Avqust 1, 2008 15:26
Gizli Bakı - 6. Zooparkımızın sirləri: baxmağa dəyər...
Bəzən biz gözəlliyi - təbiiliyi qıraqda, başqa məkanlarda axtarırıq. 
Foto-etüd: Aydın Xan
Davamı...Şəkillər - həyatın donmuş anları, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 15
İyul 4, 2008 0:53
Bizim - doğma səfilimiz: özünüzü görürsünüzmü?!
Bu bizim səfildir: ilk, rəsmi və əvvəllər yaradıcı intellektual olan səfil...
Onu siz Mətbuat prospektindən uzanan yolda, indiki Ali məhkəmənin yerləşdiyi küçədə - Cavid prospektinə gedən yolun sol tərəfində öz ofisində görə bilərsiniz...

Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 41
İyun 9, 2008 21:09
Bakı xəstədir: bəs həkimi hardan arayaq?!
Paytaxtımız gözəlləşir, söz yox, fəqət həm də qədimliyi əynindən çıxarılır, tarixi silinir və bir gün qəflət yuxudan ayılıb İçəri Şəhərin əvəzinə NEW MEQAPOLİS görsək, indiki kimi heç vecimizə olmaz - çünki arsız insanlarıq...

Bu heykəl-kompleksə əvvəllər də bir elə sayğı olmayıb: heç olmasa, onu uçurub məkanını dəyişiriksə, bir fərli-başlı yerdə saxlayaq tarixin arxivi üçün...
Davamı...Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 47
May 31, 2008 22:31
"Gizli Bakı - 4": ağacların qlobalcasına edam olunduğu paytaxt...
Bu foto-kompozisiyanın paytaxtımızın hansı məkanında çəkildiyini birinci tapan virtual seyrçiyə müəllif kimi kitab ərməğanımız olacaq!!!

Fotolar: Aydın Xan (Əbilov) - Ölənə qədər çəkəcəyəm...
Davamı...Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 56
May 13, 2008 19:25
"Gizli Bakı" - 3. Paytaxtda vəhşi at surusu: inanmırsız?!
Elə sanmayın ki, bu bir fotomontaj işidir, xeyr, əsla: Əzizbəyov dairəsindən maşın bazarına gedən yolda fotoya aldığım bu əhlləşdirilməmiş, bəlkə də sivil atların şəkili hamıya maraqlı olar deyə, sizlərə ərməğan edirəm...
Görəsən, urbanizasiya əməliyyatı nəticəsində süni şəkildə gözəlləşdirilən Bakımızın daha hansı gizlinləri mənli-sizli - hamımızı heyrətləndirəcək?..

Şəkilləşdirdi: Aydın Xan
Davamı...Foto-şok: real fakt | Şərhlər(6) | Baxış sayı: 255
May 9, 2008 10:51
"Gizli Bakı - 2" - Paytaxtda canlı ilan: inanmaq istəyirsiz?!
Bakı yenə də məni heyrətləndirmək istədi: bu kərə paytaxt metrosunun "Elmlər Akademiyası" dayanacağınınyanında fotoyaddaşıma həkk etdiyim bu şəkilləri sizlırı təqdim edirım. Adını yaddan çıxartdığım cavan oğlanın söylədiyinə görə, bu canlı ilanı Bakının Müşfiqabad qəsəbəsi ətrafında tutub: demək, təbiətin bizə hələ də yazıqlığı gəlir, Bakımızı xilas edə bilərik, nə qədər gec deyil...

(Fotolaşdırdı: Aydın Xan)
Davamı...Foto-şok: real fakt | Şərhlər(4) | Baxış sayı: 183
Aprel 17, 2008 10:32
Gizli Bakı: Paytaxtda təbii şəlalə - inanmırsız!?
Elə mən də əvvəlcə gözlərimə inanmadım, əgər dostum İlqar Orucov məni evinə qonaq dəvət etməsəydi və biz B(P)adamdar qəsəbəsindəki meşəlikdəki dərəyə gəzməyə çıxmasaydıq... Dərə, təbii şəlalə, fəqət... açıq kanalizasiya suyu...

Foto-şok: real fakt | Şərhlər(6) | Baxış sayı: 244
Mart 3, 2008 11:20
Mir Şahinə "hesabat": Azərbaycanda ədəbiyyat yoxdur, bəs televiziyalar necə, varmı?!
Azərbaycan telekanalları: özəllikləri, gözəllikləri və qüsurlar...
(I Analitik yazı)
Çəkdiyim bu şəklin yazımıza heş bir birbaşa əlaqəsi yoxdur, obrazlı mənada yerləşdirilib. (Foto-obrazın müəllifi: Aydın Xan)
Davamı...Kulturologiya: yeni dünyagörüş, Foto-şok: real fakt, TV və radiolarda söhbətlərim, Kulturoloji Ensiklopediya | Şərhlər(0) | Baxış sayı: 137
Fevral 13, 2008 9:36
Dalğa" Gənclər Hərəkatının mübarizəsi: Don Kixotluq, yoxsa Qatır Məmmədlik!?
İctimai fikirdə "Dalğa" nə üçün düşüncə sunamisinə çevrilmədi...
Tədbirə gələ bilməyən, depressiyayla həmyazar olan dostum Rəbiqəyə - bütün dostlarımın inciməyəcəyi arzusuyla...

Şəkil-reportaj da Aydın Xanındır...
Davamı...E-gündəlik, Kulturoloji muqavimət, Foto-şok: real fakt, İctimai fəallıq | Şərhlər(5) | Baxış sayı: 204
Fevral 6, 2008 0:02
Bakı qışının məcəraları: çevrilmiş KAMAZ
Bakıda qız elə də sərt çekməsə də, məmurlarımız qarlı-qarsız günlərimizi çox sürüşkən edirlər....
Belə bir sürüşkən günlərin birində aşmış "KAMAZ" yük maşınını fotokameramın rəqəmsal yaddaşına köçürtdüm... Eləcə də kiçik bir film çəkdim, əgər texnoloji imkan olsa, filmi də sizə ərməğan edərəm...

Foto-şok: real fakt, Real filmlərim | Şərhlər(0) | Baxış sayı: 64
Yanvar 26, 2008 11:33
Türk Dünyası və Azərbaycan ədəbiyyatının "Boz qurdu" - Rüstəm Behrudi
Türk Dünyası və Azərbaycan ədəbiyyatının "Boz Qurdu" - Rüstəm Behrudi ilə keçirilən kulturoloji məclisdən şəkillər...
E-gündəlik, Kulturologiya: yeni dünyagörüş, Art-informasiyalar, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 139
Dekabr 11, 2007 22:20
Tədbirlər, məclislər: həyatın əriyən anları...
Demək olar ki, hər gün müxtəlif tədbirlərdə iştirakşısı olmağa məhkumam...
Bilmirəm, bəlkə də ömrümün ən gözəl anlarını əridirəm, püç edirəm bu tədbirlərdə, məclislərdə, fəqət, əsas odur ki, insanlara lazımi yardımımı edərək onların sevincinə şərik oluram...
Burada son günlər iştirak etdiyim bəzi tədbirlər barədə məlumatları, şəkilləri yerləşdirirəm: çağdaş tariximizin bir parçası kimi...
Bu gün (11.12.2007). Beynəlxalq Mətbuat Mərkəzində yazışı-publisist, Milli Məclisin üzvü, xanım dostum Elmira Axundova «Heydər Əliyev: şəxsiyyət və zaman» adlı kitabının təqdimat mərasimini aparmaq mənə həvalə olunmuşdu...
E-gündəlik, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 103
Dekabr 10, 2007 18:51
Bizim mədəniyyətə ictimai münasibətimiz niyə kəskindir?
Yeni e-art-aksiya: Bakı - simamızdır: hərdən üzümüzü yuyaq
(Aydin Xanın tənqidi obyektivi tuşlandı simamıza)

E-gündəlik, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 100
Noyabr 20, 2007 21:58
Kəskin yazılmış e-ədəbi-tənqidi fikirlər
Lütfən, bu virtual-kulturoloji yazıyla tanış olmamışdan öncə aşağıdakı link vasitəsiylə gənc şairə dostum Rəbiqənin şeirləri ilə yaxından tanış olun... Əks təqdirdə, yazıdan bir şey anlaya bilməzsiniz...

Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 169
Noyabr 20, 2007 13:38
Biganəlik, yaxud öz tarixinə necə tüpürməli?!
Abidələr - zamanı içində donduran mənəvi-mədəni dəyərlərdir.
Nəyə görəsə, bizdə istər tarixi, istərsə də yeni abidələrə, tikililərə insani, sivil, mədəni münasibət deyil, bir vəhşi münasibət sezilməkdədir...
E-etiraz aksiyamız davam edir: Bakımızı qoruyaq!
Şəkilləri Aydın Xan məmurların gözünə soxur!!!
Davamı...Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(1) | Baxış sayı: 102
Noyabr 19, 2007 11:18
Sumqayıtlı "Moskoviç": uşaqlığımın ilişdiyi zaman pası...
Dünən Sumqayıta getmişdim.
Orada cib telefonu vasitəsilə çəkdiyim bu iki şəkil yəqin çoxlarının uşaqlıq xatirələrinin beşiyidir...

Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 113
Noyabr 8, 2007 17:56
Anons: Az.TV-nin "Tərəfmüqabili" tele-polemikasında art-qalmaqal
Bu günlərdə Azərbaycan Televiziyasının kulturoloji-intellektual verilişlərindən sayılan "Tərəfmüqabili"nin növbəti qonaqları biz olduq: "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, şair-tərcüməçi Səlim Babullaoğlu, "Mütərcim" dərgisinin baş redaktoru, filologiya elmləri doktoru Telman Vəlixanlı, Bakı Slavyan Universitetinin tərcümə laborotoriyasının məsul əməkdaşı, şair Ehtiram və mənim fikirlərim Rəqsanəkimilər tərəfindən zövqləri basqilanan Azərbaycan teletamaşaçılardan ötrü nə qədər maraqlı görsənəcək, deyə bilmərəm, fəqət cox ağrılı məsələləri çözməyə səy göstərdik...

Art-informasiyalar, Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 102
Noyabr 6, 2007 20:47
Gənc (oxu: qoca) yaradıcıların AYB sergüzəştləri... (Bəlkə də I)
Foto-məsnəvi
Yazının öncəki P.S.-si
Eh, Rə, sən olmasaydın və məni zəlzələ etməsəydin, bəlkə bu material da içimdə bic ölərdi...
www.Azyazar.com adlı mənim bu saytımın bir qardaşı var ki, başında şair qaqam Əli Əlioğlu yarpaq kimi əsir - o günləri, bəlkə də dünən, yəni 2007-ği il noyabrın 5-də AYB-nin Natəvan klubunda Poeziya gecəsi keçirmək əzmi ilə gənc yazarları, daha dəqiq ifadə etsəm, biz qələm dostlarını bir araya gətirmək istədi.
Fotosalnaməçi: Aydın Xan
E-gündəlik, Art-informasiyalar, Foto-şok: real fakt | Şərhlər(2) | Baxış sayı: 165
Oktyabr 17, 2007 20:43
"Əli və Nino": ədəbiyyat, yoxsa kultur-siyasət?
Artıq qlobal kulturoloji hadisəyə çevrilmiş bu ədəbi-ictimai problemlə əlaqədar o qədər mübahisə, şifahi polemika, bir sözlə, düşüncə dartışması aparmışam ki, artıq deyəsi sözüm, anladası mənam qalmadığını zənn edirdim...
Foto-info: Aydın Xan
Davamı...
Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 177
Oktyabr 6, 2007 20:17
AYB-nin Natəvan klubundan mənə qalanlar
Dünən şair Kəramətin 50 illik yubileyi və "Xaoson harmoniyası" adlı kitabının işıq üzü görməsi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda məclisə xeyli nasir, şair, tənqidçi, eləcə də qələm adından xaltura edən əhli-yazar toplaşmışdı...

E-gündəlik, Foto-şok: real fakt | Şərhlər(1) | Baxış sayı: 116
Sentyabr 28, 2007 13:29
E-aksiya: Çarmıxa çəkilmiş İçərişəhər
e-aksiyamız davam edir: Bakının qədim tarixi abidələrini qoruyaq...
(Fotoşəkil Aydın Xanındır)
Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(1) | Baxış sayı: 111
Sentyabr 21, 2007 11:29
Aksiya: Bakının son gözəl eyvanları
Bəzən hər gün yanından soyuqqanlıqla keçdiyimiz gözəl tarixi binaların gözoxşayan quruluşu, xüsüsən də eyvanları unikal mədəniyyət kodları kimi bir sıra milli və zəmanə kodlarını özündə gizlədir...
Əfsuslr olsun: Böyük kişilər tərəfindən tikilərək gələcək nəsillərə ərməğan edilmiş bu qədim tarixi tikililər namərdlər tərəfindən dağıdılır, get-gedə daşlaşdırılaraq kulturoloji informasiya şəklində bizə ötürülən nəsillərin ruhları Bakıda və bizim qəlbimizdə silinir...
Əziz dostlar, əlimizdən nə gəlirsə müqavimət göstərməliyik ki, Bakımızı - Azərbaycanımızı əlimizdən, tarixdən silmək istəyənlətin arzusu ürəyində qalsın. Odur ki, təklif edirəm ki, Bakının ən kiçik daşına qədər fotoya, videoya alıb tarixə həkk edək.
Mən hələ bəzi qədim binaların evro-təmirin problemindən yazmaq istəmirəm...
Beləcə ilk əvvəl özümün cəkdiyim şəkilləri sizlərə və tarixə ötürürəm...

Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 98
Sentyabr 19, 2007 21:03
İçəri Şəhərin dağıdılmasına qarşı ən orijinal etiraz!!!
Məncə, İçəri Şəhərin dağıdılmasına qarşı ən orijinal etiraz oğlanlarımkı oldu: onu da mən özüm zəmanəmizin alnına həkk etdim!!!

Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 112
Sentyabr 14, 2007 20:58
Milli səfillərimiz: gündən-günə artan bəlalarımız
Hər gün artan səfillərimiz...
Onlarla nə etməli???
![]()

Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 98
Sentyabr 11, 2007 20:17
Avto-qəza 2: çağdaşlıqla keçmişin toqquşması?!
Şerhsiz: real foto-fakt vasitəsilə...

Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 176
Sentyabr 10, 2007 20:23
Bakı-Astara şossesi: yaman axşamladıq
Əslində, bu bölümdəki foto-faktlar həyatımızın zn möcüzəli anlarını, kəskin rakursdan izləməyi xoşlayanlar üçün nəzərdə tutulub və özüm tərəfimdən rəqəmsal fotoaparatın yaddaşına köçürülüb...
İlk fakt: Bakı-Astara şosesi, haradasa Masaliya bir qədər qalmış.
Toya tələsən cavanlar Mersedesi Traktorla qucaqlaşmağa müvəffəq olmuşlalar...
![]()

P.S. Həyat maşın sürətini heç xoşlamır...
Foto-şok: real fakt | Şərhlər(1) | Baxış sayı: 99





