Reklam verin!

CavidAn - səhra küləyi...

Əbədi An varmı...? Bəlkə inanaq...?!

Mələk Yafəs..

ryabina     Avqust 18, 2008 13:53

Yafəs Türksəs Lətifə Nurana şikayət edir:
- Lətiş, sən o mediumik istedadının haqqı, bir bəsirət gözünü işə sal , gör mənim kürəyim niyə belə çox ağrıyır?
Lətifə Nuran gözlərini yumub ağzını açır görək nə deyir:

 

Davamı...
Gülümsə bir az..))     Şərhlər(3)     Baxış sayı: 37     Avqust 18, 2008 13:53    

Axşam zəngləri..

ryabina     Avqust 18, 2008 13:16
Bir axşamtərəfi, günəş batarkən..
Elçin Səlcuq Cavidana zəng edir:

Davamı...
Gülümsə bir az..))     Şərhlər(6)     Baxış sayı: 57     Avqust 18, 2008 13:16    

...söylə, ürəyincəmi...?

ryabina     Avqust 15, 2008 12:53
Yadındamı
ötən ilin
soyuq Valentin günü?

biz
sadəcə
Seymur Baycandan danışırdıq..

Davamı...
Şeirlər     Şərhlər(5)     Baxış sayı: 80     Avqust 15, 2008 12:53    

Çay dəstgahı...

ryabina     Avqust 15, 2008 12:40
Çıq-çıq,
çıq-çıq
barmaqlarını qısqanıram klaviaturaya,
pıq-pıq,
pıq-pıq
qaynayıb daşır çaynikdə su,
Davamı...
Şeirlər     Şərhlər(0)     Baxış sayı: 19     Avqust 15, 2008 12:40    

...bəlkə...

ryabina     Avqust 15, 2008 12:31
Başımı
azacıq sağa əyəcəm,
saçlarımı
verəcəm arxaya,
gözləyəcəm
boynumdan öpməyini..
Davamı...
Şeirlər     Şərhlər(6)     Baxış sayı: 66     Avqust 15, 2008 12:31    

...biz...

ryabina     Avqust 14, 2008 23:27
Üstündə bitdiyimiz köklər
utandığından yerə girib
bizə gorə...
üstümüzdə
gəzdirdiyimiz şehlərsə
köməksiz...
ve hər səhər açılınca
o utancaq yer kökləri
o şehləri
içib-içib
yenə yerə girərlər
utandiqlarindan..

biz
çəmənlik otlarıyıq, canım,
bizi
sevərək tapdalayarlar…
Şeirlər     Şərhlər(2)     Baxış sayı: 24     Avqust 14, 2008 23:27    

Nostalji...

ryabina     Avqust 11, 2008 18:32
Ötən gün anamgilə getmişdim...
Bilirsən, sənə demişdim ki, orda çox rahat oluram, hələ həyətdəki otlardan- çiçəklərdən yalnız qara-qıvrım saçlarımla seçildiyim zamanlardan çox illər ötüb...Daha anam məni itirmir otların arasında, daha qorxmur həyətin başından axan söyüdlü arxa düşüb boğulacağımdan...
Davamı...
Məktublar     Şərhlər(0)     Baxış sayı: 21     Avqust 11, 2008 18:32    

Sonuncu kədər...

ryabina     Avqust 10, 2008 18:27
Bax, həyatım,
nə yeraltı,
nə yerüstü,
nə səma yollarının
heç birisi
məndən sənə getməyəcək,
səndən mənə gəlməyəcək..

bu gün sən Davamı...
Bu şeir deyil...!-))     Şərhlər(4)     Baxış sayı: 72     Avqust 10, 2008 18:27    

Bax belə...

ryabina     İyul 24, 2008 21:29
İkisindən biri idi...
Sən
ya söndürülmüşdün,
ya da
əhatə dairəmin
xaricindəydin...

Sənə
heç nə çatmadı,
heç nə...
Qısa mesajlar...     Şərhlər(10)     Baxış sayı: 178     İyul 24, 2008 21:29    

Zazunun anası...

ryabina     İyul 24, 2008 1:47
  Biz təzə evə köçəndə ilk qarşımıza çıxan o oldu. Gözləri qaynayan, əndamı oynayan birisi idi. Mənə “xoş gəlmisiz” desə də gözləri yoldaşımın ora-burasını ölçməklə məşğul idi.
Sonralar onu hər gün görməyə və eşitməyə məcbur olduq.
Hər səhər saat 5-6 arası onun beş yaşlı oğlu əlində batareyalı əcaib siqnal səsləri çıxaran oyuncaq maşın rulu , binanın və ətrafdakı həyət evlərinin sakinlərini oyadırdı. Demək, bir məhəllə yuxarıda, şəhərin Kiçik Bazar məhəlləsinin başlanğıcındakı məscidin günbəzindən İran azançısının fanoqramı verildimi, bu uşaq da əlində həmin rul, dörd mərtəbə düşüb həyətdə binanın ətrafına dövrə vurar, siqnal verə -verə özü də maşın səsi çıxarar, sonra isə həyətdəki su quyusunun yanında oturub ucadan muğamat oxumağa başlayardı. Davamı...
Nəsr     Şərhlər(2)     Baxış sayı: 54     İyul 24, 2008 1:47    

  Yazılar cəmi: 164    Sonrakı səhifə »

Blog Haqqında

ryabina
Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…

R.Rövşən

Axtarış

Arxivlər

Açar sözlər

Sayqaç

  • İndi blogda: 3
  • Keçən ayın hiti: 7533
  • Dünənki hit: 275
  • Bugünki hit: 151
  • Ümumi hit: 59231

Müxtəlif


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com