Əlimin içi kimi bilirəm ki, bəyanatımdan şoka düşdünüz. Şokdansa bir özünüzə nəzər salın-vallah, anda-filana hacət yoxdur, elə siz də dahisiniz. Mənə bu

dahilik xəstəliyini Şərif Ağayev yoluxdurub. Oturub-durub özünə dahi deyib.
Əvvəl inanmasam da, sonra baxıb görmüşəm ki, kişinin oğlu doğrudan doğru dahidir, hələ üstəlik mən də dahi imişəm, sadəcə özümün xəbəri yox imiş. Elə bu yazı da həmin dahiliyin məhsuludur. İntəhası başqa dahilər haqqındadır."Kitab bayramı"nda paylanmış ədəbiyyat ödülüynən bağlı Aydın Xana müraciət etdim. Hər halda təqdimatçı o idi və izahatı da o verməliydi. Aydın Xan da sağ olsun, başqaları kimi "özüm bilərəm", siz nə deyirsiniz deyin, mənim kefim necə buyurur elə də eləyəcəm" deyib başdan etdi getmədi. Kəmali-ədəblə açıqladı ki, Aqşin ədəbi mühitdə çox istedadlı bir şair kimi tanınır, həm də başqa şairlərdən fərqli hərbi xidmətə gedib, daha sonra onun bir vaxtlar "Mərkəz" qəzetində "Ədəbiyyat" səhifəsini aparmasını nəzərə aldığını vurğuladı və o səhifə ilə Azərbaycan ədəbiyyatının təbliğində xidmətlərinin əvəzi kimi onu mükafatlandırdığını dedi. Elə nominasiyanın adı da belədir: "İlin istedadlı gənc şairi". Aydın Xan başqa nominasiyalar haqqında da məlumat vermək fikrindəydi. Amma məni daha çox alınandan bir neçə saat sonra kef məclisinin qurbanı olmuş yazıq və fağır qadın heykəlciyi maraqlandırdığından onunla sağollaşdım. Mən fağır deməyimə baxmayın, eşitdiyimə görə o qadın heykəlciyi şəngülümə oxşayırmış. O şəngülümə oxşar heykəlciyi bizim ilin ən istedadlı şairi Aqşin cənabları və vətənin keşiyində dayanan əsgər oğlumuz Aqşin ən yaxın dostu ilə birlikdə bir şüşə içkiyə dəyişib ki, məclisin rövnəqləndirsin. O yaxın dostun dediyinə görə o qaheykəlciyi içkinin alındığı mağazanın vitrinini hələ də bəzəməkdədi. Elə satıcı qıza da heykəlciyin görkəminə görə razı salıblar.Mən Aqşinin özü ilə yox son şeirləri ilə tanışam və hətta o şeirlərlə tanışlığın belə xəcaləti mənə bəsdir. Amma Aydın Xanın ağız dolusu təriflədiyi kitabın vərəqləyəndən sonra da fikrimi dəyişə bilmədim. O ki qaldı Aqşinin hərbi xidmətdə olduğuna görə, mükafata layiq görülməsinə, Aydın Xanın hərbi xidmətə belə önəm verməsi sadəcə təəccüb doğurur. Və Vətən qarşısında borcdur və orda qeyri-adi heç nə yoxdur. Guya Aydın Xan o mükafatı Aqşinə verəndən sonra şairlər hamısı hərbi xidmətə yüyürəcəkdi? Aqşinin "Mərkəz" qəzetində özünü oda-gözəvurub ədəbiyyatımızın təbliğiylə məşğul olması fikrinə isə şərikəm. O səhifəni mən də oxuyurdum və hər dəfə orda elə gözəl şeirlərlə rastlaşırdım ki, heç Fizulidə, Nizamidə yox idi. Hətta bir şeir məni necə tutmuşdusauzun zaman işdən evə gedəndə uşaqların kefini açmaq üçün o şeiri oxuyurdum. Və qonşularım da uşaqlarımın gülüş səsinə qaçıb gəlirdilər ki, görsünlər biz lotereyada maşın, filan udmamışıq ki. Şeirin müəllifinin 50 yaşı olduğu qeyd olunmuşdu. Onu da deyim ki, hər dəfə uşaqların kefini açmaq üçün o şeir oxuyandan yuxuma inəklər, süd ferması nə bilim ot tayası filan girirdi.50 yaşlı ədəbiyyatsevər yazırdı ki, İnəklər yeyir otuArvadlar geyir potuVar beş-altı lotu-potu Bizim bu süd fermasında. Təəssüf ki, Azərbaycan ədəbiyyatında hadisə olacaq bu şeirin qalan bəndələrini unutmuşam. Yoxsa yazardım və oxucularımız da feyziyab olaraq görərdilər ki, bizim nadir istedad sahibimiz süd fermasında inəklərin şən həyatını necə təsvir edir. Guya inəklər fermada tvist oynamalıymış, sadəcə novatorluq edib ot yeyirlər. İntəhası bir məsələdə çox baş sındırsam da çaşıb qalmışam. Balam, bizim yerlərdə inəklərin icma halında yaşayıb süd istehsal etdikləri yerlərə sovxoz deyərdilər. Bu süd ferması nədir?Bax burda Aqşinə o heykəl halaldı. Amma o gözünə döndüyüm əsgər qardaş da bildiyiniz kimi Aydın Xanın heykəlciyini bir içki şüşəsinə qurban verdi. Yəni bilirsən necədir, arkadaş, mən millətimin yolunda nə edirəmsə təmənnasız edirəm, mənə heç nə lazım deyil. Elə yaxşı da elədi. Qoy görk olsun. Hamıya! Ta ki, Köçəryana belə mükafat vermək istəyən "Diaspor" jurnalının baş redaktoru Sərvər Məsumdan tutmuş Saparmurad Türkmənbaşını "Qızıl Alma" mükafatına tədim edən Türk Törə Ocağının başqanı Elxan Zal Qaraxanoğlunacan. Yox, qardaş deyəsən doğrudan ocağımızın odunu söndürüb külüynən oynayırıq. Özü də o sönən ocağı bizim göz yaşımız keçirib......Qoca bir nənəm vardı və hərdən dərd güc gələndə əlini dizinə döyə-döyə astadan mızıldanardı: Su gəlir yarpızlığa Tökülür qarpızlığa Gördün işin fırıqdıÖzünü vur arsızlığa Elə arsızlığa vurmuşuq ki, özümüzü bir də çətin ciddiləşək.Hə, lap yadımdan çıxmışdı, o "Qızıl Alma"nın üstündə redaksiyamızda əməllicə mübahisə düşdü. Ən çox bizə yer eləyən Sərvər Məsumun sözləri olmuşdu. Onda Xan Rəsul Sərvər Məsumun müdafiəsinə qalxdı ki, əşi, södü də ağzından çıxıb, ya əsəbləşib deyib, nə olsun, siz niyə buna belə ciddi yanaşırsız. İcazə verin Füzulinin söz haqqında qəzəlini yada salmaqla nəsə demək əziyyətindən özümü xilas edim. Canım-gözüm müəllif, səni and verirəm Yaradanımıza, bu sətirləri oxuyandan sonra Simuzər Baxışlı kimi redaksiyamıza hücum çəkib məni təhqir eləmək fikrinə düşmə. Çünki mənim də səbrimin həddi var və mən məni yox, Azərbaycan ədəbiyyatını bu cür təhqir etdiyinizə görə, millətin başını cəfəngiyyatla qatdığınıza görə sizi bir gün hökmən məhkəməyə verəcəm. Ona görə də qoy sözümü deyim, ey mənim psixo, bio kosmo, sosial müəllif soydaşım. Gərək o şeiri yazmadan öncə sən bir Nəsimi dəryasına baş vuraydın, ey dahi Nəsiminin dahi ardıcılı. Baxma ki, bu günkü svilizasion şairlər onu bəyənmirlər, ağız büzürlər, amma onu bir vərəqləsəydinBoyu tüba, üzü cənnətAdi kəlirçuni qaşı Gözləri vənnəcim anın Sinəsi vət-Turidir. deyən şairin dördcə misrasıyla Quran, astranomiya, təbiət elmlərindən xəbər verməklə yanaşı həm də gözəli ilahi bir dillə vəsf etdiyindən xəbərdar olardın. Və bizləri. Yanaqların aldır gülüm, yanaqların aldır,İnsan kosmo, bio, psixo, sosialdır. Qəlbimin dili qarşında laldır, gülüm, qarşında laldır,İnsan kosmo, bio, psixo, sosialdır.Sətirləri ilə şoka salmazdın. İnandırıram sizi ki, bu bio-psixonun sayıqlamaları dərc olunmasından keçən günlərin sayını bilmirik, çünki bu şeirin şokunu bütün redaksiya heyəti yaşayır. Əvvəl elə bilirdiku ki, belə ilahi şeir heç vaxt yaranmaz, amma son günlər bir az şübhə edirik. Çünki biz elə dahi bir xalqıq ki, bundan da gözəl şeirlərin müəllifi olacağıq, İnşallah. (xaiş edirəm şeir xiridarları ürəyi bu ifadəyə tap gətirsin deyə əllərinin altına validol və kardiamin qoysunlar). Hələ möhtərəm Azər Turan, Xanəmir bəlkədə fəxrlə fikirləşirlər ki, bu cür dahi şəxsiyyətin şeirlərinə onların məsul olduqları "Yeni Azərbaycan" qəzetinin "Ədəbiyyat" əlavəsi meydan verir. Aydın Xan da ki, mükafat verəndə biz tərəfə heç nəzər salmaq istəmir. Guya bizimkilər ədəbiyyatımızın təbliğatı üçün az zəhmət sərf edirlər? Bir neçə ay bundan öncəyenə öz "Ədəbiyyat"ımızda müəllifini unutduğum bir şeir oxumuşduq və o şeir bizi nə cürə ovsunlamışdırsa dəyirmi masa fason bir şey eləmişdik. Müəllif yüz faiz qadın idi, çünki bir "qaçın, qaçın" salmışdı ki, gəl görəsən. Mən bi ləsi türk kişisi heç vaxt heç bir halda "durun qaçın" kəlməsini dilinə gətirməz. O dahi müəllif yazırdı ki,Hələ alınmayıb Laçın Tez olun durun qaçın və s.Ondan bir neçə həftə qabaq ən yaxın dostunun şeirini qoltuğuna verib "get ona de ki, şeir yazmağı yadından çıxartmasın"Sözünü eşidən Rüfət yanıb-yaxılırdı ki, a zalım hara qaçaq, niyə qaçaq, kimdən qaçaq, axı niyə qaçmalıyıq? Aydın Xan bunları niyə görmür? Belə yəqin elədim ki, o kişi bizim "ədəbiyyat" əlavəsini oxumur, vəssalam. Amma bu fikir ağlıma gələn kimi Azər Turanı da, Xanəmiri də xəbərdar elədim: "Ehtiyatlı olun, növbəti nominasiyalar yəqin ki, sizə ünvanlanacaq". Bir də ki, nəyi pisdir o kişi, qadın (elə elə bil heç gözümə kişi heykəli dəyməyi axı) heykəlciklərinin Tutaq ki, mənə versələr imtina etmərəm. Aqşin kimi içkiyə niyə dəyişərəm, apararam qızım evdə gəlincik əvəzi oynadar, ya bayramda qoz-fındıq sındıraram, ən pis halda qonşu savaşlarının soyuq silahı kimi işlədərəm. Vallah, ağlıma bir fikir gəlib, bilirəm ki, dəli deyəcəksiniz. Onsuz da belə getsə günü-gündən artan bu heykəlciklərin səsi-sorağı təqdimat mərasimindən bir neçə saat mağazaların vitrinlərindən gələcək. Necə ki, Aydın Xanın məlumatından 40-dan çox təşkilat tərəfindən təsis edildiyi aydınlaşan heykəlciyin taleyinə o acını yaşamaq düşdü. Deyirəm bəlkə bu heykəl-meykəl ideyasını bir tərəfə atıb o pulları başqa şeylərə xərcləyək. Məsələn, başımıza gələn fəlakətlərin əyani şəkildə dünyaya çatdırılmasına. Tariximizin, qanlı savaşlarımızın, sonuncu Qarabağ düyününün reallıqlarını əks elətdirən kadrlaprın lentə alınmasına, müharibənin məhv etdiyi insan talelərinin acısını sivilizasiyadan dəm vuran dünyaya bəyan etməyə. Formalaşmaqda erməni diasporundan bir neçə əsr geridə qalan Azərbaycan diasporunun məhz belə şeylərə ehtiyacı var. Belə olsa Sərvər Məhsum da bekarçılıqdan Köçəryana mükafat təqdim etmək fikrinə düşməz. Heç olmasa plakatlar, kitablar çap etdirək. O da olmasa o pullara könüllü kamikadze dəstələri yaradaq ki, Qarabağın xilası yolunda ölməyi bacardığımızı sübut edək. O da olmasa bir parça zəhər alıb özümüzü öldürək. Heç fikir verməmisiniz ki, dünyanın bir çox dahiləri intihara əl atıblar? Tarixdə aciz, sözün üzünə tüpürən millət kimi qalmaqdansa kütləvi şəkildə dahi olan millət kimi yaşayaq.Söz ardı: Bizim "Ədəbiyyat"da gedən o ilahi şeirlərin nominasiyalar gətirəcəyi haqqında fikrimi Azər Turana Bi ldirəndə cavabı ilahi bir təbəssüm oldu. Artıq nəsə də gözləmirdim. Çünki Azər müəllim səmaların adamıdır və bütün irad və təkliflərə, izah və mədhiyyələrə mələklərə məxsus ilahi bir təbəssümlə cavab verir. Xanəmir də məsul olmadığını önə çəkir. Mənə isə elə gəlir ki, necə ki, Azərbaycan torpağına hamımız cavabdeh və məsul idik, eləcədə ədəbiyyatımızın qarşısında o vəzifəni daşıyırıq. Kiçikdən böyüyə kimi. Nə olsun ki, biz hamımız DAHİYİK.
E-mənbə: http://kebuter.azeriblog.com/2008/05/26/men-dahiyem


