Reklam verin!

İyul 22, 2008 14:26

22 iyul qara bayramınız mübarək, milli jurnalistlərimiz!!!

artyazar

Qıraqdan hamı bizə xoşbəxt peşə sahibi kimi baxır: ictimaiyyətimizdə elə fikir gəzir ki, bizim var-dövlətimiz başımızdan aşır, məmurlar KİV nümayəndələrini görəndə siçan deşiyi axtarırlar, nə bilim, mən beşbətəri, gündə  televiziyadayıq...

Fəqət, bilmək istəmirlər ki, bu ölkədə ən çox əzilən, maddi imkansızlıqdan içini yeyən elə sıravi jurnalistlərdir.

Nə Arif Əliyevin, nə Əflatun Amaşovun, nə də baçqa media şeflərinin  - mafioz da oxumaq mümkündür - aid olmadığı sadə, zəhmətkeş, adi, lakin peşəkar, öz sənətinin bilicisi, fanatı olan bu insanlar jurnalistika kastasının əzilmişlərindən sayılır.

Onlara - nə məmur, nə xarici himayədar, nə də çirkli pulların sahiblərinə satılanlar nəzərdə tutulur -  nə hökümət mükafatları, nə imtiyazılar, nə də qrant pulları çatır...

Onlara - söhbət əsl intellektual jurnalistlərdən gedir - ev verməyiblər, paketdə paralar ötürülmür...

Onlar - hələki vicdanlarını siyasi və biznes hərracına qoymayanları deyirəm - qatığa qara, Azərbaycana - cənnət demirlər, İlahi, deyəsən heç neft milyardlarından da bunların gözü yoxdur...

Onlar - zatən romantik olaraq - nurlu, parlaq bir sivil cəmiyyətin Azərbaycanda oturuşmağının tərəfdarlarıdırlar...

Onlar -hər gün evə yorğun baxışlarını, əzilmiş ruhlarını, təmiz vicdanlarını aparandırlar - sadəcə, milli qələm sahibləridir...

Bu gün ONLARIN Günüdür: Zərdabi çağından heç fərqlənməyən dövrün publisistlərinin hələ ki, qara rəngə boyanmış bayramdır, amma hər halda pis günün də axırına lap az qalmış olar...

P.S. Bu gün "Media açarı" ödülünün təşkilat komitəsinin üzvlərindən biri mənim cib telefonuma zəng açaraq bildirdi ki, sənin müsabiqənin foto bölümünə təqdim etdiyin materiallar Münsiflər Heyəti üzvləri tərəfindən bəyənilsə də, ənənəvi mətbuatda çap edilmədiyinə görə mükafat verə bilmərik...
Söz yox ki, mən də acığa, dostum olan həmin kəsin ən azı beş dəqiqəlik mobil danışıq konturu qədər ziyan verərək ona yeni media nümunəsi olaraq fotoların fərdi İnternet saytımda, yəni bu bloqumda yerləşdiyini izah etməyə səy göstərdim...

Amma nə faydası: "10 il bundan əvvəl nizamnamədə qeyd edilib ki, yalnız yazılı KİV-də çıxan materiallar müsabiqəyə buraxılır..."  

P.P.S: Hərdən Sabirə haqq qazandırıam: kişi əzəb edib bizi söyüb - "Əcnəbilər göyə balonla çıxır, biz hələ avtomobil minməyiriz"

P.P.P.S. İnternetin bu millətə nə dəxli, ay dostlar...


E-gündəlik, İctimai fəallıq | Şərhlər(2) | Baxış sayı: 41
1
Turalfot yazıb:

Butun jurnalistleri tebrik edirem ve teessuf edirem ki metbuatimiz Zerdabinin yaratdigi vaxtki amalindan, meqsedinden uzaqdi. Bugun metbuat metbuat maarifcilikden daha cox krossvordculuqla mesquldu.Niye bizim de Turkiyedeki kimi taninmis yazarlarimiz yoxdu("EL icinde"kilerden basqa mad ),mence,millet oxumaq verdisin itirib,ancaq gozun doymekle mesquldu.Neyse bir de tebrik edirem esl jurnalistleri

İyul 22, 2008 16:32

2
Gültekin yazıb:

gec deolsa tebrik edirem. bir de muellim siz mene blloga nece sekil yerlesdirildiyini yazacaginiza soz vermisdiniz ama yazmadiniz.

İyul 23, 2008 20:07

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com