İyul 28, 2008 15:07
Uşaqlığımız ömrümüzə qonaq gələydi...
Dünyalarca darıxdığım qardaşım Rizvana...
Bilsənə, sən ani həyatımızın
2008-ci ilin yayına daxil oldun,
Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 18
İyul 17, 2008 15:29
Mələk simasını tax sifətinə...
Kimsəni görəndə, gülümsə,
Mələk simasını tax sifətinə...

Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 23
İyul 1, 2008 21:59
Bəlkə sən olum, hə!?
2008-ci ilin mərkəzində
yay ovlamağa getdiyim
Talış dağlarında tufan qopanda
Beynimdə fəlsəfi fikir çaxdı:

E-gündəlik, Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 36
İyun 13, 2008 22:36
Atama gizli sevgimin ətri
İndiyəqədər yazdıqlarımın içində məni hönkürdən yazım...
Dostum Səlim və oğlum Ayxana

Ata, atacan,
Uşaqlığımdan çoxmu uzaqdasan?!
Dünyanın poetik dərki, Şəkillər - həyatın donmuş anları | Şərhlər(3) | Baxış sayı: 68
İyun 10, 2008 22:57
Vicdanın altından keçəndə...
Oğlum Şəpi və onun yarısı qədər sevdiyim bu günlərdə imtahanlarının nəticələri ləğv edilmiş tələbələrimə yazılmayan qəlbcə
Oğul balam, noğul ruhum
mən daha səni
tumarlayıb sevəmmərəm
bu gün birinin vicdanının
altından keçməli oldum...
Sənə nə nağıl, nə də
aramsız sual yağışının
cavablarını qaytarammaram
E-gündəlik, Dünyanın poetik dərki | Şərhlər(4) | Baxış sayı: 63
İyun 4, 2008 18:27
İnsan ölür, sevgi isə doğulur...
İçimdən ölümünə addımlayan "O."-ya
qəlbimcədən çevirdiklərim

Desəm ömrümün mayakısan
Bildirsəm qəlbimin çırağısan
Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 78
May 13, 2008 20:14
Yazın yayla oynaşdığı anın duyğuları...
Bayıra baxıram
İlahi, bu yazın da
qocalıq çağı
artıq yetişdi
Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 71
May 7, 2008 10:19
Baharın intihar nəğməsi...
Bu gün nə qədər çətin olsa da, R. adlı dostumu qəlbimdən,
e-keçidini - linkini isə bu saytdan birdəfəlik kəsib atdım...

Xanım-xatınlar
ağır kişilər,
azaldıqca,
dünya yüngülləşir
Dünyanın poetik dərki | Şərhlər(1) | Baxış sayı: 78
Aprel 23, 2008 18:46
Ayxan balam beş il böyüdü, mənsə beş kərə kiçildim...
Aprelin 20-si böyük övladım Ayxanın - Hidayətin (evdə ona qaquş deyirik), elə həmin ayın 25-i isə Nihadın - adı hamı tərəfindən Şəpi qəbul edilən - sonbeşiyimin ad günüdür... Bu şeir onlara olan sevgimin yazılaşmış formasıdır...

(Bu uşaqlar - maviköynəkli Nihad (3 yaş) və qırmızıpaltarlı Ayxan (5 yaş) - elə bağçadakıların da "ürəyini partladırlar")
Davamı...Dünyanın poetik dərki, Şəkillər - həyatın donmuş anları | Şərhlər(4) | Baxış sayı: 83
Aprel 14, 2008 20:01
Səndən keçir zaman...
Səndən keçir zaman...
Bu gün www.xariciedebiyyat.azeriblog.com
ünvanlı Virtual Kitabxanam qapandı: nədənsə, bu şeir gəldi
mənə dayaq durmağa, nə dostlar, nə oxucular, nə də millət...

E-gündəlik, Dünyanın poetik dərki | Şərhlər(1) | Baxış sayı: 88
Mart 25, 2008 22:49
Ölümə bəzək dünya...
(Sufiyana post-mərsiyə...)
Gəldi-gedərik biz
gəl, bizimlə gedək, dünya...
dövrana etibar yox
qocalarla birgə ölək, dünya...

Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 76
Mart 24, 2008 9:04
Aydın Xana iş verməyin, İnternetdə işləyir...
İnternetsiz Lənkəranın solçu e-marşı

E-gündəlik, Dünyanın poetik dərki | Şərhlər(2) | Baxış sayı: 93
Fevral 14, 2008 9:45
Sevmyə kimsə yoxdursa...
14 Fevral Qlobal Sevgi Bayramı münasibəti ilə
Rə.-dən ötrü darıxmaca...

(Yazar dostum Kəbutərlə şəklimiz pis alınmayıb, deməzsiz?)
Davamı...E-gündəlik, Dünyanın poetik dərki, Şəkillər - həyatın donmuş anları | Şərhlər(3) | Baxış sayı: 116
Yanvar 28, 2008 20:47
Bakının bir damcı qışını öpmək...
Ona ünvanlanmış şeirlərimdən ilhamlanan R. xanıma...
səni hər yeni gündə təkrarən görmək
Bakının bir damcı qışını öpmək

Dünyanın poetik dərki, Şəkillər - həyatın donmuş anları | Şərhlər(0) | Baxış sayı: 86
Yanvar 19, 2008 12:53
Qışın göz yaşlarında boğulmursan ki?
Qışın göz yaşlarında boğulmursan ki?
Yatağında tənbəllık yetişdirən R. uçun e-elegiya
Bakının küçələrində
Qışın sevinci əriyirdi

(qarda kölgəylə fotolaşdırılmış avtoportretim)
Davamı...Dünyanın poetik dərki | Şərhlər(1) | Baxış sayı: 80
Yanvar 17, 2008 9:01
Çaşıb bir gün Xalq oldum... (I bölüm)
Solçu intellektual şeir silsiləsindən...
Böyük məmur, əzəmətli inhisarçı, iddialı korrupsiyaçı, könlündən Bağdadda xəlifəlik keçən yad - iri(nli) oliqarxın kəsə sözlə, milli bic burjuyun bir qarlı-şaxtalı qış etirafından çəkilmiş virtual-film
Dünyanın poetik dərki, Kulturologiya: yeni dünyagörüş | Şərhlər(0) | Baxış sayı: 73
Yanvar 13, 2008 23:36
Yarımçıq qar şərqisinin qətli
Əsla, elə fikrə düşməyin,

E-gündəlik, Dünyanın poetik dərki, Şəkillər - həyatın donmuş anları | Şərhlər(2) | Baxış sayı: 93
Yanvar 12, 2008 10:39
Yağışın zorladığı vaxt
Yağışın zamanladığı sevgi
Yadınızdadımı, ötən ilin sonunda
asta-asta yağış ömrümüzə səpələyirdi
onda qələmə alınanlardır,
xoşunuza gəlməsə, suçumdan keçin...

Dünyanın poetik dərki, Şəkillər - həyatın donmuş anları | Şərhlər(0) | Baxış sayı: 91
Yanvar 9, 2008 10:07
Qardaşımın gəncliyini zamana asdılar...
"Sol intellektual poeziya" silsiləsindən
Dostum Əli Əlioğluna kənddən gətirdiyim qar-məsnəvi
Qardaşımdır Şahlar -
bir atanın belindən sıçramışıq
sevdiciyim anamızın bətnindən
bu dünyaya tullanmışıq

E-gündəlik, Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 94
Yanvar 4, 2008 15:01
Soyuqdan ushuyen sheirim...
R.-nin heveslendirdiyi sheir
Darixanda ruhumu sesle
oxshasin konlunu,
qemlenme
Sevinende chaqir adimi
sevincini bolush...
Davamı...Dünyanın poetik dərki | Şərhlər(5) | Baxış sayı: 136
Dekabr 9, 2007 13:47
Günümüzün qəmli, həm də siyasi şərqisi
Ölüm - qadın, Olumsa - Həyatsa kişi
(günümüzün qəm, həm də siyasi şərqisi)
Bu gün yenə
Ölüm gəldi yanıma
(Deyəsən, virtual yazarın İlham Pərisi başqa planetlərdən uçub gəlir...
Şəkilləri e-sintezləşdirdi: Artyazar-notbuk)
Davamı...E-gündəlik, Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 115
Dekabr 8, 2007 23:09
İntiharın acığına yazılmiş şərqi…
Hər bir insanın həyatında elə anlar olur ki, o zaman adam bu dünyaya tüpürmək və çıxıb həyatdan boşluqda ərimək istəyir.
Real-mənim olan A.X. deyir ki, həyatının bir neçə anında özünə görə deyil, kimlərəsə yazıqlığı gəldiyi üçün həyatdan qaçmaq istəyib.
Olub ki, A.X. hansısa əsərinin qəhrəmanı kimi özünə qəsd edib - sözsüz ki, virtual, yaxud o zaman dəbdə olan ifadə ilə yazsaq, xəyalında...
P.S. Bu mövzunu intihara çağırış kimi qəbul edənlər mütləq dəniz sahilinə gedib gəzsinlər, ətrafdakı insanların simasındakı gözəllıkləri seyr etsinlər, yaxud da sevişməyə girişsinlər...
Hər günüm bir intihar tarixçəsi...
Davamı...Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 108
Dekabr 5, 2007 22:53
Sevgi - Tanrının baxışları...
Payızın göz yaşlarında yuyulmuş şeir...
Dəli qız,
sevibən, şeir yazmağın nə?

E-gündəlik, Dünyanın poetik dərki, Şəkillər - həyatın donmuş anları | Şərhlər(4) | Baxış sayı: 154
Dekabr 2, 2007 22:50
Siz şerə, mənsə ölümə gedirdim, dostlar... (Şəkillərlə yeniləşdirildi)
P.S. Noyabrın 30-da (http://artyazar.azeriblog.com/2007/12/01/azerbaycan-turkiye-sheir-ve-edebiyyat-meclisi-yarandi) keçirtdiyimiz poeziya axşamında bir kimsə məndən şeir payı istəmədi deyə - bəlkə evsahibliyim mane olurdu - hamının acığına kompyuterimin yaddaşına, www.artyazar.tk saytıma yüklədim bu e-düşüncələrimi.
Srağagün, yəni dünənin dünəndaşında
Rə (Rəbiqə Nazimqızı) yaman kədərliydi
E-gündəlik, Dünyanın poetik dərki | Şərhlər(2) | Baxış sayı: 135
Noyabr 17, 2007 16:28
Ölümə vurulmuşdum...
Ölümə vurulmuşdum
içindən keçə-keçə
gözəlliyini içimə yükləmək
baxışlarımda gizlətmək
sözlərimdə yaşatmaq
ürəyimdə fırlatmaq
fikriylə ağuşuna yıxılıram
Davamı...Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 103
Noyabr 11, 2007 21:51
Tanrı pıçıltıları: Son nəfəsim - söz...
Sinəmi deşərək bayıra atılan
Son nəfəsim - söz...
Onu öldürməyin, dostlar.
Əkin məzarımın ayağında
Ki, görüm gündüz-gecə...
Fikir etməyin, mən ölsəm də,
Davamı...Dünyanın poetik dərki | Şərhlər(1) | Baxış sayı: 111
Oktyabr 19, 2007 20:41
Şerin şəkili - dənizin poeziyası

Bakıda 3 gün + 1 gün bayram
adı Ramazan
anlayanı üçün hər anı şənlik
Bayramın şənbəyə düşən yanı
canısağ hökumət tərəfindən
basıldı bazar ertəsinə
Davamı...Dünyanın poetik dərki | Şərhlər(1) | Baxış sayı: 121
Oktyabr 15, 2007 21:27
Bu gün ölümlə öpüşdşüm...
Bu gün səni öpmək keçdi könlümdən...
...Qəfildən qarşımda peyda olan
Ölümlə bu gün öpüşdüm...
Zalım nə canıyananmış
dünyanın ən gözəlı də
onun kölgəsinə çatmaz.
Ölümün şəklini çəkdi: Aydın Xan
Davamı...
Dünyanın poetik dərki | Şərhlər(1) | Baxış sayı: 113
Oktyabr 3, 2007 20:18
İntellektual şeır: "Bu millətdən çıxıram"
Bu millətdən çıxıram...
Yordun məni də, millətim,
Şah İsmayıl Xətaitək
- Məzhəbindən çıxdı o da! -
E-aksiya: Bakimizin qədim binalarını e-qoruyaq davam edir...
Fotokompozisiya Aydın Xanındır:
"Heykəllər də hərdən həbs olunur!!!"
Davamı...Dünyanın poetik dərki | Şərhlər(6) | Baxış sayı: 152
Sentyabr 25, 2007 21:55
Mələklə Şeytanın sevişdiyi yer
Mələklə Şeytanın sevişdiyi yer
Bilirsən, ora harardır?
Heç Tanrı da girəmməz ora...
İnsan qəlbidir, gülüm,
gizli bir məkan -
sirli bir diyar,
Ürəkdir, mənim...
Mələklə Şeytan hərdən
uşub qonar o gizli qəsrə.

Şəkil - e-aksiya: "Bakının qədim tarixi abidələrini e-qoruyaq"
(Foto-şəkil Aydın Xanındır)
Davamı...Dünyanın poetik dərki | Şərhlər(1) | Baxış sayı: 104


