Xəbərlədiyim kimi də oldu, 2009-cü ilin sentyabr ayı girər-girməz üz tutdum qürbətə - millətdən yorulmuşdumç yoxsa özümü qıraqda axtarırdım, deyə bilmərəm, yalnız onu bildirim ki, mən yalnız burada - Azərbaycanda özümü ruhi-rahat hiss edirəm: bütün problemlərimizə, basqılara, yorğunçuluğa və parasızlığıma baxmayaraq...

Şəkil-kompozisiyaları Aydın Xan düşünüb-çəkib
Hələlik isə Moskvadakı XXI Beynəlxalq Kitab Sərgi-Yarmarkasındakı görüntüləri sizlərə ərməğan edirəm, yol yorğunluğu bədənimdən, ezamiyyət ləzzəti canımdan, məzuniyyət havası başımdan rədd olan kimi, reportag-sözlük janrında qələmə aldığım səfər təəssüratlarımı sizinlə bölüşəcəyəm...



Aydınxan müəllim salam, təbrik edirəm blogunuz əladı... amma bəzi xətalar gözümə dəydi. Görünür bu da sizin bizdən fərqinizdi. Hələ 2009-cu il gəlməyib axı....
Maraqlıdır, Siz gələcəyə İo-Kio Babanın sehrli xalati iləmi getmişdiz?
Yarı zarafat, yarı ciddi....
P.S. Güman edirəm ki, qəlbinizə dəymədim...Amma hələ 2008-ci ildəyik onu xatırlatmaq istədim.
Sentyabr 16, 2008 13:57