İyul 24, 2008 19:40
Dəhşət-hekayə: İkinci ruhumun intiqamı... (I hissə)
İkinci ruhumun intiqamı...
(Mistik e-real hekayə)
Yalnız 18 yaşından yuxarı şəxslərin oxuması məqbuldur

Hər şey elə ani baş verdi ki, hətta həmişə təriflədiyim bilgim də sanki dondu: bu hadisədə məntiq öz yerini sehrbazlığa, reallıq isə xülyaya otürmüş kimi görünürdü...
Seviş baxımından qadınların qızışmağıyla rastlaşmışdım, fəqət yaşlı qarının, bir ayağı burada, digər ayağı haradasa başqa aləmdə olan bir qadının bu qədər hərarətli olduğunu bilməzdim...Nədənsə, bu yay meylim kənddə tərəf əyilmişdi: yayın qızmar çağında harada ruh dincliyi tapa bilərdim ki? Hamınızın canı üçün, sözsüz, sakit, son illər get-gedə boşalan, cavanları Rusiya və Türkiyənin şəhərləri, uzaq başı paytaxtımız Bakı tərəfindən udulan, yalnız öz əcəli ilə əlbəyaxa olan qocaları-qarıları gün çürüdən uzaq dağ kəndində. Elə mən də bütün ağıllılar kimi bu il ruh tutdum o qəribə, uzaq qohumlarım yaşayan kənddə. Kənd deyəndə ki, böyük məmnuniyyətlə onu Qoqolun "xotur"u adlandırardım, amma qələm gəlmir elə yazmağa: çünki, bura daha çox insanlığın unutqanlıq aləmini xatırladırdı...
Yenə dəlilik məni tutmuşdu, amma onu da boynuma alım ki, burada fikrimi saxlamaq üçün başqa maraqlı, başqatan hər hansı bir məşğuliyyət də yox idi. İnternet yox, işıqlar vaxtı-vədəsində yanmırdı, dost-tanış uzaqda, hər hansı öhdəlik, tapşırıq da canını basdalamırdı...
Əksinə, dağ kəndindəki sakitlik, sükütünü dəcəl quşların seviş fitləri, sahibsiz itlərin bir-iki ağız hürüşməsi, tənbəl ev heyvanlarının məriltisi zorlayırdı. Şair olsaydım bu cümlənin ardına mütləq aşağıdakı poetik fikri artırardım: burada zaman mürgüləyirdi...
Belə bir dəli sakitliyi mütləq özümün səfehliyimlə kəsməliydim: elə belə də etdim - ev sahibinə etdiyim birsaatlıq yalvar-yaxışdan sonra bu dağlar qoynunun hansı sinəsində təp-təzə ruh ovlaya biləcəyimə müsbət cavab aldım. Düzünü boynuma alsam, ilkcə düşündüm ki, Ağamirzə kişi mənim bu uşaqlıq həvəsimə bir giclik kimi baxacaq, şəxsimlə məzələnib bir azdan başından edəcək. Amma ağsaqqalın ciddi baxışları və cavabı məndəki həvəsi, eləcə də marağı daha da qızışdırdı:
- Şahzadə qarını gör, bala, o ta bineyi-qədimdən cinlərlə gəzir, hal arvadlarıyla ayaqlıq edir...
- Bəs o dediyiniz qarını necə tapım?
- Şər qarışanda, qaranlıq düşəndə o gün səninlə birgə getdiyimiz dərənin dibiylə üzü yuxarı, Dəli dağa tərəf üz tut, əvvəl-axır onu görərsən. Amma çox ehtiyatlı tərpənməlisən: deyirlər onlar Şahzadə qarıya toxunmasalar da, onun yanındakıların ağlını əlindən almağı yaxşı bacarırlar...
Və bütün bəlalar də beləcə mənim sonrakı həyatımın qara güllərinə döndü...
Bir qədər də uşaqlıq xatirələrimdən danışsam, bu ruhların ovuyla bağlı sərgüzəştlərimin haradan qaynaqlandığı hamıya gün kimi ap-aydın olar.
Mən kənddə doğulmuşam: heç kimə sirr deyil ki, əgər şəhəri millətin gələcəyi kimi götürürüksə, onda sağlam məntiqə görə toplumun keçmişi məhz kənddə yatıb qalıb. İnsan da doğulub boya-başa çatdığı məkanın bütün incəliklərini kodlaşdırılmış formada öz içindəki saxlanğıcda gəzdirir. Alimlər o saxlanğıca gen, aqillər isə ruh deyərlər.
O zamanlar həftənin bir günü, yanılmıramsa, cümə axşamı bütün evlərin ocaqlarında qazan asılardı. Bir balaca varlısı plov dəmləyər, ət, ya da toyuq bişirər, olmayanlar isə, əlinə nə keçərdi, basardı qazana ki, yemək bişsin.
Qoca nənəm demişkən, cümə axşamı hər evdən bir tüstü çıxmalı, xörək iyi gəlməlidir ki, həmin axşam evin - ailənin dünyasını dəyişmiz əzizləri gəlib ocaq başında dövrə vuranda narahat olmasınlar, inciməsinlər və görsünlər ki, onları yad edən, sayıb-sevənlər var.
Mən də elə uşaqlıqdan vurulmuşdum bu ruhlara və anamdan-nənəmdən soruşub maraqlanardım ki, bəs ruhların məskəni haradır. Onlar çox zaman susar, ruhlarla bağlı heç nə danışmazdılar, ən yaxşı halda isə, yəniçmən qır-saqqız olub qopmaq istəməyəndə anam məni narahat ruhlarla qorxudurdu:
- Bax əgər nadinclik etsən axşam narahat ruhlar məskəninin ən əzail sakini olan birqulaqlı ruh gəlib səni aparar, uzaqlarda azdırar.
Bu hədədən sonra mən qaçıb bir küncə sıxılar, gecə isə hər nə qədər çalışsam da özümü saxlaya bilmir, yorğan-döşəyimi sladardım.
Hərdən qoca nənəm gəlini - anamın üstünə xox gələrdi:
- Ay gəlin, sən bu uşağı dəli etməsən, əl çəkməzsən...
Nənəmə nə qədər yalvarsam da, narahat ruhların məskəni barədə nə mənə, nə də başqa bacı-qardaşlarıma bir şey danışmazdı.
Bir qədər özümə gələndən sonra - uşaqlığıma təpik atıb yeniyetməliyimi qucaqlayandan üzü bəri çoxlu oxumaqla içimdəki cin-şeytan qorxusuna, hal arvad xofuna təpik atmağa başladım. Hətta bir çox dost-tanışımı başıma yığıb narahat cinlər məskəninin axtarışına, hətta əcinə-şeytan ovuna çıxmağa başladım...
O günlərdən illər məni ayırıdı, artıq böyük adama çevrilmişdim: düzünü söyləsəm, cin-min söhbətlərini, nağılvari oyunlarını da az qala unutmuşdum. Bir də ki, işıqlı şəhərdə cin-əcinə nə gəzir axı? Bu cin-min elə qaranlıqların varlığı sayılır: mən indiyə qədər eşitməmişəm ki, gündüzlər, dünyanın işıqlı vaxtında cinlər, hal arvadlar kiminsə gözünə görünsün. O da qala günün-günürta çağı hansısa adamın yanından cinin ötməsi halını, ümumiyyətlə bir kimsə eşidə bilməz...
İ-real hekayələr | Şərhlər(3) | Baxış sayı: 219
Bilirsiniz,men dine inanan adamam,cinler barede Qurandan oxuduqlarimi bilirem,bir de hedislerde oxumusham,cinler de insanlar kimi ibadet eden ve kafir ola bilir. Amma ne olur-olsun,insan en ali varliqdir ve bu ada layiq olmaliyiq.
Hekaye ise maraqlidir,hele ikinci hisseni oxumamisham,maraqlidir,ne ile bitecek. Emeye hormet !
İyul 29, 2008 20:22
bu hele birinci hissedir,ona gore sherh yazmaq chetin olar.
İyul 30, 2008 9:47

axmaq yazidi...
İyul 29, 2008 10:15