İyul 18, 2008 16:09
Yeni bölüm. Futbol: idman, biznes, yoxsa qlobal mədəniyyət hadisəsi...
Dünən - 17 iyul 2008-ci il tarixində Bakının mərkəzi stadionunda (ki, məşhur hakim Tofiq Bəhramovun adını daşıyır) Polşanın "Lex" futbol komandası bizim "Xəzər-Lənkəran"ın qarpızını verdi qoltuğuna... Hətta Türkiyəli manıs Mahsun Qırmızıgül və "Qalatasaray" FK Prezidentinin də azerkeşliyi bizimkiləri silkələmədi...
Mübariz Mənsimov “Beşiktaş” klubunun prezidenti ola bilər

“Xəzər-Lənkəran” klubunun sahibi Mübariz Mənsimov Türkiyənin “Beşiktaş” komandasının prezidenti olmaq istəyir. Türkiyə vətəndaşı olan azərbaycanlı iş adamı prezident postuna namizəd olduğunu açıqlayıb.
Bu posta seçiləcəyi halda, ilk addım kimi 50 milyon avro xərcləyəcəyini bildirən M.Mənsimovun sözlərinə görə, İstanbul komandasını Avropada bir nömrəli komanda etmək fikrindədir: “Mən “Beşiktaş” klubunu sevirəm. Məqsədim bu komandanın prezidenti olmaqdır. İstanbul təmsilçisini Avropanın ən güclüsü etmək üçün əlimdən gələni edəcəyəm.
Təki mənə belə bir şans versinlər. Klubu idarə etmək, baqqal dükanını idarə etməkdən daha asandır. “Beşiktaş”a ürəkdən bağlı olan iş adamlarını bir yerə toplayacağıq. İhsan Kalkavan, Hakan Kalkavan və Cəlal Kolotun təcrübəsindən istifadə etmək üçün onları da geri qaytaracağıq. Maddi məsələlər önəmli deyil. Qısa müddətdə borcları verə bilərik. Əsas olanı güclü futbolçuları heyətə cəlb etməkdir”.
( APA)
MÜBARİZ MƏNSİMOV TƏKZİB ETDİ
Məşhur iş adamı "Beşiktaş"ı satın almaq iddialarını yalan adlandırdı
QayNar: Türk mətbuatı tərəfindən gündəmə gətirilən "Mənsimov "Beşiktaş"da prezidentlik istəyir" xəbərinə "Palmali" Şirkətlər Qrupunun prezidenti, Azərbaycanın "Xəzər-Lənkəran" klubunun fəxri prezidenti, azərbaycanlı işadamı Mübariz Mənsimov aydınlıq gətirib. "Qaynar.info" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mubariz Mənsimov "Beşiktaş"a rəhbərliyinə məktub göndərərərək, "Mən yalnız Beşiktaş tərəfdarıyam və klub prezidentliyinə namizədliyimi verməyi düşünmürəm" deyə bildirib.
Mənsimovun göndərdiyi rəsmi açıqlama "Beşiktaş" klubunun internet saytında da yer alıb: ''Bu gün qəzetlərdə "Beşiktaş" klubunun prezidentliyinə namizədliyim ilə əlaqədar yazılan xəbərlər doğru deyil. "Beşiktaş" Klubunun yalnız tərəfdarıyam. "Beşiktaş" klubuna və ya hər hansı bir başqa klubun prezidentliyinə namizədliyim söz konusu deyil. Bir tərəfdar olaraq bu cür xəbərlərin "Beşiktaş" klubu ictimaiyyətinə zərər verdiyi düşüncəsindəyəm. Mübariz Mansimov olaraq yalnız öz şirkətlər qrupumla maraqlanıram. Bunun xaricində yazılan və yazılacaq olan xəbərlər gerçək deyil.''
E-mənbə: http://news.qaynar.info/?mod=view&id=16110
Mübariz Mənsimov: “Prezident olmaq istəsəydim, Türkiyə və ya Avropada məşhur bir klub alardım”
“Mənim tribunada əyləşməyim insanları nəyə görə qorxutmalıdır ki?”
“Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimovun Türkiyə mətbuatına müsahibəsi
- Son vaxtlar mətbuatda “Beşiktaş” klubunun prezidenti olacağınız barədə xəbərlər yayılıb. Həqiqətən belə bir istəyiniz varmı?
- Bu mövzu ilə əlaqədar ilk dəfə danışıram. Əvvəla, cəmi 8 ay öncə “Beşiktaş”ın İdarə Heyətinə üzv seçilmişəm. Klubun prezidenti postuna iddia göstərmək üçün üzvlük müddəti 5 il olmalıdır. Bundan daha önəmli məqam var ki, bu da mənim prezident olmaq istəməməyimdir. Əgər belə istəyim olsaydı, Azərbaycanda öz şəxsi klubuma rəhbərlik edərdim. Yaxud, Türkiyə və ya Avropada məşhur bir klub alıb, prezidentə çevrilərdim. Mən iş adamıyam, vaxtım yoxdur. Həqiqətəuyğun olmayan xəbərlər yayılan kimi, şayiələrin qarşısını almaq məqsədilə “Beşiktaş”a məktub göndərdim. Onlara yazdım ki, “Beşiktaş”ın azarkeşi olmaqdan başqa tələbim yoxdur.
- “Beşiktaş”a 50-100 milyon dollar xərcləyəcəyiniz də bildirilir. Bununla bağlı nə deyə bilərsiniz?
- “Beşiktaş” 105 illik tarixə malik klubdur. Burada çox dəyərli insanlar, iş adamları yer alırlar. Əslində, böyük və ya kiçik məbləğli puldan danışmaq düzgün deyil. Bunu “Beşiktaş” rəhbərliyinə layiq mövzu saymıram. Uyğun zaman və müvafiq şərtlər olacağı təqdirdə, bu ehtiyacları qarşılamaq mümkündür. Mənim üçün 105 illik klubun azarkeşi olmaq, pulla ölçülməyəcək qürurdur.
- “İsmət İnönü” stadionunda loja almaq istəyiniz baş tutmadı. Nəyə görə öncə bu işə qarışıb, daha sonra fikrinizdən vaz keçdiniz?
- Bir sıra ölkələrdə şirkətimiz var. Ancaq işlərimizlə əlaqədar vaxtımızın əksər hissəsini Türkiyədə, xüsusilə İstanbulda keçiririk. Mən “Beşiktaş”ı sevirəm. Dostlarımla qərara gəldik ki, “Beşiktaş”ın oyunlarına stadiondan baxaq. “İsmət İnönü”də 110 min dollara loja aldıq. Lakin qarşı tərəfdən bildirdilər ki, “ümumilikdə 300 min dollar verin, lojada reklam lövhələri də yerləşdirək”. Mən də əsəbiləşdim və loja almaq fikrindən daşındım. Bu hadisə mətbuatda yayıldıqdan sonra “Beşiktaş”ın prezidenti cənab Yıldırım Dəmirörənlə görüşdük. O, anlaşılmazlıq olduğunu və loja kartlarını hazırlatdırdığını söylədi. Amma loja almaqla bağlı qəti qərar verməmişəm.
- Sizin gücünüz “Beşiktaş”ın hazırkı rəhbərliyi qorxuda bilərmi?
- Sadəcə, mən azarkeşəm. Sevdiyim komandanın oyunlarını izləmək üçün fəaliyyətdəyəm. Mənim tribunada əyləşməyim insanları nəyə görə qorxutmalıdır ki? Əksinə, məni tribunada görəndə onların sevindiklərini düşünürəm.
E-mənbə: APA
Beləcə, 30 minlik canlı, 50 milyonluq televiziya və mənim belimi qıran "XL" komandasının qara günləri deyəsən qabağdadır. Bəlkədə buna görədir ki, türk Hakan Şükür də bizim güney bölgəmizi deyil, məhz Şimali Amerikanı bəyəndi...
E-romanımızın bu bölümünü məhz Futbola həsr etməyi məqsədəuyğun hesab etdik: baxmayaraq ki, baş qəhrəmanımız yenə də Mübariz Mənsimovdur...
Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 28
