Bu foto-kompozisiyanın paytaxtımızın hansı məkanında çəkildiyini birinci tapan virtual seyrçiyə müəllif kimi kitab ərməğanımız olacaq!!!

Fotolar: Aydın Xan (Əbilov) - Ölənə qədər çəkəcəyəm...
Davamı...Bu foto-kompozisiyanın paytaxtımızın hansı məkanında çəkildiyini birinci tapan virtual seyrçiyə müəllif kimi kitab ərməğanımız olacaq!!!

Fotolar: Aydın Xan (Əbilov) - Ölənə qədər çəkəcəyəm...
Davamı... 
1. Nominasiya: “2007-ci ilin Ədəbiyyat dostu”. Qalib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev. Təqdimat: Milli mədəniyyətimizin - çağdaş ədəbiyyatımızın inkişafına təkan verən dövlət proqramlarına, kulturoloji layihələrə və yeni kitabların kütləvi nəşrinə sərəncam verdiyinə, eləcə də yazarlara xüsusi diqqət və qayğısına, milli-mənəvi dəyərlərin inkişafındakı xidmətlərinə görə layiq görülür.
Davamı...VIII Bakı Kitab Bayramının - Milli Kulturoloji Mükafatın təqdimat mərasimi Kitabxananın böyük zalında keçirildi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam və fərmana uyğun olaraq bu günlərdə müxtəlif nəsil - gənc və yaşlı - yaradıcı şəxslərə dövlət başçısının fərdi təqaüdü kəsilib.

Azərbaycanda İllik Milli Kulturoloji Layihənin yekunları
Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığıyla, Azərbaycan Respublikası Gənclər və Turizm Nazirliyinin maliyyə dəstəyi, eləcə də AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM-nin təşkilati-texniki yardımıyla bu ilin mart-iyun aylarını əhatə edən VIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Layihə həyata keçirilir. Kulturoloji layihə çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat və kitab hadisələrini əhatə edən Milli Kulturoloji Müsabiqə, görüşlər, müzakirələr və b. tədbirlər təşkil olunub. Mayın 26-da M.F.Axundov adına Milli Kitabxanada VIII Bakı Kitab Bayramı Milli Kulturoloji Layihənin əsas mərasimi – sərgi, ədəbi-mədəni ictimaiyyətin görüşü və mükafatlandırma mərasimi keçirilir. Builki VIII Bakı Kitab Bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 90, eləcə də xalq yazıçısı Mir Cəlalın (Paşayevin) 80 illiyinə həsr olunub.
Ədəbi-mədəni içtimaiyyətin – yazarların, naçirlərin, oxucuların iştirakçısı olduğu sərgi