Reklam verin!

"Sözdən səs'" verilişin qonağı Aydın Xandır: suallarınızı ünvanlayın...

Yazar: artyazar @ Sentyabr 30, 2008 13:25

Azərbaycan Dövlət radiosu ilə "525-ci qəzet"in bircə layihəsi kimi artıq bir neçə aydır ki, efir və qəzet səhifəsində ədəbi-mədəni proseslərdə fəallığıyla seçilən yeni nəsil yaradıcı şəxslərin gənc yazar Əli Əlioğlu ilə maraqlı polemik söhbətin növbəti "qonağı" Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, "Ədəbiyyat qəzeti"nin tənqid-ədəbiyyatşünaslıq şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzinin rəhbəri, AYB Gənclər Şurasının sədr müavini, yazıçı-kulturoloq Aydın Xandır (Əbilov).

Bu həftənin cümə axşamı, saat 16 20-də, 105 FM dalğasında radio-söhbəti dinləyə, şənbə günü isə "525-ci qəzet"in səhifəsində müsahibənin yazılı mətni ilə tanış ola bilərsiniz...

Aydın Xana (Əbilov) olan sorğularınızı, eləcə də sizi maraqlandıran digər məsələlərlə bağlı müraciətlərinizi suallar@box.az elektron ünvanına yaza bilərsiniz. 

Davamı...

26 mayda ellikcə VIII Bakı Kitab Bayramına!!! İntellektə - bilgiyə "BƏLİ" deyək...

Yazar: artyazar @ May 15, 2008 19:13

VIII Bakı Kitab Bayramı      

26 May, 2008-ci il Saat 14 00-da

 M.F.Axundov adına Milli Kitabxanada

bildirish

Davamı...

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbirə dəvət

Yazar: artyazar @ Aprel 23, 2008 20:59

ULU ONDER

B İ L D İ R İ Ş

1 may 2008-ci il tarixində “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu ilə birgə Çağdaş Azərbaycan dövlətinin memarı, Ümummilli Lider, Azərbaycan xalqının bəşəriyyət tarixinə bəxş etdiyi Böyük Şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətiylə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirir.

Davamı...

Tələbələrimin yazılı imtahan suallarının variantları: Azərbaycan ədəbiyyatı tarixindən...

Yazar: artyazar @ Aprel 5, 2008 20:51

Bu materiala yalnız tələbələrim baxa bilər və kənar şəxslərin bura baş çəkmələri arzuolunan deyil.

İki aydan çoxdur ki, ХƏZƏR UNİVЕRSİTƏSİndə Azərbaycan ədəbiyyatı tarixindən mühazirə aparıram. Artıq ilk yarımimtahan anı gəlib çatıb. Budur, iki patokun tələbələrinin ilk yarım imtahanlar (aprelin 26 və 28-də baş tutmalıdır) qapının döyür: tələbələrimin əvəzinə özüm həyəcanlıyam - görəsən, 6 + 6 fərqli mühazirəmlə millətdaşlarıma nəyisə ötürə bilmişəmmi?! Hər biri 80 dəqiqə olan bu mühazirə və seminarlar - elə onda da yazıq cavanlara aman vermədən özüm dil-boğaz qoymurdum - zamanı bəziləri kimi vicdanımı ayaqlar altına atmamışam, bütün bildiklərimi cəmləyib mənəqədər olan kulturoloji bilgiləri yeni nəslin nümayəndələrinə ötürmüşəm. Necə alınıb, bir Allah bilir, bir də imtahan çağı zaman göstərəcək...

İlk əvvəlcə bura baxmaq olar:  http://artyazar.azeriblog.com/2008/03/18/xezer-univesitesinde-azerbaycan-edebiyyati-kursu-uzre-muhazirelerin-movzulari

Davamı...

ANS TV-nin "Qoy Oturmuşuq" verilişində virtualizm və meyxana!?

Yazar: artyazar @ Mart 31, 2008 22:49

Mirzə Cəlilin "Poçt qutusu" novellası ilə Aydın Xanın şifahi "E-namə" tele-hekayətini müqayisəsinin şahidi olun... 

telemusahibe

Davamı...

VIII Bakı Kitab Bayramı: İllik Milli Kulturoloji Yarışmasına start verildi...

Yazar: artyazar @ Mart 17, 2008 22:11

Azərbaycan Xalq Cümhuriyyətinin - 90,  Mir Cəlal (Paşayev) - 100

VIII Bakı Kitab Bayramı      

Yubileyimiz – 10 ilimiz

Azərbaycan Respublikasında İllik Milli Kulturoloji Layihə

Kitab bayrami

VII Bakı Kitab Bayramının rəsmi mərasimindən kadr

Davamı...
  Yazılar cəmi: 6