Ədəbi qəhrəmanım Mübariz Mənsimovdan çoxdan xəbər-ətər yox idi: düzdür, ara-bir mətbuatda dedi-qodu infolar yayılırdı: güya milli millionerimizin özə futbol komandası sayılan, adının yarım hissəsindən başqa güney bölgəsinə heç bir aidiyyəti olmayan -yəni oyunçular əcnəbi, paraları basıb yeyənlər başqaları, məşqçi isə Türkiyədəndir - "Xəzər Lənkəran" komandasının büdcəsinin talan edilməsindən qeyzlənən qəhrəmanımın gözlənilməz addımları-qərarları hamı kimi məni də təəccübləndirsə də, hər halda onunla e-münasibətlərim yaman sərinləmişdi - soyuqluğun şiddəti hətta o dərəcədydi ki, bu sətirlərin də yer aldığı virtual e-romanımın kağız variantda - kitab şəklində nəşri ideyasından da vaz keçdim...
Fəqət, budur, Lixteşteyn -görən adını düz yazdım bu cıppılı dövlətciyəzin - ölkəsinin futbol bahadırları bizim milli komandamızın üzvlərinin ağız-burnunu şil-küt edən zaman iki neft maqnatı - biri sivil, digəri isə qaranlıq bizneslə məşğul olan - Mübariz Mənsimovla Rövnəq Abdullayevi Tofiq Bəhramov adına stadionda tum çırtladan (Az TV
göstərirdi ha!!!), ya da fıstıq yeyən yerdə gözüm tutanda, beynimdəki e-roman yuvacığı yenə parıldamağa başladı.
Aşağıdakı maraqlı xəbər isə, marağımı bir qədər də şiddətləndirdi...
Национальный банк Азербайджана (НБА) рассматривает вопрос выдачи лицензии новому банку PAL Bank.
Как передает Day.Az, об этом сообщил журналистам председатель правления НБА Эльман Рустамов.Отметим, что PAL Bank зарегистрирован в Министерстве налогов с уставным капиталом 11 млн. манатов. Одним из основных учредителей является президент Palmali Group Маис Мансимов, законным представителем банка - Азиз Тексой. Отметим, что компания Palmali специализируется на перевозке грузов по Средиземному, Каспийскому, Балтийскому и Черному морям и является лидером по перевозкам в российских внутренних портах. |
Sevindirici haldır ki, Mübariz bəy alın təriylə - ya da neftiylə qazandığı paraları başqa məmləkətdə deyil, məhz öz ana yurdunda yerləşdirməklə, bir daha xoş niyyətlərini sübut etmiş olur: o təpədən-dırnağa qədər bu yurdun aşiqidir...
Amma Mübariz Mənsimoğlunun yeni Zeynalabdin Tağıyev olmasına hələ çox var: bu yolda isə bizlər ona dayaq və istiqamətverici olmalıyıq. O isə hələ də dələduzları yaradıcı intellektuallardan seçməyi bacarmır. Əlbəttə, deyə bilərlər ki, cavandır, yola gələr, amma vaxtda yerində durmayır, zaman axıb gedir, potensial tükənə bilər...
Bu barədə sonrakı bölümlərdə...
Как передает Day.Az, об этом сообщил журналистам председатель правления НБА 


salam sizin blogun hec yeri yoxdu pis blogdu
Sentyabr 16, 2008 19:50