Milli Azərbaycan Təhsil siyasətini böhrandan necə çıxarmalı?
Abituriyentlər, eləcə də onların valideynləri və doğmaları üçün cəhənnəm anlarına çevrilmiş növbəti yay - qəbul imtahanları dövrünün bir qurbanı da deyəsən mənim özüm idim:

- Sən necə dayısan ki, bircə bacı qızını Ali məktəblərin birinə düzəldə bilmirsən!?!
İyulun 8-də Azərbaycan Beynəlxalq Universitetinin əsas binasında I qrup imtahanlarının suallarına cavab yazaraq test - bilgi lotareyasından (rusca bölməsində) 196 bal almış bacıqızı Ləmanın gələcək taleyi sanki mənim əlimdədir deyə, hamı düşüb üstümə...
Mənsə artıq bir neçə gündür ki, bu problem ətrafında - çağdaş milli təhsil siyasəti barədə dərin düçüncələrə qərq olmadan - xeyli fikirləşmişəm.
O fikirlərimi sizlərlə də bölüşmək istəyirəm: qısaca aşağıdakılardır
1) Nə qədər ki, Azərbaycanda ali təhsil universitetlərə qəbul olunmaq hesab olunur, onda bizim təhsil siyasətimiz daha da geriləyəcək...
2) Güya tələbə qəbulunda test sistemini yapmaqla biz rüşvətin və digər xoşagəlməz halların qarşısını almış oluruq - xülyasından əl çəkməliyik. Birdəfəlik bilməliyik ki, Azərbaycanlı barmağı olan yerdə düzgünlükdən, sivil qayda-qanundan söz gedə bilməz...
3) AR Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını tezliklə ali məktəblərə qəbul imtahanlarından ayırmalı və onun missiyasını dəyişməliyik. Məsələn, bəzi xarici təhsil sistemlərində olduğu kimi AR TQDK başlanğıcda deyil, sonda - yəni bakalavr və ya magistr pilləsini başa vuran tələbələrdən dövlət imtahanlarını götürməlidir.
Yoxsa, bizim indiki haldakı kimi olmamalıdır: fərqinə farmadan ölkənin bütün ali məktəbləri 4 və 6 kursda sadəcə avaralardan ibarət işsizlər və savadsızlar ordusu istehsal etməklə məşğuldur.
Söz yox ki, bizdə də savadlı insanlar yetişir - amma onları ali məktəblər deyil, mühit və fərdi hazırlıq qabağa aparır...
4) Vallah, dünyanın heç bir xarabasında belə deyil: elə millət tanımıram ki, öz övladınaın savadsızlığına görə yuxarılara, tələbə qəbuluna məsul olanlara, daha sonra ali təhsil ocaqlarına, universitet müəllimlərinə rüşvət versin...
5) 5-6 il bizdə imtahanları əcnəbi mütəxəssislər tərəfindən götürülməsini təklif edirəm.
6) İmtahanların Virtual formasına, yəni İnternet vasitəsi ilə, tam avtomatlaşdırılmış şəkildə götürülməsi məqsədə uyğun hesab olunur. İnsan faktoru - Azərbaycanlı barmağının qarşısını almalıyıq...
Və s. və i.a.
P.S. Bacım deyir ki, əlimdə 8 min ABŞ dolları və beş-altı baş qara-malım var, gör neylirsən, adam tap qızımın adını Universitelərin birinə yazdır...
P.P.S. Yazıq millətim!!!



size basharilar
guney azerbaycan tebriz
İyul 14, 2008 21:23