Reklam verin!

Marşur taksi sürücüsünün günlüyü... (Manyak deyil!) - V. (Real Art-SOS. Hekayənin ardı)

Yazar: artyazar @ Oktyabr 6, 2008 18:04

“Çağdaş ağrıların sözlüyü” silsiləsindən

Əvvəli ilə tanış deyilsiz, onda bura nəzər yetirin: http://artyazar.azeriblog.com/2008/10/02/marshur-taksi-surucusunun-gunluyu-manyak-deyil-iv-real-art-sos-hekayenin-ardi

Qürub çağı, saat 19 00

Adamların işdən qayıdan vaxtıdır: şəhərin çolax ictimai nəqliyatına əsl sərnişin axını başlayır, gündəlik planın yarısını məhz bu zaman yerinə yetirmək mümkün olur.
Metro və yerüstü nəqliyyat vasitələrində xüsusi canlanma yaranır: kimisi evinə tələsir, başqaları bülutuzla qızla tanış olur, digərləri dilənməklə pul qazanır, bəzi manyaklar isə sıxlıqdan bəhrələnərək özlərini xalxın qız-gəlininə, əgər cinsi azlığın

Davamı...

Marşur taksi sürücüsünün günlüyü... (Manyak deyil!) - IV. (Real Art-SOS. Hekayənin ardı)

Yazar: artyazar @ Oktyabr 2, 2008 11:41

“Çağdaş ağrıların sözlüyü” silsiləsindən

Başverənlərin əvvəli burada: http://artyazar.azeriblog.com/2008/09/27/marshur-taksi-surucusunun-gunluyu-manyak-deyil-iii-real-art-sos-hekayenin-ardi

Yorğun günorta - axşama yaxın, saat 15 30

Uşaqlar mənə zəng edib bildirdilər ki, metronun Elmlər Akademiyası dayanacağı ətrafında polislər, video çəkiliş aparmaqla, xüsusi reydlər keçirirlər. Müəyyən edilmiş marşurut dayanacağında saxlamayan, sərnişinləri ayaqüstə daşıyan, eləcə də qeyri-standart avtobuslardan boşaldıb maşınları cərimə meydançasına aparır, yerindəcə protokollaşdırıb sürücülük vəsiqəsini sürücülərin əlindən alırlar.
Odur maşınımı marşurutuma uyğun dayanacağa deyil, yan küçəyə sürmək məcburiyyətində qalıram.

Davamı...

Marşur taksi sürücüsünün günlüyü... (Manyak deyil!) - III. (real Art-SOS. Hekayənin ardı)

Yazar: artyazar @ Sentyabr 27, 2008 17:42

“Çağdaş ağrıların sözlüyü” silsiləsindən

Əvvəli daha maraqlı: http://artyazar.azeriblog.com/2008/09/26/marshur-taksi-surucusunun-gunluyu-manyak-deyil-ii-hekayenin-ardi

Günəşlə səhərin sevişdiyi vaxt, saat 09 00

Səhər yeməyi əvəzinə mənlə balaca adama toyuq dönəri ilə bir şüşə ucuzvari sərinləşdirici içki ötürdük içəri: ac qarına ləzzət verir. Hərdən ət dönərin mal və eşşək cəmdəyindən, toyuq dönərinin isə toyuq budundan  hazırlandığı barədə şəhərdə çoxdan dolaşan söz-söhbət yadıma düşəndə ödüm ağzıma gəlir... Amma əlacsızlıqdan yenə də toyuq dönəri ilə aclığıma qalib gəlmək istəyirəm...
  ...Yaman ilişdim, yol polisi maşınının dalımca haçan düşdüyünü bilmədim, düz

Davamı...

Marşur taksi sürücüsünün günlüyü... (manyak deyil) II. Hekayənin ardı

Yazar: artyazar @ Sentyabr 26, 2008 10:02

“Çağdaş ağrıların sözlüyü” silsiləsindən

Əvvəlini oxumamısınız: http://www.artyazar.azeriblog.com/2008/09/24/marshur-taksi-surucusunun-gunluyu-manyak-deyil

Alatoranlıq, saat 06 30   

“- Balaca, qurbanın olum, gir qanımın arasına, gəl yardım əlini uzat qardaşına. Bu gün yanımda ol ki, yuxu huşumu aparmasın, kiminsə maşınını əzməyim...” – iş günlərində, sərnişin bol olan zaman mənim pulyığanım kimi çalışan 13 yaşlı, "Balaca" ləqəbli dostum Eminə telefon açıram.

Balacanın mobil telefondan eşidilən yeniyetmələrəxas şaqrat səsi az qala beynimi

Davamı...

Marşur taksi sürücüsünün günlüyü... (Manyak deyil!!!)

Yazar: artyazar @ Sentyabr 24, 2008 17:34

“Çağdaş ağrıların sözlüyü” silsiləsindən

“İndikilərin başına gətirdiklərimiz
gələcək nəsillərin ruhlarında çatlayacaq...”

Yazmadığım araşdırmamım ilk, həm də son cümləsi

“İnsan: kimdirsə, eləcə də sayğılandır onu...”

“13-lər Kitabı”mdan

Obaşdan, saat 05 30

- Hələ it qızına dedim ha: nə olsun ki, gəncəm, 21 yaşım var, canım sulu, qanım qaynardır, səhər erkən oyana bilmirəm axı...

Davamı...

Yaxşılığın qan rəngı. (Yeni ultra hekayə)

Yazar: artyazar @ Avqust 30, 2008 22:42

(Ultra-hekayə)

"Dünya yaxşılıqdan asılıb qalıb, yoxsa çoxdan..."
"13-lər Kitabı"mdan

- Peysər olma, mən sənə pislik eləmədim ki, gecənin bu çağında maşınıma...
Boğazıma saplanan iti bıçağın ağrısından ağlım başımdan çıxdı: o dəhşətli gecenin sonrakı gedişatı mənim üçün qaranlıq qaldı...

Davamı...

Ruhun arzusu (yeni romantik hekayə)

Yazar: artyazar @ Avqust 27, 2008 21:33

 "Prezidentin virtual gündəliyi" silsiləsindən yeni hekayə

"Əgər sən Kainatın dayaq nöqtəsini axtarırsansa, haçansa tapacağına yüzdə-yüz əmin ola bilərsən..."

"13-lər Kitab"ımdan 

(Uşaqlığımızın gizləndiyi məkan - dəniz - foto: Aydın Xan)

Davamı...

İntim bomba... (Real-hekayət. I bölüm)

Yazar: artyazar @ Avqust 8, 2008 17:33

(Real-hekayət)  

Gözdə-qulaqda olun: təqdim edilən bu e-hekayətdə intim və zorrakılıq səhnələrinə  görə 18 yaşından aşağı şəxslərin oxuması məsləhət görülmür.

Ümumiyyətlə isə e-hekayətlə 16 yaşdan aşağı insanların tanış olması qəti qadağandır…

Müəllif bu əsərdə baş verənlərin real həyatdakı hadisələr və ayrı-ayrı faktlarla üst-üstə düşməsinə görə cavabdeh deyil, heç bir məsuliyyət daşımır…

- Qadının incə əli mənimkinə dəyəndə, cənab müstəntiq, bütün normal kişilər kimi, hisslərim qalxmalıydı da!!!

Davamı...

Metro, inadkar, xilaskar, manyak... (Həyati hekayə)

Yazar: artyazar @ Avqust 4, 2008 20:44

(Çağdaş ultra-hekayət)

"Həyatın mənası yaşamaqda deyil, yaşatmaqdır..."

"13-lər Kitabı"mdan"

Şəxsi avtomobil də adamın sevgilisi kimidir: bəzən nasazlanır - xarab olur, çox vaxt köhnə dördtəkərlini satmaq fikrini dilinə gətirəndə, hələ  üstəlik üstünə qiymət də qoyandan sonra səndən inciyir, ya işləmək istəmir, ya da qəzaya sürüklənir...

Davamı...

Dəhşət-hekayə: İkinci ruhumun intiqamı... (V. Mistikanın texnoloji vasitəyə çevrildiyi hissə)

Yazar: artyazar @ İyul 31, 2008 16:13
   (Mistik e-real hekayə)

Əsərdə seks axtaranların və 18 yaşından aşağı şəxslərin oxuması yasaqdır

Əsərin əvvəlki bölümləri ilə bu keçid vasitəsiylə tanış olun: http://artyazar.azeriblog.com/2008/07/30/dehshet-hekaye-ikinci-ruhumun-intiqami-iv-mistikanin-sevishe-uduzdughu-hisse


Həyatda baş verən hər bir hadisənin real - məntiqli sonu olmasıyla yanaşı, həm də izahata gələn mahiyyəti, eyni zamanda təhtəlşüurla anlaşılan fəlsəfəsi olur.

Davamı...
  Yazılar cəmi: 18    Sonrakı səhifə »