Reklam verin!
Yuma Ailə Jurnalı

Sivilizasiyaların qovuşduğu məkan - Azərbaycan

Yazar: artyazar @ Dekabr 2, 2008 12:12

Aydın Xan (Əbilov),
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
 

 "Bizim mövqe" qəzetinin 27 noyabr - 10 dekabr

tarixli (N 13-14)sayında dərc edilib.


Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən hazırlanmış, artıq üç aya yaxın bir müddət ərzində gerçəkləşdirilən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Azərbaycan: müxtəlif mədəniyyətlərin birləşdiyi Ümumi Evimiz” adlı kulturoloji layihənin nəticəsi kimi bugünlərdə “Bir xalçanın ilmələri” adlı antologiya işıq üzü görəcək.


 

Bəri başdan bu layihə üzərində çalışanlara – onun icraçılarına, o cümlədən, şifahi xalq ədəbiyyatı, etnik mədəniyyət yaddaşının qoruyuçularına, Azərbaycanın ənənəvi folklorunun daşıyıcılarına, respublikanın bölgə, şəhər və kəndlərinin ədəbiyyatsevər sakinlərinə minnətdarlığımızı bildiririk.
Onu da xatırladaq ki, adı çəkilən kulturoloji layihənin tərkib hissəsi kimi Azərbaycanda yaşayan azsaylı xalqların ədəbiyyat antologiyası sanballı kitab şəkilində ilk dəfə nəşr olunacaq.
Antologiyanın şəbəkə - elektron variantı ilə
www.antologiya.azeriblog.com ünvanlı İnternet saytından tanış olmaq mümkündür.
Yaradıcı qrup olaraq biz bu antologiyanı nəşrə hazırlayan zaman maraqlı mədəniyyət – folklor və ədəbiyyat hadisələri, faktları ilə rastlaşdıq. Araşdırıcılarımız tərəfindən toplanmış, sistemli halda tədqiq və tərcümə edilmiş, çox hissəsi bu kitabda yer almış bu ədəbi-bədii, poetik-tərcümə materialları bir daha sübut edir ki, Azərbaycan Respublikası ölkəmizdə yaşayan, eləcə də dünyanın hər tərəfinə səpələnmiş, özünü azərbaycanlı sayan müxtəlif xalqların, millətlərin, etnik qrupların 50 milyondan çox nümayəndəsinin  kulturoloji-mədəni mərkəzi, bir sözlə, mənəvi-mədəni məkanıdır.
Ədəbi-bədii nümunələrin müəlliflərinin yaradıcılığına diqqət edəndə, görürük ki, onların çoxu həm milli dillərində, həm də Azərbaycan Respublikasının dövlət dili sayılan azərbaycanca yazıb-yaradırlar. Hətta elə xalqların ədəbiyyatı var ki, orada aparıcı ədəbi dil azərbaycancadır. Bu da onu bir daha sübut edir ki, doğrudan da Azərbaycan Respublikası müxtəlif millətlərin, mədəniyyətlərin, hətta dinlərin və dillərin yanaşı mövcüd olduğu sivil ölkədir. Əsas mədəniyyət Azərbaycan türklərinin yaratdığı kulturoloji-estetik təməl üzərində inkişaf edir, milli rəngarənglik bütöv Azərbaycan milli-mədəni dəyərlərini çağdaş sivilizasiya proseslərinə cavab verən qlobal intellektual standartlarına çevirir.
Cənubi Qafqazda, Xəzər dənizindən qərbdə yerləşən Azərbaycan Respublikasında  müxtəlif azsaylı millət və xalqlar yaşayır. Burada əhalinin 90%-dən çoxunu təşkil edən azərbaycanlılarla - Azərbaycan türkləriylə yanaşı, ruslar, talışlar, ləzgilər, gürcülər (ingloylar), avarlar, saxurlar, yəhudilər, tatarlar, kürdlər kimi milli və etnik azlıqlar əsrlər boyu yanaşı yaşamışdır.
Tarixən də doğma məmləkətimiz dinlərarası, mədəniyyətlərarası tolerantlıq ocağı olaraq bütün dünyada tanınır. Azərbaycanda yaşayan bütün millətlər və xalqlar tarixən uzunmüddətli birgə yaşayış şəraitində özlərinə məxsus milli-mədəni və folklor ənənələrini uğurla qoruyub saxlamışlar. Azsaylı xalqların əlvan folkloru Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir.
Qafqazdilli xalqlara mənsub olan ləzgilər, avarlar, saxurlar Dağıstan Muxtar Respublikası ilə yanaşı, Azərbaycanın bir sıra şimal və şimal-qərb rayonlarında məskunlaşmışlar. Eyni ərazinin Qəbələ və Oğuz rayonlarında tarixi Qafqaz Albaniyasının xalqlarından olan «udi» (udin) icmalarına rast gəlirik.
Gürcüstan Respubliksıyla həmsərhəd olan Qax, eləcə də Balakən rayonunda xaçpərəst gürcülər və yengiloyların - ingloyların (gürcüdilli müsəlmanların) yaşadığı kənd var. 
İrandilli xalqlardan tatlar, talışlar, müsəlman kürdlər, iudaizmə sitayiş edən dağ yəhudləri əsrlərdən bəri Azərbaycanda məskunlaşmışlar. Müxtəlif mənşəli xaçpərəst xalqları (ruslar, assiriyalılar və b.), eləcə də yəhudilər (aşkenazi) fərqli dil qrupuna mənsubdurlar. Ruslar və yəhudilər Azərbaycanın etnik xaritəsinə XIX əsrin əvvəllərindən daxil olmuşlarsa, assiriyalılar yurdumuza bir əsr sonra gəldilər.
 Azərbaycanda yaşayan xalqların milli-etnik folklorunda zənginlik tədqiqatçıların hər zaman diqqətini cəlb etmişdir. Qeyd etmək lazımdır ki, əmək, mərasim və mövsüm nəğmələri, layla və ağılar, lirik mahnılar və instrumental rəqs havaları hər bir mədəniyyət daxilində xüsusi təzahür formalarına malikdir.
Məsələn, qədim millətlərdən biri olan talışların musiqi folkloru zəngin janr və ifa xüsusiyyətləri ilə seçilir. Qadınlar tərəfindən ifa olunan nisbətən yaxşı qorunub saxlanılmış əmək, toy, mövsüm mərasim nəğmələri, «halay» mahnı-rəqsləri məlumdur. Bir çox mahnı nümunələri həm talış, həm də Azərbaycan dilində oxunur və bu mədəniyyətlərin sıx qarşılıqlı əlaqələrini əks etdirir.
Azərbaycanın müxtəlif xalqları və etnik qrupları arasında mövcüd olan folklor əlaqələri və qarşılıqlı təsirlər coğrafi və tarixi amillərdən asılıdır. Respublikamızın ərazisində uzun əsrlər boyu yaşayan xalqların musiqi və folkloru qarşılıqlı bəhrələnməyə məruz qalmış, ayrı-ayrı hallarda şeir eləcə də musiqi ünşürlərində ikidillik hadisəsini meydana gətirmişdir. Bu mənada talışların və tatların, qismən də saxurların və dağ yəhudilərinin folklor mədəniyyətlərini qeyd etmək olar.
Azərbaycanın bütün xalqlarının zəngin mədəniyyəti - ədəbiyyatı demokratik cəmiyyətimizin həmrəyliyi üçün xüsusi əhəmiyyətə malikdir.
Bu məqamda XX əsr Azərbaycan maarifi və ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin maraqlı bir fikiri yada düşür: “Bir günəşin zərrəsiyik biz...”

Bu antologiyaya talış, ləzgi, dağ yəhudiləri, tat, udin (udi), kürd, avar folkloru, poeziya və nəsrini – orijinalda, Azərbaycan dilində, eləcə də  bu millətlərin nümayəndələri olan qələm adamlarının azərbaycanca yaratdıqları əsərlərdən nümunələri daxil etmişik.
Layihə çərçivəsində nəzərdə tutulan bölgələrə səfərlərimiz zamanı aşağıdakı faktları dəqiqləşdirə bildik.
Apardığımız müşahidələrdən belə nəticələr çıxarmaq mümkündür ki, çağdaş Azərbaycan ədəbiyyatına və milli ədəbi prosesə fəal qoşulan nümayəndələrinin sayına görə talışlar və ləzgilər  üstünlük təşkil edir: sözsüz, bu məsələdə həmin millətlərdən olanların ümümi sayının çoxluğunu və tarixi-mədəni amilləri unutmaq olmaz. Daha sonrakı yerləri  dağ yəhudiləri, tat, udin (udi), kürd, avar, saxur kimi azsaylı millətlər və xalqların nümayəndələri tutur.
Kulturoloji layihəmiz və onun son nəticəsi kimi nəşrə hazırlanan antologiya Azərbaycanda bunaqədərki aparılan ədəbi-mədəni fəaliyyətlərin davamı olaraq aşağıdakı məqsədlərə xidmət edir:
- Azərbaycanın Respublikasında yaşayan müxtəlif xalqların milli-etnik mədəniyyətləri - ədəbiyyatı və folklor nümunələri barədə təsəvvürləri genişləndirir;
- Dünyanın mədəni-kulturoloji və ədəbi-filoloji ictimaiyyətini Azərbaycanda yaşayan azsaylı xalqların etnik mədəniyyət xəritəsiylə tanış edir;
- Yaradıcı insanların, filoloqların, tədqiqatçıların və tələbə gənclərin humanitar biliklərinin zənginləşdirilməsinə imkan yaradır;
- Azərbaycanda uzun müddət yerli etnosla yanaşı yaşayan azsaylı xalqlarının ədəbiyyatının qorunmasına kömək edir;
- İstər yerli əhali, istərsə də turistlər tərəfindən mədəni - ədəbi-bədii sərvətlərin qorunması ilə bağlı qayğının yüksəlməsinə yardımçı olur;
- Ənənəvi xalq folkloru və ədəbiyyatını, onların movcud olduğu bölgələrdə mühafizə edir;
- Eko-turizm, kulturologiya, regionşünaslıq, art-turizm, etno-turizm sahələrinin  inkişafına təkan verir;
- Azərbaycanda yaşayan xalqların köklü ənənəvi mədəniyyəti - ədəbiyyatı və folkloru üzərində müəlliflik hüququnu möhkəmləndirir;
- Milli azlıqların dillərinin, eyni zamanda o dillərdə yaranan ədəbi-bədii əsərlərin, folklor nümunələrinin qorunub gələcək nəsillərə ötürülməsinə kömək edir və b.
Eyni zamanda onu da bildirmək istəyirik ki, layihəmiz insan haqlarına dair beynəlxalq – hüquqi aktlara və milli azlıqların qorunmasına dair çərçivə konvensiyasına əsaslanır; UNESCO-nun Milli müxtəliflik haqqında ümumi Deklarasiyasının (2001), Qeyri-maddi mədəni irsin qorunması haqqında beynəlxalq Konvensiyasının (2003), Mədəni özünü ifadə formalarının rəngarəngliyinin qorunması və artırılması haqqında Konvensiyasının (2005) müddəalarında öz əksini tapmış qeyri – maddi mədəni irsin mədəniyyətin rəngarəngliyinin qaynaqları və sabit inkişafının təminatçısı kimi əhəmiyyətinə diqqət yetirir; Beynəlxalq intellektual mülkiyyət təşkilatının 1998-ci ildən başlayaraq, intellektual mülkiyyət sahəsində yeni istiqamətin – ənənəvi biliklərin qorunması probleminin irəli sürülməsində təşəbbüslərini nəzərə alır; Azərbaycan Respublikasının Konstitusiyasını, «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» və «Folklor nümunələrinin hüquqi qorunmasına dair» Azərbaycan Respublikasının Qanunlarını qəbul edir.
Azərbaycanımızın - doğma məmləkətimizin əsl sivilizasiya və tolerantlıq mərkəzi kimi dünyaya tanıtmaqda bu kimi kulturoloji layihələrin rolu böyükdür. Bu istiqamətdə həyata keçirilən kulturoloji-ədəbi layihələrin sayını artırmaqla, davamlığını təmin etməklə, yenilərini hazırlamaqla, daha da böyük uğurlar əldə etmək olar.

Liberal düşüncəli milli uşaqlarla polemik savaş...

Yazar: artyazar @ Noyabr 27, 2008 12:09

Düzü, "Gənc Liderlər" Uşaq Təşkilatının sədri, super ictimai fəal Fərid Şahbazlı məni qurumun təşkil etdiyi silsilə diskussiyaların növbətisinə dəvət edəndə, tərəddüdsüz-filansız razılaşdım.

genc liderler


 Əslində isə mən bizdə - Azərbaycanda normal polemik görüşlərin keçirilməsinə çox ironiyayla yanaşıram: dinləyən yox, özünü sübut etmək istəyən çox, beyinlər lox...
"Azərbaycan mədəniyyəti və milli-mədəni abidələrin qorunması" probleminə həsr olunmuş lokal görüşdən aldığım intellektual-estetik zövqü xüsusi vurğulayaraq, məclisdəki söhbət, qaldırılan məsələlər, uşaq və yeniyetmələrin təklifləri, diskussiyaya çıxarılan ağrılı problemlər nə qədər önəmli olsa da, yenə göydə buxarlanmış oldu: çünki AzərTac İnformasiya Agentliyinin gənc reportyorundan başqa tədbirdə hər hansı bir KİV-in nümayəndisi gözə dəymirdi...

Əsas məsələlər isə bunlar idi:

- Biz işğal olunmuş torpaqlarımızdakı mədəniyyət və milli sivilizasiya abidələrimizi erməni vandalizimində necə qoruya bilərik;

- Cəmiyyətimiz, xüsusən uşaqlarımız hansı musiqini dinləməlidir;

- İçəri şəhəri lazımınca qoruya bilirikmi;

- Klassik musiqi ilə pop mahnıların savaşı zövqumuzu korlayır, yoxsa...

- Telekanallarımızda ciddi sənətə niyə yer yoxdur;

- Niyə bizdə hamı manıs olmaq, tez-bazar asan varlanmaq istəyir...

- Kitaba niyə nifrət edirik...

Bəli, mən inanıram ki, bu ağrılı məsələlər divara dəyib yenə üstümüzə, xüsusən də mənim ruruma çiliklənəcək...

P.S. Dostum Fərid görüşdən əvvəl məndən xahiş etdi ki, bəs auditoriyanı nəzərə alıb  fikirlərimi "liberal" deyil, bir qədər mühafizəkar formada ifadə edim. Fəqət oradakı uşaqlar məndən də çox dəliqanlıydılar...  

E-romanın yeni real-bölümü: "Xəzər-Lənkəran"ın növbəti "planlı" məğlubiyyət, yoxsa...

Yazar: artyazar @ Noyabr 25, 2008 18:30

 Azərbaycanda gizli totalizator və qara futbol biznesi geniş yayılması heç kimə sirr deyil: əlbəttə mən o fikrin də tərəfdarı deyiləm ki, "Xəzər-Lənkəran" ilə "Qarabağ" kulublarının son oyunu hansısa "sazişlərin" qurbanı olub. Hər halda, son olaylarla bağlı infoları mütləq e-romanımın yeni real-bölümünə qatmalıydım... 

Mübariz Mənsimov: "Mən çox təssüf edirəm..."

Mübariz Mənsimov:

"Bu 4 ildə klub nə uğur qazanıbsa, bu mənim və mənim seçdiyim adamların xidmətidir, azarkeşlərin "təyin etdiyi" şəxslərin yox"

"Xəzər-Lənkəran"ın fəxri prezidenti, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov son günlər komandası ətrafında baş verən olaylara aydınlıq gətirib.


Fanat.az-ın verdiyi xəbərə görə, Mübariz Mənsimov day.az-a müsahibəsində Rasim Karanın istefasından məyus olduğunu bildirməklə yanaşı, onun istefasını tələb edən azarkeşləri də futboldan uzaq adamlar adlandırıb.
Müsahibənin maraqlı olduğunu nəzərə alıb, tamlıqla dərc edirik:

- Mübariz bəy, çempionluq uğrunda mübarizə aparan "Xəzər-Lənkəran" ikinci ev məğlubiyyətinə uğradı. Bazar günü "Qarabağ"la bağ tutan oyunun gedişində artıq azarkeşlər Rasim Karanın istefasını tələb etməyə başladılar və nəticədə, oyundan sonra baş məşqçi istefa verdiyini açıqladı. Sizə onu fikrindən daşındıra bilmədiniz?
- Mən çox təəssüf edirəm ki, Rasim Kara artıq "Xəzər-Lənkəran"ın baş məşqçisi deyil. Onun komandadan getməsi haqda qərarı məni çox məyus etdi. Biz onunla dostuq və heş nəyə baxmayaraq, dostluğumuz davam edəcək.
Unutmaq lazım deyil ki, "Xəzər-Lənkəran"ın yarandığı gündən qazandığı uğurlarda Rasim Kara böyük pay sahibidir. Lənkəranda Azərbaycanın ən yaxşı idman obyektlərindən biri olan stadionun tikilməsindən tutmuş, klubun infrastrukrunun qurulmasına qədər. Rasim Karanın xidmətlərinə şübhə etməyinə dəyməz.

- Demək olarmı ki, istefa qərarının qəbul olunmasında tribunalardakı çağırış əsas rol oynayıb?
-  Yox, Rasim Kara bu qərarı müstəqil qəbul edib. Tribunalardan baş məşqçinin istefasını tələb edən bir qrup azarkeşə gəldikdə isə, onlar mənim də istefamı tələb edə bilər. Amma bu zaman bir məqamı unutmaq olmaz- klub bu 4 ildə nə uğur qazanıbsa, bu mənim və mənim seçdiyim adamların xidmətidir, azarkeşlərin "təyin etdiyi" şəxslərin yox. Klubda strateji qərarları mən qəbul edirəm.
Digər tərəfdən komandanın işşini korlamaq istəyənləri əsl azarkeş adlandıra bilmərəm. Bizim əsl azarkeşlərimiz həm xoş, həm də ağır günlərimizdə də bizimlə birgə olmalıdır. Amma komandanın ilk uğursuzluğundaca öz şəxsi tələblərini irəli sürənlər "Xəzər-Lənkəran"ın azarkeşləri deyil və ümumiyyətlə, onlar futboldan uzaq adamlardır.

- "Xəzər-Lənkəran" çempionluq uğrunda mübarizəni davam etdirəcəkmi?
- Bəli, əlbəttə. Son məğlubiyyət komandanın qarşısında qoyulan tapşırıqda dəyişiklik etməyib. İnanıram ki, ən yaxın zamanda hər şey öz yerini tapacaq. Mən "Xəzər-Lənkəran"a və onun çoxminli azarkeş ordusuna inanıram.
Biz təmiz və ədalətli futbolun tərəfdarıyıq. İstəyirik ki, Azərbaycanda da futbol məhz belə olsun. Qoy Azərbaycandakı klublara sponsorluq edən adamlar korrupsiya ilə bağlı şəxslər olmasın. Axı istər futbolu, istərsə də idamın digər növünü yalnız təmiz yolla qazanan pullarla inkişaf etdirmək olar.
Haqqımızda olmazın şeylər yazan bəzi KİV-lərin təzyiqinə baxmayaraq, biz öz yolumuzdan dönməyəcəyik. "Xəzər-Lənkəran" bir nəfərin çiynində dayanan klublardan deyil. O tamlıqla "Palmali" Şirkətlər Qrupu tərəfindən maliyyələşir, on minlərlə əməkdaşımızın qazandığı halal pulla yaradılıb. Bizim bir məqsədimiz var- Azərbaycanda futbolu inkişaf etdirmək. Bunu prezidentimiz də arzulayır və biz ona kömək etməyə çalışırıq.

E-mənbə: http://news.qaynar.info/?mod=view&id=20699

Ağasəlim Mircavadov: “Xəzər-Lənkəran”da baş verənlərlə maraqlanmıram”

 

 
 

“Xəzər-Lənkəran”da baş verənlərlə maraqlanmıram”. Bu sözləri Lent.az-a açıqlamasında “Xəzər-Lənkəran” komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

A.Mircavadov Lənkəran təmsilçisinin türkiyəli baş məşqçi Rasim Kara ilə yollarını ayırmasını klubun daxili işi sayıb: “Artıq dörd aya yaxındır ki, “Xəzər-Lənkəran”da işləmirəm. Məndən sonra kimi gətiriblər, kiminlə yollarını ayırıblar, öz işləridir. Mən bununla bağlı heç bir şərh verə bilmərəm”.

Qeyd edək ki, 61 yaşlı mütəxəssis “Xəzər-Lənkəran”a 2006-cı ilin iyunundan 2008-ci il iyulun 31-dək rəhbərlik edib. UEFA kubokunun ilkin təsnifat mərhələsində Polşanın “Lex” klubuna 0:1 və 1:4 hesablı məğlubiyyətlərdən sonra A.Mircavadov istefaya göndərilib.

Elşən , Lent.az saytı

Dərəlioğlu: “Xəzər-Lənkəran”da yaxşı nəsə görmədim

Dərəlioğlu: “Xəzər-Lənkəran”da yaxşı nəsə görmədim

"Azərbaycanda başqa komandalardan da təklif almışam"

Fanat: “Xəzər-Lənkəran” klubunun sabiq türkiyəli hücumçusu Oktay Dərəlioğlunun müsahibəsi

- Oktay, işləriniz necədir?
- Yaxşıdır. Türkiyədə bir anlaşma imzaladım və bunun nəticəsində “Liq” TV-də şərhçi kimi çalışıram. Azərbaycanda nə xəbər var?

- Əsas xəbər budur ki, həmyerliniz Rasim Kara “Xəzər-Lənkəran”dan yenə istefa verdi...
- Hə, bunu eşitdim.

- Bəs buna reaksiyanız necə oldu?
- Bu haqda bir şeyə bilmərəm. Ancaq bəziləri kluba gələcəyimi söyləyirlər. Açığı, “Xəzər-Lənkəran”dan təklif almamışam.

- Təklif olsa, bunu qəbul etməyə hazırsan?
- Mən peşəkaram və təbii ki, “Xəzər-Lənkəran”ın təklifini düşünərəm. Bildiyiniz kimi, mövsüm öncəsi gəlişim baş tutmadı. Bu, bir olay oldu.

- Nə baş vermişdi ki? Rasim Karanın qayıdışından sonra hamı sizin də “Xəzər-Lənkəran”da yer alacağını gözləyirdi...
- Mən faydalı ola biləcəyim yerə gedirəm. Çox danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, hər kəs mənim necə baş məşqçi olacağımın fərqini görəcək. Yəni, özümü sizlərə sözlə yox, əməlimlə göstərəcəyəm.

- Belə demək olarmı ki, Kara ilə aranızda problem olduğu üçün “Xəzər-Lənkəran”a qayıtmadınız?
- İndiyədək heç kimlə problemim olmayıb.

- Bəlkə işinizə müdaxilə ediblər?
- Bildiyiniz kimi, vəzifəyə başlamadan ayrıldım. Çünki “Xəzər-Lənkəran”da yaxşı nəsə görmədim. Yaxşı olacağına inanmadım.

- Yəqin ki, söhbət Karanın çalışdırdığı komandadan gedir...
- Bəli.

- Niyə belə fikirləşirsiniz ki?
- Karanın özünü arayıb, uğurlar dilədim. Ona “İnşallah, işlərin uğurlu olar” dedim. Amma eyni zamanda, bu şərtlər altında çalışmayacağımı da bildirdim.

- Şərtlər sizin üçün çoxmu çətin idi?
- Yox. Sadəcə, mənim öz prinsiplərim var. Heç kimlə problemim ola bilməz. Çünki yaxşı düşünən, müsbət hərəkət edən insanam. Həyatım boyu belə oldu. Yaxşı yerdə həmişə çalışaram.

- Hansı prinsipləriniz var?
- Onları açıqlamaq istəmirəm. Mənə yad prinsiplər var idi və ona görə təklifi qəbul etmədim. Bundan sonra Azərbaycanda başqa komandalardan da təklif aldım.

- Konkret hansılardan?
- Açıqlamaq istəmirəm. Çünki yanlış anlaşılacaq.

- Sizi konkret hansı vəzifəyə çağırırdılar: baş məşqçi, menecer, yoxsa klub funksioneri?
- Mən menecer yox, məşqçiyəm. Gənc yaşlarımda ikən kurslara getdim və indi Türkiyədə məşqçiyəm.

- Dediklərimizdən belə qənaətə gəlmək olar ki, Karanın “Xəzər-Lənkəran”da çox qalmayacağını düşündüyünüzdən, bu istefa sizin üçün gözlənilən idi?
- Karanın klubda nə qədər qalacağının fərqinə varmırdım. Sadəcə, çalışma şərtlərinin mənə uyğun olmadığını düşündüm. Bunu həm Karaya, həm də klub rəhbərliyinə dedim. Onlara dedim ki, bu şərtlər altında “Xəzər-Lənkəran”a gəlməyəcəyəm. Hər kəs uğurlar dilədim, “Allah köməyiniz olsun” deyib, telefonu bağladım.

- Necə hesab edirsiniz, əgər Karadan sonra sizi baş məşqçi postuna gətirsələr, şərtlər dəyişəcəkmi, istədiyiniz olacaqmı?
- Bir çox yerlərdən təkliflər almışam. Bunlar arasında Türkiyə variantları da var. Azərbaycan futbolunda yaxşı bir iş görmək istəyirəm. Ancaq bunun üçün şərtlərin uyğun gəlməsi, peşəkar düşüncə olması vacibdir.

- Az öncə məşqçilikdə ən yüksək dərəcə sayılan “Pro” lisenziyasını almısınız. Bəlkə bununla özünüzü “Xəzər-Lənkəran”ın baş məşqçi postuna hazırlaşdırırsınız?
- Ola bilər. Niyə də olmasın? Çünki bu klubla yaxşı əlaqələrim var. Mən “Xəzər-Lənkəran”ı çox böyük yerləri gətirirəm. Lənkəranda məni çox sevirlər. “Xəzər-Lənkəran”da sevə-sevə işləyərəm. Ancaq bir daha bəyan edirəm ki, bunun üçün ilk növbədə şərtlər uyğun gəlməlidir.

- Amma bu şərtləri xırdalamadınız...
- Bu, peşəkarlıqla bağlıdır. Hər kəs işini, çalışma sistemini biləcək. Hər şeyə tez-tələsik nail olmaq mümkün deyil. Önəmli olan uşaq futboluna, aşağı yaş qruplarından ibarət komandalara xüsusi diqqət yetirməkdir. Əlimizdə sehrli çubuq yoxdur. İşin nəticəsini görmək üçün zaman lazımdır. Misal üçün, mən komandaya gəlsəm, üç illik müqavilə imzalayaram. Bu müddətlik anlaşma olmasa, gəlmərəm.

- Kənardan “Xəzər-Lənkəran” sizin üçün necə görünür? Hansı çatışmazlıqları qeyd edə bilərsiniz?
- UEFA kubokunda oyunlarını izlədim. Bundan sonra “Xəzər-Lənkəran”ı izləmədiyim üçün indiki durumunu bilmirəm. Əgər gəlsəm, dediyim kimi, qısa yox, uzun müddətlik gələrəm.

- Belə başa düşdük ki, hazırkı vəziyyətdə “Xəzər-Lənkəran”ın sükanı arxasına keçməyə hazırsınız. Mövsümün ortasında, özü də məşqçi təcrübəsi olmayan Oktay Dərəlioğluya komandanı götürmək çətin olmayacaq ki?
- Təbii ki, “Xəzər-Lənkəran”ı çalışdırmağa hazıram. Çoxdan futbolda olduğumdan, baş məşqçi işini çox yaxşı bilirəm və özümə inamım böyükdür. Məşqçi kimi işləməsəm də, bu iş mənim üçün çox sadədir. Məşqçilik kursunu da bitirmişəm.

- Bəs siz “Xəzər-Lənkəran”a yeni baş məşqçi tapılmasında vasitəsi ola bilərsinizmi? Hər halda, bu klubda menecer kimi çalışmağınız nəzərdə tutulmuşdu...
- Kənardan məşqçi gəlməsində hər cür yardım edə bilərəm. Amma mən “Xəzər-Lənkəran”ı çalışdıracaq gücdəyəm. Buna səviyyəm çatır. Elə özümü baş məşqçi kimi görürəm. Mən varamsa, başqasına gərək yoxdur. Sadəcə, reallıq budur ki, Lənkəranda hər şey peşəkar səviyyədə olmalıdır. Futbolda çox böyük para verirsiniz, amma istədiyinizə nail ola bilmirsiniz. Çünki futbolda pul vacib olsa da, hər problemi həll etmir. Pulla birlikdə yaxşı bir sistem qursanız, futbolda çox böyüyərsiniz. Amma “Xəzər-Lənkəran”da hələ bu sistem yoxdur.

- “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla hər hansı görüşünüz, yaxud telefon söhbətiniz olubmu?
- Mübariz bəyin işləri çox olduğu üçün onunla görüşə bilmədim. O, “Xəzər-Lənkəran”ın, Azərbaycan futboluna inkişafında maraqlıdır. Sadəcə, işləri çox olduğundan, hər şeylə yaxından maraqlana bilmir. Mübariz bəy nə vaxt istərsə, onunla görüşə bilərəm. Karanın vaxtında “Xəzər-Lənkəran” mənə baş məşqçi yox, menecer vəzifəsi təklif etmişdi. Menecer vəzifəsi də yaxşıdır. Amma məndə məşqçilik bacarığı var. Mən komandanın tək cavabdeh şəxsi olmaq istəyirəm. Belə məsuliyyət daşımağımı istəyirlərsə, Oktay Dərəlioğlu olaraq “Xəzər-Lənkəran”a gələrəm.

E-mənbə: Apasport

"Xəzər-Lənkəran"dan Rasim Karaya yeni iş təklifi

FANAT: Bu gün "Xəzər-Lənkəran"ın başməşqçisi postundan istefa verən Rasim Karaya klubun prezidenti Mais Mənsimov yeni iş təklifi edib.
Fanat.az-ın verdiyi xəbərə görə, bu barədə klubun rəsmi saytında məlumat verilib.
M.Mənsimov Kara ilə görüşündə onun klubun formalaşmasında xidmətləri olduöğunu vurğulayaraq, türkiyəli çalışdırıcı ilə əməkdaşlığı pozmamaq istəyində olduğunu bildirib. “Xəzər Lənkəran”ın prezidenti mütəxəssisə bundan sonra da klub strukturunda vəzifə tutmağı, klubun uşaq və yeniyetmələr sektorunun fəaliyyətinə ümumi nəzarəti üzərinə götürməyi və mövcud problemləri həll etməyə çalışmağı təklif edib. Mais bəy klubun Karayla əməkdaşlığı davam etmək istədiyini və Rasim bəyin təklifə müsbət cavab verəcəyinə ümidli olduğunu açıqlayıb.
Karanın təklifi qəbul edib-etməyəcəyi hələlik məlum deyil.

Rasim Kara: İstanbulda Mübariz Mənsimovla görüşəcəyəm

 “Bu gün “Xəzər-Lənkəran” rəhbərliyi ilə görüşdüm və hər iki tərəf üçün uyğun addım atdıq. Mən bu klubun rəhbərliyini sevirəm, onlar da məni sevir. İstənilən vaxt, Lənkəran klubuna kömək etməyə hazıram”. Bu sözləri  “Xəzər-Lənkəran”ın baş məşqçisi vəzifəsindən istefaya göndərilən Rasim Kara deyib.
58 yaşlı türkiyəli gələcək planlarına hələlik aydınlıq gəlmədiyini bildirib. O vurğulayıb ki, Azərbaycanda və ya Türkiyədə çalışmaq arasında prinsipial fərq yoxdur: “Mən peşəkar məşqçiyəm. Harada şərtlər mənə uyğundursa, orada da işləyirəm”.
Həmçinin, Kara İstanbulda “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla görüşəcəyini söyləyib: “Lənkəran klubunun futbol akademiyasına rəhbərlik edəcəyim barədə yayılan xəbərlər doğru deyil. Yaxın günlərdə İstanbulda Mübariz Mənsimovla görüşəcəyəm. Bütün məsələləri həmin görüşdə müzakirə edəcəyik”.
Türkiyəli çalışdırıcı “Qarabağ” klubundan ayrıldığınıza görə peşman deyilsiniz ki” sualına cavab vermək boyun qaçırıb: “Buna şərh vermək istəmirəm”. // Apasport

 

RASİM KARANIN İSTEFASI QƏBUL OLUNDU

<font color=#ff0000> RASİM KARANIN İSTEFASI QƏBUL OLUNDU</font>

"Komandanın baş məşqçi postunu daşımaq iqtidarında deyiləm"

FANAT: “Xəzər Lənkəran” komandasının rəhbərliyi baş məşqçi Rasim Karanın istefa ərizəsini qəbul edib. Bu barədə Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir.
Qərar klubun prezidenti Mais Mənsimovla Rasim Kara arasında görüşzamanı qəbul edilib. Belə ki, noyabrın 23-də doğma meydanda “Qarabağ”a 1:3 hesablı məğlubiyyətdən sonra  Kara istefa qərarını açıqlasa da, rəhbərlik onun istefasını "emisonal qərar" adlandıraraq, qəbul etməmişdi.
Lakin bu gün türkiyəli mütəxəssis klub rəhbərliyi ilə görüşərək bir daha qərarında israrlı olduğunu və bundan sonra “Xəzər Lənkəran” Futbol Klubunun baş məşqçisi vəzifəsini daşımaq iqtidarında olmadığını bildirib. Belə təkiddən sonra klub prezidenti Mais Mənsimov məşqçinin fikrinə hörmətlə yanaşmaq məcburiyyətində qalaraq onun istefasını qəbul edib.

Görüş zamanı klub rəsmiləri komandanın son oyunlarda üzləşdiyi uğursuz nəticələrin səbəblərini araşdırmağa çalışıb. Rasim Kara “Xəzər Lənkəran”a çox bağlı olduğunu və komandaya böyük nailiyyətlər qazanmağı arzulayıb. Mais Mənsimov isə Karanın “Xəzər Lənkəran”ın formalaşması və peşəkarlaşmasında, klubun populyarlıq qazanmasında böyük xidmətlərinin olduğunu bildirib.

Qeyd edək ki, komandanı noyabrın 30-da “Simurq”la səfər matçına məşqçi Hafiz Əliyev çıxaracaq.

""Fırtınalar meydanı" heç vaxt belə biabırçılıq yaşamamışdı"

Lənkəranlı fanatlar Ərtoğrul Sağlamın da gəlməsini istəmirlər

"Biz «Xəzər-Lənkəran» rəhbərliyinə etdikləri hər şeyə görə təşəkkür edirik, ancaq onu da bildiririk ki, belə azarkeşlər də hər bir klubda olmur"

FANAT: «Xəzər-Lənkəran» azarkeşlərindən Rasim Karaya qarşı yönələn təpkilər səngimək bilmir. Fanatlar komandanın bu duruma düşməsində birbaşa günahkar kimi türkiyəli mütəxəssisi görürlər və onun komandadan qovulmasını istəyirlər.
Fanat.az-a telefon açan lənkəranlı azarkeşlər bu  tələblərinin rəhbərliyə çatdırılmasını istəyirlər. Azarkeşlər adından Fanat.az-la əlaqə saxlayan Aydın Lətifov bildirdi ki, komandanın «Qarabağ»a məğlub olması fanatlara pis təsir edib: « «Xəzər-Lənkəran» son iki ev oyununda qapısından 7 top buraxıb. «Fırtınalar meydanı» heç vaxt belə biabırçılıq yaşamamışdı. Bu ləkəni bizə Rasim Kara vurdu. Lənkəran azarkeşləri heç vaxt onu mütəxəssis hesab etməyib. Komandaya gələndən sonra nə etmək istədiyi heç kimə aydın deyil. Bu adam Rahid Əmirquliyevi son müdafiəçi mövqeyində oynadır. Komandada istedalı futbolçular olsa da, həmyerlilərinə şans verir. Hansı əsasla braziliyalı legionerlər ehtiyatda qalır, Devran isə 90 dəqiqə meydanda olur? Biz «Xəzər-Lənkəran» rəhbərliyinə etdikləri hər şeyə görə təşəkkür edirik, ancaq onu da bildiririk ki, belə azarkeşlər də hər bir klubda olmur. Onların da  də istəyi nəzərə alınmalıdır.  Biz qəti şəkildə tələb edirik ki, Rasim Kara istefa verməlidir. Mətbuatda komandaya baş məşqçi kimi Ərtoğrlu Sağlamın gətiriləcəyi haqda məlumatlar yer alıb. Biz onun da Lənkərana gəlməsinin əleyhinəyik. Rasim Karanın timsalında türkiyəli mütəxəssislərdən gözümüz qorxub. Rəhbərlik peşəkar, uğurlar qazana biləcək bir komanda görmək istəyirsə, mütləq Avropadan səviyyəli mütəxəssis gətirməlidir.  Stadiona gələnlər  «Xəzər-Lənkəran»ın uğurundan başqa heç nə istəmirik. «Qarabağ»la oyunda bilet 2 manata  olsa da, stadiona 12 min azarkeş  gəlmişdi. Belə azarkeşlərin istəyinə hörmətlə yanaşmaq lazımdır». 

Qeyd edək ki, "Xəzər-Lənkəran" klubun vitse prezidenti Araz Nəsirov "Trend"-ə verdiyi açıqlamada baş məşqçinin istefasını tələb edən azarkeşlərin fikirlərinə hörmətlə yanaşdıqlarını bildirib: «Azarkeşləri başa düşürük. Onlar komandanın uğurlu çıxış etməsini istəyirlər. Ona görə də məğlubiyyətə belə sərt reaksiyaları başadüşüləndir».

PFL «Xəzər-Lənkəran» rəhbərliyinə müraciət edəcək

PFL «Xəzər-Lənkəran» rəhbərliyinə müraciət edəcək

Musayev: "Buna görə, klubu cəzalandırmaq da düzgün deyil"

Fanat: Peşəkar Futbol Liqası (PFL) «Xəzər-Lənkəran» rəhbərliyinə məktubla müraciət edəcək. ««Xəzər-Lənkəran» - «Qarabağ» oyununda Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Lənkəran şəhər stadionunun direktoru tərəfindən təhqir olunması bizi təəssüfləndirdi. bununla bağlı «Xəzər-Lənkəran» klubunun rəhbərliyinə, stadion direktorunun cəzalandırılması xahişi ilə müraciət hazırlayırıq», - prezideni Ramin Musayev deyib.
Arayış: Dünən Premyer - Liqanın 12 - ci turu çərçivəsində keçirilən oyunda «Xəzər - Lənkəran» öz meydanında «Qarabağ»a 1:3 hesabı ilə məğlub olub. Oyundan sonra Lənkəran şəhər stadionunun direktoru Elşən İmaməliyev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu təhqir edib. İmaməliyev sonradan Məmmədovu təhqir etmədiyini, ancaq oyunla bağlı fikirlərini bildirdiyini deyib.
PFL prezidenti deyib ki, stadion direktorunun hərəkətlərinə görə, klub rəhbərliyi məsuliyyət daşımır.
«İmaməliyevin hərəkətlərinə görə, «Xəzər-Lənkəran» rəhbərliyi məsuliyyət daşımır. Buna görə, klubu cəzalandırmaq da düzgün deyil».
Musayev bildirib ki, Lənkəran stadionunda baş verənlərlə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi qərar çıxaracaq.
«Meydana kənar əşyaların atılması ilə bağlı məlumatımız var. Yəqin ki, bununla bağlı İntizam Komitəsi bu gün qərar verəcək», - deyə Musayev əlavə edib.
«Xəzər-Lənkəran» - «Qarabağ» oyunu zamanı azarkeşlər meydançaya kənar əşyalar atıb, hakimləri təhqir ediblər və komandanın türkiyəli baş məşqçisi Rasim Karanı isefaya çağırıblar.

E-mənbə: Trend

"Alma"nın sorğusuna cavabım: "Azərbaycan xalqının 2015-ci ildən sonrakı menyüsü:"

Yazar: artyazar @ Noyabr 24, 2008 15:59
Azərbaycan xalqının 2015-ci ildən sonrakı menyüsü:
   qurbağa, qanqal, palıd və şam qozaları, çəyirtkə dolması…
   
   
Afrika ölkəsi Zimbabvedə xalq qarnını doyurmaq üçün cırcırama və çəyirtkə kimi böcəkləri yeyir. Birləşmiş Millətlər Təşkilatının (BMT) yetkililəri Zimbabvedə hələ də yaşanmaqda olan böhranın gələn il daha da ağırlaşacağını və əhalinin yarıya qədər olan hissəsinə, yəni 6 milyona yaxın insana təcili surətdə ərzaq yardımı göstərilməsinin lazım gələcəyini söyləyirlər. 

 Qaynar.info-nun verdiyi xəbərə görə, yerli xalqın hər cür vəhşi heyvan ovlamağa başladığını bildirən yetkililər məməli heyvan növlərinin azalmağa başladığı yerlərdə xalqın çuxur qazaraq torpağın altındakı həşərat və böcəkləri toplayıb yemək məcburiyyətində qaldığını vurğulayır.
   Bir neçə ildən sonra (mütəxəssislərin hesablamasına görə isə 2015-ci ildən başlayaraq) Azərbaycanda neft ehtiyatlarının tükənəcəyi, neft gəlirlərinin sürətlə azalacağı gözlənilir. Maraqlıdır, bütün iqtisadiyyatı neftdən asılı olan ölkənin vətəndaşları həmin vaxt yaşanacaq böhran zamanı nə ilə qidalanacaqlar? Nəzərə alsaq ki, neft pullarının ölkəyə su kimi axdığı indinin özündə ağır məhrumiyyətlər içərisində yaşayan vətəndaşlarımızın neft pulları azalmağa başlayanda tamamilə müflis vəziyyətə düşəcəyi qaçılmazdır.
   
Optimist kulturoloq
   
   Yazıçı-kulturoloq Aydın Xan (Əbilov) isə hesab edir ki, Azərbaycan xalqının da qısa zamanda Zimbabve camaatı kimi böcəklərlə qidalanmasına ehtiyac yaranmayacaq. Aydın Xan bunu təbii sərvətlərimizin bolluğu ilə əlaqələndirir: "Azərbaycan xalqı neftə qədər də var olub, neftdən sonra da mövcudluğunu qoruyacaq. Neftdən başqa, bizdə doqquz iqlim qurşağının yaratdığı imkanlar var ki, ondan istifadə etmək mümkündür. Düşünürəm ki, neft qurtarandan sonra xalqımız çəyirtkə axtarmalı olmayacaq, heyvandarlığı, balıqçılığı, pambıqçılığı, üzümçülüyü inkişaf etdirib vəziyyətdən çıxış yolu tapacaq. Buna Azərbaycan xalqının insan resursları, mədəni resursları da imkan verir". 
   

Neft dünəndən qurtarsın, qurbağalara nə gəlib?
   
   Şair Murad Köhnəqala hesab edir ki, neft qurtarandan sonra Azərbaycan xalqı daha çox qurbağalarla qidalanmağa meyllənə bilər: "Şükür allaha, ölkədə qurbağa çoxdur, onlar neftdən sonra bizim ən zəngin sərvətimizdir. Elə kərtənkələlər də az deyil. Artıq aran rayonlarında əsgərlərimiz ilan və kirpilərlə qidalanırlar. Yəni proses başlayıb".
   Murad bəy bir neçə ildən sonra xalqımızın süfrəsini qanqalın da bəzəyəcəyinə əmindir: "Biz qanqal yeməyi çoxdan xoşlayırıq. Amma bir neçə ildən sonra bunu xoşladığımızdan yox, məcburiyyətdən yeməli olacağıq. Şam və palıd qozaları da mətbəximizin bəzəyinə çevrilə bilər. Ümumiyyətlə, narahatçılığa dəyməz. Afrikaya baxmış biz belə qidalardan boluq, korluq çəkməyəcəyik".
   
   Hikmət Hacızadədən xalqa çəyirtkə dolmasının resepti...
   
   Politoloq Hikmət Hacızadə də narahatçılığa ehtiyac görmür, deyir ki, təbiətdə xalqımızın qida rasionuna daxil ola biləcək xeyli təam var: "Azərbaycanda dozanqurdu ehtiyatı tükənməzdir. Müəyyən müddət kirpilərlə də qidalanmaq olar. Koramal ovuna da başlamaq lazım gələcək. Su ilanları da boldur. Afrikada olduğu kimi, Azərbaycanda da çəyirtkələr xirtdəkdəndir. Onu da deyim ki, çəyirtkədən istifadənin düzgün yolunu bilmirlər. Çəyirtkədən yaxşı dolma hazırlamaq olar".
   Politoloq çəyirtikə dolmasının hazırlanması qaydasını da bizimlə bölüşdü: "Bunun real ola biləcəyini nəzərə alıb resepti də qəzetinizdə yazın ki, xalq çəyirtkə dolmasının hazırlanması qaydasını bilsin. Onu əvvəlcə ət maşınında çəkmək lazımdır. Duzdan az istifadə edilməlidir, çünki çəyirtkələrin özü də duzlu olur. Onu müxtəlif ağac yarpaqlarına da bükmək olar. Bir şeyi unutmaq lazım deyil ki, çəyirtkə dolmasını bir qədər qaynadandan sonra plov kimi dəmə qoymaq lazımdır. Dolmanın rəngi qaralmağa başlayanda o, bişmiş hesab olunur".
   
      
   Xalq özü çıxış yolu tapsın... heykəlləri yeyəsi deyillər ki!
   
   ALP-nin sədr əvəzi Əvəz Temirxan isə yaxın vaxtlarda kütləvi aclığın gözlənildiyini proqnozlaşdırsa da, bundan xilas yolu göstərə bilməyəcəyini deyir: "Camaat özü özünə indidən gün ağlamalıdır. Qoy xalq neft qurtarandan sonra necə yaşayacağını, nəylə qidalanacağını özü müəyyənləşdirsin. Hər halda vətəndaşlar başa düşməlidirlər ki, ölkəni başına götürən portretləri və heykəlləri yeyə bilməyəcəklər. "Başını aşağı sal, çörək pulu qazan" psixologiyası ilə sona qədər yaşamaq olmaz. Bir müddətdən sonra o çörəyi tapa bilməyəcəklər. Mən xalqa nə yeyə biləcəyi ilə bağlı məsləhət vermək fikrində deyiləm. Bu iqtidarın zülmünə dözən xalq nə yeyəcəyini də özü müəyyənləşdirməlidir".
   
   Elvin

Yeni şerim: "Göyə ucaldan pilləllər"

Yazar: artyazar @ Noyabr 24, 2008 14:33

Göyə ucaldan pilləllər

Oğlum Ayxanın simasında sevimli tələbələrimdən ötrü kədərcə...

Goye aparan pilleler

Bu pillələr mən qocanı
Göyə ucaltmaqdansa,
Yerə endirdi -


Oğul bala,
atan göylər adamıydı
sadəcə, ruhu o qədər
ağırlaşdı ki,
dözəmmədi, yerə çilikləndi...

Bir hissəciyi öz bədəni,
bir hissəciyi - sən,
digər parçacığı -
atası, anası, babası, nənəsi...
dostları, sevgilliləri, qohumları,
nə bilim qonşusu, eli,
tələbələri, oxucuları, seyrçiləri
milləti, bəşəriyyəti...

İndi pillələr arayır,
Göylərə qayıtmaqdan ötrü,
fəqət unudur,
göylərdən enənlərin
son mənzili
qara torpaq,
bir də onu sevənlərin -
ruhunun hissəciklərinin
yaddaşı, sevgisi, ömrü...

Oğul bala,
haçansa taleyində
bir ata boşluğu
duysan, qəmlənmə,
mənim ruhumun
bir parçasısan,
özünə üz tut,
içinə sığın...


Sizlərin yanına,
günahın qucağına,
insanların ayağına...

İndi mən demirəm,
özün düşün:
mən necə sıranızda
qərar tutubən
yaşayım...

Bakı, 21. 11. 2008

İslam Dünyası mütəfəkkiri Harun Yəhya - Adnan Oktarla söhbətim (videoyazılış)

Yazar: artyazar @ Noyabr 20, 2008 15:34

Türkiyə səfərim zamanı - gözəlim İstanbulda İslam Dünyasının nəhəng mütəfəkkiri, filosof-yazar, ilahiyyatçı Harun Yəhya - Adnan bəy Oktar ilə çox maraqlı söhbətim oldu.

Harun Yehya beyle Aydin Xan


Həmin polemik və bilgisal söhbətin videoçəkilişi bu yaxınlarda

http://adnanoktarroportajlari.com/#videolar

saytında yerləşdirilmişdir.

Buradan baxın:

 

Böyük məmnuniyyətlə həmin söhbətin videoyazılışını sizin de diqqətinizə çatdırıram.

Qeyd: bu videoyazılışa sürətli İnternet bağlantısına malik şəxslər rahatca baxa bilərlər.

P.S. Ustad yazarın bildirdiyinə görə bizim söhbət başqaların müsahibələrindən yaxşı mənada seçilirdi...

Eləcə də bu materiallara diqqət ayırmağınız intellektinizin inkişafına təkan verəcək:

İstanbul: duyğular cənnəti, Türk diyarı, ruhlar məkanı... (şeir, şəkillər)

Harun Yəhya: Türk Dünyasının böyük mütəfəkkiri, yoxsa?.. (saytı, yazıları, kitabları)

Harun Yəhya - Adnan Oktar. Massonluq. Kitablar, filmlər, məqalələr (türkcə)


Sayt: http://www.harunyahya.az

Belə insanlarla biz hara gedirik, görən?!.

Yazar: artyazar @ Noyabr 19, 2008 13:20

Azərbaycanlı milyonçu qızının "Ferrari"si

Azərbaycanlı milyonçu qızının Görəsən niyə belə olur: biri sevgilisinə - müğənni Ruhiyə 2 milyonluq avtomobil alır, digəri qızına... Amma biz intellektuallar sadə adamından tutmuş dövlət rəsmilərinə qədər yazıb yalvarırıq, o maşınların təkərinin dəyəri qədər bir maddi vəsaiti dilənə bilmirik ki, millətin gələcəyindən ötrü virtual kitabxanamızı bilgili ağ günə çıxaraq...         Aydın Xan (Əbilov)

P.S. Son vaxtlar hər şeyə tupurmək istəyirsən. Sonra da deyirlər ki, Rüstəm İbrahimbəyov "nepravdır"... 
 

Rusiyanın Sankt-Peterburq şəhərindəki milyonçular arasında "Ferrari" modelli avtomobil populyardır.


Çox bahalı və dəbdəbəli avtomobil markası sayılan bu maşının "Ferrari 33" modelinin sahibləri arasında isə Kamilə Məmişova da var. O, Sanat-Peterburq Birləşmiş Sənaye Müəssisələrinin və "Konrad" şirkətlər qrupunun rəhbəri, habelə şəhərdəki azərbaycanlıların milli-mədəni muxtariyyətinin liderlərindən biri Vaqif Məmişovun qızıdır.
"Qorod 812" jurnalı bildirir ki, Kamilə Məmişova dövlət nömrə nişanı "N-9-A98" olan al qırmızı rəngli "Ferrari 430 Scuderia" sürür. Bu maşının qiyməti $450 mindir.

Sankt-Peterburqdakı azərbaycanlı icmasının liderlərindən biri olan Vaqif Məmişova məxsus "Konrad" şirkətlər qrupuna "Petrovski stroitel" qpalı səhmdar cəmiyyəti, "Mexaniki zavod" açıq səhmdar cəmiyyəti, 1 saylı mexanikləşdirmə idarəsi, "Konrad" ticarət evi, "Avtoarmatura" açıq səhmdar cəmiyyəti, "Likostroy" lizinq şirkəti və Slantsı şəhərində ağac emalı zavodu daxildir. Bundan başqa, 2007-ci ilin yayında Sankt-Peterburq şəhəri və Leninqrad vilayətinin Həmkarlar Federasiyasından şəhərin Kamennostroy küçəsində yerləşən Lensovet adına Mədəniyyət Evini satın almış V.Məmişov binanın birinci mərtəbəsini "Semya" universamlar şəbəkəsini idarə edən "İntertorq" ticarət evinə icarəyə verib. Binanın birinci mərtəbəsindəki 1000 kvadrat metrdən artıq sahədə indi "İdeya" supermarketi fəaliyyət göstərir.

V.Məmşovun yaxın tərəfdarşları və tərəf-müqabilləri arasında Sankt-Peterburqun digər azərbaycanlı milyonçusu, "adamant" kommersiya-sənaye qrupunun baş direktoru Dilavər Məmmədov da var.

"Konrad" nəzdindəki Mexanizit Zavodu şəhərin Vitebskaya küçəsindən çıxararq Şuşeraya köçürmək, boşalacaq ərazidə isə yaşayış və ticarət kompleksini təşkil edəcək binlar ucaltmaq niyyətindədir.

"Ekspress"in əldə etdiyi məlumata görə, Vaqif Məmişov şəhərdə orta sinif çün nəzərdə tutulmuş mənzillər və o qədər də bahalı qiymətə icarəyə veriləcək ofislərdən ibarət yeni kompleks də inşa etmək niyyətindədir.

Sankt-Peterburq ən varlı sakinləri arasında yer alan V.Məmişovun Rusiyanın digər bölgələri ilə bağlı layihələri olsa da, onun "Konrad" şirkətlər qrupunun Azərbaycanda hər hansı iri tikinti, sənaye və ya ticarət layihəsi ilə bağlı məlumat əldə edə bilmədik.
"Konrad"ın mətbuat xidmətindən verilən açıqlamada belə planların olduğu vurğulasa da, təfərrüatlar barədə heç nə deyilmədi.

Kamilə Məmişovanın "Ferrari"sinə gəldikdə isə, bu maşın Peterburqdakı milyonçuların övladlarının "avto"ları arasında qiymət baxımından bəlkə də sonuncu yerlərdən birini tutur.

Belə ki, indi Rusiyanın "şimal paytaxtın"dakı zənginlərin varisləri "Aston Martin", "Jaguar", "İnfinity", "Rolls Royce" və "Bentley" markalı avtomobillərin ən bahalı modellərinə üstünlük verirlər.

Şəhərdəki ən bahalı üç maşından biri isə erməni iş adamı Aşot Yegizaryanın kiçik oğlu Manvelə məxsus olan "Bentley"dir. Erməni milyonçunun oğluna 17 yaşının tamam olduğu gün alınmış bu avtomobilin qiyməti 1,4 milyon avrodur.

Xatırladaq ki, 1939-cu ildə italyan avtoyürüşçü Enso Ferrari tərəfindən yaradılmış "Ferrari" konserni idman və yarış avtomobilləri istehsal edir.

"Ferrari 430 Scuderia" isə 2004-cü ilin modeli olaraq mühərrik, kuza və s.-si alüminiumdan hazırlanmış çox müasir, sürətli və dəbdəbəli avtomobildir.

E-mənbə: "Ekspress" qəzeti

Bu gün ANS TV-nin "Dissident" verilişində - birbaşa yayımdayam...

Yazar: artyazar @ Noyabr 18, 2008 12:55

Bu gün - noyabrın 18-i, saat 19 00-da ANS TV-nin "Dissident" verilişində - canlı efirdəyəm. Baxsanız da, baxmasanız da dünya dağılmaz...

Payizin simasi


Boynuma minnət-zad qoymayın, bəli, mənimki artıq tele-ulduzluqdan keçib, bu - tele-xəstəlikdir: deyən lazım, sənə qonorar vermirlər, manıslar kimi toya-restorana oxumağa getmirsən ki, reklam olunubən maddi maraq güdəsən, nə bilim, gilə-gilə göz yaşı axıdaraq ağlayıb-yalvarıb Prezidentdən ev istəyə də bilmirsən, bəs hansı azara tutulmusan e!Həftə yeddi, sən səkkiz teleekranlardan çıxmırsan...

Doğrusu, heç özüm də bilmirəm, haçan aydınlaşdırsam, sizləri də xəbərdar edərəm... 

Bəlkə də bu verilişdə bəzi məqamlara toxunub sizləri də anlatdımÇ özümü də...

Yeri gəlmişkən, yuxarıdakı şəkil özümündür - Aydın Xan!

ATV-nin "El içində" tok-şousunda milli manıslarımız növbəti saçyonduya çıxacaqlar...

Yazar: artyazar @ Noyabr 13, 2008 19:22

Tələsməyin, qarşıdakı bazar ertəsi, yanılmıramsa, noyabrın 17-də saat 22-dən sonra, "Azad Azərbaycan" TV-nin "El içində" tok-şousuna baxsanız, kiminin saçının, kiminin səsinin, kimisinin də istedadının yonulduğunu yüz faiz Aydin Xan ve Elchin Elibeyli


biləcəksiniz...

 Boynuma alım ki, bu verilişin çəkiliş meydançası mənim 10 illik tele-yürüşlərimin ən maraqsızı, sakiti və fonda eksponat kimi oturduğum efir məkanı idi.

Eləcə də və yəqin ki, ekspertlərdən şairlər Adil Cəmil, Baba Vəziroğlu, bəstəçilərdən Ruhəngiz xanım, Nadir Əzimov və muğənni Kəmalə Rəhimlinin də bütün veriliş boyu, az qala, balıq kimi susması bir daha bizim çağdaş mədəniyyətimizdə, onun qoşa qolu olan ədəbiyyat və incəsənətimizdəki aşınmanın daha da qabardığını göstərirdi - əyani sübut edirdi...

Çox sağ olsunlar ki, manıs və manısçalarımız mikrafon atıb bizim başımızı sındırmadılar: düzdür, bəzi həmlələr olsa da, çanaq biz söz adamların başında deyil, istedadlarının tündlüyündən, elə öz təpələrindəcə çartladı...

Hərnədirsə, baxmağa dəyər: nəyiqsə, biz buyuq!!!

İflasın ətəyində: qlobal iqtisadi böhran, yoxsa milli inhisarçılığın təsirindən...

Yazar: artyazar @ Noyabr 13, 2008 12:16

Mübariz Mənsimovun bankı açılmamış bağlandı

Mübariz Mənsimovun bankı açılmamış bağlandı

"PalBank"ın bağlanma səbəbləri açıqlanmır...

Noyabrın 3-də səhmdarlarının ümumi yığıncağının qərarı ilə "PalBank" ASC özünü ləğv edilmiş elan edib. Kreditorların və maraqlanan şəxslərin iddiaları 5 yanvar 2009-cu il tarixinə kimi Bakı şəhəri, T.Əliyev küçəsi 27 ünvanında qəbul olunur.
Qeyd edək ki, bank 11 mln manatlıq nizamnamə fondu ilə cari ilin yanvar ayının 25-də Vergilər Nazirliyində qeydiyyata alınıb. Bankın təsisçisi iki


fiziki şəxs və "Palmali gemi Hizmetleri ve Agentelik ltd." Şirkəti olub.
"Palmali Holding Co. Ltd"-nin Bakı ofisindən" Turana "PalBank" ASC-nin bağlanmasının səbəblərini açıqlamaqdan imtina ediblər. Qeyd edək ki, "PalBank" dəfələrlə yaxın vaxtlarda işə başlayacağını anons etsə də, bank fəaliyyəti ilə məşğul olmaq üçün Milli Bankdan lisenziya almamışdı.
Müşahidəçilər "PalBank"ın bağlanması ilə bağlı qərarın hakimiyyətin daxili bazara yeni oyunçu buraxmaq istəməməsi ilə izah edirlər. 

"TURAN" İnformasiya Agentliyinin yaydığı xəbərə əsasən

Eləcə də bura baxın:

 E-romanın "Palmali"namə" bölümünə iki, yox-yox, üç info ərməğanı... 

Xorxe Luis Borxes. "Qum kitabı" (magik hekayə)

Yazar: artyazar @ Noyabr 11, 2008 20:21

“Sənin qum kanatın...”
Corc Herbert

Ruscadan çevirəni: Aydın Xan (Əbilov)


 Xətt saysız-hesabsız nöqtələrdən ibarətdir: külli-miqdarda xəttlərdən müstəvi, sonsuz müstəvilərdən fəza yaranıb, kainat isə nəhayətsiz fəzalar toplusudur... 
Xeyr, hekayəmi başlamaq üçün bu, şübhəsiz ki, heç də ən yaxşı – geometrik – vasitə deyil. Hər hansı bir uydurulmuş hadisə belə duruşların ədalətliliyini sübut edə bilər. Mənim indicə danışdıqlarım isə heç də uydurma deyil...
 Buenos-Ayresin Belqrano küçəsindəki binaların birinin dördüncü mərtəbəsində mənzil kirayələyib tək yaşayıram. Bir neçə ay bundan öncə axşamdan azca keçmiş qapının döyüldüyünü eşitdim. Qapını açdım və astanada tanımadığım bir adam gördüm. Bu, ucaboylu üzünün çizgiləri ilə başqalarından seçilməyən bir adam idi – amma, ola bilsin ki, mən yaxını pis görürdüm deyə, onun simasındakı cizgiləri qarışdırdım. Əlində boz çamadan, əynində boz rəngli paltar geyinmiş bu adam çox təvazökar görsənirdi. Beləcə, mən o dəqiqə başa düşdüm ki, qarşımdakı əcnəbidir. Əvvəlcə naməlum şəxs mənim gözümə qoca görsəndi: lakin bir qədər sonra onun az-az rast gəlinən, lap skandinaviyalılar kimi parıldayan işıqlı simasına və saçlarına aldandığımı başa düşdüm. Bir saatdan da az çəkən söhbətimiz əsnasında özüm üçün aydınlaşdırdım ki, onun əsli Orkney adlarındandır.
   Mən naməlum adamı içəri çağırıb oturmağa stol təklif etdim. Danışmazdan əvvəl o, nəyə görəsə bir qədər susdu. Nədənsə çox kədərli görünürdü: indi mən də elə o vəziyyətdəyəm.
-  Mən “Bibliya” satıram, - qəfildən o dilləndi.
- Bu evdə, Con Viklif tərəfindən ilk dəfə nəşr edilən də daxil olmaqla, bir neçə ingilisdilli “Bibliya” var, – hədindən artıq vasvasılıqla qeyd etdim, - mən hələ Kiprianno de Valerin bədii nöqteyi-nəzərdən ən pisi sayılan Lüteran və Vulqatın Latınca “Bibliya”larını demirəm. Göründüyü kimi, mənim siz düşündüyünüz qədər də, “Bibliya”ya ehtiyacım yoxdur.
Bir qədər susandan sonra dedi:
- Mən, sadəcə, “Bibliya” satmıram. Sizə Bikaner ətrafında əlimə düşən müqəddəs bir kitabı da göstərə bilərəm. Çox güman ki, həmin kitab sizin marağınıza səbəb olar
O, çamadanından kitabı çıxardı və masanın üstünə qoydu. Bu, kətan üzqabıqlı inoktavonun hansısa bir cildi idi. Şübhə etməyə dəyməzdi ki, bu kitabın çoxsaylı sahibi olmuş və o, əldən-ələ keçmişdi.
Kitabın üz qabığında bu sözlər həkk edilmişdi:
 “Müqəddəs yazılar” və bir qədər aşağıda isə qeyd olunmuşdu: “Bombey”
- Yəqin XIX əsrə aiddir, - soruşdum.
- Bilmirəm, - o, cavab verdi, - düzü, heç özüm də müəyyənləşdirməmişəm.
Mən sadəcə elə-belə kitabı açdım. Səhifələrdəki hərflər gözümə çox qəribə görsəndi. Lap “Bibliya”dakı kimi, köhnəlmiş səhifələrdə səliqəsiz yığılmış şiriftlər iki cərgə aşağı gedirdi: kiçik hərflər qısa sətirlərə düzülmüşdü. Mən müşahidə edib gördüm ki, sol səhifənin nömrəsi, deyək ki, 40514 qeyd edilmişdirsə, əks tərəfdə yəni sağ səhifənin nömrəsi 999 göstərilmişdi. Tez səhifəni çevirdim – burada artıq səkkiz rəqəmli nömrə gözə dəyirdi.
Burada, həmçinin lüğətlərdəki rəsmləri xatırladan, sanki hansısa məktəblinin yöndəmsiz əl işinə oxşar – pero və mürəkkəblə çəkilmiş kobud bir lövbər şəkli də var idi.
Bu zaman naməlum adam dedi:
- Şəkilə diqqətlə baxın. Siz onu bir də heç vaxt görməyəcəksiniz.
Səhifənin nömrəsini yadımda saxlayaraq kitabı bağladım və dərhal onu təzədən açdım. Lövbər şəklini tapmaq məqsədi ilə mənasız yerə səhifəni səhifənin arxasınca çevirdim.
 - Görünür bu Müqəddəs Yazıların hindcənin ləhcələrinin birinə edilmiş tərcüməsidir, elə deyilmi?” – özümü itirdiyimi gizlətməyə çalışaraq soruşdum.
- Xeyr, -  kişi cavab verdi. - Sonra sanki hansısa dəhşətli bir sirri mənə açmaq istəyirmiş kimi, səsini alçaldaraq: - Uzaq şəhərcikdə bir ətək rupi və təzə “Bibliya”ya dəyişərək bu kitabı əldə etmişəm. Kitabın yiyəsi oxumağı bacarmırdı.  Güman edirəm ki, həmin adam bu Kitablar Kitabını cadu hesab edirdi. O, aşağı kastadan çıxmışdı və məhz buna görə də toxunulmazlar özlərini ləkələməkdən qorxmadan onun kölgəsini tapdalaya bilərdilər. Mənə dedi ki, onun kitabı Qum Kitabı adlanır, çünki kitabın da, qumun da, nə başlanğıcı, nə də ki, sonu var...
Naməlum qonaq məndən xaiş etdi ki, kitabın ilk səhifəsini tapım.
Sol əlimi cildin üz-qabığına qoydum və baş barmağımla titul səhifəsini sıxaraq kitabı açdım. Sonra bir də çalışdım. Ancaq bütün cəhdlərim boşa çıxırdı. Hər dəfə üz-qabıqla barmağım arasında bir neçə vərəq peyda olurdu: sanki onlar kitabdan yenicə yaranırdılar.
- İndi isə sonuncu səhifəni tapın.
Mən yenə də uğursuzluğa düçar oldum.
“Bu, ola bilməz”, - özüm də səsimi tanımadan mızıldandım.
- Bu, ola bilməz, lakin o, mövcüddür, - yad adam sakitcə dilləndi: - bu kitabın səhifələrinin sayı sonsuzdur – nə az, nə də ki, çox. Burada nə ilk səhifə var, nə də ki, son. Mən onu da bilmirəm ki, səhifələr nə üçün təsadüfü qaydada nömrələnmişdir. Bəlkə  də ona görə ki, külli-miqdarda nəhayətsizliyə istənilən  rəqəm daxil ola bilər...
Sonra sanki dərindən fikrə dalaraq o, qeyd etdi:
Əgər məkan nəhayətsizdirsə, deməli, biz onun istənilən nöqtəsində ola bilərik.
Onun fikirləri məni yavaş-yavaş hövsələdən çıxardırdı.
- Siz çox güman ki, dindar adamsınız, – deyə xəbər aldım.
- Bəli mən presviterianam (İngiltərədə və Amerikada yayılmış protestant məzhəblərindən birinin tərəfdarı – A. X.), vicdanım isə tərtəmizdir. Tamamilə əminəm ki, iblis kitabının əvəzinə