlığın artırılması, QHT maarifçiliyi və QHT-lərin ictimaiyyətlə əlaqələrinin (PR) gücləndirilməsi | 90.000 AZN |
3. | Qaçqın və məcburi köçkünlərin, əsir və girov götürülmüş şəxslərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi | 90.000 AZN |
4. | Ailə, qadın, uşaq və gənclərin problemlərinin həllinə dəstək | 90.000 AZN |
5. | Qaçqın və məcburi köçkünlərin, əlil, veteran və şəhid ailələrinin problemlərinin həllinə kömək | 90.000 AZN |
6. | Azərbaycanın dünya birliyinə inteqrasiyasının təşviqi və azərbaycançılığın təbliği | 90.000 AZN |
7. | Azərbaycanın milli-etnik müxtəlifliyinin və milli azlıqların mədəni irsinin qorunması | 90.000 AZN |
8. | Səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi | 90.000 AZN |
9. | Gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi, onların fiziki və mənəvi inkişafının təmin edilməsi | 90.000 AZN |
10. | Elm,təhsil və mədəniyyətin inkişafına dair təşəbbüslərin dəstəklənməsi | 90.000 AZN |
11. | Terrorizmə, narkomaniyaya, korrupsiyaya və insan alverinə qarşı mübarizə | 90.000 AZN |
12. | Regionlarda sosial-iqtisadi inkişafa, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmlənməsinə və institusional inkişafına dəstək | 90.000 AZN |
13. | Sahibkarlığın inkişafının dəstəklənməsi, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və sosial sərmayə proqramlarının effektivliyinin monitorinqi | 90.000 AZN |
14. | Beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın genişləndirilməsi | 70.000 AZN |
15. | Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazasının və dövlət orqanları ilə qeyri-hökumət təşkilatlarının münasibətlərinin dərinləşməsinə yönəlmiş normativ hüquqi aktların təkmilləşdirilməsi | 30.000 AZN |
Müsabiqədə iştirak etdiyinizə görə təşəkkürümüzü bildiririk!
Katibliyin qeydləri üçün | |
Qeydiyyat nömrəsi ____________ Qeydiyyat tarixi “__” ________ 20_ il Qeydə alan məsul şəxs: Adı və soyadı __________________ Vəzifəsi __________________ İmzası __________________ | Mövzu ____________________________ Şifahi müsahibə aparan: Adı və soyadı ______________________ Vəzifəsi ___________________________ Müsahibə tarixi “___”__________ 20__ il İmzası __________________ Ekspertlərin ümumi rəyi ______________ |
Layihənin adı | |
Layihənin mövzusu | |
Layihənin rəhbəri (adı və soyadı) və onun təşkilatda tutduğu vəzifəsi | |
Təşkilatın adı | |
Dövlət qeydiyyatı haqqında şəhadətnaməninnömrəsi | |
Bank rekvizitləri | |
Poçt ünvanı və indeksi | |
Təşkilatın rəhbərinin adı, soyadı və atasının adı | |
İş telefonu | |
Ev telefonu | |
Mobil telefonu | |
Elektron poçt ünvanı | |
Layihənin müddəti | |
Layihənin ümumi məbləği | |
Şuradan tələb olunan məbləğ |
Tarix: “____” ____________ 20______ il
№ | Layihənin adı | Həyata keçirilmə müddəti | Məbləği | Donoru |
1 | ||||
2 |
Katibliyin qeydləri üçün | |
Qeydiyyat nömrəsi ____________ Qeydə alan məsul şəxs: İmzası __________________ Adı və soyadı __________________ Vəzifəsi __________________ | Mövzu ______________________________ Ekspertiza aparan: 1) Adı və soyadı _______________________ Ekspertiza tarixi “___”________ 20____ il Rəyi ____________________________ İmzası __________________ 2) Adı və soyadı ________________________ Ekspertiza tarixi “___”_________ 20___ il Rəyi _____________________ İmzası __________________ 3) Adı və soyadı _________________________ Ekspertiza tarixi “___”_________ 20___ il Rəyi _____________________ İmzası __________________ |
İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 68
