May 29, 2008 18:27
Qaliblər - VIII Bakı Kitab Bayramının bəzəyi (fotolarda)

1. Nominasiya: “2007-ci ilin Ədəbiyyat dostu”. Qalib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev. Təqdimat: Milli mədəniyyətimizin - çağdaş ədəbiyyatımızın inkişafına təkan verən dövlət proqramlarına, kulturoloji layihələrə və yeni kitabların kütləvi nəşrinə sərəncam verdiyinə, eləcə də yazarlara xüsusi diqqət və qayğısına, milli-mənəvi dəyərlərin inkişafındakı xidmətlərinə görə layiq görülür.
Davamı...E-gündəlik, Şəkillər - həyatın donmuş anları, Kulturologiya: yeni dünyagörüş, Art-informasiyalar, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 78
May 28, 2008 20:42
May 24, 2008 21:13
VIII Bakı Kitab Bayramı davam edir...
Azərbaycanda İllik Milli Kulturoloji Layihənin yekunları
Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığıyla, Azərbaycan Respublikası Gənclər və Turizm Nazirliyinin maliyyə dəstəyi, eləcə də AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM-nin təşkilati-texniki yardımıyla bu ilin mart-iyun aylarını əhatə edən VIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Layihə həyata keçirilir. Kulturoloji layihə çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat və kitab hadisələrini əhatə edən Milli Kulturoloji Müsabiqə, görüşlər, müzakirələr və b. tədbirlər təşkil olunub. Mayın 26-da M.F.Axundov adına Milli Kitabxanada VIII Bakı Kitab Bayramı Milli Kulturoloji Layihənin əsas mərasimi – sərgi, ədəbi-mədəni ictimaiyyətin görüşü və mükafatlandırma mərasimi keçirilir. Builki VIII Bakı Kitab Bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 90, eləcə də xalq yazıçısı Mir Cəlalın (Paşayevin) 80 illiyinə həsr olunub.
Ədəbi-mədəni içtimaiyyətin – yazarların, naçirlərin, oxucuların iştirakçısı olduğu sərgi
Art-informasiyalar, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 69
May 19, 2008 19:00
VIII Bakı Kitab Bayramının P R O Q R A M I
Azərbaycan Xalq Cümhuriyyətinin – 90 Mir Cəlal (Paşayev) - 100
VIII Bakı Kitab Bayramı
Keçirilmə yeri: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası (II mərtəbə)
Tarix: 26 may 2008-ci il, saat 14 0-da
VIII Bakı Kitab Bayramının
P R O Q R A M I
Davamı...Art-informasiyalar, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 164
May 15, 2008 19:13
26 mayda ellikcə VIII Bakı Kitab Bayramına!!! İntellektə - bilgiyə "BƏLİ" deyək...
VIII Bakı Kitab Bayramı
26 May, 2008-ci il Saat 14 00-da
M.F.Axundov adına Milli Kitabxanada

Art-informasiyalar, Kulturoloji muqavimət, Bildirişlər, reklamlar | Şərhlər(1) | Baxış sayı: 109
Aprel 21, 2008 12:51
VIII Bakı Kitab Bayramına hazırıq...
Daha geniş məlumatlar burada: http://yysq.azeriblog.com/2008/03/17/viii-baki-kitab-bayrami-illik-milli-kulturoloji-yarishmasina-start-verildi
VIII Bakı Kitab Bayramı

2008-ci il mayın 26-da M.F.Axundov adına Milli Kitabxanada
Davamı...Art-informasiyalar, İctimai fəallıq | Şərhlər(2) | Baxış sayı: 111
Mart 17, 2008 22:11
VIII Bakı Kitab Bayramı: İllik Milli Kulturoloji Yarışmasına start verildi...
Azərbaycan Xalq Cümhuriyyətinin - 90, Mir Cəlal (Paşayev) - 100
VIII Bakı Kitab BayramıYubileyimiz – 10 ilimiz
Azərbaycan Respublikasında İllik Milli Kulturoloji Layihə

VII Bakı Kitab Bayramının rəsmi mərasimindən kadr
Davamı...Art-informasiyalar, Kulturoloji muqavimət, Bildirişlər, reklamlar | Şərhlər(1) | Baxış sayı: 94
Fevral 29, 2008 21:26
GUAM ölkələri gənc yazıçılarının I Beynəlxalq Bakı görüşü
Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu təqdim edir
Kulturologiya: yeni dünyagörüş, Art-informasiyalar, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 77
Fevral 29, 2008 21:06
YYSQ Gənclər "Pen-Klubu"nda müzakirə: Aqil Abbasın "Dolu" romanı - çağdaş Qarabağnamə
Yeni Yazarlar və Sənətçilər Qurumu nəzdindəki Gənclər "Pen-Klubu"nda növbəti müzakirə tanınmış yazıçı-publisist, millət vəkili Aqil Abbasın "Dolu" romanı - çağdaş Qarabağnamə ətrafında olaçaq. Romanın e-variantını sizlərə təqdim edirik: yaxından tanış olun ki, polemikalarda fəallıq göstərəsiniz...
Davamı...Art-informasiyalar, İctimai fəallıq, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 100
Yanvar 26, 2008 11:33
Türk Dünyası və Azərbaycan ədəbiyyatının "Boz qurdu" - Rüstəm Behrudi
Türk Dünyası və Azərbaycan ədəbiyyatının "Boz Qurdu" - Rüstəm Behrudi ilə keçirilən kulturoloji məclisdən şəkillər...
E-gündəlik, Kulturologiya: yeni dünyagörüş, Art-informasiyalar, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 144
Yanvar 26, 2008 10:42
Azərbaycanda işıq üzü görən yeni təbabət dərgisinin ictimai təqdimatı...
“Sağlam ol” milli tibb jurnalının təqdimatı keçirildi

Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə 24 yanvar 2008-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzinin Böyük zalında Avropa standartlarına cavab verən poliqrafik keyfiyyətlə nəşr olunmuş milli elmi-kütləvi təbabət nəşrinin - "Sağlam ol" adlı rəngli (Azərbaycan dilində) jurnalının təqdimat mərasimi keçirildi.
Davamı...Art-informasiyalar, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 79
Yanvar 16, 2008 20:13
"Sağlam ol" milli tibb dərgisinin təqdimatı
Azərbaycanda bənzəri olmayan layihəyə qol qoyan Yeni Yazarlar və Sənətçilər Qurumu Avropa standartlarına cavab verən poliqrafik keyfiyyətlə nəşr olunmuş milli elmi-kütləvi təbabət nəşrinin - "Sağlam ol" adlı rəngli dərginin işıq üzü görməsində yaradıcı yardımını əsirgəmədi.
YYSQ-nin təşkilatçılığıyla yanvarın 24-də, saat 14 00-da Beynəlxalq Mətbuat Mərkəzində "Sağlam ol" milli tibb dərgisinin təqdimat mərasimi keçiriləcəkdir. Yazılı və elektron KİV nümayəndələri təqdimat məclisinə dəvətlidirlər.
Davamı...Art-informasiyalar, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 99
Yanvar 16, 2008 11:33
Çağdaş Ədəbiyyat Ocağı - Gənclər "Pen-klubu"nun növbəti elitar məclisi
Yeni Yazarlar və Sənətçilər Qurumunun nəzdindəki Çağdaş Ədəbiyyat Ocağı - Gənclər "Pen-klubu" ilə Azərbaycan ədəbiyyatını sevərn Türkiyəllərin "Öyrənci qəzeti" mətbuat orqanının bircə təşkil etdikləri növbəti elitar məclisin poetik qonağı tanınmış şair, Türk Dünyasının düşüncə adamı Rüstəm Behrudidir.

Məclis qapalı klub formasındadır, iştirak dəvətnaməylədir və yerlərin sayları məhddudur. Jurnalistlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Poeziyasevərlərə ayrılmış 5 yer bu günlərdə keçiriləcək virtual aksiondan məlum olacaq. Dəvətnamə üçün sifarişlər qəbul olunur: bu saytın şərh bölümündə bizə yazılı müraciət edin. Başlanğıc qiymət 50 manatdır. Ən çox pul təklif edilən dəvətnaməya sahib ola bilər. Məclis yanvarın 25-i, saat 19 00-da Bakıdakı "Asiya-Türk" restoranında keçiriləcək.
Davamı...Art-informasiyalar, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 86
Dekabr 30, 2007 22:06
"Dünya ədəbiyyatı kitabxanası": kulturoloji proses davam edir...
Bu gün mətbuatda Azərbaycan Prezidentinin yeni kitabların nəşriylə bağlı sərəncamını oxuyanda bir neçə ay bundan əvvəl müxtəlif saytlarda açdığım polemikaları xatırladım: onun məntiqli sonluqla nəticələr verdiyinə sevindim...
Bir çox gənc yazarlar elə düşünürlər ki, onlardan başqa bu ölkədə dünya ədəbiyyatı ilə maraqlananlar yoxdur. Aşağıdakı materiallar bir daha sübut edir ki, intellektuallar istəsələr, bu çağımızda istənilən problemləri asanca həll etmək mümkün olar...
Var olun, İlham Heydər oğlu: biz Sizinlə XXI əsri ram edəcəyimizə inanırıq - sözsüz, intellektlə, mədəniyyətlə, ədəbiyyatla, bilgiylə!!!
DÜNYA ƏDƏBİYYATININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCAN DİLİNDƏ NƏŞRİ NƏZƏRDƏ TUTULAN ƏSƏRLƏRİNİN SİYAHISININ TƏSDİQ
Davamı...Art-informasiyalar, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 174
Dekabr 30, 2007 0:15
Azərbaycanın mədəniyyət yazarları arasında üçüncü: pis deyil!!!
![]()
2007-ci ilin ikinci yarısından AR Mədəniyyət və Turizm Nazirliyinin rəsmi mətbu orqanı - "Mədəniyyət" qəzetinin elan etdiyi musabiqəyə qoşulanda, özümdən çox razı və məmnun idim:

Art-informasiyalar, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 123
Dekabr 29, 2007 12:48
Yazçılar azad edildi: yaşasın ədalət!!!
ƏFV OLUNAN JURNALİSTLƏR«Media forum» saytı bu gün prezident İlham Əliyevin imzaladığı fərmanla əfv olunan jurnalistlər haqda qısa arayışı təqdim edir.
![]() |
Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 79
Dekabr 25, 2007 10:06
Azərbaycan ədəbiyyatı tarixində yenilik...
Dekabrın 21-də Bakı Caz Mərkəzində Günel Anarqızının “Altıncı” əsərinin əsasında hazırlanmış və MP3 formatında buraxılmış audio-kitabın təqdimat mərasimi keçirilib. Yazının ardını oxumamışdan əvvəl bu keçidi adlayın...
http://artyazar.azeriblog.com/2007/11/04/intellektual-ocaghin-numayendesi-kulturoloji-terrorun-subyekti
Deməli, Günel xanım yenə ədəbi münaqişə istəyir... Əvvəldən onu deyim ki, çağdaş ədəbiyyatımızda yeni innovativ gedişlərinə görə Günel xanım heç birimizdən geri qalmır, əksinə, çoxlarımızı üstələyir: təkcə fərdi saytı, ya da bloqu çatışmır.

Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 128
Dekabr 21, 2007 23:57
Yeni "Yazar" qəzeti: təzə qan, yoxsa Başqan?! II (davamı)
...Deyəsən bu uzunçuluq olan-qalan beş-on internet oxucusunu da əlimdən qapacaq... Fəqət bu yazıəvvəli ilə (http://artyazar.azeriblog.com/2007/12/19/teze-yazar-qezeti-yeni-qan-yoxsa-bashqan) mütləq tanış olun, yoxsa kor maygülü kimi bu materiallın içində ilişib batarsınız...
"Yazar" qəzetinin ilk sayının rənginin və ənginin (24 səhifəlık uzunçuluğu, eləcə də əsasən palaz-palaz bir səhifəlik materiallara yazıda çənə döymək - əng vurmaq də deyə bilərik) qırmızı olması onu göstərir ki, qəzet üstündə söz təri tökənlər əsasən solçu yazarlardır:
Davamı...Art-informasiyalar, Kulturoloji muqavimət, Ədəbi-mədəni nəşrlər | Şərhlər(1) | Baxış sayı: 140
Dekabr 19, 2007 13:52
Təzə "Yazar" qəzeti: yeni qan, yoxsa Başqan?!
Dünən - dekabrın 18-i - metronun 20 Yanvar stansiyasının ətrafındakı milli-mini bazarcıqda cibimi 2 manat sıxıb iş otağım üçün Yolka ağacı aldım: sonra da utanmaz-utanmaz marşurut taksisində sərnişinlərin (sürücülərdə artıq vərdişdir belə söhbətləri qulaqardına vurmaq) baş-beynini apardım ki, bəs Bakını yenə bazarxanaya çevirmişikş. Bir mənim abrımı ətəyimə qoyan olmadı ki, balam, sənin kimi "alıçı" olmasa, məmurlarla satıçılar birləşib nə qələt törədərək bazarxana açmağa həvəs göstərərlər...
Əlqərəz, (Günel Mövlüdün sözü olmasın, sino gedirəm də bu ifadədən ötrü) balaca küknar ağaçını bəzəyib az qala ətrafında firlanacaqdım ki, əsl Koroğlu vücudlu Yafəs Məftün - yanılmıramsa indi ləqəbi-məşhuru Türksəs olmalıdır! - və çoxdan kənddə itib-batmış Kənan Hacı əllərində“Yazar” qəzeti özlərini basdılar iş otağıma...
Davamı...Art-informasiyalar, Ədəbi-mədəni nəşrlər | Şərhlər(1) | Baxış sayı: 122
Dekabr 17, 2007 23:20
"Türkün qara günü: Xocalı soyqırımı” kitabını və Bakı üçün e-ağı
Yazın əvvəlini xatırladan bu gün - yəni dekabrın 17-də əvvəlcədən dəvət olunduğum tədbirə tələsirdim: Bakının mikrorayon ərazisindən paytaxtın mərkəzinə gedən yolu 65 saylı marşurutla qısaltdığım anlar mənim başşəhərim üçün içimdə ağı dediyim yüzilliklərə bərabər idi...
Hər yerdə tarix dağıdılır, hər tərəfdə yeni tikinti adlı əjdaha Azərbaycan adlı anamızın Bakı kimi zülfü Xəzər dənizindən suda islanmış gözəli göz görə-görə udurdu. XX, XIX, XVIII, XVII, XVI ... əsrin Bakısı, dağıdılır, xarabalıqlarından XXI yüzilliyin Qloballaşan Avropatəhər urbanizasiya məntəqəsinin konturları cızılırdı. Hətta gözəlim İçərişəhərə də qara əllər uzanmışdı: sizləri bilmirəm, ey şəhəryıxanlar, amma mənim ruhumun bir ucu İçərişəhərin o qara daşlarının üstündə sərilibən can verir - qatil əllərinizi ondan çəkin...
"...Azərbaycan Atatürk Mərkəzində Milli Qeyri-Hökümət Təşkilatları Forumunun
Davamı...Art-informasiyalar, Kulturoloji muqavimət, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 94
Dekabr 16, 2007 16:00
YYSQ-nin 2007-ci il üçün ictimai e-hesabatı
Yeni Yazarlar və Sənətçilər Qurumu
Association of New Writers and Artists
Организация Новых Писательей и
Деятельей Исскуства
2007-ci il üçün İllik Hesabatı
Davamı...
Art-informasiyalar, Kulturoloji muqavimət, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 114
Dekabr 13, 2007 11:20
Canlı ədəbiyyat: onların sayı get-gedə azalır
Xalq yazıçısı HÜSEYN ABBASZADƏ dünyasını dəyişib. Dünən (12.12.2007) yayılan bu xəbər ölkəmizin ədəbi-mədəni ictimaiyyətini, eləcə də sıravi ədəbiyyatsevərləri kədərləndiri...
Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 93
Dekabr 7, 2007 19:12
Elmi sessiya: Professor Mirzağa Quluzadə
Ötən həftənin cümə günü Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda filologiya elmləri doktoru, professor Mirzağa Quluzadənin anadan olmasının 100 illiyinə həsr edilən elmi sessiya keçirildi.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev uzun müddət bu mötəbər elm ocağına rəhbərlik etmiş professor Mirzağa Quluzadənin həyat və elmi yaradıcılığı, eləcə də təşkilatçılıq bacarığı barədə məlumat verdi, mərhum alimlə bağlı xoş xatirələrini yada saldı: “Mirzağa müəllim yalnız bir alim, institut direktoru kimi tanınmırdı, eyni zamanda böyük qardaş, ağsaqqal kimi elmi əməkdaşlara həmişə dayaq durur, onların problemlərinin həllində imkanlarını əsirgəmirdi...”
Bəkir Nəbiyev çıxışının sonunda xüsusi vurğuladı ki, 1979-cu ildə dünyasını dəyişmiş Mirzağa Quluzadənin tədqiqat obyektləri sayılan böyük sənətkarlar Nəsimi, Füzuli Azərbaycan ədəbiyyatında həmişəyaşar klassikləri olduğuna
Davamı...
Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 98
Dekabr 7, 2007 14:09
Azərbaycanda yaşayan azsayli xalqların ədəbiyyat antologiyası
Azərbaycanda yaşayan azsaylı xalqların şifahi və yazılı ədəbiyyat nümunələrindən ibarət antologiya nəşr olunur
[ 06 Dekabr 2007 12:09 ]
http://apa.az/news.php?id=80680
Azərbaycanda yaşayan azsaylı xalqların şifahi və yazılı ədəbiyyat nümunələrindən ibarət antologiya hazırlanır. Bu barədə APA İA-nə layihənin əlaqələndiricisi, Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) məlumat verib. Onun sözlərinə görə, antologiya “Bir xalçanın rəngləri” adlanacaq.
Davamı...Art-informasiyalar | Şərhlər(1) | Baxış sayı: 109
Dekabr 5, 2007 19:39
“Elektron kitabxana: ilk milli elektron axtarış sistemi” fəaliyyətə başlayıb
Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 322
Dekabr 4, 2007 21:41
Bu dəfə ANS TV-də: tənqid olmadı, yalnız sizlərə sevgimizi izhar etdik...
Məzələndiyimiz həftənin dördüncü günü, dekabrın 6-da, saat 18 20-də mütlər teleefiriniziı ANS TV tərəf çevirin, dostlar.
"Qoy oturmuşuq" tele-verilişin qonaqları yeni nəsil yazarlar, yəni biz bakılılar - paytaxt ədəbi bomondunun nümayəndəsi sayılan mən yazıçı-kulturoloq Aydın Xan (Əbilov), şair Qəşəm Nəcəfzadə, sumqayıt ədəbi qüvvələrin seçilmişlərindən nasir-dramaturq Əyyub Qiyas və şair Sabir Yusifoğlu verilişin aparıcısı - tanınmış aktyor, öz qızı da şairə olan Şamil bəyin qonaqları olduq...
Budəfəki teleçıxışımızda tənqid etmədik - heç kimi və heç nəyi. Sadəcə insana, fərdə, sənətə, ədəbiyyata-şeirə, ümumən isə millətimizə sonsuz sevgimizi izhar etdik...
Davamı...Art-informasiyalar | Şərhlər(1) | Baxış sayı: 149
Dekabr 4, 2007 12:25
Yalnız bir kateqoriyaya qayğı göstərmək nə qədər düzgündür?..
Aydın Xan Əbilov: "Yalnız bir kateqoriyaya qayğı göstərməklə cəmiyyətin inkişafına nail olmaq mümkün deyil"
P.S. Bu material 2007-ci ilin əvvələrində hazırlanmışdı: artıq ilin axırına yaxın, çox sular axdı, və bizim qaldırdığımız bir sıra problemlərin həlliylə bağlı ölkə rəhbərliyi tərəfindən qayğılı münasibət bildirildi.
Azərbaycan Respublikasının prezidenti, biz gənclərin böyük hamisi və dostu cənab İlham Əliyevin xüsusi sərəncamıyla yaradıcı gənclərinə birillik Prezident təqaüdü ayrılması, yaradıcı yeni nesil nümayəndələrinin I Ümumrespublika toplantısı və başqa hadisələr bizi ruhlandırır və inanmaq istərdik ki, bu qəbil gələcəyəhesablanmış layihələr dövlətin məqsədli, sistemli-konsepsiyalı Proqramına çevriləcəkdir...
Davamı...
Musahibələrim. Kulturoloq rəylərim, Art-informasiyalar, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 93
Noyabr 27, 2007 1:12
Ruhu Qarabağa tərəf bükülmüş Ağa Laçınlı. (Yeniləşdirildi)
Köhnə kişilərdən biri də getdi: başı aşağı, ruhu Qarabağa, Laçına doğru bükülü, səssiz, sevgisiz, kədərlə, qəmlə...
Davamı...
E-gündəlik, Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 102
Noyabr 23, 2007 20:51
AYB-də Qəşəm Nəcəfzadənin ədəbi-poetik edamı (Yeniləşdirildi)
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 50 ilik həyatının Allah bilir nə qədər hissəsini ədəbiyyat adlı sirli dünyanın isitməsinə yönəltmiş Qəşəm Nəcəfzadənin 3 kitabını -"Axşam hekayələri" (ingiliscə), "Çevrilmə" (rusca), "Qadın ölümü" (qəşəmcə, bağışlayın, azəricə) - və www.qeşhemnecefzadə.net

![]()
Mobil telefonla (1,3 MP) çəkilmiş fotodan nə keyfiyyət gözləyəsən: Aydın Xan
Davamı...Art-informasiyalar | Şərhlər(0) | Baxış sayı: 124
Noyabr 15, 2007 16:05
Qalmaqallı detektiv romanının təqdimatı TV-lər tərəfindən baykot edildi
Beynəlxalq Mətbuat Mərkəzində
“Ələkeçməzlər” kitabının təqdimatı
Noyabrın 14-də Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə tanınmış yazıçı-publisist Yusif Əhmədovun “Ələkeçməzlər” detektiv kitabının ictimai təqdimat mərasimi keçirildi.
Art-informasiyalar, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 99







