Reklam verin!

Aprel 29, 2008 20:15

"Kiyevskaya Rus" dərgisi Aydın Xanı da ukraynca danışdırdı...

artyazar
“KİYEVSKAYA RUS” dərgisi Azərbaycan Respublikasının çağdaş ədəbiyyatına, humanitar-mədəni düşüncəsinə həsr etdiyi xüsusi buraxılışda - almanaxda 40 (lap nağıllardakı qırxıncı qapı kimi) müəllifdən biri də mənəm... 
Dergi teqdimati
Davamı...
E-gündəlik, Ədəbi-mədəni nəşrlər | Şərhlər(0) | Baxış sayı: 73

Aprel 20, 2008 12:19

"Oğuz eli" - "Yazar": Məmməd Aslan - "Çətin adam..."

artyazar

“Oğuz eli” qəzetinin ayrıca buraxılışı kimi vaxtaşırı işıq üzü görən “Yazıçı” dərgisinin növbəti sayı lirik şeirlər müəllifi, poetik və publisistik əsərləriylə çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri görünən Məmməd Aslana həsr olunub.

Lenkeranda Bahar

(Dağlar oğlu Məmməd Aslana Aydın Xandan Bahar ərməğanı)

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(0) | Baxış sayı: 65

Aprel 5, 2008 20:46

Qalmaqallı "Yazar" qəzeti: sağa da vurur, sola da...

artyazar

“Yazar” qəzeti   

Yazar” qəzetinin növbəti- 4-cü sayı işıq üzü görüb. Qəzetdə Elxan Zal Qaraxanlı, Qəşəm Nəcəfzadənin, Mübariz Xanağalının, Fəehad Amurun şeirləri, Kənan Hacının hekayəsi, Zahir Əzəmətin müsahibəsi, İlqar Fəhminin tərcüməsində Dmitri Zatonskinin “Postmodernizm tarixi interyerdə” tərcüməsi, Aydın Xanın “Milli yaradıcı intellektuallığın Anar Zirvəsi”, Oqtay Hacımusalının, Seyid Raminin köşləri və başqa materiallar yer alıb.

Düzü, mənim əlimə gəlib çıxmayıb bu qəzet-beçə, fəqət, hər halda, baxmağa dəyər.

P.S. "Yazar"ın azarı barədə burada daha geniş bilgilər yatır:

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(0) | Baxış sayı: 80

Mart 31, 2008 19:57

“Göyərçin” dərgisinin yeni - 2 və 3 sayı: balalarınıza ərməğan edin...

artyazar

 “Göyərçin” dərgisinin fevral sayı müqəddəs “Qurani-Kərim”in ayələri ilə açılır. Redaksiyanın əməkdaşı Bayram Həsənovun “Buludlar” hekayəsi və dərginin baş redaktoru, şair-publisist Rafiq Yusifoğlunun “Saranın nəğmələri” silsiləsindən uşaqlara ünvanlanmış yeni şeirləri bədii ədəbiyyat həvəskarları olan balaca oxuculara ərməğan edilir.
fuad Tanrılı (“Qaldırma hay, alarsan pay”), Tofiq Ağayev (“Yelləncək”) kimi uşaq yazıçılarının kiçikhəcmli nəsr nümunələri, eləcə də “Sərçənin nağılı” adlı hind nağılı (çevirib işləyəni R.Əliyev), “Birincilər marşı” (musiqisi: Rəşid Şəfəq, sözləri: Şahmar Ələkbərzadə), “Araxçın” (Xəlil Rza Ulutürk) şeirləri, “Anarın dəcəlliyi” (Əlisəfa Azayev) adlı hekayə “Göyərçin”in bədii əsərlər bölümündə verilib. “Komiks” səhifəsi “Qaçaq Nəbi” xalq dastanının motivləri əsasında hazırlanıb (rəssamı: Tofiq).
“Ulu yurd yerlərimiz: Ağbil türbələri”, “Muzeylərimiz” (Mirzə Talıbov), “Cinaslı şeirlər”, “Krossvord”, “Sizin rəsmlər”, “Özün rənglə”, “Gənc idmançılar”, “fərqi tap” səhifələrindəki materiallar isə (rəssamlar: Altay, Leyla, Afər, İlqar, Mətanət, Kamal, Teymur, Aytən)

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(0) | Baxış sayı: 68

Fevral 23, 2008 23:46

Güney bölgəmizin “Söz” dərgisinin növbəti sayı

artyazar

Azərbaycanımızın güney bölgəsinin ədəbi-publisistik dərgisi sayılan “Söz”ün son sayı millət vəkili Hadi Rəcəblinin 60 illik yubileyi münasibətilə nəşrin baş redaktoru Sevda Əlibəylinin qələmə aldığı “Xoşbəxt yaratmışdır yaradan səni” oçerki ilə açılır.
Tanınmış şair Hafiz Əlinin 70 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin təbriki, professor Namiq Abbasovun “Sevdiyim şair” məqaləsi, eləcə də yaradıcı qələm adamının yeni şeirləri “Söz” dərgisinin poeziyasevərlərə ünvanladığı ədəbi-poetik materiallardandır.
Nəşrin “Elm xadimləri” bölümündəki “Professor Tarıverdi Əzizov” (Mirhaşım Talışlı), “Qəlbində Allah, ruhunda azadlıq, düşüncəsində ölümə salam gəzdirən şair...” (Şaiqə İskəndərova), “Tanınmış sənətkarların həyatında pəncərə: Vaqif Hüseynov” (Ramiz Hüseynov), “Hər bir ailənin ocağı gur, işığı parlaq yansın” (Natiqə Ağayeva), “Astaranın ilk generalı Aydın Məmmədovun dünyaya göz açdığı ünvanda abidəsi açıldı” (Sevda Bəhramqızı), “Lənkəran səhiyyəsi etibarlı əllərdədir” (Ağamir Cavad), “Səmimi söz sahibi” (İltifat Əhmədov), “Dəhnə”də yubiley tədbiri” başlıqlı müxtəlif mövzuları əhatə

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(1) | Baxış sayı: 76

Yanvar 12, 2008 23:11

Gəncliyin mətbu sədası: “Ulduz” N-11

artyazar

“Ulduz”un oktyabr sayı dərginin baş redaktoru, yazıçı-publisist Elçin Hüseynbəylinin “Günahın gül üzü” hekayəsi ilə açılır. Azər Mehdioğlunun “Qəribə adamın palitrası” essesi ömrünün 55-ci ilini qarşılayan şair-rəssam Adil Mirseyidin yaradıcılığına həsr olunub. Şairin dərginin bu sayındaca verilmiş yeni şeirlərini isə əsl “yaradıcılıq hesabatı” saymaq mümkündür. “Yeni “Ulduz”da firuz Mustafanın ruscadan poetik çevirməsində Boris Lukinin “Şair Qoca Xalidə” şerini (rus variantıyla birlikdə) də oxumaq olar.
Dərginin bu sayında oxunaqlı poetik nümunələrə geniş yer ayrılıb. Bu il Mövlanə Cəlaləddin Ruminin yubileyi bütün dünyada geniş qeyd olundu. AYB-nin xəttilə Bakıda keçirilən çoxsaylı tədbirlərdən, məclislərdən biri də Rumiyə həsr olunmuş poeziya və ədəbiyyat müsabiqəsi idi. Şair Ədalət Əsgəroğlunun da özünün yeni şeirləriylə qatıldığı və birinci yerə layiq görüldüyü bu sənət yarışması bir daha sübut edir ki, Türk dünyası, eləcə də Azərbaycan bədii-poetik sözü özünün yeni bir canlanma dövrünə qədəm qoyub.

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(0) | Baxış sayı: 87

Dekabr 26, 2007 20:59

“Ələkeçməzlər” : kriminal zamanın ədəbi nəbzi

artyazar

Yusiv Ehmedovla

Son illər işıq üzü görən kitabların sayı və imzaların rəngarəngliyinə vərdiş etdiyimdən, Azərbycan ədəbiyyatının üzdə olan nümayəndələrinin hamısının yaradıcılığını yaxından izləməyə nə vaxtım, nə həvəsim, nə də mənəvi ehtiyacım var:

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(2) | Baxış sayı: 121

Dekabr 21, 2007 23:57

Yeni "Yazar" qəzeti: təzə qan, yoxsa Başqan?! II (davamı)

artyazar
  

Yazar ədəbiyyat qəzeti

...Deyəsən bu uzunçuluq olan-qalan beş-on internet oxucusunu da əlimdən qapacaq... Fəqət bu yazıəvvəli ilə (http://artyazar.azeriblog.com/2007/12/19/teze-yazar-qezeti-yeni-qan-yoxsa-bashqan) mütləq tanış olun, yoxsa kor maygülü kimi bu materiallın içində ilişib batarsınız...

"Yazar" qəzetinin ilk sayının rənginin və ənginin  (24 səhifəlık uzunçuluğu, eləcə də  əsasən palaz-palaz bir səhifəlik materiallara yazıda çənə döymək - əng vurmaq də deyə bilərik) qırmızı olması onu göstərir ki, qəzet üstündə söz təri tökənlər əsasən solçu yazarlardır:

Davamı...
Art-informasiyalar, Kulturoloji muqavimət, Ədəbi-mədəni nəşrlər | Şərhlər(1) | Baxış sayı: 140

Dekabr 19, 2007 13:52

Təzə "Yazar" qəzeti: yeni qan, yoxsa Başqan?!

artyazar

Yazar ədəbiyyat qəzeti

Dünən - dekabrın 18-i - metronun 20 Yanvar stansiyasının ətrafındakı milli-mini bazarcıqda cibimi 2 manat sıxıb iş otağım üçün Yolka ağacı aldım: sonra da utanmaz-utanmaz marşurut taksisində sərnişinlərin (sürücülərdə artıq vərdişdir belə söhbətləri qulaqardına vurmaq) baş-beynini apardım ki, bəs Bakını yenə bazarxanaya çevirmişikş. Bir mənim abrımı ətəyimə qoyan olmadı ki, balam, sənin kimi "alıçı" olmasa, məmurlarla satıçılar birləşib nə qələt törədərək bazarxana açmağa həvəs göstərərlər...

Əlqərəz, (Günel Mövlüdün sözü olmasın, sino gedirəm də bu ifadədən ötrü) balaca küknar ağaçını bəzəyib az qala ətrafında firlanacaqdım ki, əsl Koroğlu vücudlu Yafəs Məftün - yanılmıramsa indi ləqəbi-məşhuru Türksəs olmalıdır!  -  və çoxdan kənddə itib-batmış Kənan Hacı əllərində“Yazar” qəzeti özlərini basdılar iş otağıma...

Davamı...
Art-informasiyalar, Ədəbi-mədəni nəşrlər | Şərhlər(1) | Baxış sayı: 122

Dekabr 7, 2007 18:45

“Dünya ədəbiyyatı” yeni sayı

artyazar

Azərbaycan Yazıçılar Birliyinin rüblük xarici ədəbiyyat və sənət dərgisi kimi nəşr olunan “Dünya ədəbiyyatı”nın növbəti sayı oxucuların müzakirəsinə buraxılıb.
“Dünya ədəbiyyatını”nın ilk səhifələri müqəddəs “Qurani-Kərim”in ərəbcədən poetik-filoloji tərcüməsinin ardı ilə açılır (ərəbcədən çevirəni: Əmirşah Əmirəhmədov — Hacılı). Yeni sayın sonrakı səhifələri “Qırğız ədəbiyyatı” tematik buraxılışına həsr olunub. Burada Azərbaycan oxucusu çağdaş Qırğızıstan ədəbiyyatının istedadlı nümayəndələrinin əsərləri ilə tanışlıq imkanını əldə edirlər.
Dalmira Tilepbergenovanın “Tənha şam ağacı” (çevirəni: Turac) kinossenarisi və şeirləri (tərcüməsi: Səlim Babullaoğlu), Bubu Tokayevanın “Yarıda kəsilən dialoq”, “Romantikin gedişi”, “Gəlinlik satan qız” (çevirənlər: Günel, S.Babullaoğlu), Əlişir Mamasaliyevin “Otaq bitkisi” (çevirəni: füzuli Sabiroğlu), Yırqalbek Kasabolotovun “Diaqnoz” (çevirəni: Elçin Hüseynbəyli),

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(2) | Baxış sayı: 130

Noyabr 16, 2007 11:12

Gənclik dərgisinin yeni sayı: “Ulduz” N- 10

artyazar


Gənclərin ədəbi nəşri özünün payız — yeni sayını “Ulduz”un qonağı” yazısıyla açır: “Türkiyədə milyonlardan biriyəm” — deyən görkəmli şairimiz Məmməd İsmayıl “Gənclik” jurnalı üçün darıxıb” başlıqlı bu müsahibədə qürbətdə yaşayan sənətkarın ədəbi-ictimai baxışları açıqlanır.


“Ulduz”un oktyabr sayında “Çölçülər” adlı ədəbi qrupda birləşən cavan imza sahiblərinin bədii-poetik nümunələri oxucuların müzakirəsinə buraxılır: quşdilixanəmirkülsoyuğunun “Kosmosa — Göyə qayıdan kitablar” yazısı, Şair Abduləzizli, Xəyalə Dalğın, Vüsal Hicran, Mehriban Vəfa, Bəxtiyar Elcan, Namiq Hacıheydərli, Cəlil Cavanşir, Oktay Hacımusalı, Habil Yaşar, İradə Aytel kimi gənc şairlərin şeirlərindəki sənət axtarışları izlənilir.

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(0) | Baxış sayı: 109

Oktyabr 13, 2007 21:29

“Literaturnı Azərbaycan” N 8

artyazar

Rus dilində nəşr olunan dərginin səkkizinci sayı mərhum xalq şairi Qabilin rübailəri ilə açılır (Enara Hacıyevanın çevirməsində). “Literaturnı Azərbaycan”ın bu sayında başqa maraqlı poetik nümunələr də oxucuların ixtiyarına buraxılır. Yeni sayın “Poeziya” bölümündə Oqtay Rza, Qəşəm Nəcəfzadə (Mansur Vəkilovun poetik tərcüməsində), Vladimir Zarubin, fərhad Hacıqasımov və Səkinə Əliyeva kimi müxtəlif ədəbi nəslin nümayəndəsi hesab edilən şairlərin yeni şeirləri verilib.
Dərginin avqust sayının “Nəsr” bölümü də oxunaqlı əsərlərlə zəngindir: Sara Oğuzun “Tale təkəri” (tərcüməsi Mirzə Hüseynzadənindir) povesti, Vasili Silçenkonun “Ayrılma” bölgəsi” fantastik əsəri, həmçinin Mark Verxovskinin “Mənim sevgim mütaliədəndir” və “İlk skripka” novellası nəsr həvəskarlarına ünvanlanıb.

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(0) | Baxış sayı: 113

Oktyabr 5, 2007 10:58

"Ulduz" dərgisinin 9-cü sayı

artyazar

Gəncliyin ədəbi-bədii nəşri sayılan “Ulduz”un sentyabr sayı rəssam Elnur Rəsulovun “Savaş”, “Haylaçı Sənəm” və “Köhnə məhəllə” adlı rəsm əsərlərinin təqdimatıyla açılır.

Şair Dəyanət Osmanlının “İlk və son arasında” poetik nümunələri ilə açılan dərginin yeni sayı poeziyasevərlərin diqqətinə oxunaqlı şeirlər çatdırır.
Bu sayın “Poeziya” bölümündə Qulu Ağsəs, Səlim Babullaoğlu, Ənvər Əhməd, Vahid Aslan, Əbülfət Mədətoğlu, Narıngül, Məmməd Dəmirçioğlu, Xasay Mehdizadə, İskəndər Etibar kimi müxtəlif ədəbi nəslə aid edilən şairlərin yeni şeirləri verilib.

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(3) | Baxış sayı: 152

Sentyabr 17, 2007 12:28

"Ulduz" N-8 ; “İrs — Naslediye” N-3; “Literaturnı Azərbaycan” N-7

artyazar

“Ulduz” N-8

Yayın son ayında oxucularının görüşünə yeni və maraqlı sayı ilə gəlmiş “Ulduz” dərgisinin ilk materialı “Yardımlı dağlarının Bakıya məktubuyam...” adlanır. Gənclər dərgisinin budəfəki qonağı xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdır (söhbətləşənlər: E.Hüseynbəyli, Q.Ağsəs və f.Mehdiyeva).
Dərgi avqust sayında da oxunaqlı poetik nümunələrlə poeziyasevərlərin diqqətini cəlb edir: şairlərdən Xatirə Rəhimbəyli, İlham İnam, Tamilla Şəfəq, Dəmir Gədəbəyli, Hafiz Əli, fəzail İsmayıl, Nəcibə Bağırzadə, Nəcməddin Mürvət, faiq Hüseynbəyli, Gülşən Sultanova öz yeni şeirləri ilə oxucuların qarşısında ədəbi hesabatla çıxış edirlər.
“Poeziya” bölümünü dünya ədəbiyyatından edilmiş bədii çevirmələr davam etdirir. Gənc mütərcim Xaqani Əliyevin ingiliscədən çevirməsində Lənqston Nyüz, Marc Qindal, Antoni Uest, Eyncil Toy, Sandra Qolson kimi şairlərin şeirləri və istedadlı şair-tərcüməçi Səlim Babullaoğlunun poetik tərcüməsində çağdaş gürcü poetik düşüncəsinin tanınmış nümayəndəsi Besik Xaranaulinin poetik nümunələri maraqla oxunur.

Davamı...
Ədəbi-mədəni nəşrlər | Şərhlər(0) | Baxış sayı: 137
Yazılar cəmi: 14   
© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com