İyul 1, 2008 21:59
Bəlkə sən olum, hə!?
2008-ci ilin mərkəzində
yay ovlamağa getdiyim
Talış dağlarında tufan qopanda
Beynimdə fəlsəfi fikir çaxdı:

Həyat keçmişin xatirələri ilə yox,
gələcəyin arzularinda davam edir
Ötən həftə
Yuxarıdakılardan kimsə
- mələk, ya da şeytanları deyirəm ha!!! -
lazımi düymənin yerini
dəyiş-düyüş salmış
yayda payız qayırmış
yəqin Tanrı tərəfindən
istefaya göndəriləcək
bizdən - yerdəki
Azərbaycandan olsaydı
dərisini və cibini soyardılar...
Sadə, adi, həyati həyatdan ötrü,
bilsən, necə ürəyimin başı göynəyir...
Darıxıram, yaman adiləşmək istəyirəm:
Günlərini restoranlarda araq vurmaqla
kabab yeməklə, qızlarla əylənməklə,
dostlarıyla deyib-gülməklə
taleyinə cızan qardaşım
Rizvan, ya da tənbəllikdən həzz alan
sonbeçiyimiz Şahlar olmaq
istərdim necə də bu günlərdə...
70-ə qədər, eləcə də ondan sonra
dünyanı düzəltməkdən ötrü
anamla savaşan, deyinən
Atam Əhmədin də ruhunu içimdə əridərdim
Həyatın və ömrünün mənasını
övladlarının xoşbəxtliyinə qurban kəsmiş
Anam Rəşxəndə kimi teleseriallara,
uzaq başı hind filmlərinə
Muğam yarışmasına, kənd toylarına
yasa, imamlara ağlaşmaya
nə sərf edərdim, qardaşım!!!
Mımur kimi rüşvət alardım,
polis kimi adam döyərdim,
balaca oğlanlarım kimi
hamını söyərdim...
Adi - sadə həyat üçün
burnumun ucu, ürəyimin tacı göynəyir,
P.S. Bəlkə sən olum, hə!?
E-gündəlik, Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 36
