Reklam verin!

Mələk simasını tax sifətinə...

Yazar: artyazar @ İyul 17, 2008 15:29

Kimsəni görəndə, gülümsə,
Mələk simasını tax sifətinə...


Başqasının kədərini
sevginlə ərit...

Göylərdəkilərlə işin yox,
Yerdəkiləri tanı, dindir...

Burada nə qədər gözəlliyi
İçində əritsən,
oradakı cənnətin genişlənər,
əksinə, bəd əməllər, pisliklər
cəhənnəmi şişirdər  -
O aləmdə - daxilində
Qəlbində - öz planetində...

Sevgini satıb kədər alma
İçinə vələvələ salma,
Həyatdan kənar qalma,
ölümə dalma...

Hərnədirsə, bu gün
mən sən olmaq istədim,
yanına gələ bilməsəm də,
içimdə sənə yer etdim,
sevgi əvəzinə yenə dərd yetişdirdim...


Yuxarıdakılardan kimsə,
bu dəfə lazımi düyməni basmayıb
Fəsillərin yerləri dəyişilib
Yayın əvəzinə canımızı
Payız oxşayır, qağam -
2008-ci ilin ortasında...

P.S. Mənsə, ipisti dənizli yaya bənzər
sevginin sevincinə cummaq istəyirəm...

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha