Reklam verin!

Dəhşət-hekayə: İkinci ruhumun intiqamı... (V. Mistikanın texnoloji vasitəyə çevrildiyi hissə)

Yazar: artyazar @ İyul 31, 2008 16:13
   (Mistik e-real hekayə)

Əsərdə seks axtaranların və 18 yaşından aşağı şəxslərin oxuması yasaqdır

Əsərin əvvəlki bölümləri ilə bu keçid vasitəsiylə tanış olun: http://artyazar.azeriblog.com/2008/07/30/dehshet-hekaye-ikinci-ruhumun-intiqami-iv-mistikanin-sevishe-uduzdughu-hisse


Həyatda baş verən hər bir hadisənin real - məntiqli sonu olmasıyla yanaşı, həm də izahata gələn mahiyyəti, eyni zamanda təhtəlşüurla anlaşılan fəlsəfəsi olur.


Mən özümə gələndə evində qonaq və həm də kirayə qaldığım qocanı başımın üstündə gördüm.

- Özünə gəldin, şəhərli qonaq, bizi yaman qorxutmuşdun...

Kişi otaqdan kənara çıxdı və onun ardıca qonşudakı itoynadan Əli içəri daxil olan kimi mənimlə məzələnməyə başladı:

- Qaqa, sən qadın lazım idisə, qardaına deyəydin, hər şeyi yoluna qoyub bir cananı yanına dəvət edərdim də...

Ağlıma gələn ilk fikir bu oldu ki, mənim Şahzadə qarıyla sevişməyimi bütün kənd bilir, yəqin...

"Biabırçılıq..." - bu fikir içimi silkələdi sanki, bir qədər özümə gəldim, ayıldım deyəsən...

Sonra qeyri-ixtiyari gözlərimi qapandı...

- Yaxşı, narahat olma, səni mən axtarıb tapmışam. Qaranlıq dərədə anadandoğulmuş halda - çılpaq şəkildə fındıq koluna sürtünən yerdə səni görəndə əvvəlcə qordum ki, şəhərli qonaq dəli olub. Sonra sənin baxışlarındakı bulanıq duman məni özünə cəlb etdi, - Əli artıq ciddiləşmişdi deyəsən. - Paltarlarını güc-bəlayla əyninə geyindirib səni eşşəyimin üstünə qaldırdım. Evə çatanda qonşunu səslədimş Budur, üç gündür ki, elə hey yatırsan. Əvvəl istədik ki, həkim çağırıb səni müalicə edək, sonra məsləhət oldu ki, oyanmağını, özünə gəlməyini gözləyək. Allaha şükürlər olsun ki, artıq özünə gəlmisən, heç həkimə də ehtiyac yoxdur...

Əlinin son sözləri yarıyoxulu vəziyyətdə qulaqlarımı deşirdi...

***

Röyaydımı, yoxsa tamam i-real aləmə düşmüdüm yenə: Aytənimi gördüm, çox sərt və kədərliydi:

- "Əzizim, birdəfəlik anlamalısan ki, bizim aramızdakı münasibətlər və ünsiyyətlərin forması tamam yeni, fərlidir sənin üçün. Çox çətin olacaq, hətta o qədər ağır bir yükün altına canını vermisən ki, Yaradanın özü də sənə yardımçı olmaqda əlacsız görünür. Sən ali həqiqətin harmoniyasını dağıtmısan. İndiyə qədər bu dünyada hər bədənə bir ruh, o biri aləmdə isə hər ruha bir can düşürdü. Sənsə, özü arzunu reallaşdırmaqla bu ilahi və həyati sərgilənməni pozmuş oldun. Birincisi ona görə ki, diri ikən narahat ruhların məskunlaşdıqğı Orta Dünyaya baş çəkdin. İkincisi isə içinə narahat ruh - ikinci ruh əlavə etdin. Bu addımın sənə fövqəl imkanlar, dəhşətli güç versə də, həm də daxilinə bir cənnət, bəlkə də cəhənnəm modeli basmış oldun. Havaxta qədər buna dözəcəksən, bir Allah bilir, amma şansını qaçırma, başqalarından seçil və əlinə düşən bu fürsətdən layiqincə faydalanan..."

- "Əslində bu tamam normal qəbul edilməlidir: elmdə də sübut olunub ki, hər bir insanda həm qadınlıq, həm də kişilik gizlənir..."

Bundan o yana baş verənlərlə vaxtı-vaxtında sizə danışacağam, fəqət iki ruhlu bədənimin ilk addımını bilmək haqqınıza sayğı göstərərək bir sirrimi sizə açacağam.

***

İkinci ruhum, birinciyə nisbətən daha canlı, çevik və əsl enerji formasında idi. Mən ondan istədiyim şəkildə istifadə edə bilərdim: bircə şərtlə ki, ondan qaranlıq məqsədlərlə istifadə edə bilməzdim... İstifadə etsəydim belə, həm bədənim üçün, həm canım, həm də hər iki ruhum üçün çox böyük təhlükə baş verərdi.

Bircəciyini hələlik danışacağam: çoxdan idi ki, dünyanın ən cavan milyarderlərindən olan Mübariz Mənsimovla maraqlanırdım. Və bir gün ikinci ruhumu - Aytəni İnternet vasitəsiylə Mübariz Mənsimovun virtual şəxsiyyətini axtarmağa yolladım. Əldə etdiyi məlumatlara görə isə hətta e-roman da yaratmağa müvəffəq oldum. Maraqlananlar aşağıdakı keçidlər vasitəsiylə o e-romanı özləri də yaşaya bilərlər:   

http://artyazar.azeriblog.com/2007/12/21/qlobal-xoshbextlik-sevincler-kederler-i-kitab-i-bolum

http://artyazar.azeriblog.com/2007/12/22/i-kitab-i-bolum-ii-hisse-ve-info-yaghishi-kiv-mm-barede-ne-yazir

http://artyazar.azeriblog.com/2008/01/10/i-kitab-i-bolum-iii-hisse-milyardchi-barede-efsane

http://artyazar.azeriblog.com/2008/03/06/virtual-qehremanim-mubariz-mensimovla-elaqedar-uch-real-xeber

http://artyazar.azeriblog.com/2008/03/11/yazim-mubariz-mensimova-dushdu-edebi-e-qehremanim-milyardere-chevrildi


http://artyazar.azeriblog.com/2008/05/23/e-romanin-natamam-yeni-bolumunu-qezetlerin-informasiyasi-mene-oturdu

http://artyazar.azeriblog.com/2008/05/24/bexti-muqeddes-ruhla-yoghrulmush

http://artyazar.azeriblog.com/2008/06/10/olke-elden-gedeir-millet-buxarlanir-yaxud-hakan-shukure-gore-3-milyon

http://artyazar.azeriblog.com/2008/07/07/edebi-qehremanimin-paralari-shishir-maraqlidir-nece

Beləcə həyatımın həm maraqlı, həm də faciəvi yönü inkişaf etməyə başladı: mənsə Aytənlə bircə Böyük bir İntiqam arzusunu gerçəkləşdirməyə girişdik...

(Birinci e-bölümün sonu: ardını izləməyə çalışmayın...)

Bakı, iyul 2008

1
nana yazıb:

Eslinde neye ishare etmek istediyinizi cox meharetle ifade etmeyi bacarmisiniz hormetli artyazar,size ugurlar!

Avqust 1, 2008 0:30

2
Emin_bq yazıb:

Sizi neyin narahat elediyini yeqin ki, oxuyanlar basa dusecek. Amma men sizin niye basqalari haqqinda melumat toplamaq ucun Aytenden istifade etmeyinizi basa duse bilmirem. Axi o yalnizca sizin olmaq ucun ozunu yandirmisdi. Siz ise onu internetde shexsi menafeyiniz ucun istifade edirsiz.

Avqust 3, 2008 19:53

3
antizaur yazıb:

gorek evvelki sherhlerde "seviyyesiz" yazanlar indi ne deyecekler.

Avqust 5, 2008 15:36

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha