Reklam verin!

Sentyabr 22, 2007 18:38

e-roman: İI Hissə. II Bölüm

artyazar

 Kəsəsi, federallar Conun nəşələnmə, mavi seviş, hələ üstəlık də yeniyetməni yoldan çıxarılmasıyla bağlı delil-filmleri nümayiş edəndən, yazığ oğlanın beynini psixoloji basqılarla bağlayandan sonra ona şirnikləndirici təkliflərini edəndə, bizim e-qəhrəmanımız vürsəti fötə mermək istəmədi və beləcə, bizim qəribə məmləkətimizə gəlməklə çox böyük geoseksual və sözsüz ki, həm də geosiyasi oyunların əsas iştirakçısına çevrildi.
Əcəb də etdi: yoxsa, bu e-roman da yazılmaz, maraqlı qlobal məzələnmələrdən heç kimin xəbəri olmazdı...

 

Lerik

Davamı...
Aydın Xandan növbəti e-roman | Şərhlər(1) | Baxış sayı: 167

Sentyabr 21, 2007 14:42

e-roman. I Bolüm

artyazar

I Hissə
I Bölüm

Sözsüz, e-roman izləyicisi - oxucu olaraq sizləri aldatmaq, qəsdən özümü çağdaş Şimali Amerika həyatının bilicisi kimi göstərmək fikrində deyiləm: onu da bildirim ki, ABŞ barəsində mən də hamı kimi oxuduqum kitab, qəzet-jurnal, baxdığım kino-tele filmlərdən, izlədiyim tele-radio və İnternet məlumatlardan, uzaq başı canlı həyatda rastlaşdığım sadə amerikalılardan, eləcə də oraya səfər etmiş azəri dostlarımdan öyrəndiklərimdir...
Fəqət qəhrəmanım Con(atan) S. özünü ən ali varlıq sayan bütün ikiayağlı  canlılar kimi duyğulu insandır və hamımızın içindəki hisslər, yaşantılar, seviş və sevgi duyğuları ona da yad deyil.

Davamı...
Aydın Xandan növbəti e-roman | Şərhlər(0) | Baxış sayı: 114

Sentyabr 20, 2007 10:59

Amerikalının Lerikdə geoseksual gəzişmələri

artyazar

Amerikalının Lerikdə geoseksual gəzişmələri

 (e(e-ni i oxumanız gərəkdir...)-roman)

Əgər siz ABŞ-a gedə bilmirsizsə,

onda kədərlənməyə dəyməz:

onsuz da bu gün-sabah Amerika

yaninizda olacaq - az qalıb, lap az!!!

"13-lər Kitabi"mdan

Müəllif bildirməyə ərinmir ki, bu e-romanda - hər gün ardı yazılan şəbəkə həyatında baş verən olaylar, surətlərin adları və xasiyyətləri, başlarına gələnlər sizə, eləcə də müxtəlif ölkələrin dövlət, yaxud qeyri-hökumət qurumlarina tanış gəlirsə, ola bilsin, üst-üstə düşürsə, məsuliyyəti o, yox, əks tərəf daşıyır. Buna görə də heç bir qüvvə, təşkilat müəllifi məsuliyyətə, yaxud əməkdaşlığa cəlb etməyə ürək etməsi indidən məsləhət görülmür: yoxsa, elə mərrəkə qopacaq ki, atdığınız addıma peşiman olacaqsınız və sözsüz, bu e-əsərin yeni bölümünün lağlağasına çevrilmək istəmirsinizsə, dinc durmanız gərəkdir...

I hissə

Birinci bölüm

Lerikde daq

Davamı...
Aydın Xandan növbəti e-roman | Şərhlər(2) | Baxış sayı: 164
Yazılar cəmi: 3   
© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com