Reklam verin!

İyul 30, 2008 19:53

Dəhşət-hekayə: İkinci ruhumun intiqamı... (IV. Mistikanın sevişə uduzduğu hissə)

artyazar

      (Mistik e-real hekayə)

Əsərdə seks axtaranların və 18 yaşından aşağı şəxslərin oxuması yasaqdır

 

Əgər sizin 18 yaşınız tamam olubsa, onda hekayənin əvvəli ilə bu keçidin yararlanaraq tanış olun: http://artyazar.azeriblog.com/2008/07/29/dehshet-hekaye-ikinci-ruhumun-intiqami-iii-erotik-mistik-hisse

- İçimdəki yenilik məni yaman ağırlaşdırdı, qarı. De görüm, sən mənə cadumu etdin...

- Ha, ha, ha!!! - Şahzadə qarı dəli bir gülüşlə sanki məni məsxərəyə qoydu: - Məgər özün istəmədinmi, dəli oğlan. Mənə yalvarmadın ki, narahat ruhlar məskəni sənə göstərim. Ən əziz saydığın narahat ruhu içinə yığım...

- Ah, ilahi, mən nə qələt işlətdim, başımı işə saldım...

- Bəs nə bilmişdin. İndi sən ən əzablı bir bəlaya tuş gəlmisən. Bu işıqlı dünyayla o biri aləm - bəlkə cənnət, bəlkə də və ola bilsin ki, cəhənnəm arasındakı aralıq məkanın sakini sənin canına daraşdı. Sən narahat ruhun yuvasına çevrildin...

Qarı qəh-qəhə çəkərək dərənin dibiylə zülmətə doğru qaçdı. Ayın bəyaz nurunda onun ağ yaylığı yenə iftitə qanadına çevrilmişdi. Bir anlıq özümə gəlsəm də, yenə beynim dumanlandı və bundan sonra baş verənləri ya röya kimi, ya da olacaq kimi xatırlamaq məndən ötrü it əzabına çevrilirdi...

***

Uzaq bir məkandaydım, ətraf aləmdə biz tək idik: mən və Aytən. Onun yeniyetməlik yaraşığı yenə göz qamaşdırsa da, könül oxşasa da nədənsə saçları bəmbəyaz idi. Sanki tük əvəzinə ağ ipək idi lüm-lüt bədəninə səpələnmişdi.

"Gəl, əzizim, mən səni düz on ildən çoxdur ki, gözləyirəm, həsrətin cəhənnəm odu kimi yandırıb yaxırdı. İllər daş olub taleyimi əyirdi. İlahi, nə üçün mənim səni dəlicəsinə sevdiyimin fərqində deyildin..." - Aytənin baxışları məni ona tərəf cəzb edirdi. Bircə ona fikir verdim ki, anadangəlmə qiyafədəyəm. Utandığımdan əllərimlə ayıb yerlərimi örtüb qıza tərəf uçurdum. Amma nə qədər çalışsam da, ona gedib çata bilmirdim. İlk baxışdan o mənim bir neçə addımlığımdaydı, fəqət az qala quş kimi qanad açıb Aytənə sarı uçsam da, ilk sevgilimə çatmaqda aciz idim...

Bu zaman Şahzadə qarının bayquşvari qəh-qəhəsi ətrafımızı bürüdü. Sonra qarı çığırdı:

"Sarsaq, qollarını qıza tərəf aç, nə sıxmısan paçaaranı, o dünyadakı kimi, orta aləmdə də ruhlar cismsizdirlər, paltara ehtiyac yoxdur, Tanrı necə yaradıbsa, eləcə də görsən..."

Qarı sanki mənim bütün vücudumu silkələdi, ani olaraq əlimi bədənimin məlhəm yerindən çəkdim və artıq Aytən qollarımın arasında quş kimi çırpınırdı...

- İlahi, mən bu anı nə qədər səbirsizliklə gözləmişəm. - Qızın pambıq bədəni ilə ilk təmas zamanı yəqin ki, hər ikimizin daxili aləmində bu fikir sıçrayırdı...

Bu andan sonra aramızdakı bütün maneələr əriyib getdi: ağlımdakı qərar ürəyimdə fırlanırdı - qızın bütün gözəlliyini içimə yığmaq...

Əlbəttə, bir çoxları kimi, siz də məni manyaklıqda suçlaya, uzaq başı divanə hesab edə bilərsiniz, ya da söz edərsiniz ki, yanığam: amma kimə istəyirsiz, nəyə deyirsiz and içim ki, söylədiklərimin böyük əksəriyyəti baş vermiş olaydı və ölümə qədər də mənimlə gedəcək o dünyaya...

Boynuma onu da alım ki, uşaqlıqda mən Aytən və başqa məhəllə qızlarıyla "həkim-həkim" adlı çoxlarınıza məlum seviş məzəsiylə məşğul olmuşam. Yəni, tamam açıq danışacağam, qızlar qara, çox zaman da ya atamın, ya da qardaşımın olub, sonralar mənə geyindirilən tubuşumun içindəkiylə, mənsə  
onların güllü-güllü tumanlarının otərəfindəkiləriylə maraqlanmışdım. Hətta Aytənlə öpüşmüş, özümüzü hind kinofilmlərindəki nakam sevgi qurbanları kimi aparmışıq. Amma bu hisslərin ciddiliyinə nə o, nə də mən fikir vermiş, yaşımızın üstünə yaş qalandıqca, uşaqlıq havası başımızdan buuxarlandıqca həmin intim oyunlara da son qoymuş, çox zaman bir-birimizi gördükdə haçansa baş verən ağılsızlıqlara görəı yamanca utanmışıq...

İndi isə fürsət idi, Aytənin həmişə arzusunda olduğu zifaf gecəsinin xəyalları, mənimsə barmaqlarımla sevişdiyim halların xülyaları - ki, həmin vaxtların eşq-intim subyekti o qız idi - reallaşmaqdaydı.

Qızın saf baxışlarına nə qədər soyuqluq duysam da, bədənində donuqluq hiss etsəm də, seviş hərarətindən öz canım da tərləmişdi. Dil dodağa dəydiyi, sinə döşə toxunduğu, bədən cana yapışdığı, əl buda girdiyi, ayaq belə büküldüyü, paçaarası ayaqarasına sürtüldüyü anda həyat canlanırdı və bütün soyuqluq, donuqluq əriməyə başlayırdı.

- "Niyə, nə üçün?! Axı nəyə görə sən vaxtında mənim olmadın..." - Göz yaşlarıyla seviş hıçqırtısı Aytənin bütün vücudunu əsdirirdi...

- "Bağışla, gülüm, bundan sonra ölənə qədər səninləyəm.." - dodağlarımla onun gül kimi ləblərini elə hey əmirdim ki, qız bütün bu cənnətvari seviş həzzini qurudacaq kəlmələri dilinə gətirməsin....

Ən qəribəsi o idi ki, biz bir-birimizə lap mum kimi sarılmışdıq. Bir anlıq düşündüm: bədənimiz biri-digərinə o qədər qarışıb ki, bizi heç ölüm də ayıra bilməz. Lap sevgi düyününə çevrilməkdəydik...

Qız gah arxası üstə, gah yana, gah da üzüqoylu altımda, bəzən də üstümdə, yanımda qıvrılır, içimə seviş hərarəti səpələyirdi.

Qarının mənə verdiyi it əzabını da unutmuşdu bədənim sanki...       

Tər su yerində axan zaman məqamdı: bəzən Aytən bədənimin, alnımın, sifətimin tərini yalayır, barmaqlarını, ovcunu tərimlə yaş edib bədəninin müxtəlif əzalarına yaxırdı. Təəccüblüsü o idi ki, qızın özü sanki bir parça buz idi durmuşdu altımda, hərdən də çıxırdı üstümə...

Gərilmiş bədəni daşa dönməyi ilə ipək kimi yumşalmağı arasındakı zaman məsafəsi çox qısa oldu...

"On ilin ağrısını boşaltmaqda mənə yardımçı ol, əzizm. Sevişdir məni, sev Aytənini!!!" - Hər dəfə qızın gözləri yumulub açılanda paçamın arasında qəribə bir nəmişlik hiss edirdim: fikirimdən keçirdi ki, bu nəmişlik suya, sonra da selə dönub əvvəl-axır məni içində batıracaq, boğub o dünyaya aparacaq...
 


İ-real hekayələr | Şərhlər(0) | Baxış sayı: 95

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com