Reklam verin!

İyul 17, 2008 18:33

XXI Yüzilliyin dərvişi - Milli səfil (real film)

artyazar

  

"Gizli Bakı", yaxud bu anlayışın astarı olan Bakı gizlinləri (gizlinlər ifadəsi yazıçı Vidadi Babanlınındır) - mənim ən qalmaqallı və başağrıdıcı art-sos layihəmdir.

Davamı...
Virtual polemikalar, Real filmlərim | Şərhlər(3) | Baxış sayı: 55

İyul 15, 2008 18:25

Ədəbi-kulturoloji təsirlər: radio-polemikanın səs yazısı

artyazar

 

30.01.2008-ci il tarixində İctimai radioda dünya və Azərbaycan mədəniyyətində, ədəbiyyatında yaradıcı şəxslərin, daha geniş götürəndə isə xalqların, millətlərin bir-birinə olan ədəbi-sənət təsirləri mövzusunda bilgi dartışmam olmuşdu...

Davamı...
Şəkillər - həyatın donmuş anları, Kulturologiya: yeni dünyagörüş, TV və radiolarda söhbətlərim, Virtual polemikalar, Kulturoloji Ensiklopediya | Şərhlər(2) | Baxış sayı: 65

May 8, 2008 10:13

Mədəniyyətin hamisi Prezidentimizdir, bəs məmurlarla iş adamları niyə görsənmirlər?!

artyazar

 

Dünən Azərbaycan Respublikasının Prezidenti, mədəniyyət və ədəbiyyatımızın böyük hamisi İlham Əliyev iki maraqlı sərəncama imza atıb (mətnləri o biri səhifədə):. Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin, eləcə də incəsənət xadimlərinə prezident mükafatlarının verilməsi barədəki bu rəsmi sənədin çağdaş milli estetik dəyərlərimizi inkişaf etdirən sənət adamlarına necə güclü dəstək olmasını izah etməyə məncə, lüzum yoxdur.

Davamı...
İctimai fəallıq, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 58

Aprel 11, 2008 18:28

Qalmaqal şəbəkələşdi - daha da qızışdı: udan ictimai düşüncəmiz olacaq...

artyazar

banner

E-mənbə: http://kultaz.com/2008/04/10/blog-dunyasinda-edebi-qalmaqal/#comment-2921

Blog dünyasında ədəbi qalmaqal

Aydın Xan: “Bizə total hücuma keçiblər”

Cavanşir Yusifli: “”Mən əməyimin məhsulundan məhz Aydın Xanın istifadə etməsini istəmirəm…”

KultAz: Azərbaycanın ilk milli blog sistemi Azeriblog-un yaranmasıyla  xeyli sayda fərdi bloglar yarandı. Sayt qurmaq imkanında olmayan hər bir şəxsin fikir və ideyalarını başqalarıyla çox asan şəkildə paylaşmaq imkanı yarandı. 

Davamı...
E-gündəlik, Kulturologiya: yeni dünyagörüş, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 128

Aprel 10, 2008 12:46

MİL­Lİ-MƏ­NƏ­Vİ DƏ­YƏR­LƏ­Rİ­Mİ­ZƏ DİQ­QƏT AR­TI­RIL­MA­LI­DIR!

artyazar
"Səs" qə­ze­ti KİV-lə­rin iş­ti­ra­kı ilə mil­li-mə­nə­vi də­yər­lər möv­zu­sun­da
də­yir­mi ma­sa ke­çir­di
Ay­dın Xan (Əbi­lov): - On­da gə­lin, ATV-ni, "Li­der" TV-ni və di­gər ka­nal­la­rı qa­pa­yaq, İran­da və Türk­mə­nis­tan­da­kı ki­mi ağ­laş­ma kam­pa­ni­ya­sı hə­ya­ta ke­çi­rək.
deyirmi masa
Davamı...
Musahibələrim. Kulturoloq rəylərim, İctimai fəallıq, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 125

Aprel 5, 2008 20:51

Tələbələrimin yazılı imtahan suallarının variantları: Azərbaycan ədəbiyyatı tarixindən...

artyazar

Bu materiala yalnız tələbələrim baxa bilər və kənar şəxslərin bura baş çəkmələri arzuolunan deyil.

İki aydan çoxdur ki, ХƏZƏR UNİVЕRSİTƏSİndə Azərbaycan ədəbiyyatı tarixindən mühazirə aparıram. Artıq ilk yarımimtahan anı gəlib çatıb. Budur, iki patokun tələbələrinin ilk yarım imtahanlar (aprelin 26 və 28-də baş tutmalıdır) qapının döyür: tələbələrimin əvəzinə özüm həyəcanlıyam - görəsən, 6 + 6 fərqli mühazirəmlə millətdaşlarıma nəyisə ötürə bilmişəmmi?! Hər biri 80 dəqiqə olan bu mühazirə və seminarlar - elə onda da yazıq cavanlara aman vermədən özüm dil-boğaz qoymurdum - zamanı bəziləri kimi vicdanımı ayaqlar altına atmamışam, bütün bildiklərimi cəmləyib mənəqədər olan kulturoloji bilgiləri yeni nəslin nümayəndələrinə ötürmüşəm. Necə alınıb, bir Allah bilir, bir də imtahan çağı zaman göstərəcək...

İlk əvvəlcə bura baxmaq olar:  http://artyazar.azeriblog.com/2008/03/18/xezer-univesitesinde-azerbaycan-edebiyyati-kursu-uzre-muhazirelerin-movzulari

Davamı...
E-gündəlik, Virtual polemikalar, Bildirişlər, reklamlar | Şərhlər(15) | Baxış sayı: 206

Aprel 1, 2008 16:39

Lit.az saytının şəbəkə enerjisi kəsiləndə, e-DALAY - e-DALAY deyər...

artyazar
 E-mənbə: http://lit.az/?Ekskl%FCziv:01.04.08%2FBarat_Tal%26%23305%3Bbzad%26%23601%3B%2F%C7a%26%23287%3Bda%26%23351%3B_%26%23601%3Bd%26%23601%3Bbi_polemika%3A_kim_haql%26%23305%3Bd%26%23305%3Br%3F

Ciddi ədəbi polemika: kim haqlıdır?

(i-real polemika, görən, rəqibi aşağılamaq məqsədiylə "aparılanda" maraqlı alınırmı? - Aydın Xan)

 Tarix: 01.03.08// Həmsöhbət: Barat Talıbzadə

1 aprel    30.03.2008 tarixində Lit.az-ın studiyasında “Çağdaş ədəbiyyatımızın problemləri” adlı açıq formatlı disskussiya təşkil olundu. Sözügedən məsələ ətrafında fikir mübadiləsi aparmaq, bu və digər məsələlərə münasibət bildirmək üçün studiyamıza “Alatoran” jurnalının rəhbəri şair-publisist Rasim Qaracanı, yazıçı-telemütəxəssis Məqsəd Nuru, Kultaz.com mədəniyyət portalının rəhbəri Zahir Əzəməti, təndqidçi Əsəd Cahangiri, şairlər Qulu Ağsəs  və Qəşəm Nəcəfzadəni, eləcə də, kulturoloq Aydın Xanı dəvət etmişdik. 

Davamı...
Haqqımda: özgə gözlə, Virtual polemikalar | Şərhlər(3) | Baxış sayı: 105

Mart 14, 2008 0:26

Düşüncələrimin modelləşdirərək tətbiqi: Xəzər Universitəsində ədəbiyyat mühazirələrim... (I)

artyazar

Nə edim, mən də beləyəm: beynim ildə bir neçə dəfə yeni düşüncə formatını innovativ texnologiyaya çevirib interaktiv-intellektual model şəkilində ictimailəşdirməyəndə, sanıram ki, həmin ili var olmamışam...

telebelerim

Davamı...
E-gündəlik, Kulturologiya: yeni dünyagörüş, Virtual polemikalar | Şərhlər(10) | Baxış sayı: 170

Fevral 29, 2008 21:06

YYSQ Gənclər "Pen-Klubu"nda müzakirə: Aqil Abbasın "Dolu" romanı - çağdaş Qarabağnamə

artyazar

Aqil Abbas

Yeni Yazarlar və Sənətçilər Qurumu nəzdindəki Gənclər "Pen-Klubu"nda növbəti müzakirə tanınmış yazıçı-publisist, millət vəkili Aqil Abbasın "Dolu" romanı - çağdaş Qarabağnamə ətrafında olaçaq. Romanın e-variantını sizlərə təqdim edirik: yaxından tanış olun ki, polemikalarda fəallıq göstərəsiniz...

Davamı...
Art-informasiyalar, İctimai fəallıq, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 100

Fevral 29, 2008 9:41

AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası: seçkilərə az qalır

artyazar

 Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Milli QHT-forumunun İdarə Heyətinin katibi,  yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) “Bizim Yol” qəzetinə müsahibəsi

"Prezidenti dəstəkləməkdən ötrü harasa seçilmək vacib deyil..."

Tedbirde Aydin Xandir

Davamı...
Musahibələrim. Kulturoloq rəylərim, E-gündəlik, İctimai fəallıq, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 74

Fevral 23, 2008 22:13

Xocalı soyqırımına həsr olunmuş anım tədbirlərimiz

artyazar

Baxın: Xocalı soyqırımı: ictimai polemikaya dəvət (iki material)

Dünən - fevralın 22-də Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi ilə Yeni Yazarlar və Sənətilər Qurumu Beynəlxalq Mətbuat Mərkəzində "Gənclər, tariximizi unutmayaq" mövzusuna həsr edilmiş tədbir keçirtdilər.

Xocali tedbiri

Davamı...
E-gündəlik, İctimai fəallıq, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 110

Fevral 18, 2008 21:19

Xocalı soyqırımı: ictimai polemikaya dəvət (iki material)

artyazar

Xocalı soyqırımına həsr olunmuş tədbirə dəvət

"Müasir Gənclik və Sosial İnkişaf" İctimai Birliyi Yeni Yazarlar və Sənətçilər Qurumunun nəzdində fəaliyyət göstərən Gənclər "Pen-klub"u ilə birgə Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş "Gənclər tariximizi unutmayaq!!!" mövzusunda tədbir keçirir.

Fevralın 22-də saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçiriləcək tədbir Dəyirmi masa - diskussiya formatındadır.

Məclisə AR Milli Məclisin üzvləri, QHT rəhbərləri, tarixçi alimlər, politoloqlar, tələbə-gənclər, o cümlədən yazılı və elektron Kütləvi İnformasiya Vasitələri nümayəndələri dəvətlidirlər (daha geniş materiallar burada).

Davamı...
Kulturoloji muqavimət, İctimai fəallıq, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 96

Yanvar 27, 2008 15:55

Tarixçiləri, etnoqrafları bilgi savaşına dəvət edirəm...

artyazar

Aydın Xan, yazıçı-kulturoloq. "Bizim bir Vətənimiz var - Azərbaycan, ideologiyamız da birdir: AZƏRBAYCANÇILIQ..."
www.xariciedebiyyat.azeriblog.com saytinda Virtual Azərbaycan e-kitabxanasında yerləşdirilən bir materiala ön söz əvəzi etirazım...

Gözəl Bakım

"Gözəlim - Bakım". Foto: Aydın Xan

Davamı...
Kulturologiya: yeni dünyagörüş, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 76

Yanvar 23, 2008 23:38

Manısxanada Aşıq və aşıqbayanların qalmaqalı: ardı dəhşət-maraqdır...

artyazar
Nəbadə, 28.01.2008, saat 23-dən sonra A TV-nin "El içində" olasız...

Canım sizlərə nəql etsin, dayna, bu yazının başı burada:

 http://artyazar.azeriblog.com/2008/01/12/manisxanada-qalmaqal-baxmagha-deyer

Çağır gəlsin...

qlobal manıs

Davamı...
Musahibələrim. Kulturoloq rəylərim, E-gündəlik, Kulturologiya: yeni dünyagörüş, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 108

Yanvar 16, 2008 11:33

Çağdaş Ədəbiyyat Ocağı - Gənclər "Pen-klubu"nun növbəti elitar məclisi

artyazar

Yeni Yazarlar və Sənətçilər Qurumunun nəzdindəki Çağdaş Ədəbiyyat Ocağı - Gənclər "Pen-klubu" ilə Azərbaycan ədəbiyyatını sevərn Türkiyəllərin "Öyrənci qəzeti" mətbuat orqanının bircə təşkil etdikləri növbəti elitar məclisin poetik qonağı tanınmış şair, Türk Dünyasının düşüncə adamı Rüstəm Behrudidir.

Məclis qapalı klub formasındadır, iştirak dəvətnaməylədir və yerlərin sayları məhddudur. Jurnalistlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Poeziyasevərlərə ayrılmış 5 yer bu günlərdə keçiriləcək virtual aksiondan məlum olacaq. Dəvətnamə üçün sifarişlər qəbul olunur: bu saytın şərh bölümündə bizə yazılı müraciət edin. Başlanğıc qiymət 50 manatdır. Ən çox pul təklif edilən dəvətnaməya sahib ola bilər. Məclis yanvarın 25-i, saat 19 00-da Bakıdakı "Asiya-Türk" restoranında keçiriləcək.

Davamı...
Art-informasiyalar, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 86

Yanvar 16, 2008 9:37

İntellektuallarımız və milli manıslarımız, manısçalarımız: dava qızışır

artyazar

http://artyazar.azeriblog.com/2008/01/12/manisxanada-qalmaqal-baxmagha-deyer

http://kultaz.com/2008/01/12/manisxanada-qalmaqal/#comments

bizlerdir

Manısxanamızda baş verən biabırçılıqr barədə düşüncələrim virtua məkanımızı - Azərneti yaman silkələyib. Aşağıda intellektuallarımız arasında gedən polemikalardan yarpaqları sizlərə təqdim edirəm...

Davamı...
Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 90
Yazılar cəmi: 16   
© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com