İyul 14, 2008 18:07
Növbəti qəbul imtahanları alveri: kimlər uduzdu - kimlər uddu!!!
Milli Azərbaycan Təhsil siyasətini böhrandan necə çıxarmalı?
Abituriyentlər, eləcə də onların valideynləri və doğmaları üçün cəhənnəm anlarına çevrilmiş növbəti yay - qəbul imtahanları dövrünün bir qurbanı da deyəsən mənim özüm idim:

- Sən necə dayısan ki, bircə bacı qızını Ali məktəblərin birinə düzəldə bilmirsən!?!
Davamı...Kulturoloji muqavimət, İctimai fəallıq | Şərhlər(1) | Baxış sayı: 58
İyun 9, 2008 22:08
KULTUROLOQLARIN I BEYNƏLXALQ BAKI FORUMU
Yorğun və sərin yayın ilk həftəsində - iyunun 6-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təkşilatçılığı ilə Muzey Mərkəzində kulturoloqların I Beynəlxalq Bakı forumu keçirildi. Fərdi dəvət almasam da, maraq məni bürüdü və böyük şövqlə Muzey Mərkəzinin üstü təmirli, astarı - içi sovetdənqalma möhtəşəm binasına doğru addımladım: maraqlı şəkillər çəkmək üçün ya para ödəməlisən - özü də hansı qəzetdən olursan ol - ya da redaksiyadan xüsusi xahişnamə gətirməlisən. Söz yox, mən baş redaktorum Ayaz Vəfalıdan möhürlü kağız almaqdansa - axı çağalığımdan yediyim "Malış"ı burnumdan gətirməyəcəyinə inana bilməzdim - başqa planetə uçmağı üstün saydığımdan, eləcə də para ödəməkdənsə - onları reklam etməyim azdır, hələ bir pulumdan da keçməliyəm - bu foto-istəyimdən ləzzətlə imtina etdim: itirən ki, mən deyildim, sizlər oldunuz, ey əhli-şəbəkə...
Nəsə, nazirimiz Əbülfəs Qarayev qonaqları salamlayaraq bildirmişdir - bu, Azərtac İA-nin üslubudur, eləcə də saxlayıram - ki, bu beynəlxalq tədbir Azərbaycanda mədəniyyətin təbliği, təşviqi, qorunması və elmi tədqiqatların inkişafını təmin etmək
E-gündəlik, Kulturologiya: yeni dünyagörüş, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 117
İyun 9, 2008 21:09
Bakı xəstədir: bəs həkimi hardan arayaq?!
Paytaxtımız gözəlləşir, söz yox, fəqət həm də qədimliyi əynindən çıxarılır, tarixi silinir və bir gün qəflət yuxudan ayılıb İçəri Şəhərin əvəzinə NEW MEQAPOLİS görsək, indiki kimi heç vecimizə olmaz - çünki arsız insanlarıq...

Bu heykəl-kompleksə əvvəllər də bir elə sayğı olmayıb: heç olmasa, onu uçurub məkanını dəyişiriksə, bir fərli-başlı yerdə saxlayaq tarixin arxivi üçün...
Davamı...Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 47
May 31, 2008 22:31
"Gizli Bakı - 4": ağacların qlobalcasına edam olunduğu paytaxt...
Bu foto-kompozisiyanın paytaxtımızın hansı məkanında çəkildiyini birinci tapan virtual seyrçiyə müəllif kimi kitab ərməğanımız olacaq!!!

Fotolar: Aydın Xan (Əbilov) - Ölənə qədər çəkəcəyəm...
Davamı...Kulturoloji muqavimət, Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 56
May 21, 2008 20:20
Cavanşir Yusifli "day-day", Lit.az "bacı", Nəsimi "əmi", "NETTY" xala və...
Mən ateist olsam da, bu yerdə mütləq Ulu Yaradana (misal üçün, təbiətə, intellektə, nə bilim, bilgili insanların tapındığı hər nəsnə kimi oxumaq da olar) and içməliyəm ki, özünü superdindar sayan azəri oxucusu səmimiyyətimə inansın. İlkcə onu deyim ki, işlərim kəlləmdən aşdığından hərgünkü e-qeydlərimi edə bilmir, virtual əməklə məşğul olammıram. Sağ olsun Cavanşir Yusifli: məni həvəsləndirdi, heç olmasa, bu qısa mülahizələrimi guppuldatdım bura...
Başınıza daş salmayacaqam, bu linkdəki materialla tanış olandan sonra bəzi mətləbləri izah etmək istərdim:
Davamı...E-gündəlik, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 97
May 15, 2008 19:13
26 mayda ellikcə VIII Bakı Kitab Bayramına!!! İntellektə - bilgiyə "BƏLİ" deyək...
VIII Bakı Kitab Bayramı
26 May, 2008-ci il Saat 14 00-da
M.F.Axundov adına Milli Kitabxanada

Art-informasiyalar, Kulturoloji muqavimət, Bildirişlər, reklamlar | Şərhlər(1) | Baxış sayı: 103
May 4, 2008 21:10
ATV-də növbəti səs-küylü günüm: Manıslaşmaq - Azərbaycansayağı yaşamaq...
Sabahkı - mayın 5-dən sonrakı ATV-nin "El içində" verilişinin 12 may (təkrarı 13 may, yəni mənim ad günümün dünəni saat 16 00-da) axşam saat 11 00-dan o yana göstəriləcək buraxılışına baxmayın: telemaariflənmə əvəzinə, siz də mənim kimi depresiyaya batacaqsız - əlbəttə, söhbət intellektuallardan gedir, yaxud gəlirsə...

Kulturoloji muqavimət, TV və radiolarda söhbətlərim | Şərhlər(0) | Baxış sayı: 148
Aprel 21, 2008 11:28
YENİ YAZARLAR VƏ SƏNƏTÇİLƏR QURUMU: DÜNƏN, BU GÜN VƏ SABAH
Həmsöhbətim Qurumun sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovdur
Mənbə: "Pillərlər" qəzeti, 18 aprel, 2008
Həmsöhbət: Şöhlət ABBAS, qəzetin baş redaktoru, şair-publisist

Musahibələrim. Kulturoloq rəylərim, Kulturoloji muqavimət, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 63
Aprel 8, 2008 22:38
E-qalmaqal: Qocatəfəkkürlülərin Azəri İnternetinə e-Səlib Yürüşü
Beləcə, İnternetin açıq bilgi və informasiya paylaşması fəlsəfəsindən xəbərsiz insanlar biz yeni şəbəkə nəslinin nümayəndələrinə total hücuma keçməyə başladılar.
Davamı...Kulturologiya: yeni dünyagörüş, Haqqımda: özgə gözlə, Kulturoloji muqavimət | Şərhlər(2) | Baxış sayı: 162
Mart 17, 2008 22:11
VIII Bakı Kitab Bayramı: İllik Milli Kulturoloji Yarışmasına start verildi...
Azərbaycan Xalq Cümhuriyyətinin - 90, Mir Cəlal (Paşayev) - 100
VIII Bakı Kitab BayramıYubileyimiz – 10 ilimiz
Azərbaycan Respublikasında İllik Milli Kulturoloji Layihə

VII Bakı Kitab Bayramının rəsmi mərasimindən kadr
Davamı...Art-informasiyalar, Kulturoloji muqavimət, Bildirişlər, reklamlar | Şərhlər(1) | Baxış sayı: 91
Mart 9, 2008 18:09
Polemika mədəniyyətsizliyi, bu qədər də yox: görəsən, haçan düzələcəyik...
İnternetdə istənilən əcnəbi şəbəkəçiylə polemika aparmaq, düşüncə paylaşmaq adama ləzzət edir. Amma özümüzkülərlə iki kəlmə yazışman az qala e-savaşa çevrilir: nə ünsiyyət mədəniyyəti, nə fikir dartışması, nə də səviyyə adamı qane edir.
Sözsüz ki, düşünməyə vadar olursan: havaxta qədər biz belə olacağıq?!
Aşağıda nümunə kimi Yahoo-qrupların birində maraqlı bir tiplə mübahisəmi sizlərin müzakirəsinə buraxıram.
Görüm, fikirlərimi heç olmasa, düşüncə əhli saydığım sizlərə, sayğılı internetçilər, çatdıra bilirəmmi?!..
Davamı...E-gündəlik, Haqqımda: özgə gözlə, Kulturoloji muqavimət, TV və radiolarda söhbətlərim, İctimai fəallıq | Şərhlər(2) | Baxış sayı: 127
Mart 7, 2008 21:30
Kulturoloji aksiya: Yazarlardan Milli Ordumuza kitab sovqatı - 1

Yeni Yazarlar və Sənətçilər Qurumunun İdarə Heyətinin bu günlərdə keçirilmiş geniş iclasının Azərbaycan Milli Ordusunun əsgər, çavuş və zabit heyəti üzvlərinə hər ay yeni kitab, eləcə də başqa nəşr nümunələrindən ibarət kulturoloji ərməğan hazırlanmasıyla bağlı qərarına uyğun olaraq mart ayından etibarən Kulturoloji Aksiya keçirir.
Davamı...E-gündəlik, Kulturoloji muqavimət, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 71
Fevral 25, 2008 10:39
Xocalı Soyqırımı - 16: Unudulması heç zaman mümkün olmayan dəhşət

Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 67
Fevral 18, 2008 21:19
Xocalı soyqırımı: ictimai polemikaya dəvət (iki material)
Xocalı soyqırımına həsr olunmuş tədbirə dəvət
"Müasir Gənclik və Sosial İnkişaf" İctimai Birliyi Yeni Yazarlar və Sənətçilər Qurumunun nəzdində fəaliyyət göstərən Gənclər "Pen-klub"u ilə birgə Xocalı
soyqırımının 16-cı ildönümünə həsr olunmuş "Gənclər tariximizi unutmayaq!!!" mövzusunda tədbir keçirir.
Fevralın 22-də saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçiriləcək tədbir Dəyirmi masa - diskussiya formatındadır.
Məclisə AR Milli Məclisin üzvləri, QHT rəhbərləri, tarixçi alimlər, politoloqlar, tələbə-gənclər, o cümlədən yazılı və elektron Kütləvi İnformasiya Vasitələri nümayəndələri dəvətlidirlər (daha geniş materiallar burada).
Davamı...Kulturoloji muqavimət, İctimai fəallıq, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 94
Fevral 13, 2008 9:36
Dalğa" Gənclər Hərəkatının mübarizəsi: Don Kixotluq, yoxsa Qatır Məmmədlik!?
İctimai fikirdə "Dalğa" nə üçün düşüncə sunamisinə çevrilmədi...
Tədbirə gələ bilməyən, depressiyayla həmyazar olan dostum Rəbiqəyə - bütün dostlarımın inciməyəcəyi arzusuyla...

Şəkil-reportaj da Aydın Xanındır...
Davamı...E-gündəlik, Kulturoloji muqavimət, Foto-şok: real fakt, İctimai fəallıq | Şərhlər(5) | Baxış sayı: 204
Fevral 7, 2008 22:26
Günel Mövlud üçün söylədim, Elnur Astanbəyli eşitsin...
Söyləyirdilər, fəqət inanmaq istəmirdim, yaxud Günel Mövludun PR-ı...

Şəkillər - həyatın donmuş anları, Kulturologiya: yeni dünyagörüş, Kulturoloji muqavimət | Şərhlər(1) | Baxış sayı: 121
Fevral 6, 2008 20:11
Analitik material: Virtual Dünyanın e-real imkanları... (I yazı)
XX əsrin sonlarında, İyirmi birinci əsrin əvvələrində dünyanı yeni bir texnologiya dalğası bürüdü. İnternet dövrünün hücumlarına hazır olmayan bəşəriyyət tezliklə qlobal informasiya şəbəkəsi adlanan yeni texnologiyanın həmlələrinə dözməli oldu.

Musahibələrim. Kulturoloq rəylərim, Kulturologiya: yeni dünyagörüş, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 102
Yanvar 19, 2008 2:59
Qalmaqallar seriyasından I yazı: Orxan Pamuku Nobel ödülünə aparan yol...
"Çağdaş ədəbiyyatın kulturoloji ensiklopediyası" silsiləsindən
Orxan Pamukun Nobel mükafatından əvvəlki “erməni soyqrımı” etirafı...
Bir neçə il bundan öncə - hələ Nobel mükafatına layiq görülməmişdən çox-çox əvvəl Türk Dünyasının ədəbi ictimaiyyəti məşhur türk yazıçısı Orxan Pamukun Avropanın müxtəlif ölkələrinin mətbuat orqanlarında dərc olunan qəribə açıqlamasına heyrətləndi.

Kulturologiya: yeni dünyagörüş, Kulturoloji muqavimət | Şərhlər(1) | Baxış sayı: 105
Yanvar 12, 2008 22:35
Manısxanada qalmaqal: baxmağa dəyər...
Yazını buradan da oxumaq mümkündür: http://kultaz.com/2008/01/12/manisxanada-qalmaqal/#more-1150
“Azad Azərbaycan” televiziyasında müzakirə: analarımızı ağladan mahnı mətnləri…
A TV-nin bazar ertəsi saat 23.00 efirini gözdən-qulaqdan buraxmayın, maraqlı olacaq!
Davamı...Musahibələrim. Kulturoloq rəylərim, Kulturoloji muqavimət | Şərhlər(2) | Baxış sayı: 154
Dekabr 30, 2007 22:06
"Dünya ədəbiyyatı kitabxanası": kulturoloji proses davam edir...
Bu gün mətbuatda Azərbaycan Prezidentinin yeni kitabların nəşriylə bağlı sərəncamını oxuyanda bir neçə ay bundan əvvəl müxtəlif saytlarda açdığım polemikaları xatırladım: onun məntiqli sonluqla nəticələr verdiyinə sevindim...
Bir çox gənc yazarlar elə düşünürlər ki, onlardan başqa bu ölkədə dünya ədəbiyyatı ilə maraqlananlar yoxdur. Aşağıdakı materiallar bir daha sübut edir ki, intellektuallar istəsələr, bu çağımızda istənilən problemləri asanca həll etmək mümkün olar...
Var olun, İlham Heydər oğlu: biz Sizinlə XXI əsri ram edəcəyimizə inanırıq - sözsüz, intellektlə, mədəniyyətlə, ədəbiyyatla, bilgiylə!!!
DÜNYA ƏDƏBİYYATININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCAN DİLİNDƏ NƏŞRİ NƏZƏRDƏ TUTULAN ƏSƏRLƏRİNİN SİYAHISININ TƏSDİQ
Davamı...Art-informasiyalar, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 167
Dekabr 30, 2007 0:15
Azərbaycanın mədəniyyət yazarları arasında üçüncü: pis deyil!!!
![]()
2007-ci ilin ikinci yarısından AR Mədəniyyət və Turizm Nazirliyinin rəsmi mətbu orqanı - "Mədəniyyət" qəzetinin elan etdiyi musabiqəyə qoşulanda, özümdən çox razı və məmnun idim:

Art-informasiyalar, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 118
Dekabr 21, 2007 23:57
Yeni "Yazar" qəzeti: təzə qan, yoxsa Başqan?! II (davamı)
...Deyəsən bu uzunçuluq olan-qalan beş-on internet oxucusunu da əlimdən qapacaq... Fəqət bu yazıəvvəli ilə (http://artyazar.azeriblog.com/2007/12/19/teze-yazar-qezeti-yeni-qan-yoxsa-bashqan) mütləq tanış olun, yoxsa kor maygülü kimi bu materiallın içində ilişib batarsınız...
"Yazar" qəzetinin ilk sayının rənginin və ənginin (24 səhifəlık uzunçuluğu, eləcə də əsasən palaz-palaz bir səhifəlik materiallara yazıda çənə döymək - əng vurmaq də deyə bilərik) qırmızı olması onu göstərir ki, qəzet üstündə söz təri tökənlər əsasən solçu yazarlardır:
Davamı...Art-informasiyalar, Kulturoloji muqavimət, Ədəbi-mədəni nəşrlər | Şərhlər(1) | Baxış sayı: 134
Dekabr 20, 2007 18:45
"Mütərcim" və "Azərbaycan": mənim də yazım var...
"Azərbaycan" dərgisinin payız sayında mənim elmi rəhbərim, filologiya elmləri doktoru, professor Şamil Salmanovun həyat və fəaliyyətindən bəhs edən “Modern şair, tənqidçi, ədəbiyyatşünas Şamil Salmanov” kulturoloji yazım ədəbi-mədəni ictimaiyyətimizin polemikasına buraxılır...
“Mütərcim” N-1-2
Ədəbi, elmi, tərcümə jurnalı kimi mütəmadi işıq üzü görən “Mütərcim”in builki ilk qoşa sayı rus ədəbiyyatının klassiki fyodor Mixayloviç Dostoyevskinin məşhur “Karamazov qardaşları” romanının ana dilimizə bədii çevirməsiylə açılır (tərcümə edəni: Telman Vəlixanlı, “Mütərcim” dərgisinin baş redaktoru).
Dünyaşöhrətli Azərbaycan yazıçısı Çingiz Abdullayevin
Davamı...
Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 152
Dekabr 17, 2007 23:20
"Türkün qara günü: Xocalı soyqırımı” kitabını və Bakı üçün e-ağı
Yazın əvvəlini xatırladan bu gün - yəni dekabrın 17-də əvvəlcədən dəvət olunduğum tədbirə tələsirdim: Bakının mikrorayon ərazisindən paytaxtın mərkəzinə gedən yolu 65 saylı marşurutla qısaltdığım anlar mənim başşəhərim üçün içimdə ağı dediyim yüzilliklərə bərabər idi...
Hər yerdə tarix dağıdılır, hər tərəfdə yeni tikinti adlı əjdaha Azərbaycan adlı anamızın Bakı kimi zülfü Xəzər dənizindən suda islanmış gözəli göz görə-görə udurdu. XX, XIX, XVIII, XVII, XVI ... əsrin Bakısı, dağıdılır, xarabalıqlarından XXI yüzilliyin Qloballaşan Avropatəhər urbanizasiya məntəqəsinin konturları cızılırdı. Hətta gözəlim İçərişəhərə də qara əllər uzanmışdı: sizləri bilmirəm, ey şəhəryıxanlar, amma mənim ruhumun bir ucu İçərişəhərin o qara daşlarının üstündə sərilibən can verir - qatil əllərinizi ondan çəkin...
"...Azərbaycan Atatürk Mərkəzində Milli Qeyri-Hökümət Təşkilatları Forumunun
Davamı...Art-informasiyalar, Kulturoloji muqavimət, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 89
Dekabr 16, 2007 16:00
YYSQ-nin 2007-ci il üçün ictimai e-hesabatı
Yeni Yazarlar və Sənətçilər Qurumu
Association of New Writers and Artists
Организация Новых Писательей и
Деятельей Исскуства
2007-ci il üçün İllik Hesabatı
Davamı...
Art-informasiyalar, Kulturoloji muqavimət, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 111
Dekabr 14, 2007 14:08
Mübariz Mənsimov 60 milyonluq bina aldı... Bizə nə?!
Bu, olduqca aktual problemdir: niyə bu gün, sözün həqiqi mənasında, Azərbaycanda çağdaş Zeynalabdin Tağıyevlər yoxdur?
Bu sualı dönə-dönə ictimai düşüncədə polemikalara çevirsək də, sanki sözü divara, ya da küləyə deyirsən - cavabsız, reaksiyasız...
Aşağıdakı informasiyanı oxuyandan sonra, deyəsən, yenə də müzakirələr qızışacaq.
Mübariz Mənsimov 60 milyonluq bina aldı... 
Davamı...

E-gündəlik, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 161
Dekabr 4, 2007 12:25
Yalnız bir kateqoriyaya qayğı göstərmək nə qədər düzgündür?..
Aydın Xan Əbilov: "Yalnız bir kateqoriyaya qayğı göstərməklə cəmiyyətin inkişafına nail olmaq mümkün deyil"
P.S. Bu material 2007-ci ilin əvvələrində hazırlanmışdı: artıq ilin axırına yaxın, çox sular axdı, və bizim qaldırdığımız bir sıra problemlərin həlliylə bağlı ölkə rəhbərliyi tərəfindən qayğılı münasibət bildirildi.
Azərbaycan Respublikasının prezidenti, biz gənclərin böyük hamisi və dostu cənab İlham Əliyevin xüsusi sərəncamıyla yaradıcı gənclərinə birillik Prezident təqaüdü ayrılması, yaradıcı yeni nesil nümayəndələrinin I Ümumrespublika toplantısı və başqa hadisələr bizi ruhlandırır və inanmaq istərdik ki, bu qəbil gələcəyəhesablanmış layihələr dövlətin məqsədli, sistemli-konsepsiyalı Proqramına çevriləcəkdir...
Davamı...
Musahibələrim. Kulturoloq rəylərim, Art-informasiyalar, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 90
Dekabr 1, 2007 23:59
Azərbaycan-Türkiyə: ədəbi-kulturoloji birləşmə
Azərbaycan-Türkiyə şeir və ədəbiyyat məclisi yarandı
Noyabrın son günü Bakıda əlamətdar ədəbi-mədəni hadisə baş verdi: iki qardaş mədəniyyətə - ədəbiyyata həsr olunmuş tədbiri məhz beləcə xarakterizə etmək mümkündür.

Kulturoloji muqavimət | Şərhlər(3) | Baxış sayı: 137
Noyabr 30, 2007 14:43
Aydın Xan (Əbilov). "Kulturoloji - Alternativ Düşüncələr" (kitabın tam mətni)
"Kulturoloji - alternativ düşüncələr" adlı ilk kitabım Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunub. Aşağıdakı keçidlər vasitəsiylə ("QuarkXPress 5.0" proqramının köməkliyi ilə) kitabımın e-variantı ilə tanış ola bilərsiniz:
Yükləmə Keçidi: http://www.boxca.com/10RYTW6Z694E/Aydin Xanin kitabi neshriyyat varianti.qxd/

![]()
Kulturologiya: yeni dünyagörüş, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 118
Noyabr 25, 2007 16:37
Çağdaş missiyam: həqiqəti söyləməli və ölməli (yeniləşdirildi)
Telekanallarımız: dünyanın bu tərəfində ulduz manıslar, o tərəfində star mollalar... 
Davamı...

E-gündəlik, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 116

