Bu araşdırmanı oxuyandan sonra bir siz də baş işlədin: yeni nəslin intellektual-kulturoloji formalaşmasından ötrü onlara elmi-fantastik əsərləri, yoxsa nağılları oxutdurmaq vacibdir?!.

Bu araşdırmanı oxuyandan sonra bir siz də baş işlədin: yeni nəslin intellektual-kulturoloji formalaşmasından ötrü onlara elmi-fantastik əsərləri, yoxsa nağılları oxutdurmaq vacibdir?!.

"Müəllimlərim yox, sadəcə həmkarlarım..." silsiləsindən
Kulturoloji esse
İnsan ali varlıq olaraq özünün ətrafdakılarından çox şeyləri öyrənir, müəyyən mənada sivilizasiya kodlarının daşıyıcısı, ötürücüsü olaraq başqalarından asılıdır...
Bəzilərimiz bu sadə həqiqəti anlayır, hər gün öz üzərində işləyir, biliklərini artırır, peşəkarlığını yüksəldir və istər-istəməz başqalarına gərəkli olur, digərləri ilə sıx təmasa girir. Seçilmiş şəxslər isə mədəniyyət daşıyıcıları olaraq sivilizasiyanın inkişafı üçün müəyyən işlər görmüş olur. Belə şəxslər bizim ətrafımızda olanda, onların qədrini bilmirik, kənarda yaşayanda isə onları bütləşdirməyə çalışırıq. Fəqət, hər kəsin qiymətini vaxtında dəyərləndirmək vacibdir.
Məhz buna görə də mən bir neçə vaxt bundan öncə silsilə kulturoloji materiallar yazıb ədəbi-mədəni ictimaiyyətimizin diqqətinə çatdırmışdım.
Bilmirəm, nədəndir: Azərbaycan ədəbiyyatının nəsr qolunda qələm çalan ədiblərin bədii yaradıcılıq düşüncə məhsullarından ən çox estetik isinişdiyim nasir məhz ustad dostum Muğannadır - İsa Hüseynovdur...
Bu kulturoloji essemi ustad sənətkarın 80 illik ömür yoluna ərməğan edirəm -
Davamı..."Atlantlar": ədəbi inci, poetik-sənət nümunəsi
Son vaxtlar dünya nəşriyyat-poliqrafiya müəssisələrində işıq üzü görən dəyərli, beynəlxalq çap standartlarına tam cavab verən ədəbi-bədii nəşrlər çoxalıb. Belə nəşr məhsullarının arasında elələrinə rast gəlirik ki, çap olunan kimi kitab - ədəbiyyat tarixində öz yerini tutur, nadir mədəniyyət - sənət nümunəsinə çevrilir. Mütəxəssislər, eləcə də kulturoloqlar bu cür kitabları "ədəbi inci", "sənət nümunəsi", "nəşr mədəniyyətinin uğuru" adlandırırlar və onlar uzun müddət çap standartları üçün müqayisə obyekti, dəyər nümunəsi hesab olunurlar. Yaranan zaman uğurlu nəşr nümunəsi sayılan bu kitablar vaxt keçdikcə, tarixi-mədəni irs kimi milli və dünya mədəniyyətinin dəyərli nümunəsi tək qiymətləndirilir, bəşəriyyətin tarixi üçün qorunub saxlanılır.
Davamı...Milli ədəbi-humanitar düşüncəmizin klassiki, xalq yazıçısı Anarın 70 illik yubileyi bizə yaxın olan ölkələrdə, elə Azərbaycanımızın özündə də geniş qeyd edilir. Belə bir gündə sevimli ustadın yaradıcılığı barədə xarici oxucular üçün


Rüstəm Behrudi - 50 | ||